Məhkəmə qərarları › İş №2(102)-1661/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1661/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1661/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): sığorta fəaliyyətindən irəli gələn mübahisələr; subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1976/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında saat 13:00-da toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, **BK-*** qeydiyyat nişanlı avtomobil ilə X1 mülkiyyətində olan, hadisə baş verən anda X2 tərəfindən idarə olunmuş “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə, “Range Rover” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön sağ hissəsinə ziyan dəy mişdir. 2. xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində X2 onun tərəfindən idarə olunmuş “Range Rover” minik markalı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat aşmağa görə yol hərəkət qaydalarını pozmuş, nəticədə, sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, təqsirli bilinərək 10 manat dəyərində cərimə olunmuşdur. 3. xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Cavabdeh onun tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, 01-B-035 qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, sürüc ü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, təqsirli bilinərək 60 manat dəyərində cərimə olunmuşdur.

4. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X1 xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 25.246,63 manat sığorta ödənişi və ödənilmiş 165,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə ə saslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" təmir mərkəzi tərəfindən tərtib olunmuş zərər aktına əsasən avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 30.330,63 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə, azadolma 100 manat çıxılmaqla 30.230,63 manat sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin elektron qaiməsinə əsasən hesab ına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində sürücülərin hər birinin nəqliyyat vasitəsinə ziyanı dəymişdir. Baş vermiş hadisədə nəqliyyat vasitəsinə böyük məbləğdə maddi ziyan vurulmamışdır. Tərtib edilmiş qüsur aktında məbləğ yüksək yazılmışdır. Ekspert həmin qüsur aktına əsasən rəy vermişdir. Bu səbəbdən də, hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində hər iki tərəfin təqsiri vardır. Belə ki, “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil sürət həddini aşmaqla qəza halını yaratmışdır.

8. Məhkəmənin hazırlıq ic lasında iştirak etmiş Məhkəmə Ekspertiza Mərkəzinin iqtisadi ekspert şöbəsinin aparıcı eksperti X5 izahatında göstərmişdir ki, “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktına əsasən 30.333 manat maddi ziyan dəymişdir. Yeni ehtiyat hissələrinin qiymətlərinə, əgər qiymətlərin düzgünlüyü təsdiqini tapırsa hadisə baş verən tarixə illik 4 faiz aşınma tətbiq olunur. Ehtiyat hissələri yeni olmaqla onlara da aşınma tətbiq olunur. Qeyd olunan məbləğlər orta bazar qiyməti ən maksimal olduğu üçün orta bazar qiyməti tətbiq olunmuşdur. Avtomobilin hansı hissələrinin sıradan çıxmasını ekspert müəyyən edə bilməz və rəy tərtib olunarkən yalnız tərtib olunmuş qüsur aktına əsasən dəymiş zərər hesablanır.

9. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) xx.xx.2023-cü il tarixli, e2(012)-989/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1789 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən, 30.649 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 28.249 manat; təmi r-bərpa işlərinin qiyməti 2.400 manat.

11. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22.278 manat müəyyən edilir.

12. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) xx.xx.2023-cü il tarixli, e2(012)-989/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehdən 6.305 (altı min üç yüz beş) manat sığorta ödənişi və dövlət rüsumuna görə 124,74 (yüz iyirmi dörd manat yetmiş dörd qəpik) manat olmaqla, ümumilikdə, cəmi 6.429,74 (altı min dörd yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaitinin subroqasiya qaydasında tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitindən 12 (on iki) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 38 (otuz səkkiz) manat hissəsinin isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 25.246,63 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin təl əblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 25.246,63 manat dəymiş zərər məbləği tələb etdiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 22.778 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 22.778 manat məbləğini baş vermiş yol nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli olmasını nəzərə alaraq, (22.778/2=11.389) 11.389 manat dəymiş zərərdən 100 manat azadolma məbləği və 4984 manat ödənilmiş sığorta məbləği çıxılmaqla, yekun 6.305 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096, 1097 və 1108-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin olunmamış hissəsində l əğv edərək iş üzrə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş avtonəqliyyat vasitəsinin təmiri üçün fərdi sahibkar X3 tərəfindən şirkətə təqdim olunmuş elektron qaimə, ehtiyat hissələri və xidmətə dair akt, təmir olunmuş nəqliyyat vasitəsinin təmir olunduqdan sonra sığortalıya təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı sığortalı nəqliyyat vasitəsinin hadisədən əvvəlki vəziyyətə qaytarılması üçün təmir xərclərini sübut edən mötəbər sübutlardır. Qanunvericiliyin tələbinə əsasən sığorta şirkəti sığortalı əmlaka zərər dəydikdə ya əmlak sahibi ilə razılaşdırılmaqla əmlakının dəyərini ödəməli və ya belə razılıq olmadıqda sığortalı əmlakı zərər dəyməmişdən əvvəlki vəziyyətinə çatdırmalıdır. Bu qanunvericiliyin birbaşa göstərişidir. Belə olan halda sığortalı ilə sığorta şirkəti arasında zərər məbləği ilə müvafiq razılıq olmadığından zərərçəkmiş əmlak sığorta şirkəti tərəfindən əvvəlki vəziyyətinə çatdırılmışdır. Bu zaman mövcud mümkün olan bazar sığorta şirkəti tərəfindən araşdırılmış və münasib qiymətə hansı hal mümkündürsə o edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, 9/1789 saylı ekspertiza rəyində “Nəzəri hesablama yolu ilə müəyyən edilmişdir ki, ** HG *** dövlət qeydiyyat nişanlı, «Range Rover markalı nəqliyyat vasitəsinə dəymiş zərər köhnəlmə tətbiq edilməklə 22.278 manat müəyyən edilmişdir”. Bundan başqa rəydə ekspert qeydə əlavə edərək, qeyddə avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq qeyd olunan məbləğin təmir işlərinin dəyərində qismən dəyişiklik olmasının istisna edilmədiyini bildirmişdir. Göründüyü kimi ekspertiza öz rəyini sual altında qoyaraq rəyin mötəbərliyini də sual altında qoyur. Belə olan halda qeyd olunan rəyin iş üzrə yeganə sübut kimi qiymətləndirilməsi düzgün deyildir

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) 2(105)1976/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ekspert rəyinin əsaslı sayılmaması, nəqliyyat vasitəsinə dəymiş zərərin əsaslı olmaması barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə qanunun normalarını düzgün təsvir və tətbiq etməməklə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqularını pozmuşdur. İddiaçı tərəfindən subroqasiya hüququ məhz Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ödədiyi sığorta ödənişi həddini aşmamışdır. Apellyasiya instansiyası məhk əməsi apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər hesab etmiş və bu dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan dəlillər formal mülahizəyə deyil, real faktlara və qanunvericiliyin tələblərinə əsaslanır və qətnamənin ləğvi üçün əsas kimi çıxış edir.

23. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, qaydalara əsasən elektron qaimə formasına heç bir halda müdaxilə oluna bilməz və əlavə ƏDV hesablana bilməz. Ekspertiza isə ƏDV sanki ödənilməmiş kimi yalnız ehtiyat hissələrinin dəyərini qiymətləndirmiş, ƏDV-ni nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

29. Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

30. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.

31. Maddə 1097.1.Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.

32. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzin i ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 25.1.3.İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ cbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarı

34. Sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. Bundan başqa Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qa ydaları”nın 40.4-cü bəndində qeyd olunmuşdur ki, eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi nin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1976/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar