Məhkəmə qərarları › İş №2(102)-1653/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1653/2022

05.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1653/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1653/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9378/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh arasında 27.11.2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə Cavabdeh və Hikmət Yigitdöl arasında bağlanmış 07.06.2017-ci il tarixli barışıq razılaşmasına əsasən 286 kv.m, Cavabdeh adına 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, mənzilin əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin əvəzində MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh veriləcəyi, təhvil veriləcək ümumi sahənin dəyərinin “X1” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənildiyi və “X1” MTK tərəfindən verilmiş maliyyə arayışlarının öz qüvvəsində qaldığı razılaşdırılmışdır.

2. Sözügedən müqavilədə qeyd olunan maliyyə arayışlarına əsasən, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-1 blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 270 kv.metr qeyri-yaşayış sahəsinin pay dəyəri 270 000 manat, eyni ünvanda yerləşən binanın 4-cü mərtəbəsindəki 214 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 214 000 manat və 286 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 270 000 manat "xxxx" MTK-ya tam ödənilmişdir. 3. "xxxx" MMC ilə Cavabdeh arasında 27.11.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh və Hikmət Yigitdöl arasında olan 07.06.2017-ci il tarixli barışıq sazişinə əsasən 286 kv.m, cavabdehin adına olan 28.09.2010-cu il tarixli müqavilə yə əsasən 270 kv.m, mənzil əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin ləğv edilməsi müqabilində binanın tikintisi başa çatdıqdan sonra C blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi razılaşdırılmışdır. 4. "xxxx" MMC Cavabdeh tərəfindən müqavilə üzrə heç bir ödəniş edilməməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5.

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək binanın C blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 noyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Onlarla Cavabdeh arasında 27.11.2018ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ilə Hikmət Yigitdöl arasında olan 07.06.2017-ci il tarixli barışıq sazişinə əsasən 286 kv.m, cavabdehin adına olan 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, mənzil əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləy ə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin ləğv edilməsi əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra sonra C blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi qeyd olunmuşdur. Belə ki, qeyd olunan müqavilənin 3.1-ci bəndində təhvil veriləcək qeyri-yaşayış sahəsinin dəyəri, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları kimi qeyd olunmuşdur. Həmçinin, müqavilənin həmin bəndində, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarının qüvvədə olması qeyd olunmuşdur. Lakin bu günə qədər 07.06.2017-ci il tarixli barışıq razılaşmasına əsasən cavabdehə verilmiş 286 kv.m, 28.09.2010-cu il tarixli müqavilə ilə "xxxx" MTK dan cavabdehə ver ilmiş 270 kv.m və mənzilin əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən cavabdehə verilmiş 214 kv.m qeyri-yaşayış sahələrinə dair maliyə arayışları cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmiş və qeyd olunan müqavilələrin ləğv olunması barədə, müqavilə tərəflərinin razılığı onlara təqdim edilməmişdir. Müqavilədən də göründüyü kimi cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. Hesab edir ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, həmçinin cavabdeh ilə bağlanmış digər müqavilələrdən irəli gələn öhdəlikləri pərdələdiyindən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız əqd hesab olunmalıdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(009)1543/2021 nömrəli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı 18.05.2021-ci il tarixli müqavilənin etibarsızlığı barədə iddia ilə məhkəməyə müraciət etməklə bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyənləşdirilən kəsici müddəti ötürmüşdür.

10. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 339.1, 339, 340.2, 560, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə və AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarına istinad etmişdir.

11. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)-9378/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(009)1543/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdi r. İşin hallarından görünür ki, mübahisələndirilən müqaviləyə bilavasitə MMC-nin direktoru Qabil Əliyev və Cavabdeh imzalamış, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Müqavilənin şərtlərinin tam və ya qismən icra edilməməsi iddiası isə müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz.

15. İddiaçı "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yeni dən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə 28 avuqst 2018-ci il tarixli müqaviləyə istinad edərək hesab etmişdir ki, cavabdehi "xxxx" MTK-nın direktoru aldatdığına görə "xxxx" MMC ona qeyri-yaşayış sahələri verməlidir. Lakin, məhkəmə qeyd olunan müqavilə ilə tanış olmamışdır. Belə ki, qeyd olunan müqavilə o zaman "xxxx" MTK-nın direktoru barəsində aparılan cinayət işi üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədi ilə bağlanılmışdır. Lakin, cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Yəni, iddiaçının cavabdehə hər hansı qeyri-yaşayış sahəsi vermək öhdəliyi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Maddə 331.1 Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

20. Maddə 337.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

22. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

33. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, apellyasiya məhkəməsi tərəfindən istinad olunan müqaviləylə tanış olmaması olsa da, Kassasiya kollegiyasının araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmamışdır.

34. B elə ki, 27.11.2018-ci il tarixli barışıq müqaviləsi tərəflər arasında bağlanmış 28.09.2010-cu il tarixli, 17.12.2012-ci il tarixli və 07.06.2017-ci il tarixli müqavilələrin ləğv edilməsi müqabilində bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin dəyəri “X1” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənilmişdir və həmin maliyyə arayışları öz qüvvəsində qalır.

35. Apellyasiya Məhkəməsi müəyən etmişdir ki, tərəflər qarşılıqlı razılığa uyğun olaraq əvvəllər satılmış üç ədəd yaşayış və qeyri-yaşayış sahələrinə dair müqavilələrin ləğv olunması müqabilində cavabdehə ləğv olunmuş müqavilələrdə nəzərdə tutulan sahələrdən az ölçüdə (286 kv.m, 270 kv.m və 214 kv.m (770 kv.m əvəzinə) qeyri-yaşayış sahələrinin əvəzinə 400 kv.m qeyri-yaşayış sahəsi) qeyri-yaşayış sahəsi verəcəkdir. Həmin razılaşmaya uyğun olaraq tərəflər arasında mübahisələndirilən müqavilə bağlanmışdır. Bununla da sonuncu müqavilə üzrə ödənişlər edilməsi zərurəti aradan qalxmışdır. Çünki cavabdehin əvvəl aldığı üç əmlaka görə vəsait ödəməsi öz təsdiqini tapmışdır.

36. Bundan başqa, mübahisələndirilən müqaviləni hazırda şirkətin səlahiyyətlisi kimi iddia ərizəsini imzalayan şəxs özü təsdiq etmişdir. Müqavilə bağlanarkən əqdin etibarsızlığına səbəb ola biləcək qanunda nəzərdə tutulan hər-hansı hala yol verilməsi təsdiq olunmur.

37. Belə olan halda, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§23-§25) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9378/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar