Məhkəmə qərarları › İş №2(102)-1668/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1668/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1668/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1668/21 (Açar sözlər: hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərrac ipoteka qoyana məlumat verilməməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəx s “xxxx” X9 Səhmdar Cəmiyyətinin vəkili Orucov Ruslan Bahad oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X9 Səhmdar Cəmiyyətinin kassasiya şikayətlərinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(007)151/2018 nömrəli qətnaməsinə əsasən, İddiaçı və X2 müştərək qaydada bir kredit müqaviləsi üzrə 49.605,96 AB Ş dolları, bir kredit müqaviləsi üzrə isə 12.599,76 manat pulun “xxxx” X9 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan xxx mənzilinə yönəldilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi qət edilib. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 07 mart 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli qətnaməsini icraya yönəlib, Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra vərəqəsinə əsasən, Cavabdeh ipoteka predmeti olan mənzili ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manatla açıq hərraca çıxarmış, təkrar hərracda qiymət 15% azaldılaraq 102.000 manatla, sonradan 25% aşağı salaraq, son satış qiyməti 76.500 manatla 01 iyul 2019-cu il tarixdə “xxxx” X9 Səhmdar Cəmiyyətinə satılmışdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan xxx nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4. “xxxx” X9 Səhmdar Cəmiyyəti və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb ediliblər.

5. İddia tələbi onunl a əsaslandırılıb ki, hərracların (ilkin, təkrar) keçirilməsi barədə iddiaçıya nə Cavabdeh MMC-dən, nə də, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməyib. Hərracın keçirilməsi və əmlakın satılmasından iddiaçı İcra və Probasiya Şöbəsinin 23 sentyabr 2019-cu il tarixli 17/71-5A 4495 nömrəli icra tədbirinin görüləcəyi barədə məktubunu aldıqdan sonra xəbər tutmuş və dərhal Şöbəyə müraciət etmişdir.

6. İcra Şöbəsi tərəfindən iddiaçıya hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokolun surəti təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, iddiaçıya hərracın keçirilməsinin vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməs i, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar haqqında bildiriş göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Bununla da iddiaçının qanunvericiliklə müəyyən olunmuş hərracda iştirak etmək hüququ pozulmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 415.4, 416.1 və 416.2ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh MMC-nin iddiaya etirazı ondan ibarət olub ki, hərracın və təkrar hərracın keçirilmə vaxtı və yeri barədə 14 iyun 2018-ci, 25 iyul 2018-ci və 04 iyun 2019-cu il tarixlərdə bildirişlər poçt vasitəsilə iddiaçıya qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvan üzrə göndərilmişdir. Həmçinin, 15 iyun 2018-ci il, 25 iyul 2018-ci il və 04 iyun 2019-cu il tar ixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.

9. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gültəkin Əsədov)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin Cavabdehnə, “xxxx” X9 Səhmdar Cəmiyyətinə, İddiaçı, X6, X1 və X3 ünvanladığı 04 iyun 2018-ci il tarixli məktubda ipoteka predmeti olan mənzilinin hərrac vasitəsi ilə satışının təşkil edilməsini xahiş edilmiş, “Kaspi” qəzetinin 15-20 iyun 2018-ci il tarixli buraxılışında ipoteka predm eti olan mənzilinin 120000 (bir yüz iyirmi min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc olunmuşdur.

11. Müəyyən edilib ki, mənzilinin 120.000 (bir yüz iyirmi min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə İddiaçı məlumat verilmiş, müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin “bu ünvanda yaşamır” qeydi ilə bildiriş geri qaytarılmışdır.

12. Birinci instansiya onu da müəyyən edib ki, ipoteka predmeti olan mənzilin 15% aşağı, yəni 102.000 manat qiymətə 24 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmiş, müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin 26 iyul 2018-ci il tarixli bu ünvanda yaşamır” qeydi ilə bildiriş geri qaytarılmışdır. “Kaspi” qəzetinin 25 iyul 2018-ci il tarixli buraxılışında isə Cavabdeh MMC-nin məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq 24 avqust 2018-ci il tarixdə saat 11:00-da növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlakların siyahısında xxx mənzili də qeyd edilmişdir.

13. Cavabdeh MMC-nin 01 iyul 2019-cu il tarixli, 46 nömrəli hərracın yekunları barədə ptotokoluna əsasən ipoteka predmeti olan mənzili 76.500 manata “xxxx” X9 Səhmdar Cəmiyyəti əldə etmişdir, 01 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə də “xxxx” KB ASC mənzili almışdır.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən belə qənaətə gəlib ki, İddiaçı xüs usi mülkiyyətində olan xxx mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişi mövcuddur. Eyni zamanda, qeyd edilən mənzillə bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmiş, bununla da Cavabdeh MMC tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: “xxxx” KB ASC ipoteka predmeti olan əmlakı təkrar hərracın keçirilməsindən təxminən 1 il sonra əldə etmişdir; məhkəmə tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı və qeyrilərinə çatmaması məsələsi araşdırılmamışdır; məhkəmə bu məsələyə aydınlıq gətirməli olduğu halda bunu etməmişdir; bu da o deməkdir ki, hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir; hərrac barədə elan dərc edilən “Kaspi” qəzeti mətbuat köşklərində daimi satılan qəzet də deyil ki, iddiaçı hərrac barədə qəzetdən məlumat almış olsun.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(0 05)4535/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan xxx mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”sinin etibarsız sayılması qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)

19. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşamayaraq qeyd edib ki, “X4” MMC tərəfindən mübahisəli hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə da ir bildirişlər ipoteka qoyan olan iddiaçıya çatdırılmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur.

20. Apellyasiya instansiyasının mövqeyinə görə qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Be lə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər.

21. Apellyasiya instansiyası onu da qeyd edib qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməlidir. Lakin təkrar hərracın 24 avqust 2018-ci il tarixdə keçirilməsinə baxmayaraq “xxxx” KB ASC mənzili qanunvericilikdə nəzərdə tutulmuş müddətdə əldə etməmişdir. Bu səbəbdən də ipoteka predmetinə xitam verilməli olmasına baxmayaq, xitam verilmədiyi üçün hazırki iş üzrə hərracın nəticələri etibarsız sayılmalıdır.

22. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 43.1.1, 43.7, 43.8 və 44-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh “X4” MMC (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırlıb ki, hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib. Hərracın keçirilməsi barədə bildirişlər borclunun (iddiaçının) icra vərəqində qeyd edilən ünvanına göndərilib.

25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs“xxxx” KB ASC də (vəkil Orucov Ruslan Bahad oğlu) kassasiya şikayəti verib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Üçüncü şəxsin də kassasiya şikayətində hərracın keçirilməsi barədə borclunun (iddiaçının) ünvanına bildirişlər göndəril məsinə, hərrac barədə qəzetdə elan verilməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmuşdur.

28. Etirazda şikayətin dəlillərinin əsassız olmasına, hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirilməsinə istinad edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X9 Səhmdar Cəmiyyətinin vəkili Orucov Ruslan Bahad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xa hiş etdilər.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Bakı şəhər Nizami rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti aç ıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iş tirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, b u şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

35. Belə ki, apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticənin bir əsası kimi hərrac barədə iddiaçıya məlumat verilməməsinə istinad etmişdir. Apellyaisya məhkəməsi qeyd edib ki, mövcud qanunvericiliyə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməli, ünvan sahibi bildirişi almasını təsdiq edən müvafiq sənədi imzalamalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu dəlili ilə də razılaşmır. Belə ki, işin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halından da görünür ki, hərracın keçirilməsi barədə iddiaçının ipoteka predmeti olan mənzil üzrə ünvanına bildirişlər göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır.

37. Göründüyü kimi, apellyasiya instansiyası bir tərəfdən hərrac barədə bildirişlərin borcluya çatdırlmamsına istinad etmiş, başqa tərəfdən də bi ldirişin “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmasını qeyd etməklə ziddiyyətli mövqe göstərmişdir. Çünki bildirişin “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtması, hərracın keçirilməsi barədə bildirişin borcluya göndərilməməsi halını təkzib edir.

38. Bundan əlavə, iddiaçı nə iddia ərizəsində, nə də apelyasiya şikayətində ipoteka predmeti olan mənzildə yaşamadığını göstərməmişdir. Belə olan halda həmin ünvana göndərilmiş bildirişlərin hansı səbəbdən geri qaytıması halı müəyyən edilməli idi. Lakin qeyd edilən bildirişlərin “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmasının səbəbləri, iddiaçının ipoteka predmeti olan evdə yaşayıb-yaşamaması hallarına apellyasiya məhkəməsi aydınlıq gətirməmişdir. Halbuki məhz qeyd edilən bu halların müəyyən edilməsi iddiaçının tələbinin qanuni həlli baxı mından zəruri olmuşdur.

39. Həmçinin iddiaçı iddia ərizəsində hərracın qanunsuzluğu ilə bağlı faktiki əsas kimi ilkin olaraq yalnız hərrac barədə ona məlumat verilməməsinə istinad etsə də, sonradan apellyasiya şikayətində daha bir faktiki əsas kimi ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsini də pozuntu kimi göstərmişdir. Halbuki işdə üçüncü şəxs olan Nizami rayon İcra və Probasiya Şöbəsinin mənzilin açıq hərracda satışının dayandırılması barədə 07 avqust 2018-ci il tarixli, satışın yenidən təşkil edilməsi ilə bağlı 08 may 2019-cu il tarixli məktublar var.

40. Apellyasiya məhkəməsi isə iddiaçının, ümumiyyətlə, apellyasiya instansiyasında yeni faktiki əsasa istinad etməsinin mümkünlüyü məsələsini müzakirə etmədən, yeni faktiki əsas üzrə hər hansı araşdırm a aparmadan, həmin məktublar əsasında mənzilin açıq hərracda satışının hansı səbəbdən dayanmasını araşdırmadan iddia tələbini həm də ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi əsası ilə təmin etmişdir.

41. Buna görə də apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışında yeni faktiki əsasa istinad edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkünlüyü məsələsinə qiymət verilmədən və bundan sonra mənzilin açıq hərracda satışının dayanma səbəbləri araşdırılmadan, ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi nəticəsinə gəlinməsi və əlavə olaraq həmin əsasla da iddianın təmin edilməsini məhkəmə kollegiyası düzgün saymır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismə n təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X9 Səhmdar Cəmiyyətinin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2020 nömrəli, 06 avqus t 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar