Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2018 11.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-163/2018 şəhəri 11 yanvar 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli 2(105)3550/2017 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-yə qarşı “elektrik enerjisindən istifad ə qaydalarının pozulmasına dair aktın ləğv edilməsi və hesablanmış enerji sərfiyyatı məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 28.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ tərəfindən Xaçmaz rayonu Qudial-çay ərazisində ona məxsus qum-çınqıl karxanasına aid tərtib edilmiş 18.08.2017-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış 2.667,43 manat cərimə pulunun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Orfulla oğlu iddia ərizəsi ilə eyni vaxtda iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılanadək, ona məxsus Xa çmaz rayonu Qudial-çay ərazisində yerləşən Qum-Çınqıl karxanasına verilən elektrik enerjisinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin (hakim R.Xəlilov) 28.08.2017-ci il tarixli 2(067)4852/2017 nömrəli qərardadı ilə İddiaçı Orfulla oğlunun iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, İddiaçı məxsus Xaçmaz rayonu Qudyalçay ərazisində yerləşən qumçınqıl karxanasına (abunə kodu **********) elektrik enerjisinin verilməsi bərpa edilmiş, həmin karxanaya elektrik enerjisi təchizatının dayandırılması "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-yə qadağan edilmiş, qərardadın icrası Xaçmaz rayon İcra Şöbəsinə və "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-yə həvalə edilmiş, qərardad dərhal icra olunmuşdur. Cavabdeh "xxxx " ASC-nin nümayəndəsi X2 30.08.2017-ci il tarixdə şikayət verərək, iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli 2(067)-4852/2017 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin (hakim R.Xəlilov) 31.08.2017-ci il tarixli 2(067)4852/2017 nömrəli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli 2(067)-4852/2017 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, A.Hüseynov, G.Tağızadə) 16.10.2017-ci il tarixli 2(105)-3550/2017 nömrəli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 şikayəti t əmin edilmiş, iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli 2(067)-4852/2017 nömrəli qərardadı və şikayətin baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə Xaçmaz rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli 2(067)-4852/2017 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı iddianın təmin edilməsi tədbirinin görülməsinə dair ərizəsi rədd edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halların ı nəzərə almamış, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli qərardadının ləğv edilməsini, cavabdeh "xxxx" ASCnin nümayəndəsi X1 iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli qərardadından verdiyi şikayətin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olm adan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.10.2017-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 şikayətini təmin edib, iş üzrə Xaçmaz rayon Məhkəməsinin 28.08.2017-ci və 31.08.2017-ci il tarixli qərardadlarını ləğv edib, İddiaçı iddianın təmin edilməsi tədbirinin görülməsinə dair ərizəsinin rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü əyyən edilmiş işin hallarından göründüyü kimi, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 27.11.2002-ci il tarixli 220 nömrəli sərəncamına əsasən qum, çınqıl tədarükü və inşaat materialları istehsalı məqsədilə Qudyalçay vadisindən 30 ha torpaq sahəsi 99 il müddətinə istifadə üçün "xxxx" MMC-yə ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 16.10.2007-ci il tarixli 350 nömrəli sərəncamdan çıxarışdan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 27.11.2002-ci il tarixli 220 nömrəli sərəncamına qismən düzəliş edilərək, "xxxx" MMC-nin fəaliyyəti üçün ayrılmış 30 ha torpaq sahəsinin 8 hektarı körpünün mühafizə zolağı kimi saxlanılaraq müəssissənin fəaliyyətinə saxlanılan 22 ha torpaq sahəsi Xaçmaz şəhər sakini İddiaçı adına keçirilmişdir. "xxxx" ASC 23.08.2017-ci il tarixli xəbərd arlıq məktubu ilə İddiaçı xəbərdarlıq edərək göstərmişdir ki, İddiaçı 23.08.2017-ci il tarixə 4.208,27 manat borcu vardır və borc məbləği ödənilməyəcəyi təqdirdə 28.08.2017-ci il tarixdən əlavə xəbərdarlıq olunmadan elektrik enerjisinin verilməsi dayandırılacaqdır. Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs İddiaçı Orfulla oğlu ilə "xxxx" ASC arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar iqtisadi mübahisə yaranmışdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslərlə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında iqtisad məhkəməsinə aiddir. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal RETSİ Xaçmaz EŞ-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair aktın ləğv edilməsi və hesablanmış enerji sərfiyyatı məbləğinin silinməsi tələbinə baxmaqla, aidiyyat qaydaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə müvafiq olaraq məhkəmə iş məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Sahibkarlıq fəal iyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.03.2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmənin aidiyyat qaydalarının pozulmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyat qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş və düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli 2(105)-3550/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-163/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-163/2018
11.01.2018 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver