Məhkəmə qərarları › İş №2(102)-1682/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1682/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1682/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X3 və X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-xxx/19) İddiaçı cavabdehlər “xxxx” ASC, “xxxx” MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sabunçu Rayon İcra və Probasiya şöbəsi və X6 cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənovvə X.Sarıyev, iş № 2(103)-xxx/19) apelyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişd ir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” ASC, “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 1 saylı evin 26 saylı mənzilinin hərracda satılması barədə «xxxx» MMC-nin təşkilatçılığı ilə keçirilmiş xx xxx 2014-cü il tarixli hərracın etibarsız sayılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunamamsı ilə əsaslandırılmışdır. İddiaçının vəkili Ə.Kazımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin vəkili V.Seyidzadə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 1a saylı evin 26 saylı mənzili ilkin satış qiyməti 38000 manat məbləğində müəyyən edilərək «xxxx» MMC tərəfindən xx xxx 2014-cü il tarixdə keçirilmiş hərracda satılmış və bu barədə hərracın ye kunları haqqında 43/01 saylı protokol tərtib olunmuşdur. Hərracın keçirilməsi vaxtı və yeri barədə İddiaçı xx xxx 2014-cü il tarixli bildirişlə məlumat verilmişdir. Mənzili hərracdan almış X2 mülkiyyət hüququ xx xxx 2017-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mənzil hərracda satıldıqdan sonra İddiaçı mülkiyyətində olan ipoteka predmetinin satılması nəticəsində zərərə uğradığını bildirərək həmin məbləğin kredit alan A.Xalıqovadan tutulması barədə məhkəmə iddia qaldırmış və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-xxx/17 saylı qətnaməsi ilə cavabdeh X4 (kredit alan) İddiaçı (ipoteka qoyanın) xeyrinə 38050 manat məbləğində maddi zərərə görə və 2000 manat məbləğində mənəvi zərərə görə pul tutulması qət edilmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-xxx/2017 saylı xx xxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar