Məhkəmə qərarları › İş №2(102)-1646/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1646/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1646/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-1785/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5964/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh2 İKB ASC və digərlərinə qarşı “hərracın nəticələnin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, “X1 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhəri, 9-cu mkr, 72 saylı evin 75-ci mənzilinin hərracdan satılmasının nəticələri haqqında xx xxxxxxxx 2017-ci il tarixli, Y-708 saylı yekun protokolun və “X1 Mərkəzi” MMC ilə Cavabdeh2 İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında xx xxxx 2018-ci il tarixli Çıxarışın ləğv olunması qət edilib. Cavabdeh2 İKB ASC qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-1785/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, m əruzəçi, F.Ə.Məmmədov və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mkr, 72 saylı evin 75-ci mənzilinin açıq hərracdan satılmasının nəticələri haqqında xx xxxxxxxx 2017-ci il tarixli, Y-708 saylı yekun protokolun və “X1 Mərkəzi” MMC ilə Cavabdeh2 İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Reyest Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx xxxx 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Azər Əzizov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh lər Cavabdeh2 İKB ASC-ti, Sumqayıt şəhər İcra İdarəsi və “X1 Mərkəzi” MMCti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddia tələblərinin əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 317.2, 414-416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İKB ASC-nin İddiaçı qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh2 İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əv vəl xitam verilməsi, İddiaçı xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 23.555,51 manat, xx xxxxxxx 2009-cu il tarixədək hesablanmış faiz borcuna görə 4.412 manat, hesablanmış cəriməyə görə 3.145,9 manat pulun tutulub Cavabdeh2 İKB ASC ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 3 otaqlı, ümumi sahəsi 65,51 kv.metr, yaşayış sahəsi 39,6 kv.metr olan 72 saylı evin 75-ci mənzilinin açıq hərraca çıxarılıb satılması, mənzilin satışından əldə edilən pul vəsaitinin kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin İddiaçı məxsus olan digər əmlaklar hesabına ödənilməsi qət edilib. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti rədd edili b və iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsinə dəyişiklik edilərək, Cavabdeh2 İKB ASC-nin İddiaçı qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh2 İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 23.555,51 manat, xx xxxxxxx 2009-cu il tarixədək hesablanmış faiz borcuna görə 4.412 manat, hesablanmış cəriməyə görə 3.145,9 manat kredit borcunun tutulub Cavabdeh2 İKB ASC ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mik-da yerləşən, 3 otaqlı, ümumi sahəsi 65,51 kv.metr, yaşayış sahəsi 39,6 kv.metr o lan 72 saylı evin 75-ci mənzilinin hərraca çıxarılıb satılması, mənzilin satışından əldə olunmuş vəsaitin kredit məbləğinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin İddiaçı məxsus olan digər əmlaklar hesabına ödənilməsi, İddiaçı və onunla birgə yaşayan ailə üzvlərinin və digər şəxslərin sözügedən mənzildən məcburi qaydada çıxarılması qət edilib. Eyni zamanda, “X1 Mərkəzi” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli “Hərracın nəticələri haqqında” yekun protokoluna əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, 72 saylı evin 75-ci mənzilinin açıq hərracda ilkin satış qiyməti 48.000 manat müəyyən edilib, ilkin satış zamanı ipoteka predmetinin qiyməti 15 faiz, təkrar harrac zamanı 25 faiz aşağı salınmaqla, ipoteka predmeti 30.600 manata Cavabdeh2 İKB ASC təqdim edilib. x x xxxxxxxx 2017-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, 72 saylı evin 75-ci mənzili hərracda 30.600 manata Cavabdeh2 İKB ASC-nə satılıb və xx xxxx 2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 İKB ASC adına qeydə alınıb. Daha sonra, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 İKB ASC-nə qarşı “xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilmiş hesab edilməsi, evin girovdan azad edilməsi, evin sənədlərinin qaytarılması, bankın əməkdaşının ondan aldığı borc pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası rədd edi lib. Sonradan həmin işə İddiaçı apellyasiya şikayətinə əsasən apelyasiya qaydasında baxılaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Həmçinin, “xxxx” MMC-nin “Əmlakın qiymətləndirilməsinə dair” xx xxxxx 2017-ci il tarixli hesabatına əsasən, sözügedən mənzilə 48.000 manat qiymət qoyulub. “S-X3 Mərkəzi” MMCnin xx xxxxxxxx 2018-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus olan sözügedən mənzilə 80.000 manat qiymət qoyulub. Həmin Cəmiyyətin digər xx xxxxxxx 2018-ci il tarixli rəyi ilə isə Turan Hüseynova məxsus olan sözügedən mənzilin bazar dəyəri 80.000 manat məbləğində müəyyən edilib. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən, Cavabdeh2 İKB ASC-nin “xxxx” MMC-nə və digərlərinə qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilərək yenidən qiymətləndirilmənin təyin edilməsi və hərracın etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9-cu mikr-da yerləşən, 72 saylı evin 75-ci mənzilinin 55.000 manat məbləğində qiymətləndirilməsinə dair “xxxx” MMC xx xxxxxx 2011-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın və həmin əmlak üzrə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın ləğv edilməsi və “xxxx” MMC tərəfindən İddiaçı məxsus olan sözügedən mənzilin yenidən qiymətləndirilməsi qət edilib. Digər tərəfdən, “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyinə əsasən, İddiaçı məxsus olan qeyd olunan mənzilin dəyəri 82.000 manat məbləğində müəyyən edilib. Kasasiya şikayətindən görünür ki, iddiaçı, əsasən ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsindən şikayətlənir. Birinci instansiya məhkəməsi sadalanan sübutları, apelyasiya şikayətinin dəlillərini araşdırıb iddia tələblərini təmin edərkən, sözügedən mənzilə dair hərracın keçirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, 1.6, 2.8-ci bəndlərinin tələblərinin pozulmasına, “S-X3 Mərkəzi” MMC xx xxxxxxxx 2018-ci il tarixli rəyinə istinad edib. Həmin Qanunun 2-ci maddəsinə əsasən, fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridi r. Həmin Qanunun 5-ci maddəsinə görə, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmələr tərəfindən baxılır. Sadalanan maddələrin mənasına görə, borclunun əmlakının qiymətləndirilməsi icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun sifarişi əsasında qiymətləndirici tərəfindən həyata keçirilir. Bu hərəkətlər müvafiq hüquq münasibəti yaradır ki, bu müna sibətin tərəfləri icra məmuru və qiymətləndiricidir. Belə olan halda, qeyd edilən hüquq münasibətinin mübahisələndirilməsi yalnız icra məmuruna və qiymətləndiriciyə aiddir. Digər şəxslər, o cümlədən borclu, yəni hazırki iş üzrə iddiaçı əmlakın qiymətləndirilməsi nəticəsində ekspert tərəfindən verilmiş “Əmlakın qiymətləndirilməsi barədə hesabat (rəylə)”la razılaşmadığı halda, icra hərəkətini həyata keçirən icra məmuruna əmlakın yenidən qiymətləndirilməsi və ya sair məsələ barədə vəsatətlə müraciət etmək və bu kimi vəsatətin həll edilməsi ilə bağlı icra məmurunun qəbul edəcək qərarından və ya hərəkət-hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququna malikdir. Belə ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, icraata daxil olmuş icra sənədlərini n vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, “X1 Mərkəzi” MMC-ti tərəfindən Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, 72 saylı evin 75-ci mənzilinin açıq hərracda satılması barədə İddiaçı yazılı bildiriş göndərilib. Həmin bildirişləri almasını apelyasiya in stansiyası məhkəməsinin iclasında İddiaçı da təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “X1 Mərkəzi” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli “Hərracın nəticələri haqqında” yekun protokoluna əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, 72 saylı evin 75-ci mənzilinin ilkin satış qiyməti 48.000 manat müəyyən edilib və həmin mənzilin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən 15 faiz, həmin Qanunun 43.7- ci maddəsinə əsasən, 25 faiz aşağı endirilməklə 30.600 manata Cavabdeh2 İKB ASC satılıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, İddiaçı məxsus olan sözügedən mənzilin “S-X3 Mərkəzi” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli rəyinə əsasən, 2017-ci ilə bazar dəyərinin 80.000 manat, “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyinə əsasən 2017-ci ilə bazar dəyərinin 82.000 manat müəyyən edilməsi, həmin mənzilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilib, mənzilə dair Cavabdeh2 İKB ASC-nin adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı, kasasiya şikayətində ipoteka predmetinə dair keçirilən hərraclar barədə məlumatlı ol madığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Mülki qanunverciliyə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 416.1-ci maddəsi). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.2-ci maddəsi). Hərracın təşkili və keçirilmə qaydaları isə Mülki Məcəllənin 415-ci maddəsi ilə şərtləşdirilmişdir və qanunun tələbinə görə, hərrac o halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilər ki, həmin maddənin tələbləri pozulmuş olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqi ni tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-1785/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar