Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1645/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(005)704/2018 qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 262.860 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə mana t hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə (həmin mənzilin ilkin satış qiyməti 250.000 manat müəyyən edilsin) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli, 2(103)-8312/2018 saylı qətnaməsi ilə (haki mlər: İ.Xəlilov, X.Cəmilova, İddiaçı) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(005)-704/2018 qətnaməsi apellyanta münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli, 2(103)-8312/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən 8 oktyabr 2015-ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etiraf ı haqqında mücərrəd müqavilədən irəli gələn ödənilməmiş 272.860 ABŞ dolları borcun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh İddiaçı xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 8 oktyabr 2015-ci il tarixli, 3M-609 saylı reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilə (reyestr nömrəsi **********2805301-093068, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli) yönəldilməklə, ipoteka predmetinin yenidən qiymətləndirilərək açı q hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin, bu məbləğ kifayət etmədikdə isə iddia tələbinin cavabdehin digər əmlaklarına yönəldilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 8 oktyabr 2015-ci il tarixli, 3M605 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona 360.000 (üç yüz altmış min) manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borc məbləğini 5 il müddətinə hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüş, eləcə də borc məbləğinə görə özünə məxsus bütün daşınmaz və daşınar əmlakı ilə tam məsuliyyət daşıması barədə tam zəmanət vermişdir. Cavabdeh (ipoteka qoyan) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 18.06.2013-cü il tarixdə Cavabdeh verilmiş **********28-05301-093068 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ö zünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu barədə həmin mənzildə qeydiyyatda olan şəxslərin müvafiq razılıq ərizələri alınmaqla onunla cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 8 oktyabr 2015-ci il tarixli, 3M-609 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra, həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və 14.10.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1912 nömrəli kitabının 76360 nömrəli vərəqində qeydlər edilməklə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borcun qaytarılması manat - ABŞ dolları ekvivalentində nəzərdə tutulduğuna görə tərəflər arasında borc üzrə hesablaşma ABŞ dolları ilə aparılmış, borc müqaviləsindən sonra cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ona 2017-ci ilin fevral ayına qədər hissəhissə hər ay 5.000 ABŞ dolları məbləğində ödənişlər etməklə cəmi 70.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Lakin 2017-ci ilin mart ayında cavabdeh növbəti ödənişi yubandırdığına görə onunla əlaqə saxladıqda ona əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və buna görə də borc üzrə vaxtında ödəniş etməyə imk anı olmadığını bildirmiş, yaxın 1-2 ay ərzində borc üzrə ödəmələri hissə-hissə davam etdirəcəyini vəd etsə də, lakin bu günədək müxtəlif bəhanələrlə borcun qalan hissəsini ödəməkdən boyun qaçırmış, müqavilə üzrə borc öhdəliyini lazımi qaydada və vaxtında icra etməmiş və borcunu ödəməmişdir. Beləliklə, bü günkü tarixədək Cavabdeh ona 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində olan ümumi borcdan 70.000 ABŞ dolları ödəməklə cəmi 272.860(iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borcu qalmışdır. İpoteka müqaviləsi bağlanan zaman tərəflər arasında razılaşmaya əsasən, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat müəyyən olunmuşdur. Hesab edir ki, hal-hazırda daşınmaz əmlak bazarında müşahidə olunan ucuzlaşm a tendensiyası ipoteka predmetinin real bazar qiymətlərindən nisbətən baha olması səbəbindən yenidən qiymətləndirilməsi zərurətini yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq, 23.11.2017-ci il tarixdə iddiaçı (ipoteka saxlayan) İddiaçı cavabdeh (ipoteka qoyan) Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş və borclu (ipoteka saxlayan) tərəfindən bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 24. 11.2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018ci il tarixli, 2(103)-8312/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddianın qismən təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi aşağıdakıları işin mübahisəsiz halı hesab etmişdir: Tərəflər arasında 8 oktyabr 2015-ci il tarixli notariat qaydasında təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə var. Müqaviləyə əsasən Cavabdeh İddiaçı 360.000 manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu etiraf etmiş və beş il müddətinədək hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda 9 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Borcun etirafı müqaviləsində nəzərdə tutulan məbləğdən 80.000 ABŞ dolları vəsaitin ödənilməsini iddiaçı etiraf etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmənin mövqeyi aşağıdakı kimi olmuşdur. Apellyasiya məhkəməsi bo rcun etirafı barədə müqavilənin yalançı müqavilə olması, reallığı əks etdirməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Müqavilədə nəzərdə tutulumuş borc məbləğinin manatla götürülməsi və manatla qaytarılmalı olması, rayon məhkəməsinin düzgün olmayaraq manatla götürülmüş borcun ABŞ dolları ilə qaytarılması barədə apelyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Əvvəla, həmin müqavilə borcun alınması barədə (borc müqavilə) deyil, mövcud borcun etirafı barədədir. Cavabdehin iddiaçıya borcu var. Həmin müqavilə borcun məbləğini fiksə edir. Tərəflər müqaviləni bağlamaqla borcun fiksə olunmuş məbləğini və eyni zamanda onun sabit pul vahidində dəyərini də göstərməklə müəyyənləşdirirlər. Borcun mə bləğinin eyni zamanda ABŞ dollarının ekvivalentinə münasibətdə müəyyən edilməsi borcun həmin vaxtdakı dəyərinin göstəricisidir. Tərəflər borc məbləğinin dəyərini də müəyyənləşdirmişlər ki, qaytarılmalı olan pul məhz həmin dəyərdə olmalıdır. Təsadüfi deyil ki, müqavilədən sonra qaytarılmış məbləğlər məhz ABŞ dolları ilə hesablanmışdır. Bütün hesablaşmalarda pulun ABŞ dolları ilə qaytarılması təsdiq olunur. Bunu cavabdeh və onun dəvət etdiyi şahidlər də təsdiq etmişlər. Cavabdehin apellyasiya şikayətində də, bu hal təsdiq olunur (həmin hissə apelyasiya şikayətinin dəlilərində fərqləndirilmişdir). Məhkəmə kollegiyası bunu təsadüfi hesab etmir. Çünki hər iki tərəf iş adamı olmuş və borcun etirafı barədə müqavilə bağlanan dövrdə ölkədə manatın 1-ci devalvasiyası baş vermişdi və manat getdikcə A BŞ dolları qarşısında dəyərini itirirdi. Ona görə həmin dövrdə müqavilədə borcun ABŞ dollarının ekvivalenti ilə göstərilməsi borcun məhz həmin valyutanın dəyəri ilə qaytarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, müqavilənin 2.4. bəndinə əsasən borcun manat və ya dollarla qaytarılması razılaşdırılmışdır. Müqavilə bağlanan vaxtda milli valyutanın dəyəri ilə bağlı baş verən tendensiyalar (manatın dollar qarşısında ucuzlaşması fonunda) borc məbləğinin beş il müddətinə manatla qaytarılmasının razılaşdırılmasını istisna edir və ağlabatan görünmür. Ona görə məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmır. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında göstərilir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Qeyd olunan qərarda göstərilmişdir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Mülki Məcəllənin 439.7-ci maddəsi isə o hallar ı tənzimləyir ki, manatla olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatla daha az məbləğin ödənilməsini iddia edə bilməz. Konstitusiya Məhkəməsi izah etmişdir ki, “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. İşin mübahisəsiz hallarından biri də odur ki, tərəflər arasındakı şifahi borc müqaviləsi 201 3-cü ildə manatla bağlanmış, iddiaçı cavabdehə 360.000 manat borc vermişdir. Borc verilən 360.000 manat mülkiyyət kimi verildiyindən mülkiyyət kimi də qaytarılmalıdır. Borcun etirafına dair müqavilədə 360.000 manat borcun müqavilə bağlandığı tarixə 342.860 ABŞ dolları ekvivalentinə bərabər olmasının qeyd olunması borcun gələcəkdə ABŞ dolları ilə qaytarılması üçün əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi borc müqaviləsi şifahi olaraq tərəflər arasında 2013cü il tarixdə bağlanmış və gələcəkdə manatla verilmiş borcun ABŞ dolları ilə qaytarılması barədə tərəflər arasında heç bir razılaşma olmamışdır. Həmin vaxt 1 ABŞ dollarının dəyəri 0,78 manat olduğundan belə bir razılaşmanın olması da mümkün ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Tərəflər arasında 8 oktyabr 2015-ci ildə bağlanmış mövcud borcun etirafına dair mücərrəd müqavilə 2013-cü ildə bağlanmış borc müqaviləsinin yazılı etirafı olduğundan, borc müqaviləsi bağlanan zaman mövcud olmamış hər hansı bir şərtin borcun etirafı müqaviləsində nəzərdə tutulması mümkünsüzdür. Müqavilədə 360.000 manat borcun həmin vaxta müna sibətdə 342860 ABŞ dolları ekvivalentində olmasının qeyd olunması borcun ABŞ dolları ilə qaytarılması üçün əsas hesab oluna bilməz. Apellyasiya məhkəməsinin bu barədə gəldiyi nəticə Mülki Məcəllənin 739-cu maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarının tələblərinə zidd olmuş, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Borc məbləğinin vaxtından əvvəl tələb edilməsinin əsassız olmasına dair cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə apelyasiya belə nəticəyə gəlmişdir ki, müqavilədə borcun beş il müddətinə hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilənin 2.6-cı bəndində qeyd olunur ki, əgər borclunun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Apellyasiya məhkəməsi hesab edir ki, iddiaçı müqavilədə qeyd olunan məhz həmin bəndə istinad edərək borcu vaxtından əvvəl tələb edir. Cavabdehin müqavilə bağladıqdan sonra hər ay 5000 ABŞ dolları ödəməsini və bir neçə aylıq ödənişdən sonra maddi vəziyyətinin pisləşməsi ilə bağlı artıq ödəniş edə bilməyəcəyini etiraf etdiyini bildirir. Məhkəmə baxışı zamanı tərəflər manatın devalvasiyası ilə bağlı ölkədə baş verənlərin tərəflərin kommersiya fəaliyyətinə pis təsir etməsini və onların fəaliyyətinin iflas olunmasını təsdiq etmişlər. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin nümayəndələri etiraf etmişlər ki, cavabdeh uzun müddətdir ki, ölkəni tərk etmiş və Türkiyə Respublikasında yaşayır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin həmin mövqeyini də əsaslı hesab etmir. Müqavilədən göründüyü kimi borcun 5 il müddətinə, hissə-hissə qaytarılacağı nəzərdə tutulmuşdur. Yəni cavabdehin 8 oktyabr 2020-ci ilə kimi borcu qaytarmağa vaxtı olmuşdur. Müqavilədə borcun hissə-hissə olaraq hansı tarixdə, hansı miqdarda qaytarılacağı barədə qeyd-şərt olmadığından, borca dair ödəniş cədvəli olmadığından iddiaçının cavabdeh tərəfindən öhdəliyin pozulmasına dair dəlilləri apelyasiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmadığından məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Cavabdehin maddi vəziyyətinin pisləşməsinə dair iddiaçının göstərdikləri də digər sübutlarla təsdiq olunmadığından borcun vaxtından əvvəl tələb olmasına əsas ola bilməz. Belə ki, iddiaçı göstərdikləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qanundan və müqavilənin 2.6-cı maddəsinin məzmunundan göründüyü kimi borcun dərhal qaytarılmasına əsaslar o halda yaranır ki, borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş olsun və bu hal borcun qaytarılmasına təhlükə yaratsın. Qanunverici əmlak vəziyyətinin sadəcə pisləşməsini deyil, onun əhəmiyyətli dərəcədə pisləşməsini nəzərdə tutur. Məhkəmə cavabdehin əmlak vəziyyətini n əhəmiyyətli dərəcədə pisləşməsinə dair heç bir sübuta istinad etməmişdir. Mövcud borcun təminatı kimi cavabdehin 250.000 manat dəyərində mənzili ipoteka qoyulduğu üçün borcun qaytarılmasına təhlükə yaranması barədə nəticəni də əsaslı hesab etmək olmaz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-nin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 3 86-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə yenidən baxılarəkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, borc məbləğinin müqavilədə nəzərdə tutulmuş müddət başa çatmadan tələb olunmasına əsasların olub-olmaması araşdırılmalı, borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini təsdiq edən sübutlar təqdim etməsi iddiaçıya təklif olunmalı və bunun nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1645/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1645/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver