Məhkəmə qərarları › İş №2(102)-1671/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1671/2021

20.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1671/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Birliyi Cavabdeh: Cavabdeh İddia tələbi: qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Birliyinin vəkili X2 oğlunun, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5134/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -24.03.2019-cu il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh.X1 İcraiyyə Komitəsi) 16.05.1962-ci il tarixli, ****saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində X.ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı qeyd edilmişdir. - “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışdan (bildiriş 81) görünür ki, X. ünvanı Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİ nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40.19.603, 49.49.604. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23.01.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olan X.saylı tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. Cavabdeh istifadəsində olan X. ünvanı, dalan 2, ö/t 66 tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İd diaçı Birliyinin balansında olan torpaq sahəsində X. ünvanı, dalan 4, ö/t 66 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbinin təmin edilməsi, X.ünvanında yerləşən özbaşına tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi, həmin ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçı Birliyinin xeyrinə 10 (on) manat məbləğində pulun tutulması, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci olan – 50 (əlli) manat məbləğində pulun tutulması, Cavabdeh “xxxx” MMC-nin (“xxxx” ASC-nin Xətai filialı, kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Hesab: AZ23AİİB********************, VÖEN: **********) xeyrinə keçirilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 75,12 (yetmiş beş manat on iki qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5134/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti tə min edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2020 saylı 05 mart 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Birliyi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iş üzrə keçirilmiş və iddiaçının iddi asını təsdiq edən ekspertiza rəyini niyə nəzərə almadığını, sübut növü kimi həmin rəyi nə üçün qiymətləndirmədiyini əsaslandırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı Birliyinin vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini m əhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimaiiaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçıya Bakı şəhər X1 İcraiyyə Komitəsinin 16 may 1962-ci il tarixli, ****saylı qərarı ilə mübahisəli tikilinin də yerləşdiyi torpaq sahəsinin ayrılmasını cavabdeh də mübahisələndirməmişdir. Mübahisəli hal cavabdehin məhz ona ayrılmış torpaq sahəsini zəbt edib mübah isə predmeti olan evi inşa etməsini iddiaçının bəyan etməsidir. İş materiallarında olan cavabdehin təqdim etdiyi fərdi mənzil fondunun yaşayış evinə dair texniki pasportundan göünür ki, həmin ev 1959-cu ildə inşa olunmuşdur. Həmin sənəddəki bu məlumat doğru olmasaydı, səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər həmin sənədi möhür və imzaları ilə təsdiq etməzdi. Demək mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya ayrılmazdan əvvəl bu tikili mövcud idi, başqa sözlə 1986-cı il təvəllüdlü cavabdehin həmin torpaq sahəsini zəbt edərək özbaşına ev inşa etməsi də mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bu ev uzun müddət, yəni 60 ildən artıq bir vaxtda yaşayış sahəsi kimi istifadə olunur. Həmin e vdə yaşayanlarla bütün kommunal xidmətlərə dair müqavilələr bağlanmış və onlar bu xidmətlərdən istifadə etmiş və bunu iddiaçı da mübahisələndirməmişdir. İş materiallarında olan cavabdehin təqdim etdiyi sübutlardan məlum olur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1994-cü il tarixli sərəncamında da bu tikilinin texniki pasportunda göstərildiyi kimi Qurban Əbdülkərimova məxsus olduğu təsdiq olunmuşdur. Buna görə cavabdehin bu tikilini sonradan sonuncudan alması barədə dəlilləri öz təsdiqini tapmış olur. İş materiallarından görünür ki, mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da cavabdehin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı da təkzib etməmiş, lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Qeydə alınmasa da, cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi həmin evdə ailə üzvləri ilə eyni əsaslarla yaşamaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən yaşadığı bu tikili üzərində təmir yaxud bərpa işləri aparılmasına cəhd edilməsi iddiaçıya əsas vermir ki, o, bütövlükdə 1959-cu ildə inşa edilmiş evin kompensasiya ödəmədən tam sökülməsini tələb etsin. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yən i dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya kollegiyası kassatorun keçirilmiş və iddiaçının iddiasını təsdiq edən ekspertiza rəylərinin nəzərə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materi alları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı B irliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5134/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar