Məhkəmə qərarları › İş №2(102)-1652/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2022

15.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: köşk və söhbətgahın götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2831/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" MMC-yə qarşı « çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi » tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, V küçəsində yerləşən 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklərin və söhbətgahların götürülməsi, yaxta köşklərin və söhbətgahların götürülməsinin cavabdehlərin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Şahı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi» tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, V küçəsində yerləşən 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklərin və söhbətgahların götürülməsi, yaxta köşklərin və söhbətgahların götürülməsinin cavabdehlərin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, V küçəsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli binada yaşayır. Sakinlərin təxminən yetmiş faizi binalarda yaşayırlar. Cavabdeh1 qeyd olunan binaların həyətində yüngül konstruksiyalı tikili tikmiş və həmin obyekti kafe kimi istifadə etmək istəyir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. Sakinlərin və xüsusilə də uşaqların istirahətinə mane olur. Həmin tikilinin sökülməsi barədə bina sakinləri ölkə başçısına müraciət etmişlər. Abşeron RİH 05 avqust 2019-cu il tarixdə 2114 saylı məktub göndərərək Cavabdeh1 həmin tikililərin sökülməsini tələb etmişdir. Lakin Cavabdeh1 orada kafe işlətməkdə israrlıdır. Buna görə də o, sakinlərin adından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı2 Şahı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 yaşadıqları çoxmənzilli yaşayış binasının həyətində (çoxmənzilli binanın ümumi istifadə sahəsində) yüngül konstruksiyalı materiallardan istifadə etməklə kommersiya obyekti tikmişdir. Cavabdeh ümumi mülkiyyətdə olan sahədə binanın mülkiyyə tçilərinin razılığı olmadan kommersiya obyekti inşa etmiş, ərazini abadlaşdırdığını, həmin əraziyə mülkiyyət hüququnun olmasını iddia edir. Yaşayış kompleksində 1040 mənzil, yəni ümumi mülkiyyətçi vardır. Həyət balacadır. Buna baxmayaraq cavabdeh bu balaca həyətin yarısından çoxunda obyekt inşa etməklə sakinlərin, xüsusilə balaca uşaqların sağlamlığına, normal istirahət etmələrinə, normal əylənmələrinə maneçilik yaratmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 noyabr 2020-ci il tarixli 2(012)-4034/2020 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) İddiaçı2 Şahı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi» tələbinə dair 2(012)-4034/ 2020 saylı mülki işin İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi» tələbinə dair 2(012)-2596/2020 saylı mülki işlə birləşdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-269/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbləri qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklər və söhbətgahların Cavabdeh1 tərəfindən götürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerli bax ış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli binanın qarşısında ümumi istifadədə olan 15 x 21 ölçüdə olan ərazi tor ilə hasara alınmış, taxta qapı qoyulmuş, qapı bağlı olmuş, taxta konstruksiyadan ibarət tikili, 5 ədəd taxtadan söhbətgah, 1 ədəd kənarları taxtadan hazırlanmış hovuz yerləşdirilmişdir. Həmin ərazi binaların zəruri istifadə ərazisində, çoxmənzilli binanın həyətində uşaqların əyləncə və istirahəti üçün nəzərdə tutulmuş sahəyə bitişikdir. Nəticədə ümumi istifadədə və zəruri olan torpaq sahəsi azalmış, sakinlər tərəfindən istifadə edilə bilinmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əliyev X4 rayonu, V küçəsi ünvanında yerləşən 12 mərtəbəli binanın qarşısında ümumi istifadədə olan torpaq sahəsini "xxxx" MMC ilə bağladığı icarə müqavil əsinə əsasən icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin tələblərinə əsasən icarə obyekti olan torpaq sahəsində hansısa tikiniti, dəyişdirmə həyata keçirməsi ilə bağlı yazılı razılıq alınması tələb olunur. Həmin müqavilə müvafiq dövlət orqanında qeydə alınmadığı "xxxx" MMC tərəfindən etiraf edilmişdir. Bundan da başqa həmin ümumi istifadə də olan torpaq sahəsinin MMC tərəfindən icarəyə verilməsi iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən ona hüquqi qiymət verilmir. Məhkəmə işin faktiki hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçılar iddia tələbində haqlıdır. Belə ki, mübahisəli torpaq sahəsi ünvan 2ndə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli binaların əhatəsində olmaqla, həmin ərazi binanın mülkiyyətçilərinin ümumi istifadəsindədir. Bu həmçinin Abşeron RİH-nin məktubu ilə də təsdiq edilir. Cavabdeh1 tərəfindən ərazidə yerləşidirlmiş konstruksiyalar, taxta tikililəri binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsində yerləşdiyindən və qanunvericilikdə nəzərdə tutulmuş icazə alınmadan özbaşına tikililər və onun hüquqi nəticəsinə dair müddəalar tətbiq edilməlidir. Məhkəmə iddia tələblərinin Abşeron RİH və "xxxx" MMC-yə aid hissədə əsaslı hesab etmir. Belə ki, Abşeron RİH və "xxxx" MMC tərəfindən Cavabdeh1 istifadə etdiyi torpaq sahəsində taxta materialdan hazırlanmış köşklər və söhbətgahların yerləşdirilməsinə rəsmi yazılı icazəsi olmamışdır. Başqa sözlə iddia tələbi Abşeron RİH və "xxxx" MMC-yə aid hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Bi rinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.2, 180.4, 213.6, 226.1, 227.1, 245-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadəsədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Elman Rəhimov) 25.10.2021-ci il tarixli, 2(105)2831/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 29 aprel 2021-ci il tarixli 2(012)-269/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 "xxxx" MMC ilə 04 mart 2018-ci il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26-cı məhəllədə yerləşən 200 kv.metrdən ibarət torpaq sahəsini icarəyə götürmüş, həmin Müqavilənin 8.2-ci maddəsinə əsasən hazırki Müqavilə imzalandıgı andan güvvəyə minir və 1 (bir) il müddətinə etibarlıdır. Həmin müqavilə Dövlət qeydiyyatından keçməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli binanın qarşısında ümum i istifadədə olan torpaq sahəsini "xxxx" MMC ilə bağladığı icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin tələblərinə əsasən icarə obyekti olan torpaq sahəsində hansısa tikiniti, dəyişdirmə həyata keçirməsi ilə bağlı yazılı razılıq alınması tələb olunur. Həmin müqavilə müvafiq dövlət orqanında qeydə alınmadığı "xxxx" MMC tərəfindən etiraf edilmişdir. Bundan da başqa həmin ümumi istifadə də olan torpaq sahəsinin MMC tərəfindən icarəyə verilməsi iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən ona hüquqi qiymət verilmir. Çoxmənzilli binanın mülkiyyətçilərindən olan iddiaçılar ümumi istifadədə olan torpaq sahəsində olan Cavabdeh1 tərəfindən qoyulmuş taxtadan hazırlanmış köşklərin və söhbətgahın götürülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası cavabdehin iddiaçıların iş üzrə bu iddia ilə məhkəməyə müraciət etmək subyektiv hüququnun olmaması barədə gətirdiyi dəlili tətbiq edilmiş maddi hüquq normalarına əsasən qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili X3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsi qay tarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsini tətbiq edərkən çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhəddi və ölçülərini qanunvericilikdə açıq şəkildə tələb olunmasına baxmayaraq müəyyən etməmişdir. Həmin sökülməsi iddia olunan taxta materialdan hazırlanmış köşklərin və söhbətgahın götürülməsinə dair qərar qəbul edilərkən 35.1-ci maddəsi düzgün olmayaraq tətbiq olunmuşdur. Belə ki, köşklərin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Söhbətgahların yerləşdiyi torpaq sahəsi isə "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsi əsasında onun istifadəsindədir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri olan iddiaçıların iddia ərizələrində göstərdikləri tələblərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.2-ci maddəsində müəyyən edilmiş hallarda onun sahiblik, istifadə və sərəncamında olan həmin sahəyə və üzərindəki tikiliyə aidiyyəti yoxdur. Belə ki, iddiaçılar çoxmənzilli binanın müəyyən hissəsində mülkiyyətə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdirlər. Konkret halda isə məhkəmə tərəfindən üzərində köşk və söhbətgah yerləşmiş torpaq sahəsinin çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid olub-olmaması müəyyənləşdirilmədən qanun normasına istinad edilmişdir. "xxxx" MMC isə məhdud məsuliyyətli cəmiyyət olduğu üçün onun alqı-satqı müqaviləsi il başqa şəxsə satdığı əmlakının bir hissəsi artıq ümumi birgə mülkiyyət hesab olunmur və MM-n in 213.6-cı maddəsi konkret halda mübahisəyə şamil edilə bilməz. İddiaçılar X2 və İddiaçı2 Şahı oğlu yalnız alqı-satqı müqaviləsi əsasında əldə etdikləri mənzillərə hüquqlara malikdirlər. İddiaçılarla İnşaat MMC arasında İnşaat MMC-nin istifadə, sərəncam və mülkiyyətində olan hərhansı əmlaka, o cümlədən torpaq sahəsinə dair hər hansı razılaşma yoxdur. MMC onunla bağladığı və qeydiyyata alınmamış müqavilə və müqavilənin şərtləri ilə bağlı yalnız özü iddia qaldırmaq hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 227.1-ci maddəsini tətbiq edərkən üzərində köşk və söhbətgah qurulmuş həmin torpaq sahəsinin iddiaçılara ümumi paylı mülkiyyət hüququ ilə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Bu torpaq sahəsinin bir hissəsi onun icarəsində, bir hissəsi isə xüsusi mülkiyyətindədir. İddiaçılar to rpaq sahəsi və üzərində tikilmiş hər hansı obyektlə bağlı iddia vermək hüququna malik deyillər. İddia iddia qaldırmaq hüququ olmayan şəxslər tərəfindən verilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daş ınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi üm umi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə

245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mə rtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəh ərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qayd asında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində cavabdehlərdən "xxxx" MMC ilə aralarında olan icarə, həm də torpaq sahəsinin bir hissəsinin xüsusi mülkiyyətində olmasına dəlil kimi istinad etsə də, iş materiallarında görünür ki, istinad olunan icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh xüsusi mülkiyyətinə istinadına gəldikdə isə bildiirilməlidir ki, iş materialları ilə cavabdehin öz mülkiyyəti olmasına istinad etdiyi torpaq sahəsində mübahisələndirilən tikililəri tikməsi üçün lazımi icazə alması müəyyən edilmir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. O dur ki, cavabdehin göstərilən dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində digər dəlil kimi iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamalarına istinad etsə də, kasasiya yoxlaması nəticəsində iddiaçıların subyektiv hüquqa malik olmaları yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında müəyyən edilmişdir. Odur ki, cavabdehin qeyd edilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2831/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar