Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1640/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr; əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1.22 ha torpaq sahəsinə dair şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-361/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyətindədir. Digər Cavabdeh1 cavabdehlərin atasıdır.
2. İşin mübahisəsiz halıdır ki, torpaq sahəsi 2014-cü ildən iddiaçının sahibliyində və istifadəsindədir. Torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehlərə 2400 ABŞ dolları pul verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış 1. 22 ha torpaq sahəsinin şifahi alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 1.22 ha torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 2.400 (iki min dörd yüz) ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan yəni 12.000 (on iki min) manat məbləğində pulun və mütəxəssis rəyi üçün ödədiyi 125 (bir yüz iyirmi beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan çıxarışa əsasən Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2014-cü ilin iyul ayında 2.400 ABŞ dollarına Cavabdeh1 ömürlük almışdır. Həmin torpaq sahəsini alarkən doğma xalası oğlu X9 iştirakı ilə Cavabdeh1 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə aralarında şifahi alqısatqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1la aralarında yüksək səviyyədə inam və etibar olduğundan və ona təcili pul lazım olduğundan həmin vaxt alqı-satqını notarial qaydada tam şəkildə sənədləşdirə bilməmişlər. Cavabdehlər onlardan aldığı 1.22 ha torpaq sahəsinin çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün əslini ona vermişlər. Hazırda da həmin sənədlərin əsli ondadır. Cavabdehlərdən Cavabdeh2 hərbiçi olduğundan mütəmadi olaraq hər bi xidmətlə bağlı yaşadığı ünvanda olmadığından və məlum 2-ci Qarabağ müharibəsində oğlu Vətən uğrunda gedən döyüşlərdə şəhid olduğundan bir müddət özünə qapandığından aralarında olan alqı-satqını notarial qaydada sənədləşdirilməmişlər. Cavabdehlərdən 2.400 ABŞ dollarına aldığı 1.20 ha torpaq sahəsinə dair sənədlərin əsli hal hazıra kimi onda olmaqla yanaşı həmin torpaq sahəsi 2014-cü ilin iyul ayından etibarən indiyədək onun istifadəsindədir. Həmin torpaq sahəsini aldığı gündən etibarən son zamanlara kimi istifadə etməklə həmin torpaq sahəsinə külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Hazırda həmin torpaq sahəsində 7 illik yonca bitkisi əkmişdir. Lakin cavabdehlərdən Cavabdeh2 qanunsuz olaraq özbaşına heç bir məlumat vermə dən əkdiyi yoncanı kombayın gətizdirərək biçdirirək aparmışdır. O, bu barədə Cavabdeh2 öz iradın bildirsə də cavabdeh ona əhəmiyyət verməyərək öz heyvanlarını gətirib aldığı torpaq sahəsində otarır. Cavabdeh torpaq sahəsində qanunsuz işlər görərək ona külli miqdarda ziyan vurmuşdur. Onların arasında bağlanmış torpağın alqı-satqısına dair əqd etibarlı olduğundan əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, iddiaçıya torpaq sahəsini satmamışdır. İddiaçını tanımamışdır. İddiaçını birinci dəfədir ki, görür. X28 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini ildə 300 manat verilməklə Şahlara 5-7 il müddətinə icarəyə vermişdir. Həmin torpaq sahəsi övladlarına məxsusdur. O, arvadına məxsus payı Şahlar Quliyevə satmışdır. Mübahisəli torpağı isə satmamışdır. İddiaçı icarə pulunu vermədiyinə görə aralarında olan razılıq pozulmuşdur. Şahlar indiyə kimi onlara cəmi 1.500 manata yaxın pul vermişdir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsi onun və qardaşının mülkiyyətinə verilmişdir. O, iddiaçıya torpaq sahəsi satmamışdır. X26 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini icarəyə vermişdir. Sonradan iddiaçı icarə pulu vermədiyinə görə aralarında narazılıq yaranmışdır. Torpağı atası icarəyə vermişdir. Atası onlara bildirmişdir ki, torpağı icarəyə verir və Şahlar Quliyev onlara hər il icarə pulu verəcəkdir. Lakin icarə pulunu vaxtında vermədiklərinə görə pozuluşmuşlar. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki, onun və qardaşının mülkiyyətində olan torpaq sahəsini Şahlar Quliyevə icarəyə vermişlər. Şahlar Quliyev onlardan torpağı payızlıq otarmaq üçün almışdır. Şahlar iddiaçı ilə birlikdə torpağı istifadə edərək onlara qaytarmamışlar. İddiaçı onlara pul verməmiş və onlar iddiaçıya torpaq satmamışlar. Həmin torpaq sahəsini icarəyə atası vermiş və icarə pulunu da atası almışdır. Atası da onlara torpağı icarəyə verdiyini bildirmişdir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, İddiaçı onun xalası oğludur. O, 2008-ci ildə Cavabdeh1 ona və ailə üzvlərinə məxsus 5,2 ha pay torpaq sahəsinin 4 ha hissəsini almışdır. İddiaçıla təsərrüfatları bir olduğundan Hasil ondan satılıq torpaq olarsa ona bildirməsini xahiş etmişdir. Cavabdeh1 ona torpaq sahəsinin 1,22 ha hissəsini də satmaq istədiyini bildirmişdir. Həmin vaxt onun pulu olmadığından və xalası oğlu İddiaçı ondan xahiş etdiyindən H asilə Zahidin torpaq satdığını və torpağı almağı təklif etmişdir. Hasil onunla razılaşmış, 2014-cü ilin iyul ayında o, İddiaçıla birlkdə Cavabdeh1 həmin torpaq sahəsini 2400 ABŞ dollarına almağa razılaşmış və pulu Zahidə vermişlər. Cavabdeh1 torpaq sahəsini nə vaxt olsa sənədləşdirəcəklərinə söz vermişdir. 2019-cu ildə İddiaçı dedi ki, “gedək torpaq sahəsini sənədləşdirək”. Onlar Cavabdeh1 evinə getmiş və torpağı sənədləşirməyi ona bildirmişlər. Həmin vaxt Zahid torpağı sənədləşdirməkdən imtina etmiş, Cavabdeh2 isə pullarını qaytaracaqlarını bildirmişdir. Onlar razılaşmışlar. Lakin cavabdehlər nə pulu verməmiş, nə də ki, torpaq sahəsini sənədləşdirməmişlər və demişlər ki, “biz torpaq sahəsini sənə icarəyə vermişik”. Həmin vaxt İddiaçı xəstələnmiş və bir müddət müalicə almışdır. Sonradan oğ lu şəhid olduğunua görə başları qarışmış və torpağı sənədləşdirə bilməmişlər. O, 2400 ABŞ dolları pulu Cavabdeh1 tam vermişdir.
9. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X22 ifadəsində göstərmişdir ki, 2014-cu ildə sürücü kimi İddiaçı və onun xalası oğlunu özünə məxsus avtomobili ilə Təzəkənd kəndində yerləşən torpaq sahəsinə aparmışdır. Onlar həmin torpaq sahəsinə çatarkən suçunun yeri suladığını görmüşlər. Həmin vaxt onun avtomobilində İddiaçı xalası oğlu Hasildən pulu alıb aparıb sonradan tanıdığı Cavabdeh1 vermişdir. O, həmin vaxt avtomobildə olmuş və onların arasında nə söhbət olduğundan məlumatı olmamışdır. Hasildən eşitmişdir ki, Cavabdeh1 torpaq sahəsi almışdır.
10. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X18 ifadəsində göstə rmişdir ki, 2014-cü ildə qonşusu İddiaçı ona zəng edərək xalası oğlu Şahların torpaq sahəsini suvarmaq lazım olduğunu bildirmişdir. O, Hasillə razılaşmış və səhəri gün torpağı suvarmağa getmişlər. Yer sulayarkən Şahların İddiaçı satılıq torpaq sahəsi olduğunu deməsini, Hasilin isə onunla razılaşdığını görmüşdür. İddiaçı buna etiraz etməmişdir və almağa razı olduğunu demişdir. İddiaçı xalası oğlu Şahlara axşam pulu gətirəcəyini və onunla gedib torpaq sahəsini almasına köməklik etməsini bildirmişdir. Axşam onlar cavabdehlərin evinə getmişlər. Evdə İddiaçı pulu sayıb Şahlara vermişdir. Onlar maşında qalmış Şahlar isə pulu aparıb Zahidə vermişdir. Həmin vaxt digər cavabdehlər orada olmamışlar. 2023-cü ilin dekabr ayında axşamüstü İddiaçı ona “bizim bir torpaq məsələmiz var, torpağı məndən qayt armaq istəyirlər, gedirik onu danışmağa” demişdir. O, da hər iki tərəflə birlikdə gedib çayxanada söhbət etdikdə Cavabdeh2 “1 ay müddətinə pulu düzəldib verəcəm torpaq sahəsini qaytararsınız” deyə bildirmişdir.
11. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında Şahlar və Xəzər onun işlətdiyi çayxanaya gələrək söhbət etmişlər. Söhbət əsnasında Şahlar Xəzərə demişdir ki, “mən xalam oğlundan 2400 ABŞ dolları pul alıb vermişəm sizə, pulumu qaytar torpağınızı verim”. Xəzər isə Şahlara dedi ki, “13-cü maaşımı alıb gətirib borcumu bağlayacam”. Onların arasında olan söhbət bundan ibarət olmuşdur. Həmin vaxt Hasil də orada olmuşdur. Ona məlum olmuşdur ki, torpağı Hasil almışdır.
12. Məhkəmə iclasında iddiaçı t ərəfindən dəvət edilib dindirilən şahid X3 ifadəsində göstərmişdir ki, Cavabdeh1 ilə əmi uşağı sayılırlar. Cavabdeh2 və Cavabdeh3 isə əmisi uşaqlarıdırlar. O, 2014-cü ildən Təzəkənd kəndində Su birliyinin idarə heyyətinin sədri vəzifəsində işləmişdir. 2015-ci illərdə həmin torpaqların Şahların aldığını bilir. 2015-2016-cı illərdə Hasil ondan Şahların torpaq sahəsinin yanında yerləşən torpaq sahəsinə suyun verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, Hasillə əmisi oğlu Xəzərin torpaq sahəsinin üstündə mübahisələrinin olmasını bilmiş və Xəzərə demişdir ki, “mən Sizi barışdıraram, gətirin Hasilin pulunu verin o, da torpaq sahəsini qaytarıb Sizə versin”. Həmin vaxt əmisi oğlu Xəzər demişdir ki, “13-cü maaşımı alım Hasilin pulunu verəcəm”. Bu söhbət 2023-cü ilin qış aylarında olmuşdur. Həmin söhbətdən 10-15 gün keçdikdən sonra onların arasında yenə mübahisə başlamış və həmin vaxt Xəzər demişdir ki, “mən ona pul qaytarmayacam, mənim ona pul vermək məqsədim yoxdur və mən Hasilə deyəcəm ki, torpaq sahəmi icarəyə vermişəm”. Bu mübahisənin gəlib məhkəməyə çıxmağının səbəbi əmisi Cavabdeh1 və əmisi oğlanlarının özləridir.
13. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1057/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, re yestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu,Təzəkənd kəndində yerləşən 1.22 ha torpaq sahəsinə dair əqdin etibarlı hesab edilməsi, cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumuna görə 100(yüz) manat pulun alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Ramiz Nurullayev).
14. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindəki torpaq sahəsi onların öz razılıqları ilə ataları Cavabdeh1 tərəfindən 2014-cü ildə 2400 ABŞ dollarına İddiaçı satılmışdır. Cavabdeh iddiaçıdan həmin pulu qəbul etmiş və torpaq sahəsini sənədləşdirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan vədinə əməl etməmişdir.
15. Məhkəmə həmçinin müəyyən etmişdir ki, torpa ğın alqı-satqısı ilə bağlı iddiaçı öz öhdəliyini yerinə yetirmiş, cavabdehlər torpağın pulunu alıb iddiaçıya həmin torpaq sahəsini satmağı öhdəsinə götürsələr də sonradan buna əməl etməmişlər. Cavabdehlərin həmin torpaq sahəsini icarəyə vermələri barədə izahatlarını məhkəmə inandırıcı hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında torpaq alqı-satqısı ilə bağlı iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən cavabdehlər isə həmin torpaq sahəsinin sənədləşdirilməsindən boyun qaçırdığından iddia əqdin etibarlı hesab edilməsinə dair hissəsində təmin edilməlidir. İddia həmin hissədə təmin edildiyindən məhkəmə iddianın pul tələbinə dair hissəsini əsaslı hesab etmir.
16. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi cəhətdən obyektiv qiymət verərək hesab etmiş dir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış 1.22 ha torpaq sahəsinə dair əqd etibarlı hesab edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 336, 567, 568, 646 və 648-ci; Mülki Prossesual Məcəlləsinin 9, 14, 77, 119 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ş ikayətə görə, cavabdehlər ümumiyyətlə iddiaçını tanımamış, onu ilk dəfə torpaq ilə bağlı tərəflər arasında mübahisə yaranandan sonra Şahlar Quliyevin yanında görmüşlər. Belə ki, 2023-cü ilin noyabr ayında Cavabdeh3 Şahlar Quliyevə müraciət edərək, torpaq sahəsi üzrə icarə öhdəliklərini icra etmədiyi üçün torpaq sahəsini tərk etməsini xahiş etmişdir. Həmin vaxt icarə müqaviləsi üzrə Şahlar Quliyevin icarə haqqına görə 8000 manat borcu yaranmışdır. Şahlar Quliyev də torpaq sahəsini təhvil verməyə razılaşmış, lakin borcun ödənilməsi üçün vaxt istəmişdir. Borcu ödəyə bilməyəcəyi təqdirdə atası Cavabdeh1 tərəfindən satılmış torpaq sahəsindən 1 ha hissəsini geri qaytaracağını, həmin torpaq sahəsinin 2024-cü ilə uyğun bazar qiyməti olan 10.000 manat olmasını nəzərə alaraq həmin qiymətə razılaşmış lar. Həmin puldan 1.22 ha torpaq sahəsinə görə yaranmış 8000 manat icarə haqqına görə borcu əvəzləşdirməyi, Rəcəb və Cavabdeh2lar isə ona 2000 manat verməyi şifahi qaydada razılaşmışlar. Şahlar Quliyev 1.22 ha torpaq sahəsini geri qaytarmış, Cavabdeh3 torpaq sahəsində olan yonca sahəsini 1-ci biçinini özü biçmiş və məhsulu götürmüşdür. Torpaq sahəsində kənd sakini olan traktorçular X19 və X5 Məmmədovun göstərişi ilə aparmış və buna görə haqlarını da Cavabdeh3 almışlar. Bundan sonra X33 Məmmədova müraciət edərək, yonca sahəsinin 2-ci və 3-cü biçin işlərinin onun tərəfindən aparılmasını xahiş etmiş və 500 manata razılaşmışlar, həmin pulu da Şahlar Quliyevə əlavə alacağı torpaq sahəsini görə Rəcəb və Cavabdeh2ların verəcəyi 2000 manatdan çıxılması şərtilə razılaşmışlar. Lakin 2024-cü ilin i yun ayında Şahlar Quliyev torpaq sahəsinə İddiaçı gətirərək, xalası oğlu və həmçinin şəhid atası olduğunu və torpağın alqı-satqı müqaviləsi əsasında alınmasını iddia edərək, şəhid atasının bu statusundan istifadə edərək torpağı onun vasitəsilə, İddiaçı adına sənədləşdiriləcəyini bildirmişdir. Bu zaman tərəflər arasında mübahisə yaranmış və Cavabdeh3 DİN-in 102 xidmətinə müraciət edərək Şahlar Quliyevin torpaq sahəsindən çıxmaması ilə bağlı şikayət vermiş, şikayət əsasında Beyləqan RPŞ-də araşdırma aparılmışdır. Daha sonra Şahlar Quliyev də DİN-in 102 xidmətinə müraciət edərək, Cavabdeh3 şikayətçi olduğunu bildirmişdir. Bundan sonra, Beyləqan rayon Məhkəməsinə çağrılarkən İddiaçı onlardan torpaq sahəsi alqı-satqı etmələri barəsində iddiası barədə məlumatlı olmuşdur. Cavabdehlərin hər biri o nu tanımadığını, onunla hər hansı ünsiyyətləri olmadığını və ona torpaq sahəsi satmadıqlarını və icarə müqaviləsi bağlamadıqlarını məhkəmə iclasında bildirmişlər. Bundan əlavə məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunaraq izahatı alınmış və məhkəmə iclasında zalda əyləşmiş şahidlərdən kimin cavabdehlər olması ilə bağlı nəzər yetirdikdə cavabdehlərin kim olmasını göstərə bilməmişdir. Göründüyü kimi yalançı şahidlik etmişlər, lakin məhkəmə onların izahatlarını sübut kimi qəbul etmişdir. Bundan əlavə yalan izahat verən X4 cavabdehlərlə qohumluq münasibətlərində olmasını bildirsə də cavabdehlər ilə heç bir qohumluq münasibətində olmamışdır
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-361/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şika yətinin qismən təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(020)-1057/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 2400 ABŞ dolları, ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 dövlət rüsumuna görə 100 manat alınıb Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakimlər X6 (X1 (sədrlik edən və məruzəçi), X12 və X16 ibarət tərkibdə).
21. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdehlərin mülkiyyətində əvvəl 5,22 ha torpaq sahəsi olmuşdur. Həmin sahədən 4 ha hissəsini cavabdehər Şahlar Quliyevə satmışlar. Qalan 1,22 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh3 paylı mülkiyyətində qalmışdır.
22. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışdan görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2- 0,35 ha və Cavabdeh3- 0,87 ha mülkiyyətlərinə verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi üzrə mülkiyyətçilər sonra dəyişmişdir. Hazırda iddia edilən həmin torpaq sahəsi 0,20 ha hissədə X7, 0,67 ha hissədə Cavabdeh3 və 0,35 ha hissədə Cavabdeh2 paylı mülkiyyətindədir.
23. Kollegiya həmçinin müəyyən etmişdir ki, iddiaçı hazırkı tələbində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən 1,22 ha hissəsini cavabdehlərdən alqı-satqı yolu ilə əldə etdiyini bildirərək torpaq sahəsinin alqısatqısına dair şifahi razılaşmanın təsdiq edilməsi və ya torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 2.400 ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan 12.000 manat məbləğində pulun ona ödənilməsini xahiş etmişdir. İddia iki (alternativ) tələbdən ibarətdir: şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 2400 ABŞ dollarının indiki dövrdə bazar dəyərinin ödənilməsi. İddiaçı birinci tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etmişdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24 iyun 2005-ci il t arixədək qüvvədə olmuş 335.2 və 336.1-ci maddələrinə istinad edən kollegiya bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı sayaraq təmin etmişdir.
25. Kollegiya hesab etmişdir ki, Mülki Məcəllənin 335.2-ci və ya 336.1-ci maddələrinin tətbiq edilməsi üçün əsas yoxdur. İşə baxılarkən Mülki Məcəllənin 335-ci maddəsi qüvvədə olmamışdır. Bu əsasla da iddia təmin edilə bilməz.
26. Bununla bağlı kollegiya həmçinin qeyd etmişdir ki, bu hissədə qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia təmin edilməməlidir. Tələbin ikinci hissəsi ödənilən 2.400 ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan 12.000 manat məbləğində pulun tutulmasıdır. 12.000 manatın tutulması hissədə iddianı təmin etmək üçün qanuni əsas yoxdur. Ona görə 12000 manat pul tələbi barədə tələb də təmin edilə bilməz.
27. Bununla yanaşı, kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının ödədiyi pulun indiki dövrdə bazar dəyərini tələb etməsi mahiyyətcə həmin pul vəsaitinin geri tələb edilməsini də əhatə edir. Ona görə torpaq sahəsinə görə ödənilən pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə iddiaçı aşağıdakılara əsasən haqlıdır. İddiaçı baş tutmamış alqı-satqı müqaviləsinə görə ödədiyi pulun geri qaytarılmasını, ona vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 21-ci maddələri təşkil edir.
28. Kollegiya daha sonra qeyd etmişdir ki, cavabdeh tərəf iddianı qəbul etməmişdir. Cavabdeh tərəf torpağın alqı-satqısı deyil, torpağın icarəsi barədə Şahlar Quliyevlə aralarında razılaşma olduğunu bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 pul vəsaitinin ödənilməsi hissəsində ona 1500 manata yaxın pulun verildiyini bildirmiş, digər cavabdehlər ümumiyyətlə pulun verildiyini təsdiq etməmişlər. Bununla yanaşı, cavabdehlər sözügedən torpaq sahəsinin faktiki olaraq 2014-cü ildən iddiaçının istifadəsində olduğunu inkar etməmişlər. Beləliklə, sözügedən torpaq sahəsinə dair tərəflər arasında yazılı şəkildə istər alqısatqı, istərsə də icarə müqaviləsinin bağlandığı müəyyən edilmir. Bu baxımdan qüvvədə olan Qanunun tələbinə görə alqı-satqı müqaviləsinin bağlanması tələbi təmin edilməməlidir. Lakin qanuni əsas və ya müqavilə əsası olmadan pul vəsaiti ödənildiyi müəyyən edilərsə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İstər torpağın al qı-satqısına, istərsə də icarəyə verilməsinə görə iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi və miqdarı mübahisəli haldır.
29. Kollegiya digər tərəfdən qeyd etmişdir ki, iddiaçı tərəf Cavabdeh1 2400 ABŞ dollarında pul vəsaiti ödədiyini sübuta yetirmək üçün şahid ifadələrinə istinad etmişdir. Cavabdeh tərəf torpaq sahəsini hansı əsasla iddiaçının istifadəsinə verdiyinə dair hər hansı arqument və ya sübut təqdim etməmişdir. Kollegiya iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini sübut olaraq qəbul edir.
30. Kollegiya sonda müəyyən etmişdir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə və ya icarəsinə verilməsinə görə iddiaçı tərəfindən Cavabdeh1 2400 ABŞ məbləğində pul vəsaiti ödənilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinə dair hər-hansı müqavilə bağlanmamışdır. Torpaq sahəsinə d air hər-hansı müqavilə bağlanmadığına görə iddiaçı öz verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqldır.
31. Kollegiya yekun olaraq hesab etmişdir ki, iddia tələbi ödənilən pul vəsaitinin qaytarılması hissədə qismən təmin edilməli, 2400 ABŞ dolları, ödəniş gününə müvafiq məzənnəyə uyğun olaraq manatla Cavabdeh1 tutulub İddiaçı ödənilməlidir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 335, 336, 1091, 1092-ci; Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı (Vəkil2) həmin qətnamədən kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2025- ci il tarixli iş N-2(106)-361/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, işin faktiki hallarından hər iki tərəfin vediyi ifadələrdən və məhkəmənin gəldiyi nəticədən görmək münkündür ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi olmuşdur. Belə olan təqdirdə də mülki dövriyyə iştirakçısı kimi İddiaçı hüquqi təmin olunmalı idi. İddia tələbi 12.000 manat məbləğində təmin olunmalı idi.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, İddiaçı vicdanlı sahib olduğu halda a lmış olduğu 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində apardığı yaxşılaşdırmaların dəyərini tələb etmək hüququ olduğu halda, onun hüquqi savadsızlığından yalnız torpağın bu günkü bazar qiymətinə uyğun dəyərinin- 12.000 manat tələb etsə də məhkəmə bu tələbini belə nəzərə almamışdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələblərinə də düzgün riayət olunmamışdır. 2400 ABŞ dollarının İddiaçı qaytarılması şərtilə torpaq sahəsinin cavabdehlərə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılıb verilməsinin onların əsassız varlanmasına səbəb olması halına əhəmiyyət verilməmişdir. Çünki İddiaçı torpaq sahəsindən 10 ildir ki, istifadə etməklə, həmin torpaq sahəsinə sahiblik etmiş, orada öz zəhməti və vəsaiti hesabına yaxşılaşdırma işləri aparmış, yonca əkmişdir. Hə min yoncanın biçilməsi də 7-il üçün nəzərdə tutulmuşdur.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsinin mövcud olması mübahisəsizdir. Həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilməsə də İddiaçı torpaq sahəsindən 10 ildir ki, istifadə etmiş və həmin torpaq sahəsinə 10-ildir ki, sahiblik etmişdir. Məhkəmə isə İddiaçı bu sahiblik hüquqlarını nəzərə almamışdır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, qətnamə qəbul edildiyi vaxtı torpaq sahəsinin dəyəri bu günkü bazar qiymətinə, yəni 12.000 manata uyğun deyil, 2014-cü il üçün müəyyən edilmiş bazar qiymətinə yəni 2400 ABŞ dollarına uyğun olaraq müəyyən edi lmişdir. Bu da nəticədə İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hazırda 2400 ABŞ dollarına münbitləşdirilməmiş və qulluq edilməmiş 1.20 ha torpaq sahəsinin alınması mümkün deyildir.
39. Azərbaycan Respublikaı MPM-nın 14.1-ci və 217-ci maddəsinin tələblərinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərini pozmaqla. işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdı r. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırılmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəyə qiymət verilməmişdir.
40. Azərbaycan Respublikaı MPM-nın 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. X21 Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2025-ci il tarixli iş N-2(106)-361/2025 saylı qətnaməsinin qəbul edildiyi vaxtı bu hallar nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
42. Ərizə mahiyyət etibarı ilə cavabdehlər tərəfindən məhkəmə proseslərində verilən izahatlarla həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-361/2025 saylı qətnaməsi ilə qismən razıdırlar, ona görə ki, iddiaçı ilə cavabdeh arasında torpaq alqı-satqısı ilə bağlı hər hansı bir əqd olmamış, məhkəmə əqdin 1 bağlanılmamasına baxmayarag əsassız olaraq Cavabdeh1 2400 ABŞ dolları pul tutulması qət edilmişdir. Lakin mövcud qanunvericiliyə əsasən kassasiya şikayəti verilməsi mümkün olmadığından Cavabdeh1 kassasiya şikayəti verməmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız olduğundan təmin edilməməlidir.
43. Kollegiya düzgün olaraq hesab etmişdir ki, 12.000 manatın tutulması hissədə iddianı təmin etmək üçün qanuni əsas yoxdur. Ona görə 12000 manat pul tələbi barədə tələb də təmin edilə bilməz.
44. Əsassız varlanma hissəsinə münasibətdə torpağın alqı-satqısı deyil, torpağın icarəsi barədə Şahlar Quliyevlə aralarında razılaşma olmuşdur. Ümumiyyətlə, isə iddiaçı tərəfindən cavabdehlərə, o cümlədən Cavabdeh3 hər hansı pul vəsaiti verilməmişdir.
45. Kassasiya şikayətinin 6-cı prosessual hüquq normalarının pozuiması və ya düzgün tətbiq edilməməsi barədə dəlillər hissəsində 1-ci bəndində göstərilmişdir ki, mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır. "xxxx" MMC tərəfindən verilmiş rəyə qiymət verilməmişdir. Kassatorun rəyə qiymət verilməməsi ilə bağlı mövqeyi anlaşılan deyi l, çünki rəydə ABŞ dollarının 2014-cü və 2024-cü illərə dair manata münasibətdə ekvivalentləri qeyd edilmişdir. Məhkəmə buna niyə münasibət bildirməlidir məsələsini kassator əsaslandırmamışdır. 2-ci və 3-cü bəndlərdə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinde göstərilən prosessual hüquq normaları sadalansa da, məhkəmə tərəfindən həmin hüquq normalarının necə pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qətnamənin qanuni qüvvəyə minməsini gecikdirmək məqsədi daşıyır, iddiaçı tərəfindən formal olaraq verilmişdir. Qeyd olunanlara Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-361/2025 saylı xx.xx.2025-ci il tarixli Qetnamesi ilə düzgün hüquqi qiymət verilmiş və tərəflər arasında hər hansı bir əqdin bağlanılmaması ilə bağlı mövqe əsaslıdır. Qətnamənin kassasiya şikayətinə münasibətdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
47. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdı r;
49. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
50. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 51.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 52.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hal larda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 53.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianln təmin edilmədiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
59. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən Cavabdeh1 2014-cü ildə 2400 ABŞ dolları məbləğində verilmiş qanuni əsası olmamışdır.
60. İddiaçı bu məbləği cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı üçün verildiyini iddia etsə də tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlandığı (yazılı və notarial qaydada təsdiq edilmiş) sübutlarla təsdiq edilməmişdir.
61. İddiaçının 2400 ABŞ dolları pulun cavabdehlərdən tutulmasına dair tələbi MM-nin 1092.1-ci maddəsinə əsasən əsaslı olduğundan təmin edilmişdir. Kassasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçı pul tələbinin rədd edildiyi hissədə qətnaməni mübahisələnd irərək torpaq sahəsinin hazırkı bazar dəyərinin cavabdehlərdən tutulmasını xahiş edir.
62. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1092-ci maddəsində əsassız varlanmış şəxsin məhrum olanın tələbi ilə yalnız əldə etdiklərini qaytarmalı olduğu nəzərdə tutulduğundan məhkəmə iddiaçının ödədiyi pul vəsaitinin cavabdeh Z.Məmməvdan tutulması normanın dispozisiya şərtinə uyğundur. Pul tələbinin qalan hissədə təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyindən həmin hissədə tələbin rədd edilməsi qanuni və əsaslıdır. Belə ki, torpaq sahəsinin 2014-cü ildən iddiaçının sahibliyində və istifadəsində olduğu, onun sahədən gəlir əldə etmək imkanı olduğu nəzərə alınarsa bu müddət ərzində cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəydiyi müə yyən edilmədiyindən iddia tələbinin MM-nin 21.2-ci maddəsinə əsasən təmin edilməli olduğu barədə kassasiya şikayətinin dəlili əsassızdır. 63.Kollegiya iddiaçının torpaq sahəsində apardığı yaxşılaşdırmaların dəyərinin ödənilməsini tələb etmək hüququ olduğuna dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bu barədə iddia tələbi olmadığından MM-nin 157.7 və 157.8-ci maddələrinin hazırkı mübahisə üzrə tətbiq edilməməsi maddi hüquq pozuntusu hesab edilə bilməz.
64. İşə baxmış məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. 65.Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(106)-361/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-361/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.