Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1640/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı1 vəkili Əzizov Azər Mirzə oğlunun və nümayəndəsi X13, Cavabdeh4 və onun vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakları ilə, Cavabdeh4 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh4 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Şabran rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şabran rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ç.İsgəndərov, iş 2(031)-233/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavab deh2 və Şabran rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağzadə və T.Quliyev, iş № 2(105)-3358/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Şabran rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(031)- 233/2019 saylı qətnaməsi Dəvəçi rayon notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 05.01.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməməsi hissəsind ə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq, Dəvəçi rayon notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 05.01.1993-cü il tarixli, 1/3 reyestr nömrəliqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmiş, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiya sı məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh4 vəkili Əsgərova Əfifə Füzuli qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı1 vəkili Əzizov Azər Mirzə oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da ape lyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Şabran rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(031)-233/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı 1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Şabran rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. X9 ilə X7 birgə nikahlarından xx xxxxxx 1950-ci ildə X adlı uşaqları olmuşdur. X10 ilə X7 birgə nikahlarından 05 iyul 1948-ci ildə Vahidə adlı uşaqları olmuşdur. X10 05 mart 1989-cu ildə, X2 01 sentyabr 1991-ci ildə ölmüşdür. H.Əliyev prospekti, ev 9 ünvanında yerləşən əmlak həqiqətən də X8 məxsus olmuşdur. Həmin şəxs 1989-cu ildə vəfat etmişdir. Dövlət Notariat Arxivinin Şabran rayon Dövlət notariat kontorunda 05 yanvar 1993-cü il tarixdə 1/3 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadə tnaməyə dair notariat işindən görünür ki, 05 mart 1989-cu ildə ölmüş X4 əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsəsi Cavabdeh1 verilmişdir. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı Dəvəçi şəhərində 600 kv.metr torpaq sahəsində yerləşən iki mərkətəbəli, iki otaqlı, cəmi 90,2 kv.metrlik yaşayaş evindən ibarətdir. Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən 9 saylı fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh1 Şabran şəhəri, H.Əliyev küçəsi, 9 saylı yaşayış evinə, ümumi birgə mülkiyyətdə olan 0.0495 ha torpaq sahəsinin 0.023 ha hissəsinə, Cavabdeh4 isə 0.0495 ha torpaq sahəsinin 0.0265 ha hissəsinə mülkiyyət hüququ əldə etmişlər. 17 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində o lan torpaq sahəsindən 0.0035 ha hissəsini Cavabdeh2 bağışlamışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin qətnaməsini qismən ləğv edib, iddianı qismən - Dəvəçi rayon notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 05.01.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edərkən ona istinad etmişdir ki, “keçmiş Dəvəçi şəhəri, Azadlıq küçəsindəki 794,5 kv.metr torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi X5 mülkiyyətində olmuş və o, 05.03.1989-cu ildə ölmüşdür. Onun arvadı X2 isə 04 sentyabr 1991-ci ildə ölmüşdür. İddiaçıların hər ikisi, o cümlədən Cavabdeh1 mərhum X5 birinci növbəli vərəsələridirlər. iddiaçılar şəhadətnamənin mövcudluğundan mirasın bölüşdü rülməsi tələbi barədə Şabran rayon məhkəməsində 2018-ci il tarixdə iddia qaldırarkən məlumatlı olmuşlar. Cavabdeh1 atasından miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə notariat kontoruna ərizə yazarkən, atasının vərəsəsi kimi yalnız özünü göstərsə də, digər vərəsə olan bacıları İddiaçı1 və İddiaçı2 vərəsə kimi göstərməmişdir. Halbuki həm 2000-ci ilin sentyabrın 1-dək, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, həm notarius, həm də qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıl arı qeyd etməyi zəruri hesab edir: İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, “ünvan 1 ünvan Dəvəçi şəhəri, Kommunist küçəsi,ev 9) Dəvəçi rayon XDS İK-nin 07 sentyabr 1988-ci il tarixli 14 saylı protokoluna əsasən atamıza icazə verilməsi əsasında 794,5 kv.metr torpaq sahəsində inşa edilmişdir. Atamız 1989-cu ildə vəfat etmişdir. X1 1991-ci ildə vəfat etmişdir. Həmin evdə hazırda cavabdehlər yaşayırlar. Bu illər ərzində ata mülkünə hələ də sənəd və vərəsəlik alınmadığını düşündüyümüz üçün həmin mirasdakı paylarımızın bölünməsi xahişi ilə məhkəməyə müraciət etdik. məhkəmə zamanı məlum oldu ki, qardaşımız Cavabdeh1 bizim xəbərimiz və razılığımız olmadan atamızın mülkünə vərəsəlik və qeydiyyat vərəqəsi almış, torpaq islahatı zamanı da mülkiyyətçi kimi özünə və ailə üzvlərinə torpağa dair mül kiyyət hüququnu qeydə aldırmışdır. Bu səbəbdən şabran rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiamız təmin edilmədi.” Beləliklə iddia ərizəsində iddiaçılar valideynlərindən miras qalmış evlə bağlı 05.01.1993-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni və həmin şəhadətnamə əsasında verilmiş digər sənədləri mübahisələndirərək etibarsızlığını tələb etmişlər. Mülki işə əlavə edilmiş 5 yanvar 1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh1 X3 miras qalan Dəvəçi şəhərində 600 kv.m. torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, cəmi 90,2 kv.m. yaşayaş evini miras kimi qəbul etmişdir. Torpaq sahəsini miras kimi deyil, islahat nəticəsində cavabdehlərə verilməsi iddiaçıların iddia ərizəsi, həmçinin mülki iş ə əlavə edilmiş qətnamə ilə də təsdiq olunur. Həmin qətnamədə hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatında qeyd edilmişdir ki, “Miras payı vərəsələr tərəfindən qəbul edilməməişdir. Həmin evdə qardaşları Cavabdeh1 öz ailəsi ilə yaşamışdır. 1995-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində yağan güclü leysan yağışları nəticəsində şəhəri sel basmış və bir çox evləri, o cümlədən onların ata evlərini də sel suları yuyub aparmışdır. Bununla əlaqədar olaraq, Dəvəçi (indiki Şabran) rayon FHK-nın təqdimatına əsasən İH-ti tərəfindən qardaşları Cavabdeh1 ailəsi ilə birlikdə yaşamaq üçün dövlət vəsaiti hesabına başqa bir ünvanda ev inşa edilərək verilmişdir. Sonrakı illərdə Malik ona dövlət tərəfindən verilmiş evi qanuni vərəsələrlə razılaşdırmadan sataraq, yenidən ata yurdunda bir mərtəbəli ev inşa etdirərək ora köçmüşdür.” Bundan əlavə həmin qətnamədə qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 01.11.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən yaşayış evinə tam, 0.0795 ha həyətyanı torpaq sahəsinə X15, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 olmaqla ümumi birgə mülkiyyət hüququ almışdır.” Məhkəmə kollegiyası müəyyən edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə torpaq sahəsinə münasibətdə deyil, evə münasibətdə verilmişdir. İddiaçılar 12 noyabr 2018-ci il tarixli qətnamədə özləri də təsdiq edirlər ki, Cavabdeh1 miras kimi qəbul etdiyi ev 1995-ci ildə Dəvəçi şəhərinə yağan leysan yağışı nəticəsində yaranmış sel tərəfindən yuyulub uçmuş, ata evlərini sel s uları yuyub aparmışdır. Bundan sonra qardaşları Cavabdeh1 dövlət vəsaiti hesabına başqa yerdə ev inşa edilmiş və o dövlətin inşa etdiyi evə köçmüşdür. Daha sonra isə o, ata yurdunda özü yeni birmərtəbəli ev inşa etmişdir. Beləliklə müəyyən edilir ki, Cavabdeh1 qanun əsasında vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi miras ev hazırda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.Cavabdeh1 tərəfindən miras kimi qəbul edilən daşınmaz əmlak - ev məhv olduğuna görə ona münasibətdə mülkiyyət hüququ itirilmiş, Cavabdeh1 tərəfindən inşa edilmiş yeni ev isə miras əmlak olmadığına görə, onun iddiaçılar arasında bölünməsi mümkün deyildir. Digər tərəfdən iddia ərizəsində qeyd ol unduğu kimi miras 1989 və 1991-ci ildə açılmış, həmin dövrdə iddiaçılar nə rəsmi qaydada notariata mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etməmiş, nə də mirası faktiki qəbul etməmişlər. Mirasın açılmasından artıq 30 il müddət keçmiş, miras 1993-cü ildə cavabdeh tərəfindən qəbul edilmiş və müvafiq qaydada rəsmiləşdirilmişdir. Qanuna əsasən 3 ay və ya ən çoxu 6 ay müddətində mirası qəbul etməli olan iddiaçılar miras açılandan 30 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia tələblərinin əsassızlığına əmin olmalı idilər. Məhkəmə kollegiyası iddia ərizəsi və mülki işə əlavə edilmiş sənədlər əsasında belə qənaətə gəlir ki, iddiaçılar mirasın qardaşları Cavabdeh1 tərəfindən qəbul edilməsindən xəbərdar olmamalarını bildirməklə səmimi deyillər. Əks təqdirdə onlar 1995-ci ildə mi ras qalmış evin sel tərəfindən məhv olunmasından sonra mirasla bağlı tələblərini irəli sürə bilərdilər. Beləliklə hazırda miras kimi qəbul edilməli olan əmlak mövcud deyil və iddiaçılar mirası qəbul etməklə bağlı müddəti ötürmüşlər və onların mövcud olmayan mirasdan 30 il sonra pay almaq arzuları heç bir qanuni əsasa malik deyildir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən 05.01.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə də münasibət bildirməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi qənaətin hüquqi əsası kimi ona istinad etmişdir ki, “həm 2000-ci ilin sentyabrın 1-dək, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, həm notarius, həm də qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi isə qətnaməsində həmin münasibəti tən zimləyən maddi hüquq normasını müəyyən etməmiş və tətbiq etməmişdir. 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. O, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlak üzərində sərəncam etməyə haqlı deyildir. Həmin maddənin 562-ci maddəsinə əsasən isə vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir.Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə mə`lumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçən ə qədər verilə bilər.Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Beləliklə apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1640/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1640/2020
12.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver