Məhkəmə qərarları › İş №2(102)-1658/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1658/2022

01.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1658/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1658/22 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Bakı şəhəri, 01 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4041/2021 nömrəli, 21.12.2021-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.05.2020-ci il tarixli, ******* saylı akta əsasən, 15.05.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00384) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 15.05.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur.

2. Həmin akta əsasən, cavabdehə 0,6 m3/saat x 24 saat x 90 gün = 1296 m3, 1,5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 0,8 m3/saat x 24 saat x 90 gün = 1728 m3, cəmi 6264 m3 (626,40 manat) əlavə ödəniş hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi, cavabdehdən şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsinə görə yol verdikləri hərəkətlərə görə 10.000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-803/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 4/1124 №-li ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 85-ci vərəqində olan İddiaçı adına olan “təb ii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı aktın aşağı sağ tərəfində “Murtuzayev R” yazısı qarşısında “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-803/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1i ünvanına aid qaz sayğacına (abonent kodu **********00384) dair hesablanmış 626,40 manat cərimə borcunun silinməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş və tərtib edilmiş aktda iddiaçının imzası yoxdur.

8. Məhkəmə qeyd etm işdir ki, iddiaçının izahatından və şahid ifadəsindən görünür ki, akt əslində Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edilmiş, lakin aktda texniki yalnışlıq nəticəsində İddiaçı adı, ona məxsus evin ünvanı və abonent kodu qeyd edilmişdir. Eyni zamanda, işin materiallarından göründüyü kimi abunə kodu **********00384 olan ünvan üzrə qeydiyyatsız təbii qazdan istifadəyə görə may 2020ci il tarix üçün 626,40 manat cərimə borcu hesablanmışdır.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi hissəsi ilə əlaqədar akt əsasında 628,90 manat deyil, 626,40 manat borc hesablandığından, 2,50 manat məbləği isə iddiaçının sentyabr 2020-ci ilə olan təbii qazdan istifadəyə görə debitor borcu olduğundan, İddiaçı yaşadığı ünvan 1i ünvanına adi qaz sayğacına (abonent kodu **********00384) dair may 2020-ci il tarix üçün hesablanmış 626,40 manat cərimə borcu əsassız hesab edilib silinməlidir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Abasov və S.Qafari) 2(105)-4041/2021 nömrəli, 21.12.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-c i il tarixli, 2(012)-803/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti imzalanmamışdır. Apellyasiya məhkəməsi öz qənaətini MPM-nin 361.2, 364 və 366.2-ci maddələri ilə əsaslandırmışdır.

13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin imzalanmamasının hansı sənədin əsasında müəyyən edildiyini göstərməmişdir. Həmçinin, a pellyasiya şikayəti elektron qaydada imzalanaraq qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə yanlışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

17. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya n ümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir..

18. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “Elektron imza və elektron sənədlər haqqında” Azərbaycan Respublikası Qanunu:

21. Maddə

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyrirəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

22. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatl aşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

23. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İş materiallarından (mülki iş, səhifə 161-169) görünür ki, MPM-nin tələbinə (§19) uyğun olaraq, apellyasiya şikayəti elektron formada tərtib edilmişdir.

26. Məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirilmiş apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti X3 (FİN: 0W7E2W9) tərəfindən imzalanmışdır.

27. MPM-nin tələbinə (§18) uyğun olaraq, apellyasiya şikayətinə əlavə edilmiş etibarnaməyə əsasən, X2 Cavabdeh İB-nin hüquqlarının müdafiəsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün prosessual və digər hərəkətləri həyat keçirmək üçün vəkil edilmişdir. Etibarnamə 31.12.2021-ci il tarixə kimi qüvvədə olmuş, apellyasiya şikayəti isə 01.11.2021-ci il tar ixdə imzalanaraq elektron sistemə yerləşdirilmişdir.

28. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin imzalanmaması barədə qənaəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır.

29. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4041/2021 nömrəli, 21.12.2021-ci il tarixli qərardadı ləğv edilsi n, iş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. instansiyası məhkəməsinə Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar