Məhkəmə qərarları › İş №2(102)-1657/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1657/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1657/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK -ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1069/2025 nömrəli 24 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 0776 nömrəli alqı-satqı müqaviləsinə əsasən MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, K03 ünvanında yerləşən 2 otaqlı, tam, yəni ümumi sahəsi 79,6 kv metr olan, 65272 (altmış beş min iki yüz yetmiş iki) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000 (otuz min) manatını ilkin ödəniş kimi həyata keçirməyi, qalan 35272 (otuz beş min iki yüz yetmiş iki) manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmi n müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 (səkkiz yüz iyirmi) manat təşkil edir.

2. Mənzil iddiaçıya məxsusdur, onun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb. Reyestr çıxarışında mənzilin ümumi sahəsi 66,1 kv metr göstərilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq alınan 11070 (on bir min yetmiş) manat məbləğində pulun və ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabde h ilə arasında xx.xx.2017ci il tarixdə 0776 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, K03 ünvanında yerləşən 2 otaqlı, tam, yəni ümumi sahəsi 79,6 kvadrat metr olan 65272 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000 manatını ilkin ödəniş kimi həyata keçirməli, qalan 35272 manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 təşkil edir. İddiaçı tərəfindən qalan məbləğ 36 ay ərzində tam olaraq ödən ilmiş və ona cavabdeh tərəfindən borcun olmamasına dair maliyyə arayışı təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzili təhvil verməmiş, mənzilin isə ümumi sahəsi 66,1 kv metr təşkil edir. Halbuki həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 79,6 kvadrat metr olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili təhvil vermişdir. Bundan əlavə müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 41,57 kvadrat metr olduğu göstərildiyi halda DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 36.1 kvadrat metr olduğu müəyyən edilmişdir. Yəni cavabdeh müqavilə üzrə öhdəliklərinə tam əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuş, bununla da ona əhməmiyyətli dərəcədə maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56A, M14, m3 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 79,6 kvadrat metr kimi göstərilmiş mənzil üçün artıq ödənilən 13,5 kv metr sahənin dəyəri 11070 (13.5X820=11070) manat pulun və ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi nin 2 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin müqaviləyə əsasən tam sahəsinin 79,6 kv me tr, həmin mənzilin faktiki sahəsinin 68,2 kv metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahə arasında 11,4 kv metr fərq olduğu müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-837/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9348 (doqquz min üç yüz qırx səkkiz) manat manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 114,48 (yüz on üç manat qırx səkkiz qəpik) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 0776 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kooperativ (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, 03 ünvanında yerləşən 2 otaqlı, tam yəni ümumi sahəsi 79,6 kvadrat metr olan 65272,00 (altmış beş min iki yüz yetmiş iki) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000 manatını ilkin ödəniş kimi həyata keçirməyi, qalan 35272 manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mən zilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 (səkkiz yüz iyirmi) manat təşkil edir. İddiaçı mənzilin pay dəyərini tam ödəməklə, müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, iddiaçı mənzilə çıxarış alarkən, mənzilin ümumi sahəsinin 79,60 kv metr əvəzində 66,10 kv metr olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozaraq, müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili iddiaçıya ona təhvil vermişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin müqaviləyə əsasən tam sahəsinin 79,6 kv metr, h əmin mənzilin faktiki sahəsinin 68,2 kv metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahə arasında 11,4 kv metr fərq olduğu müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edtmişdir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MTK-dan 9348 (doqquz min üç yüz qırx səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 114,48 (yüz on üç manat qırx səkkiz qəpik) manat tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

9. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 448.1 və 752.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd ol unması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə dair müddəalar məhkəmə qətnaməsi ilə nəzərə alınmadığı üçün Mülki Məcəllənin müqavilə azadlığına dair müddəaları ehtiva edən normada pozuntuya yol verilmişdir. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəalar da məhkəmə öz qətnaməsində nəzərə almamışdır. Öhdəliklərin icrası zamanı vicdanlılıq müddəalarına da riayət edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1069/2025 nömrəli 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

13. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilə bağlanarkən mənzilin qiyməti “mənzilin tam sahəsi” əsas götürülməklə hesablanıb. Lakin “mənzilin tam sahəsi” ifadəsini nəzərdə tutan müqavilə şərti qeyri-müəyyəndir. Belə ki, qanunvericilikdə “mənzilin tam sahəsi” anlayışı müəyyən edilməyib, müqavilənin özündə isə “mənzilin tam sahəsi”nin hesablanma qaydası göstərilməyib. Əgər müqavilədə qeyd olunmuş olsayıdı ki, “mənzilin tam sahəsi” deyiləndə bütün tikintialtı sahə, yəni bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınır, belə halda hesab olunardı ki, cavabdeh haqlıdır, o, müqavilədə razılaşdırılmış sahəni (79,6 kv metr) iddiaçıya təhvil verib. Lakin müqavilədə bu, qeyd olunmadığına görə “mənz il tam sahəsi” cavabdehin əleyhinə təfsir olunmalıdır. Belə ki, “mənzilin tam sahəsi” ifadəsini nəzərdə tutan müqavilə şərti standart şərtdir və onun müqaviləyə daxil edilməsini cavabdeh təklif edib. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM, maddə 419.2). Ona görə də hesab olunmalıdır ki, “mənzilin tam sahəsi” deyiləndə müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan hesablanan sahə (68,2 kv metr) nəzərdə tutulub. Bu isə onu təsdiq edir ki, cavabdeh iddiaçıya 11,4 kv metr əskik sahəsi olan mənzil verib.

14. Müqavilə tərəfləri qiyməti müəyyən etməkdə azaddır. Bel ə ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir (MM, maddə 398.1). Tərəflər qiyməti müəyyən etməkdə azad olsalar da, müqavilənin bir tərəfinin digər tərəfi aldatmaq azadlığı yoxdur. Odur ki, cavabdehin iddiaçını aldatmaq, yəni ona sahəsi 79,6 kv metr olan mənzil vəd etmək, buna əsasən qiymət hesablamaq, lakin sahəsi 11,4 kv metr əskik - 68,2 kv metr olan mənzil vermək azadlığı yoxdur. Yuxarıda qeyd olunan standart şərt tikinti şirkətlərinin vətəndaşları aldatmaq üçün tətbiq etdiyi üsullardan biridir. Belə ki, mənzili əldə etmək istəyən vətəndaşlar ümumi sahənin hər kv metretrinin qiymətinə əhəmiyyət verir və mənzil əldə edəcəyi tikinti şirkətini buna əsasən müəyyənləşdirirlər. Tikinti şirkətləri isə daha çox müştəri cəlb etmək üçün ümumi sahənin hər kv metretrinin qiymətini müqaviləyə daxil edir, lakin sonradan ümumi sahə əskik gəlsə də vətəndaşlardan pulu tikintialtı sahənin hər kv metretrinə görə alırlar.

15. Mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqıya aid olan bu qayda podrata da şamil olunur, çünki podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqı-satqı qaydaları tətbiq edilir (MM, maddə 752.2). Əşya qüsurlu olduqda alıcı öz seçimi əsasında tələb edə bilər: 1) alış qiymətinin mütənasib olaraq azaldılmasını; 2) qüsurların əvəzsiz aradan qaldırılmasını; 3) qüsurların aradan qaldırılması ü çün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (MM, maddə 587.1). İddiaçı alış qiymətinin mütənasib olaraq azaldılmasını tələb edib.

16. Beləliklə, mənzilin qiyməti mütənasib olaraq azaldılmalı, əskik olan 11,4 kv metr sahəyə uyğun pul məbləği, yəni 1 kv metretrin qiyməti 820 manat olmaqla 9.348 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlandığı zaman ona Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., K bloku, 14-cü mərtəbə, K03 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 79,6 kv metr olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. İddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir. Bakı Apellyasiya Məhkəməsində icraatda olan bu mülki iş üzrə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilməməklərinə və elektron məhkəmə sistemində ərizə təqdim etmələrinə baxmayaraq, məhkəmə tərəf olaraq cavabdehi qətnamədə “məhkəmə kollegiyasının iclasında iştirak etmir” kimi ifadə etmiş və öz mülahizəsi ilə məhkəmə işinə iştirakları olmadan baxmışdır. Bu isə tərəflərin bərabərliyi prinsipinə zid dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Vəkil1 etirazı daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağla dıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin müqaviləyə əsasən tam sahəsinin 79,6 kv metr, həmin mənzilin faktiki sahəsinin 68,2 kv metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahə arasında 11,4 kv metr fərqin olduğu öz təsdiqini tapmış və bu hal birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən edilmiş və təqdim edilmiş sübutlar əsasında ədalətli qətnamə qəbul etmişdir.

22. Yuxarıda qeyd olunan hallardan belə nəticəyə gəlmək olar ki, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili təhvil vermiş, bununla da iddiaçı deyil cavabdeh öz öhdəliklərini tam olaraq icra etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif e tmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

28. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 29. 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 30. 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 31. 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cava bdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəll ənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (105)-1069/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar