Məhkəmə qərarları › İş №2(102)-1630/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1630/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1630/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mirasın qəbul edilməsi faktının müəyyən edilməsi 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)1207/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı1 09 avqust 2001-ci il tarixdə X4 ilə rəsmi nikah əsasında ailə qurmuşlar və onların birgə nikahından 09 avqust 2002-ci il tarixdə İddiaçı2 (hazırki iş üzrə iddiaçı), 15 oktyabr 2005-ci il tarixdə X9 və 18 oktyabr 2010-cu il tarixdə X10 adlı üç uşaqları doğulmuşdur. 30 mart 2015-ci il tarixdə X4 ölmüşdür.

2. X1 miras əmlak olaraq İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə miras qoyanın, onun valideynləri olan cavabdehlərin və digər ailə üzvləri olan mübahisə predmeti barəsində üçüncü şəxslərdən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsi, 25 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsi və JN-0177 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Ak tı üzrə 1,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar (İddiaçı1 15 oktyabr 2005-ci il təvəllüdlü X9 və 18 oktyabr 2010-cu il təvəllüdlü X5 qanuni nümayəndəsi kimi) cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalan, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən JN-014G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, 25 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 s aylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsinin 4/6 hissəsinin miras əmlak kimi onlar (eyni zamanda 15 oktyabr 2005-ci il təvəllüdlü X9 və 18 oktyabr 2010-cu il təvəllüdlü X10) tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, miras qoyan X4 30 mart 2015-ci il tarixdə ölmüş və ondan İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, 25 iyun 2009-cu i l tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-177 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsi miras qalmışdır. Miras qoyan həyat yoldaşı (anaları) vəfat edənədək və vəfatından bir neçə il sonraya kimi cavabdehlər miras qoyanın payına düşən pay torpağına görə icarə haqqı ödəmiş, lakin son 4 ildir ki, icarə haqqı ödəməməklə yanaşı, miras qoyanla rəsmi nikahlarından doğulmuş uşaqların və onun payını verməyərək, ümumiyyətlə onları torpağa yaxın buraxmır.

5. İsmayıllı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(037)-742/2022 saylı qətnaməsi ilə (hakim İ.V.Hüseynov) iddia təmin edilmiş, İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 x, X4, X7 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-014G saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnaməyə əsasən 0.16 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 çatan 0.032 hektarı (0.16x1/5=0.032x1/6=0.005x4=0.02 ha), 25 iyun 2009-cu il tarixli Çıxarışa əsasən 0.18 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 çatan 0.036 hektarı (0.18x1/5=0.036x1/6=0.006x4=0.024 ha) və JN-177 saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət aktına əsasən 1.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X3 çatan 0.308 hektarının (1.54x1/5=0.308x1/6=0.051x4=0.20 ha) hər birinə ayrı-ayrılıqda 1/6 hissə olmaqla, ümumilikdə 4/6 hissəsinə birinci növbəli vərəsəsi kimi əri İddiaçı1, uşaqları İddiaçı2, X10 və X9 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmi şdir ki, İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, 25 iyun 2009-cu il tarixli Çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab etmişdir. Hə min qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür.

7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçılar İddiaçı1 (X9 və X5 qanuni nümayəndəsi (atası) və İddiaçı2 X və cavabdehlər (miras qoyanın valideynləri) Cavabdeh1 və Cavabdeh2 mirasın açıldığı vaxt x vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhumə x öldükdən sonra onun birinci növbəli vərəsələri, əri x, uşaqları İddiaçı2 və X və X və valideynləri Cavabdeh1 və Cavabdeh2 miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanm asında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda İddiaçı2 miras qoyan anası Pərvanə Sadıqovanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhumə X birinci növbəli vərəsələri, əri, uşaqları və valideynləri ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər.

9. Məhkəmə eyni zamanda qeyd etmişdir, mərhumə x verilmiş (1998,2000-ci illərdə) torpaq sahələri, əri İddiaçı1la rəsmi nikaha daxil olmazdan əvvəl verildiyindən, ər inin birgə nikahı dövründə əldə olunmuş əmlak kimi ondan qalan torpaq sahələrinin bölünməsi zərurəti yoxdur.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1, 1243.2, 1243.3, 1245, 1255-ci maddələrinə. Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, guya Cavabdeh1 qızından miras qalmış əmlakda iddiaçıların payının olmasını etiraf etmiş və eyni zamand a iddiaçıların payına münasib başqa yerdən torpaq sahəsi verilməsinə etiraz etməmişdir. Lakin, cavabdeh belə bir izahat verməmiş və bu barədə məhkəmə iclas protokoluna qeydlər vermişdir. İddiaçılar nə torpaq sahəsinin abadlaşdırılmasında iştirak etmiş, nə də mirası faktiki qəbul etmişlər, nə də qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etmişlər. Lakin, birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilməmişdir. Mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişlər. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə isə iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1207/2022 saylı qətnaməsi ilə (hakimlər G.İ.Cavadova sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar mirasın qəbuluna yönəlmiş hərəkətlərin faktiki qəbul etmək formasını həyata keçirmişlər. Belə ki, həm iddiaçılar, həm də cavabdehlər apellyasiya baxışının iclasında bildirmişlər ki, iddiaçılar miras qoyan X ölümündən sonra miras əmlaka daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirilən taxıl bitkisini 4 il ərzində cavabde hlərdən qəbul etmişlər. Göründüyü kimi, iddiaçılar miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər.

15. Hazırki iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətində isə göstərilir ki, o, yuxarıda qeyd olunan məzmunda izahat verməmiş, onun bildirdikləri təhrif olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Cavabdeh1 məhkəmə iclas protokollarına qeyd versə də, həmin qeydlər məhkəmə qərardadı ilə əsassız olduğundan rədd edilmişdir. Bu baxımdan qəbul edilməlidir ki, Cavabdeh1, həqiqətən də işə Rayon Məhkəməsində baxılması zamanı iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərini etiraf etmişdir.

17. Məhkəmə hesab etmişdir ki, məhkəmə qə tnaməsi qəbul edildikdən sonra Cavabdeh1 peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün fərqli məzmunlu apellyasiya şikayəti ilə sonradan məhkəməyə müraciət etməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz.

18. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların miras qoyan Pərvanə Sadıqovanın ölümündən sonra miras əmlakı faktiki qəbul etdikləri mülki iş materialları ilə sübut edilir.

19. Məhkəmə hesab etmişdir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə notariat kontorunda sənədləşmə mövcud deyil. Məhz bu əsas ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1243-cü maddəsi məhkəmə tərəfindən maddi hüququ norması kimi əsaslandırılmış olsa da, lakin bunun özünü nədə ehtiva etməsini qətnamədə əsaslandırmamışdır. Nə faktiki, nə də notarial qaydada qəbul edilməyən mülkiyyətə məhkəmə hazırkı qətnamələrlə iddiaçıya hüquq tanımaqla cavabdehin hüquqlarını kobud şəkildə pozmaqdadır. Apellyasiya instansiyası məhkəməsi bundan başqa prosessual hüquq normaları pozulmuş, işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Məhkəmə tərə findən xüsusi olaraq cavabdeh, hazırkı kassator adına qeyd edilmiş və məhkəmə iclas protokoluna yazılmış, lakin daha sonra protokola qeyd verilməsinə baxmayaraq məhkəmə tərəfindən müvafiq qərardadla rədd edilmiş tələblərə hissələrə, sadəcə olaraq professional hüquqi xidmət aldığı üçün belə bildirildiyi yazılmışdır. Faktiki olaraq isə birinci instansiya məhkəməsində olan məhkəmə iclas protokoluna belə kassator tərəfindən qeyd verilmişdir. Qanunvericilik normalarının qeyd olunan formada pozulması ilə qəbul edilən qətnamə qanuni və əsaslı ola bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları

23. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər;

25. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüq uqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

26. Maddə 1243. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir;

27. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər;

28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh1 ka ssasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar miras qoyan X birinci növbəli vərəsələridir. İddiaçı1 mərhumun əri, X, Xvə X isə mərhumun övladlarıdır. Miras əmlak - İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən mərhumun və mərhumun valideynləri, bacısı X və qardaşı X birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsi, 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsi və İsmayıllı rayonu, İstisu kənd ərazisində yerləşən 1,54 ha kənd təyinat lı pay torpaq sahəsinin 0,038 ha hissəsindən ibarətdir.

43. Mülki qanunverciliyə görə, miras qoyanın vərəsələri mirasın açıldığı onlara bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməlidilər. Mirasın qəbuluna dair hərəkətlər iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək.

44. Hazırki iş üzrə iddiaçılar mirasın qəbuluna yönəlmiş hərəkətlərin faktiki qəbul etmək formasını həyata keçirmişlər. Belə ki, həm iddiaçılar, həm də cavabdehlər apellyasiya baxışının iclasında bildirmişlər ki, iddiaçılar miras qoyan Pərvanə Sadıqovanın ölümündən sonra ona məxsus qızıl -zinət əşyalarını qəbul etmiş, miras əmlaka daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirilən taxıl bitkisini 4 il ərzində cavabdehlərdən qəbul etmişlər.

45. Göründüyü kimi, iddiaçılar miras əmlaka sahiblik etməyə vəəmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər.

46. İşə Rayon Məhkəməsində baxılması zamanı 01 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək, iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərini, pay torpağından onlara uzun müddət icarə haqqının bir hissəsini ödədiklərini bildirmişdir.

47. Hazırki iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətində isə göstərilir ki, Cavabdeh1 yuxarıda qeyd olunan məzmunda izahat verməmiş, onun bildirdikləri təhrif ol unmuşdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, işdən görünür ki, Cavabdeh1 məhkəmə iclas protokollarına qeyd versə də, həmin qeydlər məhkəmə qərardadı ilə əsassız olduğundan rədd edilmişdir. Bu baxımdan qəbul edilməlidir ki, Cavabdeh1, həqiqətən də işə Rayon Məhkəməsində baxılması zamanı iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərini etiraf etmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra Cavabdeh1 peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün fərqli məzmunlu apellyasiya şikayə ti ilə sonradan məhkəməyə müraciət etməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz.

49. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçıların miras qoyan X vəfatından sonra miras əmlakı faktiki qəbul etdikləri mülki iş materialları ilə sübut edilir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri tam əsassızdır.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1207/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar