Məhkəmə qərarları › İş №2(102)-1677/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1677/2021

17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1677/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6928/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh3 175.000 ABŞ dolları alınaraq İddiaçı verilməlidir. Bununla əlaqədar Cavabdeh3 arvadı Cavabdeh1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 23/3 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və həbsin götürüldüyü ərəfədə ev onun tərəfindən qızı Cavabdeh2 bağışlanmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh2 adına evə mülkiyyət hüququnu təsdiq edən Reyestrdən Çıxarış verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 arasında bağlanmış evin sökülməsinə və həmin yerdə “XXİ əsr MTK” tərəfindən tikiləcək 12 mərtəbəli çoxmənzilli binadan cavabdehə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi, tikinti işləri başa çatanadək başqa yerdə yaşamaq üçün kirayə haqqının ödən ilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar mübahisəli ev sökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin oktyabr ayında İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evin bağışlanmasının onun hüquqlarının pozulmasını əsas göstərməklə həmin müqavilənin və onun əsasında Cavabdeh2 adına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Z.A.Hacıyev) İddiaçı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamənin sübutlara düzgün qiymət veril mədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6928/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən mübahisəli evin onun üzərinə qoyulmuş həbsin götürülməsindən sonra Cavabdeh1 tərəfindən qızı Cavabdeh2 bağışlanması, sonuncunun həmin ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və həmin evin hazırda sökülməklə Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini əsas göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə Cavabdeh2 vəkili kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişlər. İddiaçı Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 203.1 Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının dəlilləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin olunması tələb edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə li mənzilin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulsa da, işdən görünür ki, həmin ev cavabdeh tərəfindən özgəninkiləşdirilərkən həbs götürülmüş və evin bağışlanmasına mane ola biləcək heç bir əsas olmamışdır. Ondan sonra isə ev məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən sökülməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin tələbinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdehin adına olan qeydiyyat yazısı ləğv edilmişdir. Belə olduqda, Cavabdeh3 tutulmalı olan pul məbləğinin ödənilməsinin təmin olunması məqsədi ilə evin üzərinə həbs qoyulması imkanı itirilmişdir. Evin bağışlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı bir şərtin pozulması müəyyən olunmadığından, kollegiya hesab edir ki, Mülki Məcəllənin 337.1-ci maddə sinin qüvvəsinin tətbiq olunmaqla bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilmədiyindən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6928/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar