Məhkəmə qərarları › İş №2(102)-1652/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: “behin ikiqat tutulması”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; beh müqaviləsinin forması). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “behin ikiqat tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(103)-753/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. Cavabdeh (nümayəndəsi X5) ilə İddiaçı (nümayəndəsi Vəkil) arasında xx.xx.2024cü il tarixdə beh müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə beh verən İddiaçı, beh alan Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini almaq üçün 170000 manat beh verməyi, xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni 2.890.000 manatı alğı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öhdəsinə götürmüşdür. Beh alan Cavabdeh isə qeyd olunan ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinə dair beh verənlə x x.xx.2024-cü il tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Həmçinin beh alan müqavilə öhdəliyini yerinə yetirməzsə, beh müqaviləsi ləğv edilmiş sayılır və behin iki misli qaytarılır.

3. Cavabdeh (nümayəndəsi X5) ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinə əsasən, beh verən X6 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair beh alan Cavabdeh 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə beh verir. Beh verən xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni ******* (üç milyon doqquz yüz on min) manatı alğı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir.

4. X5 ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən borc verən X5 borc alan X3 85000 manat məbləğində, xx. xx.2024-cü il tarixədək qaytarılması şərtilə pul borc verir.

5. Tərəflərin nümayəndələri 08 aprel 2024-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanması üçün notariat kontoruna getmiş, lakin beh alan tərəf müqaviləsi bağlamaqdan imtina etmişdir.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil beh alana pretenziya məktubu göndərərək bu barədə məlumat vermiş, beh müqaviləsinin 1.3-cü bəndinə əsasən alğısatqı müqaviləsini bağlamaq öhdəliyi xx.xx.2024-cü il tarixinə qədər cavabdeh tərəfindən icra olunmadıqda behin iki misli beh verənə ödənilməli olduğu bildirilmiş, beh alana təklif edilmişdir ki, alğı-satqı müqaviləsini bağlamaq üçün ona münasib olan tarix barədə beh verənə rəsmi məlumat verilsin.

7. Cavabdeh nümayəndəsi Dadaş Rzayev İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-c ü il tarixli məktubda bildirmişdir ki, qeyri-yaşayış sahəsinin alğı-satqısı haqqında ilkin razılaşma daşınmaz əmlakın alğı-satqısı üzrə agent X2 vasitəçiliyi ilə 2023-cü ildə əldə olunub. Həmin razılaşmaya görə təmsil etdiyi şəxs qeyriyaşayış sahəsini yalnız bütövlükdə sata biləcəyini bəyan edib. İddiaçı və X6 isə obyekti bütövlükdə, amma 3 yerə bölməklə hissə-hissə alacağını bildiriblər. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısı bütövlükdə 4.100.000 ABŞ dolları ekvivalentində manata İddiaçı satılması razılaşdırılıb. Alıcı obyekt üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilndə 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd etmişdir. Alğı-satqının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdı rılmışdır: 1) Birinci alğı-satqı əməliyyatı - sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və optika dükanı kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alğı-satqı əməliyyatı sahəsi - 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alğı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və kimyəvi təmizləmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170.000 manat beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanıb. Həmin beh məbləğinin 50%-i d ərhal alğı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə ödənilib. Eyni zamanda birinci alğısatqı əməliyyatı üçün də 5.000 manat beh ödənilib və müvafiq beh müqaviləsi imzalanıb. 8 aprel 2024-cü ildə təmsil M.Məmmədovun vasitəçi E.Orucovla birlikdə ilkin razılaşmaya görə alğı-satqısı 3-cü növbədə həyata keçirilməli olan 216,5 kv.m qeyri-yaşayış sahəsi üçün 1.700.000 ABŞ dolları ekvivalentində manat gətirdiyini bildirib və alğı-satqı əqdinin bağlanmasını tələb edib. Bununla da alıcı və agent birlikdə ilkin razılaşmanı pozublar. Ona görə də təmsil etdiyi satıcı bu mərhələdə obyektin sözügedən hissəsini satmaqdan imtina edib. Satıcı razılaşdırılmış şərtlərin alıcı tərəfindən pozulmasını potensial olaraq alıcı və vasitəçi tərəfindən aldadılmaq cəhdi kimi qiymətləndirir v ə belə düşünməyə əsas var. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti (4.100.000 ABŞ dolları ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək alıcı tərəfindən ödənilmədiyi halda alğı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytarılmayacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 may 2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 340.000 (üç yüz qırx min) manat pul vəsaitinin, hüquqi xidmətə görə 500 manat haqqın, 630,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia t ələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilərək belə əsaslandırılıb ki, 08 aprel 2024-cü il tarixdə iddiaçı cavabdehə (nümayəndəsi X4) məlumat verilməklə behlə təmin edilmiş əmlakı almağa hazır olduğunu bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüş baş tutmuşdur. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün hazır gətirilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi telefonla apardığı, onlara məlum olmayan danışıqlardan sonra elan edib ki, cavabdeh beh müqaviləsinin şərtlərini icra etmək istəmir. Bu səbəbdən də həmin gün alğı-satqı baş tutmamışdır. İddiaçı tərəfin pretenziya məktublarına cavab məktublarında cavabdeh açıq mətnlə bəyan etmişdir ki, gətirdiyi formal və həqiqətə uyğun olmayan dəlillərə əsaslanaraq xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş beh müqaviləsinin şərtlərini pozur və ödənilmiş behi mənimsəyir. Bu açıq iradə ifadəsi ilə cavabdeh açıq-aşkar şəkildə iddiaçının hüquqlarını pozmuş və yaranmış mübahisənin məhkəməyə daşınmasını zəruri etmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunub ki, beh müqaviləsinin bağlanması üçün əsas olan razılaşmanın şərtlərinin icrası ilə əlaqədar tərəflər arasında yaranmış anlaşılmazlığın həlli üçün İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Hazırkı müraciət ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixli beh müqaviləsi çərçivəsində alğısatqının həyata keçirilməsinə razıdırlar. Göstərilən beh müqaviləsinin tərəfi olaraq İd diaçı tərəfindən hazırkı məktuba xx.xx.2024-cü il tarixinədək rəsmi cavab verilməsini xahiş edir və bildirir ki, bu məktuba cavab verilməməsi İddiaçı tərəfindən beh müqaviləsinin icrasından imtina edilməsi kimi qəbul ediləcəkdir.

11. İddiaçının nümayəndəsi Vəkil cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, beh müqaviləsindən imtina edən cavabdeh olmuşdur və beh müqaviləsində son müddət kimi xx.xx.2024-cü il göstərilmişdir. Həmin müddətin notarial saziş olmadan qısaldılması yolverilməzdir. Digər tərəfdən, əmlak üzərinə Bakı Apellyasiya Məkəməsinin 16(103)-363/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur (özgəninkiləşdirilməsi qadağan olunmuşdur). Bu səbəbdən də qeyd etdiyi tarix intervalında və hazırki vaxtda alğı-satqı müqaviləsinin bağ lanması hər bir halda mümkünsüzdür. Xatırladılır ki, məhkəmə iclasında barışıq sazişinin bağlanması mümkündür. Tərəflər arasında razılıq əldə oluna bilərsə, bu əvvəlcə barışıq sazişi ilə rəsmiləşdirilməli, həmin saziş məhkəmə tərəfindən təsdiq olunmalı, sonra isə həmin sazişin şərtləri icra olunmalıdır. Əks halda iddia tələbini müdafiə edəcəkdir.

12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil məhkəmədə verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfin onun təmsil etdiyi şəxslə aralarında beh müqaviləsində göstərilənlərdən başqa razılaşmaları olmamışdır. Aralarında olan yeganə razılaşma beh müqaviləsində göstərilən şərtdən ibarətdir. Təmsil etdiyi şəxs həmin şərti icra etmək məqsədilə notariusa gəlsə də, cavabdeh tərəf beh müqaviləsinin icrasından boyun qaçırmışdır.

13. Cavabdehi n vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında olan razılaşma yalnız beh müqaviləsində əks olunan şərtdən ibarət olmamışdır. Tərəflərin razılaşması qeyri-yaşayış sahəsinin hissə-hissə olmaqla mərhələli şəkildə alğı-satqısından ibarət olmuşdur. Təmsil etdiyi şəxs də məhz buna görə beh müqaviləsinin məhz orda qeyd edilən formada icrasından imtina etmişdir. Hazırda da təmsil etdiyi şəxs məhz tərəflərin razılaşmasına, yəni mərhələli şəkildə alğısatqıya razıdır. Təmsil etdiyi şəxs alğı-satqının beh müqaviləsində göstərilən şərtlə icrasına ona görə razı deyil ki, əslində razılaşma başqa cür olmuşdur.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(006)-2832/2024 nömrəli xx.xx.2024-cü il tarixli (hakim V. Musayeva) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilən hallara görə, tərəflər arasında digər şəxslərin də iştirakı ilə danışıqlar aparılmış və nəticədə ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin mərhələli şəkildə alğı-satqısı barədə razılaşma olmuşdur. Tərəflərin, habelə digər şəxslərin iştirakı ilə eyni tarixdə, yəni 8 yanvar 2024-cü il tarixdə Cavabdeh iştirak etdiyi iki beh müqaviləsi və bir borc müqaviləsi imzalanmışdır. İddiaçı (nümayəndəsi qismində Vəkil) tərəfindən imzalanmış beh müqaviləsində tərəflər ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216,5 kv.m sahəsinin və X2 imzaladığı beh müqaviləsində isə həmin qeyri-yaşayış sa həsinin 137 kv.m hissəsinin xx.xx.2024-cü il tarixədək dəyəri tam ödənilməklə alğı-satqısının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən məsələ məhkəmədə bu qənaətə gəlməyə əsas yaradır ki, tərəflər arasında razılaşmanın hazırki iş üzrə iddiaçının irəli sürdüyü beh müqaviləsində olan şərtdən fərqli olmasına əsaslar vardır. Lakin cavabdeh tərəfindən beh müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı məsələ baxış mərhələsində irəli sürüldüyündən məhkəmə beh müqaviləsinin etibarsızlığı məsələsini kifayət qədər araşdırmaq imkanından məhrum olmuşdur. Hazırki mərhələdə məhkəmə yalnız irəli sürülən tələbin əsaslığı ilə bağlı məsələni araşdırıb qeyd edir ki, beh müqaviləsinin özündə, habelə qanunvericilikdə beh müqaviləsini tənzimləyən normaların tələbinə görə beh verənə be hin ikiqat qaytarılması yalnız beh müqaviləsinin icra edilməməsində beh alan tərəfin məsuliyyəti müəyyən edildikdə mümkündür. Hazırki iddianın əsaslı olub olmamasını müəyyən etmək üçün birinci növbədə alğı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir.

16. İddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da müvafiq iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Beh müqaviləsinin şərtlərinə əsasən alğı-satqı müqaviləsi nin bağlanması üçün son müddət xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Lakin həmin müddətdə alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə məhkəmə araşdırmasının predmetinə çevrildiyindən müddətə riayət edilməsi mümkün olmamışdır.

17. İşin araşdırılmış halları müəyyən edilir ki, tərəflər arasında beh müqaviləsi 8 yanvar 2024-cü il tarixdə bağlanmaqla beh müqaviləsi üzrə icranın xx.xx.2024-cü il tarixədək baş tutması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən alğı-satqının mərhələli şəkildə razılaşdırılması inkar edilsə də, icrası məhz xx.xx.2024-cü il tarixədək həyata keçirilməli olan alğı-satqı üçün tərəflərin məhz 8 aprel 2024-cü il tarixdə həmin alğı-satqı ilə bağlı notariat orqanında görüşməsi inkar edilmir. Həmçinin iddiaçı tərəf təkidlə bildiri r ki, tərəflər 8 aprel 2024-cü il tarixdə notariusda məhz beh müqaviləsində nəzərdə tutulmuş sahənin alğı-satqısı üçün görüşmüşlər, lakin alğı-satqı cavabdeh tərəfindən pozulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh tərəflərin razılaşmasında nəzərdə tutulmuş icradan boyun qaçırmamışdır. Cavabdehin də nümayəndəsinin 8 aprel 2024-cü il tarixdə məhz mərhələli alğı-satqının həyata keçirilməsi üçün notariusda iştirakı onu deməyə əsas verir ki, cavabdehin də alğı-satqının həyata keçirilməsində niyyəti olmuşdur. Lakin cavabdehin iştirakına baxmayaraq alğı-satqının baş tutmaması məhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur. Belə ki, iddiaçı tərəfin cavabdehə ünvanladığı pretenziyaya cavab olaraq cavab dehin xx.xx.2024-cü il tarixli məktubunda tərəflərin ümumi razılaşmaları tam əks olunmuşdur. Yəni, hazırki iş üzrə iddiaçı məhkəməyə müraciət etməzdən və iş məhkəmə müstəsivində mübahisələndirilmədən də öncə cavabdeh tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın məhz qarşı tərəfin davranışı ilə əlaqədar pozulmasına dair mövqeyini aydın şəkildə ifadə etmişdir. Tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın pozulmasında məhz iddiaçının və digər şəxslərin davranışı nəzərə alınmaqla məhkəmə cavabdehin behin şərtlərinin pozulmasında məsuliyyətini müəyyən etmədiyindən iddiaçının iddia etdiyi kimi behin ikiqat tutulması tələbini əsaslı hesab etmir.

18. Hətta iş məhkəmə müstəvisində mübahisələndirilən mərhələdə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli m əktubla iddiaçıya müraciət edilmiş, bir daha beh müqaviləsinin icrası təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən bu məktuba cavabda tam olaraq razılıq ifadə edilməmişdir.

19. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında beh müqaviləsinin icrasına razılığın olmaması barədə mövqeyi bağlı məhkəmə qeyd edib ki, cavabdeh tərəf ümumi razılaşmanın məhz fərqli olmasına istinad etməklə beh müqaviləsinin icrasının mümkün olmadığını bildirmişdir. Eyni zamanda cavabdeh əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürməsinin və əqdin etibarsızlığının hüquqi nəticəsi kimi ödənilmiş behin qaytarılmasına dair mövqeyini də məhkəmə iclası zamanı ifadə etmişdir. Son icra müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş alğı-satqının məhz 8 aprel 2024-cü il tarixdə hissə-hissə və mərhələli icrasını mümkünsüz edən hal cavabdehə aydın olduğundan cavabdeh həmin məqamda və sonradan beh müqaviləsindən imtina etməli olmuşdur. Belə ki, cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini hissə-hissə olmaqla mərhələli şəkildə satmağı düşünmüş, lakin 8 aprel 2024-cü il tarixdə ən son mərhələdə satılması razılaşdırılmış hissəsinin iddiaçı tərəfindən dəyəri ödənilməklə alğı-satqısına dair təklif onda haqlı narazılığa əsas vermişdir. Odur ki, məhkəmə hesab edir ki, bütövlükdə behlə təmin edilmiş öhdəliyin icrasında cavabdehin məsuliyyəti müəyyən edilmədiyindən cavabdehdən behin ikiqat tutulması tələbi əsassızdır.

20. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci, 492-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 18 mart 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, beh müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial formada bağlanmışdır. Birinci instansiya məhkəməsi isə "tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi r azılaşmanın pozulması" kimi əsassız mövqeyində belə "ümumi razılaşma"nın hansı formada (şifahi, sadə-yazılı, notarial) olması barədə heçnə qeyd etməmişdir. İş materiallarında "ümumi razılaşma" adlı notarial formalı əqd olmadığından daşınmaz əmlakın üzərində sərəncam verilməsini şərtləndirən hər-hansı etibarlı əqdin olmadığı sübut olunur. Bununla da ortaya çıxır ki, qətnamə maddi hüquq normasının pozulması ilə qəbul olunmuşdur. Sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqaviləsinə, cavabdehin beh müqaviləsindən açıqca imtinasını əks etdirən xx.xx.2024-cü il tarixli məktubuna, cavabdehin sonradan peşman olub beh müqaviləsinin şərtlərini icra etmək istəməsini əks etdirən xx.xx.2024-cü il tarixli məktubuna obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. Bunun əvəzi nə birinci instansiya məhkəməsi "alğı-satqının baş tutmamasıməhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur" kimi absurd, ziddiyyətli, heç bir sübutla təsdiq olunmayan formal mülahizələrə əsaslanmışdır. Bununla da birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozmuşdur. Sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqaviləsi, cavabdehin beh müqaviləsindən açıqca imtinasını əks etdirəm xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin sonradan peşman olub beh müqaviləsinin şərtlərini icra etmək istəməsini əks etdirən xx.xx.2024-cü il tarixli məktubu beh müqaviləsi üzrə beh alanın öhdəliklərinin icra olunmaması tərəfimizdən sübut olunmuşdur. Buna baxmayaraq cavabdeh irəli sürdüyü etirazını təsdiq edən hər-hansı sübutu təqdim etməmişdir. Məhkəmə bunu nəzərə almadan iddianırədd etmişdir. Bununla da birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(103)-753/2025 nömrəli qətnamə ilə (hakimlər -S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin e-2(006)2832/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar, gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, eyni əsaslandırmanı təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin 29 may tarixli tək lifinə iddiaçı tərəf müsbət cavab verməmiş, bunun səbəbinin məhkəmədə verilmiş iddia tələbinin olması, əmlak üzərində həbsin olması və yalnız barışıq sazişi qaydasında edə biləcəklərini bildirmişlər. Kollegiya qeyd edib ki, hər bir halda ümumilikdə icra müddəti xx.xx.2024-cü il tarixədək nəzərdə tutulan müqavilə üzrə may ayında edilən təkliflə razılaşmamaqla iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1, 491.2, 492.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 88., 217.4 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelly asiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixi 2(103)-753/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə oxşar əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin "cavabdehin iştirakına baxmayaraq alğı-satqının baş tutmaması məhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur. Belə ki, iddiaçı tərəfin cavabdehə ünvanladığı pretenziyaya cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda tərəflərin ümumi razılaşmaları tam əks olunmuşdur" mövqeyi ilə heç bir mötəbər sübuta istinad etmədən, cavabdehin əsassız məktubunu notarial əqddən daha üstün və mötəbər sübut kimi nəzərə almışdır. İddiaçının tələbi beh müqaviləsinin 1.3-cü bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə, cavabdehin etirazı isə mövcudluğu heç nə ilə sübut olunmayan şifahi razılaşmanın olması barədə mülahizə məktubuna əsaslanır. Apellyasiya intansiyası məhkəməsi mötəbər sübut olan beh müqaviləsini nəzərə almadan cavabdehin formal mülahizələrini əsas götürmüş, beh müqaviləsinin şərtlərinə əməl etmək istəmədiyini açıqca bəyan edən cavabdehin hərəkətlərini qanuni, behi ödədikdən sonra əmlakı razılaşdırılmış qiymətə almağa hazır olmuş iddiaçının hərəkətlərini isə qanunsuz hesab etməklə maddi hüquq normasını pozmuşdur. İddiaçının tələbi notarial qaydada təsdiq edilmiş müq aviləyə, cavabdehin etirazı isə mövcudluğu heç nə ilə sübut olunmayan şifahi razılaşmanın olması barədə mülahizə məktubuna əsaslanır.

28. Prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdehin beh müqaviləsini icra etməkdən açıqca imtinaya dair mövqeyini əks etdirən məktubu (i.v. 11-12) ilə, cavabdeh xx.xx.2024-cü il tarixli beh müqaviləsini birtərəfli iradə ifadəsi ilə ləğv etmişdir. Məhz bu səbəbdən iddiaçı beh müqaviləsinin şərtlərində əks edilmiş xx.xx.2024-cü il tarixinə qədər gözləmədən iddia ərizəsi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsinin “hər bir halda ümumilikdə icra müddəti xx.xx.2024 -cü il tarixədək nəzərdə tutulan müqavilə üzrə may ayında edilən təkliflə razılaşmamaqla iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir” mövqeyi maddi və hüquq normaları ilə bir araya sığmır. Məhkəmə cavabdeh tərəfindən həmin vaxt artıq ləğv edilmiş beh müqaviləsinin icrasının üzərinə qərardadla məhdudiyyət qoyulmuş olmasını, təcili alğı-satqı barədə cavabdehin təklifinin hər bir halda yerinə yetirilməsinin mümkünsüz olmasını, iddiaçı tərəfindən əmlakı almaqdan imtina cavabının verilmədiyini, əksində mübahisənin daha etibarlı şəkildə (barışıq sazişi ilə) həll edilməsi təklif olunduğunu nəzərə almamaqla yanlış nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi “digər şəxslər”in kim olması, “ümumi razılaşma”nın mövcudluğunun necə sübut olunması, notarial beh razılaşmasından üst ün olub-olmaması kimi halları aydınlaşdırmamış, bununla da işdə olan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli beh müqaviləsinin icra olunmamasına görə məsuliyyəti iddiaçı tərəf daşıyır. Bununla da, apellyasiya instansiyası məhkəməsi beh müqaviləsinin şərtlərinə əməl etmək istəmədiyini açıqca bəyan edən cavabdehin hərəkətlərini qanuni, behi ödəyib sonra əmlakı razılaşdırılmış qiymətə almaq üçün notariat ofisinə gəlmiş iddiaçının hərəkətlərini isə qanunsuz hesab etmişdir.

30. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2, 492.2, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81, 88 217.1ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri:

31. Cavabdeh tərəf kassasiya şikayətinə yazılı etiraz verərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericil ikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

38. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

39. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmu ş qaydalar tətbiq edilir.

40. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

45. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edi lməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində mü əyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətini iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququ normalarının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir.

52. Belə ki, tərəflər arasında olan mübahisə, yazılı beh müqaviləsi əsasında daxil olduqları münasibətlərdən yaranmışdır. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış beh müqaviləsində iddiaçı cavabdehə məxsus ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini almaq üçün 170000 manat beh verməyi, xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni 2.890.000 manatı alğı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öhdəsinə götürmüşdür. Beh alan cavabdeh isə qeyd olunan ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv. m hissəsinə dair beh verənlə xx.xx.2024-cü il tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Həmçinin beh alan müqavilə öhdəliyini yerinə yetirməzsə, beh müqaviləsi ləğv edilmiş sayılır və behin iki misli qaytarılır.

53. Tərəflərin nümayəndələri 8 aprel 2024-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanması üçün notariat kontoruna getmiş, lakin beh alan tərəf müqavilə bağlamaqdan imtina etmişdir.

54. Beh alanın müqaviləni icra etməməsi, digər tərəfə behin iki mislini ödəmək vəzifəsi kimi hüquqi nəticəyə səbəb olur (MM 492.2-ci maddəsi).

55. Bu hüquqi nəticə, behin hüquqi təyinatı və təbiəti ilə bağlıdır. Belə ki, beh Mülki Məcəllənin “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan 24-cü fəslinin 6-cı paraqrafında yer alıb. Mülki Məcəllənin 460.1-ci maddəsində beh, öhdəliklə rin icrası üsullarından biri kimi müəyyən edilib.

56. Həmin Məcəllənin 491.1-ci maddəsində behin anlayışı verilərək göstərilir ki, beh - müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

57. Bu anlayışdan göründüyü kimi beh - mal və ya xidmətin alınması və ya əmlakın icarəsi zamanı müştərinin (alıcının) müqavilə bağlamaqda həqiqi və qəti niyyətini təsdiq etmək və satıcını təmin etmək məqsədi ilə bağlanmış qabaqcadan ödəniş müqaviləsidir. Bu müqaviləyə alıcının geri çəkildiyi halda əmanətin qaytarıla bilməyəcəyi və ya satıcının geri çəkildiyi halda əmanətin geri qaytarılacağı barədə şərtlər daxildir. Beh müqaviləsi ilə həm alıcının həm də satıcının maraqlar ı qoruma altına alınır. Alıcı ödədiyi behlə əşyanın dəyərini tam ödəyənə kimi əşyanın başqasına satılmayacağına, ona veriləcəyinə təminat alır. Satıcı isə, alıcının əşyanı almağa yönələn niyyətində qətiyyətini qazanmaqla, mümkün itkilərin qarşısını alır.

58. Beh müqaviləsində hansı şərtlərin əksini tapmalı olduğu barədə qanunvericilikdə konkret göstəriş yoxdur. Müqavilə azadlığı baxımından fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (MM 390.1).

59. Lakin hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan hər bir müqavilənin məzmunu, şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənlə şdirə bilməsi mümkün olsun.

60. Bu mənada, behin hüquqi təyinatı nəzərə alınmaqla beh müqaviləsinin əsas elementləri kimi - tərəflər (konkret halda alıcı və satıcı); müqavilənin predmeti (satılacaq və ya icarəyə götürüləcək mal və ya xidmətlər); behin məbləği, ödənilmə üsulu və vaxtı; əsas müqavilənin bağlanma tarixi; alınacaq əşyanın, xidmətin ümumi dəyəri; tərəflərdən birinin beh müqaviləsi üzrə öhdəliyi icra etməkdən imtinasının hüquqi nəticələri; müqavilənin müddəti; tərəflərin imzaları və tərəflərin zəruri hesab etdikləri digər şərtlər çıxış edir.

61. Tərəflər arasında bağlanmış beh müqaviləsində bu məlumatlar anlaşılan sadə dildə yazılmaqla, kifayət qədər aydın, ikimənalı təfsir olunmasına əsas verməyən dərəcədə qəti məzmunda əksini tapıb.

62. Lakin cavabdeh, iddiaçı ilə arasında bağ lanmış, yazılı şəkildə tərtib erilərək notariat qaydada təsdiqlənmiş müqavilənin “476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini” almaq barədə şərtini qəbul etməyərək bildirir ki, iddiaçı 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin təkcə 216.5 kv.m hissəsini deyil, bütövlükdə (476.8 kv.m-lik qeyriyaşayış sahəsini tam olaraq) almaq barədə öhdəlik götürüb.

63. Apelyasiya instansiyası məhkəməsi də, beh müqaviləsinin məzmununu cavabdehin şifahi dəlilləri əsasında təfsir etmiş, nəticədə müqaviləyə orada əksini tapmamış, beh müqaviləsinin şərtlərini tamamlama xarakteri daşımayan, müqavilə üzrə beh verənin öhdəliyi kimi nəzərdə tutulmayan, beh verən üçün ağırlaşdırıcı və mümkünsüz öhdəliklər yaradan məzmun vermişdir.

64. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlm əsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə, tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır.

65. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir.

66. Beh müqaviləsinin keçərliyi üçün qanunla müqavilənin yazılı formada tərtib edilməsi barədə məcburi şərt müəyyən olunub. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

67. Bundan başqa, Mülki Məcəllənin maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən mü qaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (Mülki Məcəllənin 404.1, 404.2 və 404.4-cü maddələri).

68. Baxılan iş üzrə beh müqaviləsinin “476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini” almaq barədə şərtinin başqa cür təfsir edilməsi üçün kifayət qədər əsaslar olmayıb. Məhkəmə əslində müqavilənin məzmununun təfsiri ilə bağlı qanunvericiliyin normalarını nəzərə almayaraq, beh müqaviləsinin qeyd olunan şərtini etibarsız hesab etmişdir.

69. Qeyd edilməlidir ki, əqdin şərtinin aydın məznunundan fərqli təfsir o lunması, habelə əqdin tam və ya qismən etibarsız sayılması tələb edildikdə, cavabdehin hüquqdan sui-istifadə etdiyi müəyyən edilərsə, bu tələbləri irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə görə, tərəflərin öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsi istisna edilir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etira f etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda

70. Bu baxımdan işin halları təhlil edildikdə işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi beh müqaviləsi yazılı tərtib edilmiş, notariat qaydasında təsdiqlənmiş, cavabdeh (nümayəndəsi) müqaviləyə imza etmiş, müqavilənin bir nüsxəsi onda olmuş, müqavilə üzrə ona ödənilməli olan 170000 manat məbləğdə pulu qəbul etmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilənin şərtləri ilə bağlı heç bir irad və mülahizə bildirməmiş, müqavilənin hər hansı şərtinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə iddiaçıya müraciət etməmişdir. Başqa sözlə, iddiaçı alğı-satqı müqaviləsi bağlanmasını təklif edən tarixədək müqaviləni bəyənmişdir.

71. Hazırki işdə, yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən, “476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsi” ilə bağlı başqa mənada qəbul etməyə əsas verən hal müəyyən olunmur. Məhkəmə bu şərti dəyişik məzmunda qəbul edərkən, yalnız cavabdeh tərəfin izahatına və beh müqaviləsi ilə bağlılığı müəyyən edilməyən, iddiaçıya aidiyyəti olmayan başqa şəxslə (X6 ilə) bağlanmış müstəqil müqavilələrə istinad edib.

72. Əslində məhkəmənin istinad etdiyi həmin müqavilə də (Cavabdeh (nümayəndəsi X5) ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsi) iddia çı ilə bağlanmış müqavilənin “476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini” almaq barədə şərti ilə uzlaşır və bu şərtin həqiqiliyini təsdiq edən məzmundadır. Yəni bu iki müqavilənin cavabdehin dəlilləri baxımından müqayisəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdehlə iddiaçı arasında 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin hamısını iddiaçıya satmaq barədə bir razılıq olmayıb, satıcı beh müqaviləsində göstərildiyi kimi həmin qeyriyaşayış sahəsinin məhz 216.5 kv.m hissəsini iddiaçıya satmaq barədə razılığa gəlib. 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsini isə X1 qərarına gəlib. Başqa sözlə, cavabdeh qeyri-yaşayış sahəsini hissə-hissə ayrı-ayrı şəxslərə satmaq niyyətində olub və iddiaçı ilə bağlanan müqavilə də həmin niyyətə uyğundur.

73. Mülki proses sual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

74. Odur ki, notariat qaydasında bağlanılmış əqdin orada göstərilən niyyət və şərtlərlə deyil, fərqli niyyət və şərtlərlə bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Apelyasiya instansiya məhkəməsi isə, beh müq aviləsinin cavabdeh tərəfindən mübahisələndirilən şərtinin cavabdehin razılaşmasına uyğun olmamasını ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübuta istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etməklə iddianı rədd etmişdir.

75. MPM-in 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

76. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

77. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamam ilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

78. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış beh müqaviləsində iddiaçı cavabdehə məxsus ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsini almaq üçün 170000 manat beh verməyi, xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni 2.890.000 manatı alğı-satqı müqaviləsi bağlanan zaman ödəməyi öhdəsinə götürmüşdür. Beh alan cavabdeh isə qeyd olunan ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşay ış sahəsinin 216.5 kv.m hissəsinə dair beh verənlə xx.xx.2024-cü il tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Həmçinin beh alan müqavilə öhdəliyini yerinə yetirməzsə, beh müqaviləsi ləğv edilmiş sayılır və behin iki misli qaytarılır. İddiaçının müqavilədə nəzərdə tutulmuş behi cavabdehə ödəməsi mübahisələndirilmir. Tərəflərin nümayəndələri 8 aprel 2024-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanması üçün notariat kontoruna getmiş, lakin beh alan tərəf müqavilə bağlamaqdan imtina etmişdir. Bu halda Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən cavabdeh behin iki mislini iddiaşıya qaytarmalıdır.

79. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yen i qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(103)753/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 340.000 (üç yüz qırx min) manat pul alınıb İddiaçı verilsin. İş üzrə iddia ərizəsi verilməsi üçün ödənilmiş 630,5 manat, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 316 manat və kassasiya şikayəti verilməsi üçün ödənilmiş 316 manat olmaqla cəmi 1.262,5 mana t dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Hüquqi xidmətə görə 500 manat pulun tutulması barədə tələb təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar