Məhkəmə qərarları › İş №2(102)-1688/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1688/2025

12.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1688/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yalan əqd, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(104)2 221/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" MMC 19 iyul 2005-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 olmuşdur.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 14 dekabr 2017-ci il tarixli 589 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. 3. "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli, 2, 3, 4, 5 və 6 saylı alğı-satqı müqavilələri ilə, "xxxx" MMC, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tərəfindən tikiləcək müvafiq olaraq 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 115,4 kv.m. olan 3 otaqlı, 51 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98.090 manata, 117,5 kv.m. olan 3 otaqlı, 52 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 99.875 manata, 131,7 kv.m. olan 3 otaqlı 53 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 111.945 manata, 84,2 kv.m. olan 2 otaqlı 54 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71.570 manata və 112,3 kv.m. olan 3 otaqlı 55 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95.455 manata Cavabdeh1 təmirsiz halda verməyi, sonuncu isə göstərilən 5 mənzilin dəyərini tam şəkildə ödəməyi öz üzərinə götürmüşdür. 4. "xxxx" MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışları ilə müəyyən olunmuşdur ki, payçı Cavabdeh1 MMC-yə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 131,7 kv.m. olan 53 saylı mənzilin pay dəyəri kimi 111.945 manat məbləği və ümumi sahəsi 84,2 kv.metr olan 54 saylı mənzilin pay dəyəri kimi 71.570 manat məbləği tam ödəmişdir, firmaya borcu yoxdur. 5. 02 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh3 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% payını X1.

6. Cavabdeh1 pulunun Cavabdeh3 tərəfindən ələ keçirilməsinə dair polisə müraciət etmiş, aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 28 mart 2022-ci il tarix li qərarı ilə müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 04 avqust 2021-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək Yaşayış Binasında 12-ci mərtəbədə yerləşən 131,7 kvadrat metr olan mənzilin 4 saylı alqısatqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 115,4 kvadrat metr sahəsi olan mənzilin 2 saylı alqı-satq ı müqaviləsinin, həmin mərtəbədə yerləşən 117,5 kvadrat metr olan mənzilin 03 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 84,2 kvadrat metr olan mənzilin 05 saylı alqı-satqı müqaviləsinin və həmin mərtəbədə yerləşən 112,3 kvadrat metr sahəsi olan mənzilin 06 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh3 uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri Xətai rayonu ərazisində hündür mərtəbəli, çoxmənzilli binaların tikintisini həyata keçirmişdir. Son illərdə Cavabdeh3 sahibkarlıq fəaliyyətini dayandırdığından MMC-nin təsisçilik hüququnu özgəninkiləşdirmiş və qanuni təmsilçilikdən çıxmışdır. Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən təsdi q edilmiş 12 fevral 2022-ci il tarixli, 3 M-122 saylı müqavilə ilə Kamal Quliyev təsisçilik hüququnu Cavabdeh3 almaqda, məqsədi MMC-nin inşası üçün razılıq əldə etdiyi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında inşa işlərinə başlamaqla tikinti aparmaq olmuşdur. İşlərə sıfırdan başlamışlar, iddia ərizəsi verilərkən inşaat işləri aparılmaqda idi. Alğı-satqıdan sonrakı zamanlarda Cavabdeh3 dediklərindən məlum olmuşdur ki, sonuncu tikinti işlərinin görülməsi üçün şəxsi pul resurslarından, bank kreditlərindən və ayrı-ayrı şəxslərdən götürdüyü pul vəsaitlərindən istifadə etmişdir. Götürülmüş pulların qarşılığında inşa etdiyi binalardan etibarlılıq üçün formal olaraq müəyyən mənzillər yazaraq pul götürdüyü şəxslərə vermişdir. İllərdi r ki, belə borc pullar götürərək qarşılıqlı anlaşma şəraitində işlədiyi fiziki şəxslərdən biri də üçüncü şəxs Cavabdeh2 olmuşdur. Müəyyən etmişlər ki, Cavabdeh3 MMC-ni satmamışdan əvvəl özünün işləri ilə əlaqədar olaraq Cavabdeh2 borca pul götürmüş və həmin borcun təminatı olaraq inşa etdirdikləri binanın mənzillərindən bir neçəsinə dair formal müqavilə tərtib edərək Cavabdeh2 oğlu Cavabdeh1 adına müqavilələr vermişdir. Cavabdeh3 hələ 2014-cü ildə Cavabdeh2 400.000 manat borca pul götürmüş, müəyyən müddət ərzində 150.000 manat qaytarmış, yerdə qalan 250.000 manat məbləğ üçün yeni inşa olunan binanın 12-ci mərtəbəsində yerləşən bütün mənzilləri oğlu Yaşarın adına rəsmiləşdirmiş, 04 avqust 2021-ci il tarixdə isə MMC ilə Cavabdeh1 aralarında formal müqavilələr bağlanmışdır. Halbuki Cavabdeh1 və Cavabdeh2 bilirdilər ki, onlar MMC-dən mənzil almamışlar, formal alğı-satqılar isə pulun qaytarılmasına təminat qismində aparılmışdır. Bu işlə əlaqədar olaraq Cavabdeh2 Cavabdeh3 qarşı şikayəti əsasında Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, onların aralarında olan borc öhdəliyi icra edilmiş, aralarında öhdəlik münasibəti qalmamışdır. Lakin qarşı tərəf sənədləri geri qaytarmamış, əlavə pullar tələb etmişlər. Bağlanmış müqavilələrin tarixlərinə nəzər saldıqda faktiki tikilməmiş, hətta tikintisinə başlanmamış binada mənzilə dair sənəd üzərində olan müqavilə verməklə olmayan əmlaka bağlanan müqavilənin heç bir əhəmiyyəti olmamışdır. Bağlanmış müqavilələr alğı-satqı üçün yox, borc pullarla bağlı bağlanmışdır. Cavabdeh3 ona məxsus MMC-nin tikməyə hazırl aşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız yuxarıda qeyd edildiyi kimi borcverən şəxslə aralarında olan borc öhdəliyini qarant etmişlər. Borc öhdəliyinin təminatı olaraq faktiki tikilməyən, mövcud olmayan və hələ tikintisi başlamamış əmlaka dair sənəd tərtib edilmişdir. Ona görə də həmin alğı-satqı müqavilələri etibarsız hesab olunmalıdır.

9. Ağdam Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(013)-2225/2023 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91, və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131,7 kv.m, həmin mərtəbədə yerləşən 115,4 kv.m, həmin mərtəbədə yerləşən 117,5 kv.m, həm in mərtəbədə yerləşən 84,2 kv.m və həmin mərtəbədə yerləşən 112,3 kv.m sahəsi olan mənzillərlə bağlı aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir alğı-satqı niyyətləri olmamış, MMC-nin rəhbəri qismində Cavabdeh3 və alıcı qismində Cavabdeh1 göstərilən müqavilələri başqa əqdi, konkret olaraq Cavabdeh1 atası Cavabdeh2 Cavabdeh3 bina tikintisi ilə əlaqədar verdiyi borc pullarla bağlı məsələləri pərdələmək məqsədi ilə bağlamışlar.

11. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Müstəntiqinin 28 mart 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Cavabdeh3 barədə onlara məxsus pullarını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış, şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh3 tanışı Cavabdeh2 borclu olduğu pulun müqabilində, özünün rəhbərlik etdiyi MMC-nin gələcəkdə inşa edəcəyi və hazırda ümumiyyətlə mövcud olmayan binadan 5 ədəd mənzili İsmayılın oğlu Cavabdeh1 alğısatqı etmiş, Cavabdeh3 maddi imkansızlıqdan sonradan tikinti işlərini həyata keçirə bilməmiş, bu səbəbdən də MMC-ni bütövlükdə Kamal Quliyev adlı şəxsə satmışdır. Həmin qərardan məlum olur ki, Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, atası Cavabdeh2 2014-cü ildə Cavabdeh3 290.000 ABŞ dolları borc vermiş, sonuncu isə həmin pulları qaytarmamışdır, sonra isə C avabdeh2 Cavabdeh3 pul verərək yenidən bir neçə qeyriyaşayış sahəsi almış, atası İsmayıl uzun müddət alverlə məşğul olmuş, bir neçə il əvvəl atası MMC-nin rəhbəri Cavabdeh3lə tanış olmuş, atası İsmayıl Cavabdeh3 bina tikintisi üçün borc pullar vermiş, bunun müqabilində bir neçə dəfə Cavabdeh3 mənzillər alaraq satmışlar.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından və cavabdehlərdən Cavabdeh3 yuxarıda qeyd edilən izahatlarından da məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında hər hansı real bir alğı-satqı niyyəti olmamış, MMC-nin rəhbəri olaraq Cavabdeh3 cavabdehin atası Cavabdeh2 ona verdiyi pula görə öhdəliyin icrasını təmin etmək məqsədi ilə 5 ədəd mənzilin alğı-satqısı barədə formal olaraq müqavilə bağlamışlar.

13. Həmçinin, məhkəmə tə rəfindən aparılan araşdırma zamanı müxtəlif ziddiyyətli məqamlara rast gəlinmiş, xüsusən də Cavabdeh1, onun dəvət etdiyi şahid X3 Tağıyevdən götürülən pulların məbləği ilə bağlı ziddiyyətli izahatlarına aydınlıq gətirilməsi mümkün olmamışdır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi, Cavabdeh3 tərəfindən borc götürdüyü pullarla bağlı təsdiq edilmiş məktubdan görünür ki, o, Cavabdeh2 290.000 ABŞ dolları pul borc götürmüşdür. Lakin işin materiallarında olan çoxsaylı sənədlərdən, tərəflərin izahatlarından, həmçinin polis araşdırması ilə bağlı qəbul edilmiş qərardan belə görünür ki, tərəflər aralarında 400.000 manatla bağlı mübahisələr yaranmışdır.

14. Həmçinin işdən o da görünür ki, Cavabdeh2 Cavabdeh3 200.000 manat almasını, Elçin Şahverdiyev isə Cavabdeh3 498.000 manat, yəni ümumilikdə 700.000 man at civarında məbləği nağd pul qaydasında almalarını etiraf etmişlər, həmçinin həmin məbləğdən başqa da Cavabdeh3 İsmayıl və Elçinə təxminən 200.000-300.000 manat civarında pullar, yaxud pul əvəzi obyektlər, maşın və s., yəni 1.000.000 manat civarında pullar vermişdir.

15. Məhkəmə qeyd etmişdir ki, MMC-nin rəhbəri kimi Cavabdeh3 Bakı şəhəri Xətai Rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12ci mərtəbədə yerləşən 5 ədəd mənzilləri Cavabdeh1 mülkiyyətinə həqiqətdə verməmiş, ümumiyyətlə mənzillər onlarla bağlı notariat orqanından kənar müqavilələr bağlanarkən də mövcud olmamış, həmin mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı qanunvericiliyin mütləq şərti kimi nəzərdə tutulan hər hansı notariat əməliyyatı da aparılmamışdır. Həmçinin istin taq orqanının yuxarıda qeyd olunan qərarındakı tərəflərin izahatlarında da özlərinin qeyd etdikləri kimi həmin müqavilələr Cavabdeh3 Cavabdeh2 olan pul öhdəliklərinin təminatı formasında, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır ki, bu da iddia tələblərinin təmin edilməsi üçün məhkəməyə əsas verir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 390.5, 337.1, 337.2, 337.4, 340.2, 567, 646.1, 648-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Gəncə Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(104)-212/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Hüseynzadə və L.Süleymanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmişdir.

19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarını isə pozmuşdur.

20. Belə ki, hazırkı işdəki iddia ərizəsindən göründüyü kimi MMC iddiaçı, Cavabdeh3 və Cavabdeh1 cavabdeh, Cavabdeh2 isə cavabdeh tərəfdə üçüncü şəxsdir. İddia ərizəsindən, həmçinin mübahisələndirilən qətnamədən görünür ki, Cavabdeh3 işdə tələbin yönəldiyi şəxs, yəni cavabdeh olduğu halda, həm də iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir, bu isə prosessual qanunvericiliyin normalarının pozulmasıdır, yəni prosesdə iddiaçının həm də cavabdehin nümayəndəsi və ya da tərsinə cavabdehin həm də iddiaçının nümayəndəsi kimi iştirak etməsi tərəflər arasında mübahisənin olmamasını göstərir.

21. Məhkəmə alğı-satqı müqavilələrinin etibarsızlığı barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz ə mlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasının layihələndirilməsinə icazə verilmiş olsa da, tikintisinə belə icazə alınmamış, MMC-nin adından Cavabdeh1lə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki sahəsi 131,7 kv.m, 115,4 kv.m, 117,5 kv.m, 84,2 kv.m və 112,3 kv.m olan mənzillərə dair müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa, həmin mənzillərin üzərində MMC-nin mülkiyyət hüququ da olmamışdır, yəni həmin müqavilələr etibarsız müqavilələrdir.

22. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, 04 avqust 2021-ci il tarixli alğısatqı müqavilələri bağlanarkən Cavabdeh1 tərəfindən MMC-yə real olaraq hər hansı məbləğdə pul ödənilmədiyi müəyyən olunduğuna görə, həmin alğı-satqı müqavilələrində göstərilən pul məbləğlərinin iddiaçıdan alınıb Cavabdeh1 qaytarılması da mümkün hesab olunmur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 144.1, 1441.1, 144-1.2. 144-1.3, 144-1.4, 144-1.5, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 390.1, 390.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir.

25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2(102)-2566/2024 nömrəli qərarı ilə (hakim M.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Həsənov və Ə.Əhmədov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən müqavilələrin məzmunu düzgün təfsir edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Belə ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasın ı, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Mübahisələndirilən müqavilələrin 1.1-ci bəndinə əsasən MMC tərəfindən tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki müvafiq mənzilləri 36 ay müddətində tam təmirsiz halda Cavabdeh1 verməyi, sonuncu isə həmin mənzillərin dəyəri kimi müəyyən edilmiş məbləği tam ödəməyi öz öhdəsinə götürmüşdür.

29. Göründüyü kimi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli müqavilələr necə adlandırılmasından (“tikilən binada mənzil alğı-satqısı haqqında”) asılı olma yaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir.

30. Odur ki, işə yenidən baxılarkən Mülki Məcəllənin öhdəliyə icra səbəbilə xitam verilməsi ilə bağlı 527-530-cu maddələrinin tələbləri nəzərə alınmaqla borcun ödənilmiş hissəsinə müvafiq olaraq aralarındakı razılaşmaya əsasən mənzillərə dair müqavilələrin tam və ya müəyyən həcmdə ləğv edilməsi məsələsinə qiymət verilməlidir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə olduğundan bu istiqamətdə qiymətləndirmə aparılarkən ilk öncə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, Cavabdeh1 müraciəti əsasında Daxili İşlər Nazirliyində aparılmış araşdırma zamanı verdikləri ifadələr, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan yazılı s übutlar (Cavabdeh3 tərəfindən imzalanmış və MMC-nin blankında tərtib edilməklə möhürü ilə təsdiqlənmiş sənəd – İ cild, səhifə 56, maliyyə arayışları və s.) və işin həlli üçün əhəmiyyət daşıyan digər sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymətləndirilməlidir.

32. Qeyd olunan prosessual tələblər nəzərə alınmaqla tərəflər arasında aktiv borc öhdəliyinin olub-olmaması, olduğu halda məbləği müəyyən edilməli, bundan sonra mənzillərə dair müqavilələrin tam (öhdəlik tam icra edildiyi halda) və ya öhdəliyin icra edilmiş hissəsinə müvafiq olaraq hansı həcmdə ləğv edilməsinin mümkünlüyü məsələsi tərəflərlə müzakirə olunmalı və onların mövqeyi nəzərə alınmaqla mübahisənin həlli ən əlverişli şəkildə tamamlanmalıdır.

33. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, C avabdeh1 də birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 atasına olan 500.000 manat borcundan 200.000 manat qaytardığını, hazırda 300.000 manat borcunun qaldığını, ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğı-satqı müqavilələrini geri qaytarmağa razı olduqlarını bildirmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(104)-2221/2024 nömrəli qətnaməsi ilə (hakim F.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.Mustafayev və R.Muradov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

35. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

36. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli müqavilələr necə adlandırılmasından (“tikilən binada mənzil alğı-satqısı haqqında”) asılı olmayaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir.

37. Qanunvericiliyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin podratla bağlı münasibətləri tənzimləyən 39-cu fəslində podrat müqaviləsinin forması (şifahi, sadə yazılı, notarial yazıl ı və s.) ilə bağlı xüsusi bir forma şərti nəzərdə tutulmadığından mülki hüquq subyektləri aralarındakı müqavilənin formasını müəyyən etməkdə sərbəstdirlər. Hazırkı müqavilələr sadə yazılı formada tərtib edilməklə tərəflərin imzası və MMC-nin möhürü ilə təsdiqlənmişdir və MMC- nin sözügedən yaşayış binasının tikintisinə icazə alıb-almaması, həmin müqavilələrin predmeti olan tikiləcək binada mənzillərin MMC-nin mülkiyyətində olub-olmaması bu məzmunda müqavilələrin bağlanması anında onların hüquqi qüvvəsi baxımından əhəmiyyət kəsb etmir. Qeyd edilən məsələlər müqavilənin bağlanmasından sonra öhdəliklərin icrası baxımından əhəmiyyətlidir.

38. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı göstərilən faktiki hallardan (əvvəlki təsisçisi və direktoru Cavabdeh3 bina tikmək məqsədilə 2014-cü ildə üçüncü şəxs Cavabdeh2 400.000 manat borc aldığını, həmin borcun qarşılığında tikiləcək binada 5 mənzilə dair Cavabdeh2 oğlu iş üzrə Cavabdeh1 adına müqavilələr bağladıqlarını, razılaşmalarına əsasən borc məbləği tam qaytarıldıqda cavabdehin də müqavilələri qaytaracağı, hazırda borcun tam ödənilməsinə baxmayaraq cavabdehin əlavə məbləğlər tələb edərək müqavilələri qaytarmaqdan imtina etməsi barədə) çıxış edərək, iddianın hüquqi əsasları kimi mübahisələndirilən müqavilələrin başqa əqdi pərdələmək üçün formal bağlandığına, yalan əqd olmasına istinad etmişdir.

39. Apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin hər ikisi onların həqiqi iradələrini ifadə etməklə, tərəflərin üçüncü şəxslərdə hər hansı yanlış (həqiqi vəziyyətə uyğun olma yan) təəssürat yaratmaq niyyətləri olmamışdır.

40. Belə olan halda, mübahisələndirilən müqavilələr yalan əqdin bütün tərkib əlamətlərinə malik olmadığından Mülki Məcəllənin 340.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyildir.

41. Baxılan işdən görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, sonradan həmin borc öhdəliyini təminat altına almaq məqsədilə iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə podrat müqavilələri imzalanmış, borcun ödəniləcəyi təqdirdə həmin mənzillərin də müvafiq olaraq iddiaçıya qaytarılacağı razılaşdırılmışdır.

42. Göründüyü kimi, tərəflər arasında sərbəst iradələri əsasında arzu etdikləri məzmunda müqavilələr bağlanmışdır ki, bu cür müqavilələrin bağlanması mülki qanunvericiliyin tələblərinə zid d olmamaqla qanunla qadağan edilməmişdir. Ona görə də, hazırkı mübahisəli hüquqi məsələ tərəflər arasında əldə olunmuş həmin razılaşmanın şərtləri nəzərə alınmaqla həll olunmalıdır.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının sadaladığı faktiki əsaslar borc öhdəliyinin icrası səbəbilə mənzillərin verilməsinə dair müqavilələrə xitam verilməsinin məhkəmə qaydasında təsbit edilməsinə yönəlsə də, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli müqavilələr hüquqi təbiətinə görə podrat müqavilələridir.

45. Bundan başqa, apellyasiya kollegiyası Mülki Məcəllənin 527-530-cu maddələrinin tələblərini nəzərə almaqla, keçmiş təsisçi olmuş Ca vabdeh3 aldığı pulun qismən ödənilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, tərəflər arasında mənzillərin alınması barədə pul məbləği ilə bağlı mübahisə yoxdur, aparılmış araşdırma zamanı iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 Cavabdeh1 500.000 manat aldığı puldan, 200.000 manat qaytarıldığına görə, hazırda 300.000 manat pulun qaldığı müəyyən edilsə də, baxılan işdən görünür ki, tərəflər arasında podrat müqaviləsi münasibətləri mövcud olmuş və iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə qeyd olunan podrat müqavilələri bağlanmışdır. İşdən görünür ki, artıq 200.000 manat qaytarıldığından mübahisəli əmlaklar üzrə müqavilələr, yəni öhdəliklər qismən icra edilmişdir. Lakin, nəzərə də alınmalıdır ki, hazırda iş üzrə iddianın predmet i alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsidir ki, bu da yuxarıda qeyd olunan hər iki müqavilənin xitamına və ləğvinə zəmin yaratmır. Çünki, iddiaçının hazırda məhkəməyə müraciət etdiyi tələb üzrə əqdin yalan olması öz təsdiqini tapmamış, habelə sonuncunun iddia tələbinin mahiyyətində öhdəliklərin icra olunub-olunmamasını mübahisələndirməmiş, yalnız keçmiş təsisçi tərəfindən görüləcək işlər üzrə (podrat müqavilələrin icrası ilə bağlı) cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmasını mübahisələndirmişdir. Digər tərəfdən də qeyd olunmalıdır ki, hazırkı podrat müqavilələri üzrə podratçı olan iddiaçı tərəfindən mübahisə predmeti olan əmlakların tikintisi başa çatdırılmamışdır. Həmçinin, öhdəliyi qəbul etmiş şəxsə (podratçıya) münasibətdə öhdəliklərin icra olunub-olunmamasına dair i ş üzrə cavabdeh tərəfindən də mübahisə edilməmişdir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli müqavilələr üzrə podratçı olan "xxxx" MMC tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş, yəni sifarişçi podratçıya razılaşdırılmış muzdu ödəsə də, hazırda podratçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliyinə götürülmüş mübahisəli əmlakların tikintisi, təmiri yekunlaşdırılmamış və nəzərdə tutulmuş işlər icra edilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən məhkəmə kollegiyası tərəfindən araşdırıldıqdan sonra tərəflər arasında bağlanmış müqavilə üzrə 200.000 manat qaytarıldığına görə hazırda iki müqavilə üzrə öhdəliyə tərəflərin öz aralarında xitam verilməklə ləğv edilmiş, lakin iddia tələbi bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı olduğundan hazırkı vəziyyətdə həmin hissədə öhdəliklərin icrasının yerinə yetirilməsinə dair qiymət verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Çünki, podratçı olan iddiaçı yalnız tərəflə aralarında olan müqavilələrin uydurma olması ilə bağlı etibarsızlığını tələb etmişdir.

48. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

49. İddiaçı "xxxx" MMC kassasiya ş ikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(104)-2221/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmaqla, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 144.1, 324, 329, 337, 648.3, 770-1.1, 7701.2, 770-1.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 420-ci maddələrinin tələbləri pozulmuşdur.

51. Belə ki, MMC və cavabdeh arasında bağlanan müqavilə nə alqı-satqı, nə də ki, podrat müqaviləsi olmuşdur. Həmin müqavilələr tərəflər arasındakı borc münasibətlərinin qarantı kimi, başqa əqdi pərdələmə k üçün, formal bağlanmış uydurma əqd olmuşdur. İddiaçının hesabına hər hansı bir pul vəsaiti daxil olmamışdır. "xxxx" MMC ilə Cavabdeh1 arasında hər hansı bir alqı-satqı niyyətləri olmamış, MMC-nin rəhbəri qismində Cavabdeh3 və alıcı qismində Cavabdeh1 göstərilən müqavilələri başqa əqdi, konkret olaraq Cavabdeh1 atası Cavabdeh2 Cavabdeh3 bina tikintisi ilə əlaqədar verdiyi borc pullarla bağlı məsələləri pərdələmək məqsədi ilə bağlamışlar. Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsində Ali Məhkəmənin qərarını demək olar ki olduğu kimi köçürtmüş, lakin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbinə zidd olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişləri məcburi olduğu halda yerinə yetirməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi ümumiyyət lə demək olar ki, hər hansı bir araşdırma aparmamış, yalnız Ali Məhkəmənin qərarını köçürərək tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması nəticəsinə gəlmiş və Ali Məhkəmənin göstərişinə sadəcə bir abzasla fikir bildirmişdir. Bundan başqa, tərəflər arasında aktiv borc öhdəliyinin olub-olmaması, olduğu halda məbləği müəyyən edilməli, bundan sonra mənzillərə dair müqavilələrin tam (öhdəlik tam icra edildiyi halda) və ya öhdəliyin icra edilmiş hissəsinə müvafiq olaraq hansı həcmdə ləğv edilməsinin mümkünlüyü məsələsi tərəflərlə müzakirə olunmalı və onların mövqeyi nəzərə alınmaqla mübahisənin həlli ən əlverişli şəkildə tamamlanmalıdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 də birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 a tasına olan 500.000 manat borcundan 200.000 manat qaytardığını, hazırda 300.000 manat borcunun qaldığını, ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğı-satqı müqavilələrini geri qaytarmağa razı olduqlarını bildirmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

52. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

53. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya in stansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəm əsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə ira də ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddə sinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə, habelə həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

60. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

61. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağla nan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərar)

62. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Hazırkı işdə kassator Cavabdeh1lə arasında bağlanmış müqavilələrinin yalan əqd olmasını, əslində sonuncunun atası ilə MMC-nin keçmiş təsisçisi Cavabdeh3 arasında mövcud olmuş borc münasibətlərinin təminatı olmasını iddia etsə də, bu tələbini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir.

64. Əksinə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin atası arasında borc münasibətləri mövcud olsa və həmin borc öhdəliyini təminat altına almaq məqsədilə iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə podrat müqavilələri imzalansa da, borcun ödəniləcəyi təqdirdə həmin mənzillərin də müvafiq olaraq iddiaçıya qaytarılacağı razılaşdırılmışdır.

65. Yəni mübahisələndirilən müqavilələr tərəflərin sərbəst iradələri əsasında arzu etdikləri məzmunda bağlanmışdır ki, bu cür müqavilələrin bağlanması mülki qanunvericiliyin tələblərinə zidd olmamaqla qanunla qadağan edi lməmişdir.

66. Odur ki, qeyd olunan müqavilələrin Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir.

67. Cavabdeh3 aldığı borcun bir hissəsinin qaytarılmasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu hal müqavilələrin (və ya onların hər hansı birinin) etibarsız hesab olunması üçün əsas ola bilməz. Bu müqavilənin xitamı üçün əsas kimi qiymətləndirilə bilər ki, hazırkı icraatda belə tələb irəli sürülməmişdir. Odur ki, Cavabdeh3 (və ya "xxxx" MMC-nin) cavabdeh tərəfə borcun hər hansı hissəsinin qaytarıb-qaytarmaması, qaytarıldığı halda isə müqavilələrə (onlarından hansısına) xitam verilməsi üçün əsasın olması müvafiq iddia verildiyi halda, müstəqil məhkəmə araşdırmasının predmeti olmalıdır.

68. Beləliklə, mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(104)-2221/2024 nömrəli qətnaməsi dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar