Məhkəmə qərarları › İş №2(102)-163/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-163/2021

23.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh İddia tələbi: “magistral su xəttinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” Açar sözlər: tikililərin sökülməsi və mühafizə zonasının boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(103)-38/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan xx xxxx 2017-ci il tarixli aktdan görünür ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 70 illiyi adına küçədə yerləşən, vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evinin həyətindən Qaradağ SKİ-nə məxsus d=80 mm-lik su xətti keçir. Ev və daş hasar mühafizə zonasındadır. İşdə olan cavabdehə təqdim edilməsi üçün mühafizə zonasının pozulması barədə xəbərdarlıqdan görünür ki, cavabdehdən özbaşına inşa edilmiş tikilinin sökülməsinin və sözügedən magistral su kəmərinin mühafizə zonasının bo şaldılmasının təmin edilməsi tələb edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «magistral su xəttlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində «xxxx» ASC-yə məxsus 80 mm magistral su kəmərinin böyük hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002) -4217/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Məmmədov) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “magistral su xəttlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı “xxxx” ASC apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-38/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) iddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4217/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şika yətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı “xxxx” ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və tikilinin su təchizatı və kanalizasiya xəttinin mühafizə zonasında yerləşməsini təsdiq edən akt, cizgi və fotoşəkillərə düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya b axışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən mübahisəli mənzilin cavabdehə məxsus ol ması, həmçinin onun istifadəsində, sərəncamında yaxud sahibliyində olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarından görünür ki, iddiaçının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tətqiqatının aparılmasında iştirak etməmiş və nəticədə ekspertiza tədqiqatının aparılması üçün lazımi şərait yaradılmadığından ekspertiza tətqiqatının aparılması mümkün olmamış və bununla bağlı akt tərtib edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, “xxxx” ASC Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 80 mm magistral su kəmərinin balanssaxlayıcı kimi məhz ona aid olmasını, hazırda işlək vəziyyətdə olmaqla həmin su kəməri vasitəsilə əhaliyə və digər istehlakçı qruplarına su təchizatının həyata keçirilməsini, cavabdeh tərəfindən inşa edilməsi qeyd edilən tikilinin (tikililərin) 80 mm magistral su kəmərinin təhlükəsizlik zonasına düşməsini, cavabdehlə və cavabdehin durumunda olan çoxsaylı digər vətəndaşlarla mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün müvafiq addımların atılmasını (magistral su xəttinin aidiyyəti olan vətəndaşların öz vəsaitləri hesabına digər əraziyə köçürülməsi və s. kimi) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, iddiaçıya mübahisəli mənzilin kimə məxsus olması barədə sübutların təqdim edilməsi təklif olunsa da, tərəflərindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və tərəflərindən təqdim edilmiş akt, cizgi və fotoşəkillərə düzgün hüq uqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Bundan əlavə diametri 8 sm olan su xəttinin magistral su xətti hesab olunması məntiqə uyğun deyildir. Bununla əlaqədar məhkəmə kollegiyasının 24 noyabr 2020-ci il tarixdə keçirilmiş iclasında iddiaçının vəkili Vəkil həmin su xəttinin magistral su xətti olub-olmaması və həmin su xəttinin artıq başqa yerdən çəkilib – çəkilməməsinin özləri tərəfindən araşdırılmaqla kassasiya şikayətindən imtina edilməsinə iddiaçının münasibətinin aydınlaşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin sonradan məhkəmə iclasında iştirak etməyərək buna münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-38/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar