Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1651/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8050/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim Leyla Talıbova) 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, isteh lakçı İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu, Pırşagı-Görədil dəniz kənarı sahədə yerləşən qeyri-yaşayış sahəsinə **********00150 saylı abonent saldosu üzrə sayğacın işləmədiyi müddət ərzində Cavabdeh tərəfindən hesablanmış 7245,41 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləti təmin edilməmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.09.2016ci il tarixli, 19.01.2017-ci il tarixli aktın və qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 9601,40 manat məbləğində borcun və İddiaçı **********00151 nömrəli abonent saldosuna əsasən Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 28526,74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2016-cı il tarixdə Bakı Regional Qazın Satışı Departamenti Sabunçu XS nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus “Həyat” İstirahət Mərkəzinə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Akta əsasən 2016-cı ilin sentyabr ayı üzrə sayğaca əsasən qaz sərfi göstəriciləri aşağıdakı ki mi olmuşdur: Sayğacın markası - Elster G-25 RVG EK-220; Sayğacın zavod nömrəsi - 75142158; Təzyiq - 0; Son göstəricinin çıxarılma tarixi - 22.08.2016; son mexaniki göstərici - 250671; son elektron göstərici - 277198; hesabat ayının mexaniki göstəricisi - 254061; hesabat ayının elektron göstəricisi - 280562; fərq elektron göstərici - 3364. Aktda qeyd edilənlər həqiqətə uyğun olmamışdır. Akt əsasında iddiaçıya borc hesablanmışdır. Aktla razı olmadığından aktı imza etməkdən imtina etmişdir. 19 yanvar 2017-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamenti Sabunçu XS nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı məxsus “Həyat” İstirahət Mərkəzinə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Akta əsasən, 2017-ci ilin yanvar ayı üzrə sayğaca əsasən qaz sərfi göstəriciləri aşağıdakı kimi olmuşd ur: Sayğacın markası Elster G-25 RVG EK-220; Sayğacın zavod nömrəsi - 75142158; Təzyiq - 0; Son göstəricinin çıxarılma tarixi - 20.12.2016; son mexaniki göstərici - 291237; son elektron göstərici - 31.3759; hesabat ayının mexaniki göstəricisi - 320332; hesabat ayının elektron göstəricisi - 331265; fərq elektron göstərici - 27506. Aktda qeyd edilənlər həqiqətə uyğun olmamışdır. Akt əsasında iddiaçıya borc hesablanmışdır. Aktla razı olmadından aktı imza etməkdən imtina etmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən, 31 dekabr 2016-cı ilə qalıq borc cəmi, 3936,50 manat məbləğindədir. Aktla razı olmadığından aktı imza etməkdən imtina etmişdir. Həmin aktda qeyd olunanlar heç biri həqiqətə uyğun deyildir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş qəbzlərdən də müəyyən olunur k i, iddiaçı mütəmadi olaraq xeyli miqdarda istifadə olunmuş təbii qazın dəyərini ödəmişdir. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 9601,40 manat məbləğində borcun və **********00151 nömrəli abonent saldosuna əsasən Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 28526,74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, **********00150 saylı abonent saldosu üzrə qaz saygacı həmin ünvandan çıxarılaraq yoxlamaya göndərilmişdir. Buna görə də 2017-ci ilin may, iyun və iyul ayları ərzində abonentə təbii qazdan istifadəyə görə ”Cavabdeh” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuş hesabat qaydasına əsasən hesablanmış və borc 9601,40 manat təşkil etmişdir. **********00 151 saylı abonent saldosu üzrə borc isə 28526,74 manat təşkil edir və sayğac üzərindən götürülmüş göstəriciyə əsasən abonentdən tələb olunur. Buna görə də iddia rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları ta m, hərtərəfli və obyektiv araşdırmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədiklərində n məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən**********00150 saylı abonentin saldosundan və aktlardan müəyyən olunur ki, abonent İddiaçı məxsus qeyri-yaşayış sahəsində (X2) may 2017-ci il tarixə 1596 manat, iyun 2017-ci il tarixə 458 manat cari ayın orta günlük sərfiyyatına uyğun borc hesablanmşdır. ** ********00151 saylı abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı məxsus qeyri-yaşayış sahəsində (X2) mart 2018-ci il tarixə saygac göstəricisi 20149 m3 olmuş və ayın sonuna borc 28526,74 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbay can Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz payla yıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 5-ci bəndinə əsasən qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu ra zılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata ke çirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 12.05.2011-ci il tarixli 80-№ li qərarının 5.4-cü bəndinə əsasən qaz saygacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz saygacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar saygac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzində təbii qazdan istifadə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcla bağlıdır. İstirahət mərkəzinin yerləşdiyi qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddia ərizəsində **********00150 nömrəli abonent saldosuna əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 9601,40 manat məbləğində borc və **********00151 nömrəli abonent saldosuna əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 28526,74 manat məbləğində borcun silinməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçıya 2 saldo üzrə borc hesablanmışdır. **********00150 nömrəli və **********00151 nömrəli abonent saldosu üzrə Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu, Pirşağı-Görədil dəniz kənarı sahədə yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac may 2017-ci il tarixdə xətdən ayrılmışdır. Sayğacın işləmədiyi müddət ərzində sərf olunan qazın hesablanması may ayında 1596 manat və iyun 2017-ci il 458 manat olmaqla əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun olaraq hesablanmışdır. Sonradan iyun ayına qazın sərfi 48007 m3 olmaqla göstərilmiş, lakin hansı göstəriciylə hesablanması barədə heç bir sübut təqdim olunmamışdır. Sayğac çıxarılan zaman qaz sərfi Azərbaycan Respublikası Nazirlər kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarının 5.4-cü bəndinə əsasən hesablanmalı olduğu halda bu qaydaya əməl olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, saygac çıxa rıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı olduğu üçün 2356:30x30 = 2355,99 (9601,402355,99)=7245,41 manat borc Cavabdeh tərəfindən silinməlidir. Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 28526,74 manat borcun silinməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin borc saygac göstəricisinə əsasən hesablandığından iddia həmin hissədə təmin oluna bilməz. Apellyasiya şikayətlətinə əsasən işin hallarını apellyasiya qaydasında araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, **********00150 nömrəli abonent saldosu üzrə qaz sayğacı 11.05.2017-ci ilin tarixində xətdən çıxarılaraq texniki baxışa göndərilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, xətalar normaya uyğundur, batareya tələb olunur. Cavabdehin əməkdaşları bu faktı rəs miləşdirmişlər, yəni “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib etmişlər. Sayğac xətdən çıxarıldığına görə qaz sərfinin sayğacsız hesablanması həyata keçirilmişdir. Bu barədə 2 akt tərtib edilmişdir. Birincisi “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 21.05.2017-ci il tarixli, 741 nömrəli akt. Həmin aktdan görünür ki, 2017-ci il may ayının 1-dən 21-nə qədər olan dövr üzrə hesabat aparılmış, hesabat günlərinin sayı 21 gün, hesablanmış qaz sərfinin miqdarı 7980 m3, hesablanmış qaz sərfinin məbləği 1596 manat göstərilmişdir. Aktın “əlavə qeydlər” qrafasında “aprel 2016-cı ilin sərfiyyatına uyğun” yazılmışdır. Bu akta əsasən hesablanmış 1596 manat borc müvafiq aya (may ayına) görə abonentin saldosunda öz əksin tapmışdır. İddiaçı həmin bor cu mübahisələndirməmişdir. İkincisi “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30.06.2017-ci il tarixli, 9231 nömrəli akt. Həmin aktdan görünür ki, 2017-ci ilin iyun ayı üzrə hesabat aparılmış, hesabat günlərinin sayı 29 gün, hesablanmış qaz sərfinin miqdarı 2290 m3, hesablanmış qaz sərfinin məbləği 458 manat göstərilmişdir. Aktın “əlavə qeydlər” qrafasında “iyun 2016-cı ilin sərfiyyatına uyğun” yazılmışdır. Bu akta əsasən hesablanmış 458 manat borc müvafiq aya (iyun ayına) görə abonentin saldosunda öz əksin tapmamış, bunun əvəzinə həmin ay üçün 9601,40 manat borc yazılmışdır. İddiaçı həmin 9601,40 manat borcu mübahisələndirmişdir. Cavabdeh 9601,40 manat borcun necə hesablanması barədə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi 9601,40 manat borcun bir hissəsinin - 7245,41 manatlıq hissəsinin silinməsini qət etmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən ona əsaslanmışdır ki, cavabdeh borcun necə hesablanması barədə sübut təqdim etməmişdir. Ona görə də hesablama sayğacın çıxarıldığı aydan əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalıdır. Abonentin saldosundan görünür ki, sayğacın çıxarıldığı aydan əvvəlki ayın (aprel ayının) sərfinə görə borc 2356 manat olub. Ona görə də məhkəmə orta gündəlik sərfi müəyyənləşdirmək üçün hesablama aparmış, əvvəlki ayın sərfinə uyğun olan məbləği (2355,99 manatı) mübahisələndirilən məbləğdən (9601,40 manatdan) çıxmış, qalan məbləği (7245,41 manatı) düzgün olmayan borc kimi silmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticə ilə razılaşaraq qe yd etmişdir ki, bu nəticə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğundur. Belə ki, Qaydaların 5.4-cü bəndində qeyd olunub ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. **********00151 nömrəli abonent saldosuna əsasən cavabdeh tərəfindən iddiaçıya hesablanmış 28526,74 manat borc sayğacın göstəricilərinə əsasən müəyyən edilmişdir. Ona görə də məhkəmə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazda n istifadə Qaydalarına və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin borcun silinməsi barədə tələbi düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə e yni məzmunlu olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayırılıqda verilmişkassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8050/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-1651/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1651/2019
14.03.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver