Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1672/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(105)-3691/2018 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Biriliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.N.Mahmudova, iş № 2(060)-6627/2018) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii X4nın pozulması barədə aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilərək “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X8 tərəfindən tərtib edilmiş 13 aprel 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi, İddiaçı hesablanmış 2196,80 manat məbləğində cərimənin silinməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Abbasov, N.M.Nəsibov və T.Q.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı ev paylı mülkiyyət hüququ əsasında İddiaçı, X1 və X3 məxsusdur. 13 aprel 2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı tərəfindən mənzilə dair təbii X4nın pozulması haqqında akt tərtib edilmiş və qaz sayğacından kənar qazdan istifadə olunması əsas göstərilməklə 2196,80 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yoxlama keçirilən ünvanda ona və oğluna məxsus evlərin yerləşməsini, yoxlamanının oğluna məxsus evdə keçirilməsinə baxmayaraq cərimənin ona hesablanmasını, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilənin olunmamasını əsas göstərməklə həmin aktın etibarsız hesab edilməsi və borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək aktda göstərilənlərin həqiqət olmasına baxmayaraq məhkəmənin maddi və prosessual hüquq normala rını pozmaqla işə baxaraq iddianı təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Azəriqaz” İstehsalat Birliyi İddiaçı qaz sayğacından kənar ona 2196,80 manat məbləğində cərimə hesablasa da, işə baxan məhkəmə instansiyaları tərəfindən bu barədə tərtib olunmuş aktda göstərilənlərin həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstehsalat Birliyi iddiaçının X4nı pozmasını sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qəra rı ilə təsdiq olunmuş “X4”nın 1.3, 3.1.5 və 5.2-ci bəndlərinə istinad edərək iddianın təmin olunmasını əsaslı saymışdır. Kollegiya hesab edir ki, müəyyən olunmuş sübutlar və istinad olunan maddi hüquq normaları iddianın təmin edilməsi üçün əsas verdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1672/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1672/2019
27.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver