Məhkəmə qərarları › İş №2(102)-1652/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2023

04.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin iddaçıya təhvil verilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-45 45/2022 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X4 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 2009-cu il buraxılışlı “Mercedes Benz E350” markalı BAN nömrəsi WDD210571A034389 olan nəqliyyat vasitəsinə dair əvvəl iddiaçı X2 adından çıxış edən Cavabdeh2 tərəfindən X3 ilə 789211 saylı xx.xx.2019cu il tarixli, X3 ilə Cavabdeh4 arasında 814444 saylı xx.xx.2020-ci il tarixli, X3 ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin eti barsız hesab edilməklə avtomobilin qanuni sahibi kimi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(006)3241/2020 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC də qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə şikayət müddətin ötürülmüş hesab olunması barədə ərizə olmadan verildiyindən təmin olunmamış, həmin qərardad yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanı lmışdır. Daha sonra Cavabdeh1 MMC ötürülmüş müddətin bərpası barədə ərizəni də əlavə edərək yenidən apellyasiya şikayəti vermiş, lakin yenə də şikayət geri qaytarılmış, apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadı kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(103)-4545/2022 saylı qətnaməsi ilə (R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

6. İş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil4 həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayətə ərizə əlavə edərək ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin 2 fevral 2023-cü il tarixli, 2(103)4545/2022 saylı qərardadı ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh X3 apellyasiya şikayəti vermişdir. Həmin şikayətə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini şikayət həddində yoxlamışdır. Belə olan halda Cavabdeh1 MMC-nin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tanına bilməz. Cavabdeh1 MMC bunun üçün ilk növbədə birinci instansiya məhkəməsi nin qətnaməsini qanunla müəyyən edilmiş qaydada mübahisələndirə, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qəbul edəcəyi qərarla razı olmadığı halda sonuncu qərardan kassasiya şikayəti verə bilərdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

9. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1, 407.1 və 408.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 MMC (Vəkil4) kassasiya şikayəti ve rərək qərardadın ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi düzgün deyildir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamış, apellyasiya şikayəti vermiş, məhkəmə apellyasiya şikayətinin vaxtında verilmədiyi qənaətinə gəlmiş şikayəti geri qaytarmışdır. Bu qərardad yuxarı məhkəmələrdə qüvvədə saxlanmışdır. Sonra müddət bərpa barədə ərizə ilə birlikdə apellyasiya şikayəti verilmişdir. O da təmin edilməmiş və qüvvədə saxlanmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətin ə cavabdehdən asılı olmayan səbəblərdən baxılmamışdır. Həmçinin apellyasiya məhkəməsi qətnaməni MMC-nin ünvanına rəsmi göndərməmişdir. Yalnız icra məmurları 2022-ci ilin dekabrın 28-də ünvana icra sənədi ilə gəldikdə tərəf apellyasiyanın qətnaməsindən məlumatlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə qərar sistemə yerləşdirilirsə, tərəfə SMS məlumat verilməli idi. Lakin məlumat verilməyib. İndi isə apellyasiya məhkəməsi əsassız olaraq kassasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 10-1.3. Kommersiya mübahis ələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ve rilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin akt larından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh1 MMC tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti t əmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4545/2022 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar