Məhkəmə qərarları › İş №2(102)-1642/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1642/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1642/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3425/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qubadlı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov, iş № 2(028)-112/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləs inin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Mercedes-Benz C 220 CDİ” markalı avtomobilin alqı-satqısına dair xx xxxx 2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Qubadlı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 və X2 İddiaçı xeyrinə 34.583,35 ABŞ dolları ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulmalıdır. Həmin icra vərəqəsi Qaradağ rayon icra şöbəsi tərəfindən xx xxx 2017-ci il tarixdə icraata qəbul edilmiş və borclu Cavabdeh1 oğluna tələbin könüllü icrası barədə vaxt verilmişdir. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan “Mercedes-Benz C 220 CDİ” markalı avtomobilə dair qızı Cavabdeh2 ilə xx xxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış və avtomobil sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. İcra vərəqəsi üzrə tələbkar İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus olan avtomobili qətnamənin icrasından yayınmaq məqsədi ilə qızının adına keçirməsini, lakin həmin avtomobildən özünün istifadə etməsini, alqı-satqı müqaviləsinin uydurma xarakteri daşıma sını və s. əsas göstərməklə xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6 7.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən alqı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsasların o lmamasını və iddiaçının müqavilənin tərəfi olmadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, cavabdehdən 34.583,35 ABŞ dollarının tutulmasına dair icra sənədinə əsasən icra şöbəsi tərəfindən tələbin könüllü icrası barədə ona vaxt verilməsinə baxmayaraq cavabdeh icra sənədini könüllü icra etməmiş və özünə məxsus avtomobilə dair qızı ilə xx xxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu tələbin borcluya məxsus əmlakın hesabına ödənilməsinə imkan verdiyi üçün cavabdehə məxsus avtomobilin satılması iddiaçının maraqlarına tox unmuşdur. Belə ki, cavabdehin həmin hərəkəti nəticəsində iddiaçı avtomobilin satılıb əldə olunmuş pul vəsaitinin ona ödənilməsi imkanını itirmişdir. İşin həmin halları mübahisəsiz təsdiq edir ki, avtomobilin həmin ərəfədə özgəninkiləşdirilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmışdir və o, maraqlı şəxs kimi alqı-satqı müqaviləsinin qanuniliyini mübahisələndirmək hüququna malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması qənaətinə gələrkən heç bir hüquq normasına istinad etməmiş və işin yuxarıda göstərilən hallarını və Mülki Məcəllənin 354.2ci maddəsinin tələbini nəzərə almamışdır. Qanunun həmin normasına görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Normanın məzmunundan göründüyü kimi qanun maraqlı şəxsə də əqdin etibarsızlığını mübahisə etmək hüququ vermişdir. Yuxarıda isə qeyd olunduğu kimi əqdin mübahisələndirlməsi hüququna münasibətdə iddiaçı maraqlı şəxs olmuşdur. Alqı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun bağlanması barədə nəticəyə gələrkən, məhkəmə kollegiyası cavabdehin icra sənədinin icrasının həyata keçirilən ərəfədə avtomobili öz qızına satmasına, lakin avtomobildən faktiki olar aq istifadə etməkdə davam etməsinə əhəmiyyət verməmiş və əqdin uydurma əqd olub-olmamasına qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əgər əqd avtomobilin həqiqətən də Cavabdeh2 satılması niyyəti olmadan bağlanmışdırsa, həmin əqd uydurma, yəni görünüş üçün bağlanmış əqd hesab oluna bilər. Məhkəmənin istinad etdiyi əsaslar göstərilən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmiş və pozulmuş hesab edilən hüquqların bərpasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar