Məhkəmə qərarları › İş №2(102)-165/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-165/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-165/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın qaytarılması və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qüsurlu əşyanın satılması nəticəsində pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)3394/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 02 sentyabr 2021-ci il tarixdə Cavabdeh QSC-dən 9079 manat dəyərində Çin Xalq Respublikasında “X4 Technology Co. Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığı almışdır.

2. Tərəflər arasında yazılı müqavilə imzalanmamış, lakin 02 sentyabr 2021-ci il tarixli satış çekinə əsasən avadanlığın dəyəri olan 9079 manat ödənilmişdir.

3. Həmin avadanlıq cavabdeh MMC tərəfindən iddiaçının göstərişinə əsasən Qobustan modul tipli xəstəxanada quraşdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı C avabdeh QSC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 sentyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi üzrə alınmış 9079 manat dəyərində “HİGH FLOW HİF RES 8” modelli avadanlıqda qüsur aşkar olunduğuna və istifadəyə yararsız olduğuna görə cavabdehə qaytarılması və lazımı keyfiyyətdə mala dəyişdirilməsi, bu mümkün olmadığı təqdirdə isə 02 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, alğı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın cavabdehə qaytarılması və həmin avadanlığa görə ödənilmiş 9079 manat pulun, həmçinin bununla əlaqədar çəkilən xərclərin – mütəxəssis rəyinin alınması üçün “X2” MMC-yə ödənilmiş 400 manat məbləği ndə, vəkilə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli tibbi avadanlığı almamışdan əvvəl cavabdeh MMC-nin satış meneceri inandırmışdır ki, həmin avadanlıq Türkiyədən gətirilir və heç bir problem ola bilməz, həmin avadanlığı öz mütəxəssisləri quraşdıracaqlar və zəmanət veriləcəkdir. Lakin, satış zamanı tibbi avadanlığa dair müvafiq sənədlər (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilinə tərcümə olunmuş texniki pasportu (istifadə qaydası) və s.) təqdim edilməmişdir. Menecerdən zəmanət kartını soruşmuş, sonuncu isə bildirmişdir ki, satılan avadanlıqla bağlı hər hansı bir problem olsa, satış qəbzi, yəni çek onlar üçün əsas sənəddir. Tibbi avadanlığın xəstə qohumunun müalicəsi üçün təcili lazım olduğuna görə, iddiaçı satış meneceri ilə razılaşmaq məcburiyyətində qalmış, avadanlığın pulunu, yəni 9079 manatı nağd şəkildə kassaya ödəmiş, bu barədə müvafiq ödəniş qəbzi almışdır. Bundan sonra satış mərkəzinin əməkdaşları avadanlığı xəstənin müalicə olunduğu Qobustan modul tipli xəstəxana çatdıraraq quraşdırmışlar. Lakin az müddət sonra, həmin gün, 02 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində aparat xəstəni ciddi narahat etməyə başlamış, bütün gecə ərzində iki dəfə sönmüş, sonradan öz-özünə işə düşməyə, qəribə səslər verməyə başlamış, mütəmadi olaraq soyuq oksigen vurmuşdur. 03 sentyabr 2021-ci il tarixdə iddiaçının müraciəti əsasında cavabdehin göndərdiyi mühəndis yenidən xəstəxanaya gəlmiş və avadanlıqda əlavə düzəliş və tənzimləmələr etmişdir. Lakin tibbi avadanlıqda aşkar olunan qüsurlar yenə də aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı və digər ailə üzvləri bir neçə dəfə cavabdehin əməkdaşına zəng etsələr də, zənglərinə cavab verilməmişdir. Avadanlığın düzgün işləməməsi nəticəsində xəstənin ciyərlərinə yüksək təzyiqlə soyuq oksigen daxil olmuş, xəstənin vəziyyəti xeyli ağırlaşmış və bir necə gündən sonra dünyasını dəyişmişdir. Satılan malın tam qüsurlu olması, standartlara cavab verməməsi, öz başına yanıb sönməsi, cavabdehin əməkdaşları tərəfindən avadanlığın qüsurlarının aradan qaldırılması ilə edilən cəhdlərin nəticə verməməsi ilə əlaqədar həmin qüsurlu tibbi avadanlığın mağazaya geri qaytarılması və ödədiyi pulun isə ona verilməsi barədə iddiaçı 09 sentyabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Həmçinin 11 sentyabr 2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubunu, 14 sentyabr 2021-ci il tarixdə elektron poçt vasitəsilə yenidən ərizəsini göndərmişdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna heç bir cavab verilməmiş, elektron poçtla 15 sentyabr 2021-ci il tarixdə göndərilmiş cavabda isə qaldırılan məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsi barədə 3 iş günü ərzində məlumat veriləcəyi bildirilmişdir. Lakin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bundan sonra cavabdehdən aldığı “HiGH FLOW HİF RES 8” modelli avadanlığın qüsurlu olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizələri göndərmişdir. La kin, cavabdehin qanunsuz hərəkətləri barədə heç bir araşdırma aparılmamış və inzibati tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə iddiaçının şikayət ərizələri ilə əlaqədar 25 iyul 2022-ci il tarixli cavab məktubunda səlahiyyətləri daxilində bu məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində cavabdehin alınan malın geri qaytarılması barədə tələbini yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğunun müəyyən edilməsi bildirilmişdir.

6. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunmuş “X2” MMCnin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmış tədqiqatlar nəti cəsində, tədqiqata təqdim edilmiş Çin Xalq Respublikasına məxsus, “X4 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, hal-hazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(006)378/2023 nömrəli qətnaməsinə əsasən (hakim A.Q.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh QSC arasında şifahi formada bağlanmış 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsini n ləğv edilməsi, müqavilənin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın cavabdehə qaytarılması, həmin avadanlığa görə ödənilmiş 9079 manatın və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı satılmış malın lazımi keyfiyyətli olmadığını iddia edir, cavabdeh isə gigiyenik məhsul olduğuna görə aparatın qaytarılmasını qəbul etmir.

9. Bu halda hazırki mübahisənin əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətdə olub-olmaması araşdırılmalıdır. Bun unla bağlı iddiaçının dəlillərindən biri bundan ibarətdir ki, təqdim edilmiş malın lazımi keyfiyyətdə olmaması ilə bağlı sübut qismində təqdim edilmiş “X2” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq edilir. Bundan başqa, iddiaçının digər dəlillərindən biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 25 iyul 2022-ci il tarixli məktubudur. Həmin məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə göstərilənlərlə bağlı Nazirliyin səlahiyyətləri daxilində toplanmış materiallar əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh QSC-nin aldığınız malın geri qaytarılması barədə tələbinizi yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericiliklə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qa ydalarını pozduğu müəyyən edilmişdir.”

10. Təqdim edilmiş malın gigiyenik məhsul olduğuna görə qaytarılmasının qeyrimümkün olması barədə cavabdehin dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir ki, həmin malların siyahısında cavabdehin istinad etdiyi dəlil nəzərdə tutulmamışdır. Buna görə də, malın qaytarılmaması üçün göstərilən dəlil əsassızdır.

11. Bundan başqa, təqdim edilmiş malın lazımi keyfiyyətdə olması ilə bağlı sübut qismində cavabdeh tərəfindən 13 dekabr 2021-ci il tarixli B seriyalı İDS012508 saylı Uyğunluq Sertifikatı təqdim edilmişdir. Hə min sertifikatla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada alqı-satqı müqaviləsi 02 sentyabr 2021-ci il tarixdə bağlandığı halda, sertifikat, müqavilənin bağlandığı tarixdən 3 aydan artıq müddətdən sonra 13 dekabr 2021-ci il tarixdə verilmişdir. Eyni zamanda, sertifikatdan, onun məhz iddiaçıya təqdim edilmiş avadanlığa dair verilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin sertifikat malın keyfiyyətinə dair mötəbər sübut hesab oluna bilməz.

12. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, mal cavabdeh tərəfindən satıldığından, onun lazımi keyfiyyətdə olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bu barədə hər hansı bir mötəbər sübutu, o cümlədən iddiaçının təqdim etdiyi mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətli olmayan mal olması məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə predmeti olan malın qaytarılması və həmin mala görə ödənilmiş pulun qaytarılmasını tələb etməkdə haqlıdır.

14. İddia tələbinin mütəxəssis rəyinin alınması ilə bağlı xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan 21 dekabr 2022-ci il tarixli 308489 saylı kassa mədaxil orderindən göründüyü kimi iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı “X2” MMC-yə 400 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaç ıya ödənilməlidir.

15. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 442, 567, 624.1, 624.3, 624.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 119 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(006)-378/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsasl andırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya istifadəyə yararlı vəziyyətdə olan avadanlıq 02 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Mübahisə yarandıqdan 1 il 4 aydan sonra avadanlığın işləməməsi cavabdehin qüsurlu əşya satması qənaətinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 nömrəli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin siyahıya görə şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.) dəyişdirilməli olmayan mallardır. Siyahıda şəxsi gigiyena əşyaları sadalanarkən “və s.” göstərilməklə həmin əşyaların dairəsi məhdudlaşdırılmır. Mağazanın ağır COVİD xəstəsi olan şəxsin istifadə etdiyi avadanlığın məhz gigiyenik baxımından təhlükəli olduğundan geri qaytarması qeyri-mümkündür. Hazırkı halda, o nun geri qaytarılmasına ümumiyyətlə əsas yox idi, çünki aparatın normal işlək vəziyyətinə gətirilməməsi, xəstənin qohumların aparatdan düzgün istifadə etməməsi səbəb olmuşdur. Həmçinin, ekspert rəyinə nəzər salarkən müəyyən olunur ki, göstərilən şəkillərdə aparat işlək vəziyyətdə olmuş və ekspert həmin şəkilləri rəyin içinə əlavə edib qeyd etmişdir ki, aparat işlək vəziyyətdə deyil. Bu rəydən də görünür ki, həm mütəxəssis qeyri-peşəkardır, həm də özü öz rəyi ilə təsdiq edir ki, aparat xəstəxanada olarkən işlək vəziyyətində olub, lakin, mütəxəssisə 1 il 4 aydan sonra təqdim olunanda çalışmayıb. Əlbəttə ki, bir avadanlıq 1 il 4 ay işlədilməsə və hansı şəraitdə bu müddət ərzində saxlanılsa işləməz. Həmçinin, qətnamədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 25 iyul 2022-ci il tari xli məktubuna istinad etməsi tam olaraq əsassızdır. Belə ki, həmin məktubda guya cavabdehin öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarının pozulmasına istinad etməsi Nazirlik tərəfindən birmənalı qərar kimi qiymətləndirilməli və əsas kimi götürülməməli idi. Çünki, həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəmə gedişi zamanı və şahid ifadələrindən də göründüyü kimi, aparata dərhal müdaxilə edilmiş və proqram təminatı yüklənmiş, eləcə də, aparat 09 sentyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin müəssisəsinə yoxlama üçün gətirilmiş və servis xidmətində müayinə keçirilərək tam işlək vəziyyətdə olması sübuta yetirildikdən sonra iddiaçı tərəfindən geri götürülmüş və aparılmışdır.

19. Apellyasiya instansiyası məh kəməsinin qərardadına əsasən "xxxx" ASC-dən alınan 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı icazəsi olmadığına görə avandanlığın daxili komponentlərinə tam baxış keçirilməmişdir. Lakin, avadanlıqda yaranmış problemlər düzgün istifadə qaydalarının pozulmasından qaynaqlanmışdır. Yeni problemlər istehsal xarakterli deyil, istehlak (istismar) xarakterlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-3394/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(006)-378/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ancaq iddiaçı malın keyfiyyəti ilə bağlı şikayətlə yazılı formada cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq malın ekspertizaya göndərilməsi həyata keçirilməmişdir. Belə ki, yalnız cavabdehin öz əməkdaşları avadanlığı yoxlamış və qüsurların olmadığını şifahi formada iddiaçıya bildirmiş, hər hansı əsaslandırılmış ekspertiza rəyini iddiaçıya təqdim etməmişlər. Qanunvericiliyin tələblərinə əsasən istehlakçının ekspertizanın nəticələrin i məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tibbi avadanlığı pandemiya dövründə qohumunun həyatda qalması üçün almış və avadanlığa görə cavabdehə yüksək məbləğdə ödəniş etmişdir. Bunu nəzərə alaraq, cavabdeh məsələnin araşdırılmasına daha məsuliyyətli və vicdanla yanaşmalı idi. Belə ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinin subyektləri üzərinə öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək öhdəliyi qoyur. Nəzərə alınmalıdır ki, tibbi avadanlıqlar xüsusi təyinatlı avadanlıqlar olmaqla onların ekspertizası da bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən keçirilməlidir. Ekspertizanın keçirilməsi vəzifəsini isə qanunvericilik cavabdehin üzərinə qoyur. Bir halda ki, cavabdehin iddiaçıya satılmış avadanlığın proqram təminatı nın yenilənməsi ilə bağlı həmin avadanlığın istehsalçısına müraciət etmək imkanı olmuş və həmin proqram təminatını əldə etmiş, cavabdeh həmin avadanlığın qüsurlu olub-olmaması ilə bağlı da məsələləri aydınlaşdıra, bununla bağlı avadanlığın istehsalçısının əsaslandırılmış rəyini iddiaçıya təqdim edə bilərdi.

23. Bundan başqa, işdə olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “X2” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində, həmçinin işə apellyasiya qaydasında baxılarkən məhkəmənin qərardadına əsasən əldə edilmiş "xxxx" ASC-nin 19 iyul 2023-cü il tarixli rəyindən görünür ki, sözügedən avadanlığın xarici görünüşündə heç bir qüsur (əzik, cızıq, deformasiya izləri) aşkar olunmamışdır.

24. Apellyasiya kollegiyası hesab etmişdir ki, avadanlığın üzərində hər hansı qüsurun olmaması, yəni iddiaçı tərəfindən ona hər hansı müdaxilənin edilməməsi, alındığı gündən sonra işləməsində problemin yaranması, cavabdeh tərəfindən avadanlığın qüsurlu olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsindən yayınması onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış avadanlıq qüsurlu olmuşdur.

25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pozulmuş hüquqlarının bərpası ilə bağlı bir neçə ay davamlı olaraq aidiyyəti dövlət qurumuna müraciətlər etmiş, lakin hüquqlarının bərpasına nail ola bilməmişdir. Bundan başqa, qanunvericiliyin tələbinə görə istehlakçı müqavilə ilə müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya sax talaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi və ya müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.

26. Cavabdeh apellyasiya şikayətində bildirir ki, aparatın işlək vəziyyətdə və yaxud qüsurlu vəziyyətdə olduğu halda belə iddiaçı onun pulunu deyil, aparatın digəri ilə dəyişdirilməsini tələb etməli idi. Halbuki, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya satılmış tibbi avadanlıq şəxsi gigiyena əşyasıdır və qanunvericiliyin tələbinə əsasən dəyişdirilə bilməz. Məhkəmə bu dəlil ilə razılaşmayaraq qeyd etmişdir ki, əksər tibbi avadanlıqlar diş fırçaları, daraqlar, biqudilərdən fərqli olaraq, bir neçə şəxslərə xidmət edilməsi üçün nəzərdə tutulur (tibb müəssisələrində süni nəfəs ap aratları, stomatoloji avadanlıqlar və s.) və şəxsi gigiyena əşyaları ilə eyniləşdirilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ona xəbər verilmədən ekspertizanın keçirildiyini bildirsə də, işdən məhkəmə tərəfindən hər hansı ekspertizanın keçirildiyi müəyyən edilmir.

28. İş materiallarına iddiaçının qohumunun ölümü ilə bağlı şəhadətnamə əlavə edilmiş, birinci instansiya məhkəməsində mobil operator şirkətinə tərəflər arasında olan zənglərlə bağlı sorğunun verilməsi barədə cavabdeh tərəfindən hər hansı vəsatət verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

29. Cavabdeh QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-3 394/2023 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125, 129-cu, Mülki Məcəllənin 624-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1, 14.4cü, Mülki Prosessual Məcəllənin 8.1, 9, 78, 80, 87, 88, 106.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.53-cü bəndinin tələbləri pozulmuşdur.

31. Belə ki, Mülki Məcəllənin 624-cü maddəsinə görə malın qay tarılması satıcının lazımi keyfiyyətdə olmayan malı satması və bu barədə alıcıya qabaqcadan bildirilmədiyi halda mövcud ola bilər. Hazırki iş üzrə alıcı tərəfindən mal alınarkən qüsurlu olmamış, cihaz xəstəyə qoşulduqda normal işləmiş, xəstənin arvadı əməkdaşlara zəng etdikdən sonra isə əməkdaşlar tərəfindən Çin Xalq Respublikasına müraciət edilmiş və proqram təminatı cihaza qoşulmuş, sonra isə cihaz normal işləmişdir. Proqram təminatı aparata yalnız tələb edildiyi müddətdən sonra quraşdırıla bilər, həmin təminat Çin Xalq Respublikası tərəfindən təqdim edilir və bu hal, aparatın texniki nasaz olması deyil, aparatın işləmə mexanizminin bu cür qurulması səbəbindəndir. 09 sentyabr 2021-ci ildə iddiaçı tərəfindən aparat cavabdehin yerləşdiyi ünvana gətirildikdə müəssisənin mütəxəssisləri tər əfindən aparat yerində də servis otağına aparılmış, quraşdırılmış və tam işlək vəziyyətdə olması iddiaçıya sübut olunmuş, iddiaçı aparatı özü ilə götürərək getmişdir. İddiaçı özü də apellyasiya instansiyası məhkəməsində icraat zamanı bildirmişdir ki, cihaz mağazaya aparıldıqda çalışırdı. Bu isə sübut edir ki, satıcı tərəfindən alıcıya lazımi keyfiyyətdə olan mal satılmışdır. Cihaz xəstəyə qoşulduqdan sonra axşam cihazda “hedef sıcaklığa ulaşılmadı” yazısı olmuşdur. Təlimat kitabçasının 99-cu səhifəsində qeyd edilmişdir ki, ekrana belə yazı gəlirsə, avadanlıq aşağı şərtlər, yüksək təzyiq altında istifadə edilmişdir. Bu da onu göstərir ki, avadanlığın yararsız hala düşməsinin səbəbi düzgün istifadə qaydalarının pozulmasıdır. 19 iyul 2023-cü il tarixli ekspert rəyində də bu məsələ öz təsdiqin i tapmışdır. Mal alıcıda olduğundan, onun ekspertizasının satıcı tərəfindən keçirilməsi mümkün olmamışdır. 09 sentyabr 2021-ci ildə cihaz mağazaya iddiaçı tərəfindən gətirilmiş, yerində cavabdehin əməkdaşları tərəfindən yoxlanılmış, işlək vəziyyətdə olduğu üçün alıcı tərəfindən geri aparılmışdır. Həmçinin qanunvericiliyə əsasən iddiaçının malın dəyişdirilməsini tələb etmək hüququ olduğu halda, o, birbaşa malın qaytarılmasını tələb etmişdir. Bundan əlavə, mərhumun arvadı mağazaya zəng vurub, xəstənin vəfat etdiyini, cihazı geri qaytaracaqlarını bildirmişdir. Bu da düşünməyə əsas verir ki, malı səbəbsiz yerə qaytarmalarının mümkün olmayacağını bilən iddiaçı malın qüsurlu olmasını bildirərək, malı geri qaytarmaq istəyir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən irəli sürülən arq umentlər tam araşdırmamış, cavabdehə münasibətdə qərəzli mövqe olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində verilmiş ekspert rəyi ilə razılaşmadığı üçün özü ekspertiza təyin etmiş, lakin sonradan qətnamə qəbul edərkən alınan rəyi nəzərə almamışdır.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

36. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bü tövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyf iyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq f əaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3-ci maddəsinə əsasən malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli ma lla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 38. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satı cının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta y etirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 14-cü maddəsinə əsasən

4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tə dqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə ə saslandırılmış qərardad qəbul etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qər arının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən halla r işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mal satıldığı halda, iddiaçının həmin malı qaytarmaq və dəyərinin ödənilməs ini tələb etmək hüququ vardır. Bu hüquq Mülki Məcəllənin 587, 624.4-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsindən irəli gəlir.

43. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, istehlakçının belə hüququ yalnız bu halda yaranır ki, satıcının satdığı mal lazımi keyfiyyətli olmasın və satıcı qüsurlar barədə alıcını məlumatlandırmasın. Malın qüsurları istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyi halda, satıcının məsuliyyəti istisna olunur. (Mülki Məcəllənin 624.1-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci və 10-cu bəndləri).

44. Hazırki işdə iddiaçı mübahisələndirilən tibbi avadanlığının ona satılan zaman qüsurl u olmasını iddia etmiş və mövqeyini belə əsaslandırmışdır ki, avadanlıq quraşdırıldıqdan qısa müddətdən sonra lazımi qaydada işləməmiş, cavabdeh tərəfindən əlavə tənzimləmələr keçirilsə də, yenidən nasazlıqlar yaranmışdır. İddiasının sübutu qismində iddiaçı tərəf “X2” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyini birinci instansiya məhkəməsinə təqdim etmişdir.

45. Cavabdeh isə iddiaya etirazında və iş üzrə qəbul edilən məhkəmə aktlarından etdiyi şikayətlərində iddiaçıya lazımi keyfiyyətli mal satdığını, lakin avadanlıqdan istifadə qaydalarının iddiaçı tərəfindən pozulması nəticəsində onda qüsurların yaranmasını göstərmişdir.

46. Cavabdehin apellyasiya şikayətini rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən cavabdeh satıcı olaraq malın keyfiyyətinin itməsinin səbəblərini müəyyən etmək üçün istehlakçı olan iddiaçının müraciətindən 3 gün ərzində avadanlığı ekspertizaya göndərməli olduğu halda, bunu etməmiş, vəzifələrini vicdanla həyata keçirməmiş, avadanlığın qüsurları barədə istehsalçıdan rəy almamışdır.

47. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin belə əsaslandırılması ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” Qanunun qeyd olunan müddəasının pozulması özü özlüyündə malın qüsurlu satılmasının təsdiqi kimi qiymətləndirilə bilməz.

48. Belə ki, həmin müddəanın məqsədi istehlakçının hüquqlarının məhkəmədən kənar müdafiəsinə yönəldilmişdir və satıcı qanundan irəli gəl ən bu vəzifəsini yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyətə cəlb oluna bilər.

49. Lakin, hazırki halda tərəflər arasındakı mübahisə məhkəməyə verildiyi üçün mübahisəli avadanlıqda olan qüsurların yaranma səbəbi araşdırma predmetini təşkil edir.

50. Məhz bu səbəbdən də, apellyasiya məhkəməsi tərəfindən avadanlığın qüsurlarının istehsal, yaxud istismar xarakterli olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə mütəxəssis (ekspert) rəyinin verilməsi üçün "xxxx" ASC-yə müraciət edilmiş və məhkəməyə hazırki qərarın 19-cu bəndində qeyd olunan 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyi verilmişdir.

51. Lakin, apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin rəyin “tədqiqatın nəticəsi” hissəsinə istinad etsə də, yuxarıda qeyd olunan nəticəyə gələrkən rəy ilə mü əyyən olunan halları nəzərə almamış və bunu əsaslandırmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

53. İş materiallarında olan "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli rəyinin “Araşdırmanın nəticəsi” hissəsində mütəxəssis qarşısında qoyulan suallara cavab olaraq göstərmişdir ki, avadanlıq işlək vəziyyətdə deyildir, xarici görünüşündə heç bir qüsur aşkar olunmadı. İddiaçı icazəsi olmadığından, qüsu rlar tam aşkar edilə bilmədi. İşdə olan 26 dekabr 2022-ci il tarixli, 238 saylı mütəxəssis rəyinin ikinci səhifəsində əks olunan fotoşəkillər avadanlığın qüsurlu olduğunu əks etdirmir. Avadanlığın tibb müəssisəsinə verilərkən işlək olması, mütəxəssis tərəfindən aparılan yoxlamalar nəticəsində heç bir reaksiya verməməsi istehlak xarakterli problem olmasına dəlalət edir. İkinci səhifədəki şəkillərə nəzər yetirsək ekranda xəta olaraq “Hedef sıcaklığa ulaşılmadı” yazısı görünür. Bu xətanın nədən baş verdiyini, təqdim olunan təlimat kitabçasında aydın şəkildə qeyd edilib. Təlimat kitabçasının 99-cu səhifəsində qeyd olunmuşdur ki, əgər ekrana “Hedef sıcaklığa ulaşılmadı” yazısı gəlirsə avadanlıq aşağı şərtlər, yüksək təzyiq altında istifadə olunmuşdur. Bu da onu göstərir ki, avadanlığın yarars ız hala düşməsinin səbəbi düzgün istifadə qaydalarının pozulmasıdır.

54. Göründüyü kimi mütəxəssis rəyində mübahisəli avadanlığın tam işləməməsi, bunun səbəbinin iddiaçının icazəsi olmadığı üçün müəyyən etməyin mümkün olmaması, iş materiallarında olan fotoşəkillərdə avadanlıqda xəta kimi göstərilən yazının isə həmin avadanlığın Təlimatına görə düzgün istifadə qaydalarının pozulması zamanı çıxması göstərilmişdir.

55. Lakin, apellyasiya instansiyası məhkəməsi müəyyən olunan bu halları tərəflərlə müzakirə etməmiş, ekspertin (mütəxəssisin) göstərilən rəyi ilə razılaşmasa da, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə zidd olaraq bu mövqeyini qətnamədə əsaslandırmamışdır.

56. Halbuki, iddiaçının özünün təqdim etdiyi “X2” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən və CD-disklər də olan video çəkilişlərdən görünür ki, avadanlıq “Hedef sıcaklığa ulaşılmadı” yazısı ilə olsa da, faktiki işlək olmuşdur. Apellyasiya instansiyası məhkəməsinə verilən rəydən isə görünür ki, həmin avadanlıq elektrik cərəyanına qoşularkən ümumiyyətlə işlək olmamışdır.

57. Qeyd olunmalıdır ki, iddiaçı özü də iddia ərizəsində alınan malın tam işləməməsini iddia etməmiş, avadanlığını xəstəxanada quraşdırıldığı zaman düzgün işləməməsini, soyuq hava verməsini, özünün sönüb-qoşulmasını göstərmişdir.

58. Apellyasiya məhkəməsi isə göstərilən ziddiyyətləri tərəflərlə araşdırmamış, avadanlığın hansı məqamdan tam işləməməsini iddiaçıdan soruşmamış, o cümlədən avadanlığın Qobustan modul tipli xəstəxanada quraşdırılması nəzərə alınaraq, onun həmin xəstəxanada olduğu zaman hansı vəziyyətlə olması, kim tə rəfindən sökülərək iddiaçıya qaytarılması, bu zaman işlək olub-olmaması barədə qeyd olunan xəstəxanadan arayışın alınmasını və (və ya) şahidlərin (xəstəxanada işləmiş tibb işçilərin) dindirilməsini tərəflərə təklif etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

59. Digər tərəfdən mütəxəssis rəyindən görünür ki, mübahisəli avadanlıqda olan qüsurun səbəbinin müəyyən edilməsi iddiaçının icazəsi olmadığı üçün mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının bu hərəkətini nəzərə almamış, onun avadanlığı cavabdehə qaytarmaqla dəyərini tələb etdiyi hal da, mütəxəssisə avadanlığın daxili yoxlanışının həyata keçirməsinə mane törətməsinin səbəbini soruşmamış və bunların nəticəsinə uyğun olaraq mütəxəssis rəyini qiymətləndirməmişdir.

60. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.1 və 392.1.5-ci maddələrinə uyğun olaraq işdə olan sübutları qiymətləndirməmiş, mübahisəli avadanlığın satılarkən qüsurlu olması nəticəsinə gəlmişdir.

61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxa rılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

64. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

65. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

66. İşə yenidən baxan məhkəmə i şin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, əlavə mütəxəssis rəyinin alınması və (və ya) məhkəmə ekspertizasının keçirilməsi məsələlərini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-3394/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar