Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1665/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, yolun əvvəlki vəziyyətinin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)qarşı özbaşına tikilinin sökülməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı (qonşuluq h üququ) tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-12/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 (bundan sonra 1-ci cavabdeh) məxsusdur. 2. xxx saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra iddiaçı) məxsusdur. 3. xxx saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (bundan sonra 2-ci cavabdeh) məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsinin qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, Cavabdeh2 tərəfindən öz hesabına tikinti qaydalarına normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və onunla cavabdehlər arasında əlavə inşa etdikləri özbaşına ti kililər-daş hasara əlavələr, layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, həyətinin sol tərəfində 223 saylı sahədə yerləşən torpaq sahəsinin ümumi yola tərəf olan hissəsinin sol kənarı çökəklik olmuş və yağıntı suları həmin çökəkliyə axaraq heç bir qonşuya maneçiliyi olmamışdır. Qeyd edilən qonşu tərəfindən yolun çökəklik hissəsinə daş-torpaq tökülərək yağıntı sularının və təbii axını onun həyətinə tərəf axıdılır, sağ tərəfdən isə axan yağıntı sularının və ikinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi- qonşusu cavabdeh X Cavabdeh2 məxsus həyət və tikililəri n navalçalarının yağış-qar və hamam sularının bayıra - ümumi yola axıdılan, habelə sağ tərəfdən axan təbii su axınlarının qarşısını yola tökdükləri torpaqla hündürə qaldıraraq suyun axının istiqamətini dəyişərək onun əmlakını qəsdən yararsız hala salırlar. Hər iki qonşu qonşuluq münasibətlərini pozaraq aralarında tikilmiş daş hasarın özlərinə olan tərəflərində divarın dibinə əlavə torpaq tökərək yerin qrunt səthindən hündürə qaldırmaqla həyətlərindən onun istiqamətinə çirkab su axmasına-sızmasına gətirib çıxaran hərəkətlərə yol vermişlər. İkinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi aralarında yerləşən daş hasarın üstündən layihədən kənar və tikinti normalarına uyğun olmayan daş hasarı Tikinti Məcəlləsinin qaydalarını pozmaqla həddindən artıq hündürlüy ə qaldıraraq onun əmlakını, şəxsi həyatını təhlükə altına almaqla yanaşı, həm də həyətinə düşən günəş işığının tam olaraq düşməsinin qarşısını kəsir və yüksək təhlükə mənbəyi yaradır. Onun tərəfindən inşa edilən hasar və tikillər ona daim təhlükə yaradır. Bu qonşu qanunsuz tikinti hərəkətləri aparan zaman o, qonşulara bir qonşu olaraq etirazını bildirmiş, həm də dəfələrlə qanuna və qonşuluğa zidd olduğunu bildirmişdir. Qonşular onun xahişlərini eşitmək istəməmişlər. Qanunsuz və özbaşına tikinti işləri apararaq, tikinti normalarını pozaraq ara məsafəni gözləmədən hasar inşa etmişdir. Eyni zamanda həmin özbaşına olan tikililər qonşu sərhəddini pozmaqla inşa edildiyindən ona maneçilik törədir. Bunlardan əlavə olaraq sağ tərəfində yerləşən qonşusu da aralarında yerləşən daş hasarın arxasına du zlu-şoran torpaq tökdüyündən həyətinə duzlu və çirkab sular sızır torpağa olan mülkiyyətini məhdlaşdırır, torpağını yararsız hala salaraq zay edir, şoranlaşdırır, ağac və gülləri, digər bitkiləri bunun təsirindən quruyur, həyətində havalanma korlanır. Tikililərin yağıntı sularını ona tərəf axıdırlar.
3. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1594/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçı tərəfindən iddianın əsasları ilə bağlı rəsmi və mötəbər sübutlar məhkəməyə təqdim edilməyib, hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz.
5. Məhkəmə öz mövqeyini,AR MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisəli qətnaməsi maddi və prosessual baxımdan qanunsuz və ədalətsizdir. Məhkəmə baxışı zamanı ekspertiza keçirilməsini xahiş etmiş, lakin məhkəmə iş üzrə ekspertiza keçirilməsini təmin etməmişdir. Yerli baxış keçirərək mübahisənin həqiqi hallarına aydınlıq gətirməmişdir. Məhkəmə prosesində işin həqiqi hallarını özündə əks etdirən fotoşəkillər təqdim etmiş, lakin məhkəmə buna əhəmiyyət verməmişdir.
8. Apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin 7 may 2021-ci il tarixli 07 -18/21 №li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsinə yağıntı sularının və təbii axının axıdılmasında cavabdehlərin təqsiri yoxdur. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 225 saylı sahədə yerləşən daş hasarın layihəsi təqdim edilmədiyindən hasarın layihədən kənar inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin 224 saylı torpaq sahəsi ilə 225 saylı torpaq sahəsi arasında inşa edilmiş daş hasarın inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 223 saylı sahədə tikilmiş hasar tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir.
9. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 43/1169 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan hallar üzrə bildirilir ki, mübahisəli yolun sağ və ya sol hissəsində müvafiq qurumlar tərəfindən təbii suların novlarla drenaj vasitəsi ilə ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı tikintiquraşdırma işləri aparılmamışdır. Ekspertiza keçirilən vaxt hava şəraiti yağıntılı olduğundan iddiaçıya məxsus torpaq sahəsinin qarşısında suyun yığılaraq qalması müşahidə olunurdu ki, bu hal yola asfalt örtüyü çəkiləcəyi və ya həmin ölçüdə qarışıq süxurun əlavə olaraq töküləcəyi təqdirdə aradan qaldırılması mümkündür. Bu halda formalaşan sular öz təbii axımı ilə cənub-şərq istiqamətindəki əsas yola axacaqdır. Mübahisəli yolun iddiaçının torpaq sahəsinin bir hissəsinə qədər olan hissəsi asfalt örtüyü ilə örtülmüşdür.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 10/6735 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 43/1169 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 məxsus olan Abşeron rayonu Fatmai kəndi, Atatürk küçəsi 223 saylı torpaq sahəsindən 224 saylı torpaq sahəsinə doğru yola 4,70 metr enində və 18,30 metr uzunluğunda torpaq daş qarışıq süxur tökülmüşdür ki, həmin süxur qatı suyun təbii axımının qarşısını almamışdır. Belə ki, suyun təbii axımı cavabdehə məxsus torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf, yəni, şimal-qərb istiqamətindən cənub - şərq istiqamətin ə təxminən 10% maili olmaqla yolun təbii maillik istiqamətinə görə axır. Suyun təbii axımının sağdan, yəni, cənub -şərq istiqamətindən olması ərazinin təbii relyefinə görə mümkün deyil. Yolun cavabdehə məxsus torpaq sahəsinin qarşında olan hissəsinə tökülmüş qarışıq süxur uzunluğu 18,30 metr, eni 4,70 metr, hündürlüyü, 0,20 metr olmaqla 17,2 m3 hesablanmışdır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/6869 nömrəli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023- cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən mübahisəli ərazidə yığılan suyun daş qarışıq süxur tökülməsi nəticəsində əmələ gəlmədiyi müəyyən olunur.
12. Qazıntı və tikinti işlə ri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-12/2024 nömrəli 6 fevral 2024-cü il ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Almaz Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rə dd edilmiş, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 200 manat pulun isə "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 170.3, 172.1, 180-ci maddələri təşkil edir. Qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoy mamalıdır.
15. Alınmış ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus olan 223 saylı torpaq sahəsindən 224 saylı torpaq sahəsinə doğru yola 4,70 metr enində və 18,30 metr uzunluğunda torpaq daş qarışıq süxur tökülmüşdür ki, həmin süxur qatı suyun təbii axımının qarşısını almamışdır. Belə ki, suyun təbii axımı cavabdehə məxsus torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf, yəni, şimal-qərb istiqamətindən cənub - şərq istiqamətinə təxminən 10% maili olmaqla yolun təbii maillik istiqamətinə görə axır. Suyun təbii axımının sağdan, yəni, cənub-şərq istiqamətindən olması ərazinin təbii relyefinə görə mümkün deyil. 224 saylı sahədə yerləşən torpaq sahəsinə yağıntı sularının və təbii axının axıdılmasında cavabdehlərin təqsiri yoxdur. 225 saylı sahədə yerləşən daş hasarın layihəsi təqdim edilmədiyindən hasarın layihədən kənar inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin 224 saylı torpaq sahəsi ilə 225 saylı torpaq sahəsi arasında inşa edilmiş daş hasarın inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, 223 saylı sahədə tikilmiş hasar tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir. Mübahisəli yolun sağ və ya sol hissəsində müvafiq qurumlar tərəfindən təbii suların novlarla drenaj vasitəsi ilə ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı tikinti-quraşdırma işləri aparılmamışdır. Ekspertiza keçirilən vaxt hava şəraiti yağıntılı olduğundan iddiaçıya məxsus torpaq sahəsinin qarşısında suyun yığılaraq qalması müşahidə olunmuşdur ki, bu hal yola asfalt örtüyü çəkiləcəyi v ə ya həmin ölçüdə qarışıq süxurun əlavə olaraq töküləcəyi təqdirdə aradan qaldırılması mümkündür. Bu halda formalaşan sular öz təbii axımı ilə cənub-şərq istiqamətindəki əsas yola axacaqdır. Mübahisəli yolun iddiaçının torpaq sahəsinin bir hissəsinə qədər olan hissəsi asfalt örtüyü ilə örtülmüşdür.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbində göstərilən hallar məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş halları və ekspert rəyləri ilə öz təsdiqini tapmadığından, iddia tələbləri təmin edilməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3, 172.1, 172.2, 180-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək işi yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya ə mlakı sayılır.
24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
25. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillə rin öz sahəsinə təsirini qadağan edə bilməz.
26. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz təl əblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
38. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanun suz inşa edilmiş hasarın sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
41. Azərbaycan Respublikasının MPM-in 106.1-c i maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
42. İş üzrə alınmış ekspert rəylər sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin inşa etdiyi hasarın iddiaçıya hər hansı maneə və təhlükə yaratması müəyyən edilməmiş, yolun bir hissəsinin cavabehlər tərəfindən abadlaşdırılması nəticəsində iddiaçının həyətinə giriş– çıxışa hər hansı bir maneə yaratması halı müəyyən edilməmiş, həmçinin iddiaçının həyətinin qarşısına yağıntı sularının yığılmasının səbəbi isə mübahisəli yolun sağ və ya sol hissəsində müvafiq qurumlar tərəfindən təbii suların novlarla drenaj vasitəsi ilə ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı tikinti-quraşdırma işləri aparılmamasıdır ki, bu da cavabdehlərin qonşuluq vəzifələrinə aid deyildir.
44. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikildiyi halda belə iddia edilən tikililərin iddiaçının hüquq mənafelərini pozmadığı müəyyən edildiyindən iddiaçının həmin tikililərin sökülməsini tələb etmək hüququ yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
46. İddiaçının kassas iya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiy yəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-12/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.