Məhkəmə qərarları › İş №2(102)-164/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-164/2023

17.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-164/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1439/2022 nömrəli, 15 avqust 2022-ci il t arixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 10 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə X2 Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində 12 sot torpaq sahəsi ayrılmışdır.

2. Mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən 2 mərtəbəli fərdi yaşayış evi və hasar inşa edilmişdir.

3. Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 10 saylı qərarı ilə fərdi ev tikintisi məqsədi ilə ilkin iddia üzrə iddiaçı X2 ayrılmış Şamaxı rayonu Şəhr iyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa edilən ikimərtəbəli fərdi yaşayış evindən çıxarılması, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2008ci il tarixli 10 saylı qərarı, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli rəyi, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin (eskiz layihəsi) planı, torpaq sahəsinin hansı kadastr qiymət zonasına aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışı, torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli 1844 saylı aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A 069860 saylı, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün alınaraq ilkin iddia üzrə iddiaçı X2 qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın eyni vaxtda icra edilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 24 noyabr 2020-ci il tarixli, 2(105)-235/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq cavabdehə verilməsi hissəsində dəyişdirilm əsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 197.270,196 manatın alınaraq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı Ramin Hacıyevin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatının iddiaçı X1, 75 manatının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında, kəmərinin üzərində inşa edilmiş fədi yaşayış evinin cavabdeh in öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999- cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında iki mərtəbəli yaşayış evi və daş hasar inşa etmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiy indən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/3479 saylı rəyinə əsasən Cavabdeh məxsus fərdi yaşayış evinin və sərhəd hasarının İddiaçı istismarında və balansında olan 219 mm diametrli aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edildiyini nəzərə alaraq, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda İddiaçı balansında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin və sərhəd hasarının 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur.

8. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-540/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X5) iddianın təmin edilməsi, Cavabdeh Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin mühafizə zonasında, qaz kəmərinin üzərində inşa etdiyi fədi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat və xidmət haqqı kimi ödənilmiş 0.40 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağ lamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hü ququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, 180.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2, 22ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- MPM) 14.2, 107, 115, 115.0.1, 119.1, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X9rşı” iş üzrə Qərarındakı, X3rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli Qərarındakı və “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə Q ərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunu düzgün təfsir etməmiş və sübutlara düzgün hüquqi qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Cavabdeh məhkəmə prosesinə cəlb olunmamış, mübahisələndirilən qətnamə haqqında icra məmuru icra icraatına başladıqdan sonra məlumatı olmuşdur. Cavabdeh məhkəmə proseslərində iştirak etsə idi, o zaman iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş olardı və çıxarılan qətnamə hazırda onun t ərəfindən mübahisləndirilməzdi. Cavabdehin 15 mart 2022-ci il tarixdə rəsmi qaydada əldə etdiyi qətnamədə mühafizə zonasında tikilmiş evin ona məxsusluğu, eləcə də onun tərəfindən tikilməsi barədə heç bir sübut məhkəməyə təqdim olunması göstərilməyib. Həmin ev cavabdehə yox, X2 məxsusdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 10 saylı qərarı ilə fərdi ev tikintisi məqsədi ilə ilkin iddia üzrə iddiaçı X2 ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa edilən ikimərtəbəli fərdi yaşayış evindən çıxarılması, ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəs inin xx.xx.2008-ci il tarixli 10 saylı qərarı, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli rəyi, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin (eskiz layihəsi) planı, torpaq sahəsinin hansı kadastr qiymət zonasına aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışı, torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli 1844 saylı aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A 069860 saylı, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün alınaraq ilkin iddia üzrə iddiaçı X2 qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın eyni vaxtda icra edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)-235/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(074)-18/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153.787 manatın alınaraq cavabdehə verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 197.270,196 manatın alınaraq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia ü zrə iddiaçı Ramin Hacıyevin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manatının iddiaçı X1, 75 manatının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 May 2021-ci il tarixli, 2(102)3077/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-235/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan əlavə qətnamələrdə mühafizə zonasında tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0,12 ha) Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 10 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin perspektiv inkişaf fondu torpağının alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı q aydasında X2 fərdi mənzil tikmək məqsədi ilə ayrılıb. Bu səbəbdən məhkəmə əsl cavabdeh kimi X4, üçüncü şəxs qismində isə Şəhriyar Bələdiyyəsinin iştirakını təmin etməlidir. Mübahisələndirilən fərdi yaşayış evi cavabdehə məxsus deyildir və həmin məsələyə cavabdehin aidiyyatı yoxdur.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1439/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X10 (sədrlik edən və məruzəçi), X11 və X6) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-540/2021 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılması, İddiaçı İstehslat Birliyinin Cavabdeh qarşı fərdi yaşayış evinin sökülməsinə da ir iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, iddia tələbi buna cavab verməli olmayan cavabdehə qarşı qaldırılmışdır. Buna görə hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur

15. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin əsl cavabdeh olması məsələsini aydınlaşdırmamış, cavabdehin əsl cavabdehlə əvəz olunmasını müəyyən etməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni MPM-in 54, 119.1, 372.6, 372.7, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin olunmasını, qətnamənin tam ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən tədqiqat obyektinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilməsi onu müəyyən etməyə imkan verir ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən qanunsuz inşa edilmiş fərdi yaşayış evində hələ də Cavabdeh yaşayır və həmin tikililərdə X7 faktiki olaraq yaşamır. Tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi də ekspert rəyi ilə təsdiq olunmuşdur.

19. Bundan başqa qanu ni qüvvəyə minmiş məhkəmə aktları əsasında mübahisəli fərdi yaşayış evinin X2 məxsusluğu öz təsdiqini tapsa da,apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində bələdiyyənin qərarı ilə X7 üçün ayrılmış12 sot torpaq sahəsinin altından keçən 219 mm-lik qaz kəmərinin üzərində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi, sərhəd hasarı hazırki iş üzrə Cavabdeh tərəfindən aidiyyəti dövlət qurumlarından lazımi icazələr alınmadan qanunsuz inşa edilmişdir. Bu səbəbdən qanunsuz tikili hesab olunan iki mərtəbəli fərdi yaşayış evini və sərhəd hasarını, elə həmin tikililəri inşa etmiş Cavabdeh öz vəsaiti hesabına sökməli və qaz kəmərinin mühafizə zonasını bərpa etməlidir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qa rşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə157.8. Mülkiyyətçi hüqu qları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

26. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 19(2) Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 54.1 İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

45. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1439/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar