Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1654/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(105)-2891/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh5 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 12.07.2017-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 80000 ABŞ dolları məbləğdə krdedit almışdır. Həmin borcu qaytara bilmədiyinə görə İddiaçı ASC-nin iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-286/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə 48.499,58 ABŞ dolları əsas borc, 15.965,52 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 64.965,10 ABŞ dolları məbləğində borcun Cavabdeh5 İddiaçı ASCnin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 2ləşən 8 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzillərin aç ıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğdən 64.965,10 ABŞ dolları məbləğində pulun iddiaçı «Rabitəbank” ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh5 qaytarılması qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minərək icra olunmuşdur və hərracın nəticələrinə görə ünvan 5 İddiaçı ASC tərəfindən əldə edilmiş, həmin mənzil üzərində bankın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması, bütün əşyaları çıxa rılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, həmin mənzilə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(060)- 286/2017 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" MMCnin hərracın nəticələri haqqında 28.09.2018-ci il tarixli №Y-340 saylı yekun protokoluna əsasən ilkin hərrac qiyməti 45000 manat olan ipoteka predmeti - Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzil 28688 manata İddiaçı ASC-nə satılmışdır. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 28.09.2018-ci il ta rixli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 8 saylı mənzil “RabitəbankASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da “RabitəbankASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının MİS-nin 10.07.2014-cü il tarixli №1856 saylı 2 nömrəli formada arayışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 sözügedən fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə faktiki mülkiyyət hüququnu həyata ke çirə bilmir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanda yerləşən 8 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması və bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1n, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ünvan 5 qanuni əsaslarla İdd iaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq cavabdehlər evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınırlar. Sumqayıt şəhəri, 6 saylı MKS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışa əsasən mübahisəli ünvan 5 ünvanı ilə ünvan 6ab etmişdir ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157,178 və 203-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin tələbi qanunsuzdur. Onun və ailə üzvlərinin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılır. Ailə üzvləri ilə həmin fərdi yaşayış evində qeydiyyatdadırlar və hazırda mübahisəli fərdi yaşayış evindən başqa yaşayış yerləri yoxdur. Baxmayaraq ki, onun evi girov qoyulmuşdur, krediti qızı Cavabdeh5 əldə etmiş və pulun böyük hissəsini ödəmişdir. Həmçinin ona məxsus başqa bir mənzil də girovdadır. O və oğlu Cavabdeh4 hər iki Qarabağ müharibəsi iş tirakçılarıdırlar.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(105)-2891/2021 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev, L.Süleymanov) Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvan 5 qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq cavabdehlər evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınırlar.
12. Apellyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir. Bu səbəbdən də iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13.Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəf indən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər
16. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
17. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə döv lət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququqanunla müəyyənləşdirilmiş əsaslarlaonun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
20. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 152.5-ci maddəsi təşkil edir. Həmin normaya görə mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətl əri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
28. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(105)-2891/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.