Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1670/2021 05.04.2021 ALİ MƏHKƏMƏ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri XXXna və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı2, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5125/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri XXXna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 120.7 kv.m olan mənzilə dair İddiaçı1 adından etibarnamə əsasında İddiaçı2 ilə Cavabdeh2 arasında Bakı şəhəri XXXnda rəsmiləşdirilmiş 03 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına 02 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqə di Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-451/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5125/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), Cavabdeh2 və R.Həsənov) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İd diaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya baxışı zamanı İddiaçı1 nümayədəsi iş üzrə digər İddiaçı2 məhkəməyə İddiaçı1 kassasiya şikayətindən imtinası barədə ərizə təqdim edərək, şikayətdən imtinanın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili kassasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdeh Bakı şəhəri XXXnun nümayəndəsi hər hansı üzrl ü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina barədə ərizə qanuna zidd deyil, hər hansı şəxsi n hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, imtina qəbul edilməli və kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 410 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5125/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1670/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1670/2021
05.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver