Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1654/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx2018-ci il tarixli qərardadı ilə (hakim N.Bağırov, iş № 2(009)-xx/18) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökü lməsi” tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı1 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadı ilə (hakim N.Bağırov iş № 2(009)-xx/18)şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)-xx xx/18) Səbail Rayon Məhkəməsinin xx xx2018-ci il tarixli qərardadından iş üzrə İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının xx xx 2018-ci il tarixli qərardadının ləğv olunmasını və birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, ev1 texniki pasportunda nəzərdə tutulmayan və iddiaçılar (həmçinin onların ailə üzvləri üçün) üçün təhlükə yaradan, iddiaçıların mənzillərinə təbii işığın və havalandırmanın daxil olmasının qarşısını alan, yağış sularının yığılmasına və nəmişliyin yaranmasına səbəb olan özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, ümumi həyətin arxa (yanğın) çıxışını bağlayan tikilinin cavabdehin hesabına sökülərək arxa çıxı şın texniki pasporta uyğun olaraq bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olm adan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx xx2018-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən şikayət üzr ə apellyasiyanı qeyri-mümkün hesab edərkən yalnız bir əsasa - şikayətçi tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam edilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.2-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, iş üzrə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları rəhbər tutaraq 06.12.2018-ci il tarixli qərardadla İddiaçı1 şikayəti üzrə apellyasiyanı qeyri-mümkün saymışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərardad çıxarıldıqdan sonra İddiaçı1 11.12.2018-ci il tarixdə 20 manat məbləğində dövlət rüsumu ödəmiş və bununla da apellyasiyanın qeyri-m ümkün sayılması üçün əsas olan hal aradan qalxmışdır. Buna baxmayaraq, İddiaçı1 apellyasiyanın qeyri-mümkünlüyü barədə qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın qeyri-mümkünlüyü barədə 06.12.2018-ci il tarixli qərardadın ləğv olunması üçün əsas müəyyən etmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadlardan şikayət verilərkən dövlət rüsumunun ödənilməsi qanunla nəzərdə tutulduğundan və şikayət verilərkən İddiaçı1 tərəfindən bu rüsum ödənilmədiyindən apellyasiya ins tansiyası məhkəməsi haqlı olaraq şikayət üzrə apellyasiyanı qeyri-mümkün saymışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya qeyri-mümkün sayıldıqdan sonra dövlət rüsumunun ödənilməsi qeyri-mümkünlük haqqında qərardadın ləğv olunması üçün deyil, Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinin tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxmaq üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayə tinin dəlilləri öz təsdiqini tapmadığına görə qərardad həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı və mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx xx/18 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndər ilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1654/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1654/2019
15.03.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver