Məhkəmə qərarları › İş №2(102)-1666/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1666/2025

02.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1666/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr; təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), X6 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli 2(103)-795/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus abonent koduna ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə 3 akt əsasında, o cümlədən 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən 3.939,84 manat, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən 1.468,80 manat və 29 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən 3.680,64 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********10000) hesablanmış 9.482,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır və bu ev onun rəsmi mül kiyyətindədir. Bu ünvana dair evə çıxarış alan zaman ASAN xidmət mərkəzində borcunun olmadığı deyilib və axırıncı dəfə 91 manat ödəniş edib. Aprel ayında evə bildiriş gəlib ki, 9.482,68 manat məbləğində borc hesablanmışdır, halbuki heç bir əlavə xətt çəkilməyib. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair sübut təqdim etməmişdir. O, davamlı olaraq ödənişləri edir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2024 nömrəli, 16 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İB-nin İddiaçı qarşı xx.xx.2023-cü il tarixli aktda İddiaçı qaz sayğacına müdaxilə etdiyi göstərilir. Lakin Cavabdeh İB kənar müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi b arədə sübut təqdim etməmişdir. Kənar müdaxilə ilə qaz sərfiyyatını az göstərmək üçün xüsusi bilik və bacarıq tələb olunur. Eyni zamanda Aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir. Bu səbəbdənlərdən məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış borc silinməlidir.

6. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 2(003)-225/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istism arında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib ol unmuş aktlar əsasında, cəmi 9.482,68 (doqquz min dörd yüz səksən iki manat altmış səkkiz qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatlar ı özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə alınmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) 28 yanvar 2025-ci il tarixli 2(103)-795/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiasının qismən təmin edilməsi və İddiaçı məxsus **********10000 saylı abonent koduna hesablanmış 9.108,18 (doqquz min yüz səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcun silinməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdi r.

10. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna hesablanmış borcun yaranma əsaslarını araşdırmayan birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından onun bu cür yanaşması maddi və prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz. Belə ki, məhkəmə kollegiyası iddiaçının **********10000 abonent hesabı üzrə mövcud borcun yaranması əsasları ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müraciət etmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikasının Energetika N azirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qazdan istifadəyə görə abonent İddiaçı 2022- 2024-cü illər ərzində 3 aktla 9089,28 manat məbləğində əlavə borcun hesablanaraq onun abonent hesabına daxil edildiyi, bundan əlavə, iddiaçının qaz paylayıcısına 570,60 manat istehlak (sayğacdan keçən qazın dəyəri) olduğu, bu borcdan 293,30 manat ödənildiyi müəyyən edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus abonent koduna ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə 3 akt əsasında, o cümlədən 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən 3.939,84 manat, 28 fevral 2023-cü il tarixli *** **** saylı akta əsasən 1.468,80 manat və 29 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən 3.680,64 manat məbləğində borc hesablanmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, istehlakçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız qazpaylayıcı müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əla qə müəyyən edilməmişdir.

14. Məhkəmə kollegiyası hazırkı iddia üzrə müəyyən edilməli olan halları sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, İddiaçı qaz paylayıcısına vurulmuş zərər olaraq 3 akt əsasında hesablanmış borc ona məxsus **********10000 saylı abonent kodundan silinməlidir.

15. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahat ilə qaz paylayıcısına vurulmuş zərər olaraq hesablanmış məbləğin – 2022-ci il üzrə 3.958,74 (18,90+3.939,84) manat, 2023-cü il üzrə 1.468,80 manat və 2024-cü il üzrə 3.680,64 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin verdiyi izahata əsasən silinməli olan borc məbləğinin 9.108,18 manat təşkil etdiyi qənaətinə gəlmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə müəyyən edilmiş digər hallardan da görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur. Belə ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən cavabdeh təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, iddiaçı isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

17. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçı yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun iddia ərizəsində istinad etdiyi əsaslarla silinməsini tələb edə bilməz. Belə ki, cavabdeh tərəfindən müva fiq xidmətlərin göstərilməsi iddiaçı-istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 427.3, 433.1, 442, 448.1, 1096, 1097.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 3.2.1, 5.5, 4.2, 4.7, 4.8, 6.7-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə və 13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeydlik göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. İddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri-qanun i əldə etməsinə və qeyriqanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu əks etdirsə də, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki tərəflərindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar surətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. Qeyd olunanlarla yanaşı məhkəmə təqdim olunmuş şəkillərə hüquqi münasibət bildirməyərək, iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, ö hdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 433.1.Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

28. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya z ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 11.Bənd 6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyy əti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

33. Maddə 13.Hissə 8-1. (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) Qanunsuz qoşulma halları aşkar edildikdə,qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Q anunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

34. Bənd 1.3 və 1.4.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

35. Bənd 3.2.1 və 5.5.İstehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bən di və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

36. Bənd 4.2.Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

37. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

38. Bənd 4.8. Fiziki şəxs olan isteh lakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

39. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

43. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Kassasiya şikayətində maddi və prosessual hüquq normaları sadəcə sadalanmamalı, həmin normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədə ifadə olunduğu əsaslandırılmalıdır.

45. Hazırkı halda kassasiya şikayətində “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin pozulduğu qeyd edilərək həmin normanın pozuntusunun nədə ifadə olunduğu əsaslandırılmamışdır.

46. Şikayətdə MM-nin 21-ci maddəsinin pozuntus u qeyd edilsə də, əsaslandırma hissəsində məhkəmənin işdəki sübutlara (saldo və fotoşəkillərə) düzgün qiymət verilmədiyi qeyd edilmişdir ki, bu da MPM-nin 407.2-ci maddəsinə əsasən yolverilməzdir.

47. Şikayətdə MM-nin 1091.2-ci maddəsinin pozulduğu qeyd edilərək iddiaçının qeyriqanuni əldə etdiyi təbii qaz hesabına əsassız varlandığına məhkəmə tərəfindən düzgün qiymət verilmədiyi göstərilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus abonent koduna sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən 3.939,84 manat, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən 1.468,80 manat və 29 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən 3.680,64 manat məbləğində borc hesablanmışdır. Məhkəmə düzgün olaraq hesab etmi şdir ki, bu aktlar xx.xx.2022-ci il tarixdən sonra tərtib edildiyindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə edilmiş dəyişikliyə müvafiq olaraq qazpaylayıcı tərtib etdiyi aktların surətini istehlakçının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması məhz həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəməyə qeyd edilən sübutlar təqdim edilmədiyindən məhkəmə MPM-nin 81-ci maddəsinə düzgün olaraq istinad edərək qeyd etmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla ( abonent saldosu, fotoşəkillər, aktlar və s) təsdiq oluna bilməz. 48.Kassasiya şikayətində istinad edilmiş MM-nin 157.5-ci maddəsinin hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığından həmin dəlil də əsassız hesab edilir. 49.İşə baxmış məhkəmə tərəfindən qətnamədə kassasiya şikayətində qeyd edilmiş prosessual normaların pozuntusuna yol verildiyi müəyyən edilmir.

50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, istehlakçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız qazpaylayıcı müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir

51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli 2(103)795/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar