Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1681/2025 24.04.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti MPM-ə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmçinin, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayətində ma ddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını konkret olaraq göstərməmiş, yalnız qanunvericiliyin normalarını sadalanmışdır. MPM-in 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən sənədləri müəyyən edir. Həmin Məcəllənin 407.1.5 maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şika yətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 407.1.5, 408.1.5, 409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1681/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1681/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver