Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1646/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1158/2024 nömrəli 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X10 xx.xx.2002-ci ildə vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən ev X2 adına olmuşdur. X10 vəfat etdikdən sonra onun vərəsələri olaraq uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh3 və X6 müəyyən edilmişdir. X9 isə notarial qaydada ərizə verərək atasından qalmış mirası qəbul etmədiyini bildirmişdir.Atalarının ölümündən sonra miras əmlaka İddiaçı, X11 və Cavabdeh3 adına hər birinin 1/3 payı olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamə əsasında da çıxarış verilmişdir.
2. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmiş, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mərhum atası X5 mülkiyyətində olmuşdur. Atası 26 aprel 2002-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası X5 mülkiyyətindədir və onun ölümündən sonra miras qalmışdır. Atası vəfat edəndən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmişdir və hazırkı vaxtadək həmin evdə yaşayır. Bir müddət qabaq qardaşı Cavabdeh1 ona və digər qardaşı Cavabdeh3 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı X11 və Cavabdeh3 adına mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********37-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Lakin həmin 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nöm rəli çıxarış saxtadır. Belə ki, mərhum atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini onun vərəsəsi olaraq yalnız o, miras əmlak kimi qəbul edərək sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Beləliklə yalnız o, atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Atasının vəfatına qədər ona baxmışdır. Atası vəfat etdikdə sonra yas mərasimi də onun tərəfindən verilmiş, onun qəbirüstü abidəsi də onun tərəfimdən abadlaşdırılmışdır.
5. Cavabdeh1 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar tamamilə yalandır. Belə ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi atası X5 mülkiyyətində olmuşdur. X3 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun üç vərəsəsi, yəni o, qardaşlar ı İddiaçı və Cavabdeh3 qalmışdır. Hər üç vərəsə mühasəsiz halda 2016-cı ildə notariat orqanına müraciət etmişlər və onlara 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə hər üç vərəsəyə qanunvericiliyin tələbinə uyğun miras əmlakdan 1/3 pay almalı olmaları qeyd edilmişdir. Şəhadətnamədən iddiaçının həmin vaxt məlumatı olmuş və bunu mübahisələndirməmişdir. Hazırda da ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh3 və A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi İddiaçı paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********37-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Ona görə də, əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Rayon Məhkəmənin (hakim Pərviz Hacıyev) 05 mart 2024-cü il tarixli 2(075)265/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin atası X10 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatında sonra vərəsələri olan hazırkı iş üzrə tərəflərə ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsinə əsasən mübahisəli evə dair tərəflərin hər birinin payı müəyyən edilərək naturada ayrılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər, 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X5 birinci növbəli vərəsələri olmaqla hər biri eyni vaxtda, notariat orqanına müraciət etməklə mirası qəbul etmişlər.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər miras əmlak olan ünvan 1, yeni qaydalarla Şəki şəh əri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin əmlakdan istifadə etməyə başlamışlar. İddiaçı iddia tələbində göstərdiyi formal mülahizələrinə dair əsaslı sübutlar təqdim etməmişdir.
9. Məhkəmə iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən çıxarış qanunamüvafiq qaydada verildiyindən məhkəmə iddianın həmin hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V182 r eyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi mümkün deyildir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1243.2, 1255, 1274, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atasının vəfatına qədər ona iddiaçı baxmış və onun vəfatından sonra da həmin evdə faktiki olaraq yaşayır. Mərhum atasının yas mərasimi də iddiaçı tərəfindən verilmiş, onun qəbirüstü abidəsi də onun tərəfindən abadlaşdırılmışdır. Onun həmin fərdi yaşayış evində istifadə hüququ olduğu halda və qeyd edilən qanunsuz qətnamə iddiaçının istifadə hüquqlarını pozur. İşə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən digər vərəsələr tərəfindən mirası faktiki qəbul edib etməmələrini aydınlaşdırmamışdır. Məhkəmə əlavə olaraq digər vərəsələr tərəfindən mirasın faktiki qəbulunu sübut edə bilməmişdir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 apellyasiya şikayətini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, miras əmlak qanuni şəkildə tərəflər arasında hərəsinə 1/3 pay olaraq bölünmüşdür. İddiaçı olan qardaşı isə uzun müddət keçdikdən sonra hazırki qanunsuz id dianı qaldırmışdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əyyub Kərimovsədrlik edən və məruzəçi, Tural Həsənov və Elçin Hüseynov) 2(107)-1158/2024 nömrəli 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(075)-265/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmuşdur.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci in stansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir.
16. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Göründüyü kimi, tərəflər arasında mübahisə vərəsəlik şəhadətnam əsinin etibarsızlılığı və miras qalmış əmlak üzrə verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır.
18. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X10 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir, X5 ölümündən sonra onun birinci növbə vərəsələri olan - İddiaçı, X11, Cavabdeh3 və X6 qalmışdır.
19. Miras toplusuna – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********3710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında 0.1368 ha torpaq sahəsində yerləşən 124.3 kv.metr fərdi yaşayış evi daxil olmuşdur.
20. Vərəsələrdən - İddiaçı, Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda ünvan 3 ünvanlanmış 21 sentyabr 2016-cı il tarixli ərizələr verərək, vərəsə olaraq 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakdan pay almaq üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.
21. X2 qızı X9 isə notarial qaydada ərizə verərək atasından qalmış mirası qəbul etmədiyini bildirmişdir.
22. Bundan başqa, Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)44/2023 nömrəli qətnaməsinə əsasən mübahisəli evə dair tərəflərin hər birinin naturada payı müəyyən edilərək ayrılmış və həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmılş və əlavə olaraq qeyd etmişdir ki, işdən müəyyən edildiyi kimi, iddiaçı iddia tələbini, həmçinin apellyasiya şikayətini əsaslandıran zaman istinad etmişdir ki, mərhum atasına yalnız o baxmış, cavabdehlər miras əmlakı qəbul etməmiş, miras əmlakı faktiki olaraq yalnız o qəbul etmişdir.
24. Məhkəmə kollegiyası mirasın qəbul edilməsi əsası ilə həmin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
25. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəs əlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlar a cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
27. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. 28. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
29. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişd ir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
30. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
31. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
32. Bundan başqa, hazırki işdə də digər vərəsələrin mirasdan imtina etməsi halı müəyyən edilm əyib. Belə olan halda, digər vərəsələrin də mirası qəbul etməsinə istinad edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər vərəsələr tərəfindən mirasın qəbul etməmələri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
34. Belə ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 hər biri eyni vaxta ünvan 3 ünvanlanmış 21 sentyabr 2016-cı il tarixli ərizələr verərək, vərəsə olaraq 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakdan pay almaq üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.
35. Vərəsəlik arayışından da göründüyü kimi, iş üzrə təkcə İddiaçı deyil əlavə hər iki qardaşı vərəsə kimi tanınmışdır. Belə olan halda Cavabdeh1 miras qalmış əmlakdan özünə düşən pay üzrə 1/3 hissədə çıxarış almaq üçün müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı verməkdə haqlı olmuş və heç bir qanun pozuntusuna yol verməmişdir.
36. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
37. Hazırki işdən isə müəyyən edilir ki, mərhum X1 əldə etdiyi əmlakların ölümündən sonra kimə keçəc əyinə dair xüsusi iradə ifadə etməmiş yəni, vəsiyyətnamə qoymamışdır. Belə olan halda isə mərhum X7 məxsus olmuş miras əmlak qanun üzrə vərəsələr arasında bölünmüşdür.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəslik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
39. Belə ki, 21 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X8 vərəsələri İddiaçı, Cavabdeh3 və Cavabdeh1 olmaqla ondan miras qalan ünvan 1 ünvanda yerləşən 0.1368 hektar torpaq sahəsi və onun üzərində yerləşən 124.3 kvadratmetr fərdi yaşayış evindən hər birinə 1/3 hissə olmaqla bərabər irs almalıdırlar.
40. Kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
41. Məhkəmə kollegiya eyni zamanda qeyd edir ki, miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun.
42. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərar ı).
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi verilən zaman heç bir qanun pozuntusuna yol verilməmiş və həmin şəhadətnamə əsasında da qanunvericiliyə uyğun olaraq bölüşdürülmüş miras əmlaka vərəsələrin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin onun istifadə hüquqlarının pozmaları ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.
45. Belə ki, Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 nömrəli qətnaməsi ilə, Cavabdeh1 iddiası təmin edilərək, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evini n 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir.
46. Göründüyü kimi, yuxarıda sadalanan və qanuni qüvvəsini almış qətnamə ilə iş üzrə tərəflərə miras əmlakın bölüşdürülməsi zamanı düşən paylar da artıq məhkəmə qaydasında naturada bölünmüşdür. Yəni, tərəflərin kimin miras əmlakın hansı hissəsindən istifadə edəcəyi artıq mübahisə mövzusu deyildir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin çıxarışın ləğv edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.
48. Məhkəmə kollegiy ası hesab etmişdir ki, vərəsələrin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni olmuşdur
49. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab etmişdir ki, hazırki işdə mübahisələndirilən vərəsəlik şəhadətnaməsinin və çıxarışın verilməsi z amanı heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
50. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 139-1.1.3, 140, 152.1, 157.1, 157.2, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.3, 1243, 1255, 1256, 1269, 1291, 1301-ci maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 2.1, 8.0.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci mad dələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il, 2(107)-1158/2024 saylı qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi onun və azyaşlı övladının konstitusion hüquqları olan insan və vətəndaş hüquqlarını qorumamış və bunları pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi onu mirasdan məhrum etməklə onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnda n məhrum etmiş və beləliklə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını kobud şəkildə pozmuşdur.
54. İşin faktiki hallarından görünür ki, işə baxan apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ bəndini kobud surətdə pozaraq işə qanuna müvafiq qaydada, faktlara əsasən baxmamış və nəticədə tam ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.
55. Apellyasiya instansiya məhkəməsi işə qanunamüvafiq baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.İşə baxan apellyasiya instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 nömrəli qətnaməsinə əsasən mübahisəli evə dair tərəflərin hər birinin naturada payı müəyyən edilərək ayrılmış və həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır. Buradan aydın şəkildə görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi ya işin faktiki hallarından tamamilə xəbərsizdir, yada ki, bilərəkdən apelyasiya şikayətinin qanunsuz və əsassız olaraq təmin etməyərkən öz qətnaməsinə əsaslı olması barədə görüntü vermək üçün işin faktiki hallarını təhrif etmişdir. Belə ki, tərəfindən Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli,2(075)-44/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmiş və həmin mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olarkən hazırkı mülki işə baxılıb yekunlaşanadək qeyd edilən mülki işin icraatı dayandırılmışdır.
56. İşin faktiki hallarından da göründüyü kimi digər vərəsələr miras qoyanın ölümündən sonra qanunvericiliklə miras ın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişlər. Belə olan halda onlar tərəfindən mirasın faktiki qəbul edilib edilməməsinin müəyyən edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən məhkəmə qaydasında həll edilə bilərdi. Lakin göründüyü kimi digər vərəsələr tərəfindən mirasın faktiki qəbulunu təsdiq edəcək məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığı halda notariat orqanı tərəfindən həmin digər vərəsələrin mirasın qəbul edilməsini təsdiq edəcək saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
57. İşin faktiki hallarından və tərəfindən t əqdim edilmiş mötəbər və bir-birini tamamlayan sübutlarla tam təsdiq edilir ki, qeyd edilən miras əmlaka dair vərəsəliyi yalnız o, faktiki qəbul etmişdir, həmin əmlaka yiyələnməklə faktiki olaraq idarə edir və həmin əmlakı istifadə edir. Həmin əmlakda anadan olmaqla hal-hazıradək orada yaşayır və anadan olan gündən həmin ünvanda da pasport qeydiyyatındadır. Ondan başqa da həmin əmlakda yaşayan, sahiblik edən vərəsə yodur. Hazırki iş üzrə Cavabdeh1 arvadı ilə birlikdə Bakı şəhərində yaşamaqla orada işləyirlər. Qardaşı Cavabdeh1 hazırkı evlə heç bir bağlılığı yoxdur. Hələ mərhum atasının vəfatından öncə o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamaqla orada işləyir.
58. İşə baxan birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsindən görünür ki, işə baxan birinci instansiya məhkə məsi işə faktlar əsasında deyil, formal mülahizələr əsasında baxmışdır.
59. Cavabdehlər tərəfindən də mirasın faktiki qəbulu ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Həmçinin Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən də notariat işinin materiallarında qeyd edilən saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasının digər cavabdehlər tərəfindən faktiki qəbulunu sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir.
60. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, hazırki işdən isə müəyyən edilir ki, mərhum X1 əldə etdiyi əmlakların ölümündən sonra kimə keçəcəyinə dair xüsusi iradə ifadə etməmiş yəni, v əsiyyətnamə qoymamışdır. Belə olan halda isə mərhum X7 məxsus olmuş miras əmlak qanun üzrə vərəsələr arasında bölünmüşdür.
61. Lakin işin faktiki hallarından da göründüyü kimi digər vərəsələr miras qoyanın ölümündən sonra qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə mirası qəbul etməmilər. Sadəcə o, miras əmlakı faktiki qəbul etmişdir və mirasa sahiblik edir. Lakin hazırki iddianın təmin edilməməsi onun konstitusion hüququ olan Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət və vərəsəlik hüquqlarını kobud şəkildə pozmuşdur.
62. Mərhum atasından miras qalmış və faktiki sadəcə olaraq onun tərəfindən qəbul edilmiş miras əmlaka dair vərəsəliyi saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mirası tam şəkildə qəbul etməmişdir. Buna görə də həmin hüququ pozulduğundan hazırkı tələblə məhkəməyə müraciət etməyinə baxmayaraq qanunsuz və əsassız məhkəmə qətnamələri ilə iddiası təmin edilməmişdir. Bununla da işə baxan birinci və apellyasiya instansiya məhkəməsi mülkiyyət hüququnu kobud şəkildə pozurlar.
63. Kassasiya şikayəti əsaslandırılıarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1160, 1243.1, 1243.2, 1246, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
65. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
66. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
67. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
68. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
69. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
70. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə mira s qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
71. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
72. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
73. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
74. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
75. Maddə 115 1.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
76. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
77. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
78. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mira sı qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
79. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
80. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
81. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
82. Maddə 12
69. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
83. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
84. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı
85. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanunu
86. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
87. Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
89. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
90. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
92. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
95. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.
96. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
97. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
99. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qətnaməsinə istinad etdiyi barədə olan dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətən də qətnaməsində Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 nömrəli qətnaməsinə əsasən mübahisəli evə dair tərəflərin hər birinin naturada payının müəyyən edilərək ayrıldığını və həmin qətnamənin hal-hazırda qanuni qüvvəsini aldığını qeyd etmişdir.
102. İş materialları ilə təsdiq edilir ki, Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli, 2(075)-44/2023 nömrəli qətnaməsindən h əmin iş üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli 2(107)-1252/2023 nömrəli qərardadına əsasən həmin işin icraatı hazırkı iş üzrəyekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır.Yəni, həqiqətən də Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə qətnaməsində qanuni qüvvəsini almamış məhkəmə qətnaməsinə istinad etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Lakin bu pozuntu düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnməmişdir. Ona görə də Azərbaycan Respubliksının MPM-in 418.3-cü maddəsinin tələbinə uyğun olaraq göstərilən dəlil apellyasiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.
103. Kollegiya bildirir ki, sü butları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində iddianın əsassız olmasını hazırkı məhkəmə mübahisəsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının təsir dairəsinə düşməklə cavabdehlərin mirasın qəbulundan imtina etməmələri, notaria t kontoruna ünvanlanmış 21 sentyabr 2016-cı il tarixli ərizələr verərək, tərəflərin vərəsə olaraq 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakdan pay almaq üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etdikləri, vərəsəlik arayışından da göründüyü kimi, iş üzrə təkcə İddiaçı deyil, əlavə hər iki qardaşının vərəsə kimi tanındığı, belə olan halda Cavabdeh1 miras qalmış əmlakdan özünə düşən pay üzrə 1/3 hissədə çıxarış almaq üçün müraciət etdiyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı verməkdə haqlı olduğu və heç bir qanun pozuntusuna yol vermədiyi, vərəsələrin adına verilmiş hüquqların dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəndiyi, buna görə də mübahisəli əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da qanuni olduğu ilə əsaslandırmışdır ki, kassasiya kollegiyası da apellyasiya məhkəməsinin həmin əsaslandırması və qəldiyi nəticə ilə razılaşır.
104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verilməklə iş üzrə maddi hüquq normaları düzgün tətbiq olu nmuş və prosessual hüquq normalarının qətnamənin ləğvinə əsas olan pozuntusuna yol verilməmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
105. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-ci il tarixli 2(107)-1158/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.