Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1674/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı Cavabdeh qarşı «kompensasiya verməklə mənzildən çıxarılması » tələbinə dair tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2144/2022 nömrəli, 6 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-ci il tarixdə Ali Məhkəmənin İ nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixi, **********7 qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli çıxarışın surətinə əsasən Lənkəran rayonu, Mollakənd kəndində 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra - mübahisəli ev) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh (bundan sonra - cavabdeh) 19 oktyabr 2004-cü il tarixdə X3 (iddiaçının qardaşıdır) ilə ailə həyatı qurmuşdur. Lənkəran rayon məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli 2 (049)-6293 saylı qətnaməsi ilə nikah pozulmuşdur.
3. Birgə Nikah dövründə xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və sonradan ərizə ilə müraciət edərək torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbi ilə Lənkəran rayonu, Mollakənd kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən cavabdehin çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbində dəyişik lik edərək Lənkəran rayonu, Mollakənd kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən cavabdehin 6000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin Lənkəran rayonu, Mollakənd kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin faktiki hallarına istinad etməklə tələblərini onunla əsaslandırmışlar ki, qardaşı ailə qurduqdan sonra evi olmadığına görə atası X2 məxsus mübahisəli evə köçmüşlər.Aralarında nikah pozulmasına baxmayaraq şikayətçinin valideynləri rəhmətə gedəndən sonra mübahisəli yaşayış evi vərəsəlik qaydasında ona keçmişdir. Torpaq və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmasına və cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq o, evdən çıxmaq istəmir. Lakin, buna baxmayaraq, cavabdeh həmin mənzili qanunsuz şəkildə saxlamaqda və onun mülkiyyət hüquqlarını pozmaqda davam edir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, onun yaşamağa başqa yeri yoxdur. Əgər ona ayrı ev alınıb verilərsə o evdən çıxa bilər. Əks halda o evdən çıxmayacaqdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
8. FAME PRO MMC-nin mütəxəssis rəyində əsasən Lənkəran rayonu, Mollakənd kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə oxşar şəraitdə olan, yəni bazar qiyməti 22000 manat olan evin xx.xx.2022-ci il tarixə olan aylıq icarə dəyəri 100 manat təşkil edir. 9. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadət namənin surətindən görünür ki, xx.xx.2012ci il tarixdə ölmüş X1 vərəsəsi iddiaçı miras əmlakdan 1/1 pay almışdır.
10. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 08 avqust 2022-ci tarixli, 2(049)-777/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia tələbinin təmin edilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qardaşı ilə cavabdeh 2004-cü ildə ailə qurmuş və Lənkəran rayonu, Mollakənd kəndində yerləşən iddiaçının mülkiyyətində olmayan evə köçmüşdür. İddiaçı cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını qəbul etmiş, onu mübahisələndirməmişdir. İddiaçının mülahizəzi nəzərə alınmaqla cavabdehin istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Lənkəran rayonu, Mollakənd kəndind ə yerləşən fərdi yaşayış evindən xx.xx.2017-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 pay almışdır. İddiaçının mübahisəli evə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin istifadə hüququnu qəbul etdiyini və Lənkəran rayonu, Mollakənd kəndində yerləşən mülkiyyət hüququ ilə onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna 6000 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi, ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iddiaçı tərəfindən cavabdehin onun mülkiyyətində olan evə istifadə hüququnun olması qəbul edildiyindən məhkəmə bunu işin mübah isəsiz halı hesab etməklə, faktiki hallara qiymət verilməsini zəruri hesab etməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödəniləcək 6000 manat cavabdehin Lənkəran rayonu, Mollakənd kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini kompensasiya edir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehə 6000 (altı min) manat pul kompensasiyası ödənilməklə iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməli və o, həmin fərdi yaşayış evindən çıxarılmalı, pul kompensasiyasının ödənilməsi ilə cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbyacan Respublikası Mülki Məcəlləsinin 146.2,152.1,152.5-ci, Azərbyacan Respublikası Konstitusiyasının 13.1,29.1,29.2 və 29.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə əsasən iddia tələbi iddiaçı tərəfindən z ərurət olmadan dəyişdirilmiş, məhkəmə də əsassız olaraq iddianın dəyişdirilməsi barədə ərizəni qəbul etmişdir. Birinci instansiya məhkəməsi işlə bağlı yerli baxış keçirmədən, bununla bağlı müvafiq mütəxəssislər tərəfindən rəy alınmadan, alqı-satqı agentlikləri tərəfindən evin ümumi və ya kirayə qiymətinin araşdırılması aparılmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2144/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev apellyasiya şikayəti rədd edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-777/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya ağlabatan olmaqla mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində müvafiq ərazidə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi qənaətini Azərbyacan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5-ci, Azərbyacan Respublikası Konstitusiyasının 13.1,29.1,29.2 və 29.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim torpaq sahəsi ilə bağlı yerli baxış keçirməmiş, torpaq sahəsinin üzərindəki tikililərlə bağlı hər hansısa bir mütəxəssis rəyinə əsaslanmamış və mütəxəssis tərəfindən yoxlanılaraq torpağı real vəziyyəti ilə bağlı ekspert təyin etməmiş,mübahisəli torpaq sahəsinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması və işlərin görülməsi ilə bağlı dəlillər araşdırılmamışdır.Mübahisəli torpaq sahəsində təsərrüfatı kasatorun idarə etdiyi sübut edən digər hallar da mövcuddur ki, işin gedişatı zamanı nəzərə alınmamışdır.Məhkəmə mübahisəli yaşayış evinin qiymətləndirilməsinə dair arayışlar təqdim edilsədə hakim dəlillərə məhəl qoymayaraq heç bir yeni baxış keçirilmədən qarşı tərəfin vermiş olduğu qiymətləndirməni əsas olaraq hesab etmiş və qətnaməni onun əsasında qəbul etmişdir.
25. Kassator mübahisəli yaşayış evində övladları ilə yaşadığını və qətnamədə ancaq kasatorun mübahisəli evdən çıxarılmağını və istifadə hüququna xitam verilməsi qətt olunduğunu, övladlarıyla bağlı heç bir münasibət bildirilmədiyini qeyd edərək hakim qətna məni qəbul edərkən təkcə kasatorun deyil övladlarının da hüquqularını kobud şəkildə pozulduğunu bildirmişdir.
26. Kassator Mənzil Məcəlləsinin 123-cü və Mülki Məcəllənin 228.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olaraq Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(106)2144/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.
29. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
30. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə ə mlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiym ətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2144/2022 nömrəli, 6 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls