Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1691/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qızına, Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyətdə payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və xov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7126/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətində olmuş, sonuncu 15.06.2017-ci il tarixdə ölmüş, 13.07.20 17-ci il tarixdə vərəsəlik işi açılmış və mərhumun əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyri-yaşayış sahəsinə ******* saylı çıxarışla Cavabdeh2 qızının 1/4 payı, ******* saylı çıxarışla Cavabdeh1 oğlunun 1/4 payı müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(005)-1277/2018 nömrəli qətnaməsi ilə x və Cavabdeh2lərin iddia tələblərinin təmin edilməməsi, İddiaçı iddia tələblərinin təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınması, X3, həmçinin Cavabdeh1 oğlunun və Cavabdeh2 qızının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrə li və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun onların özünə aid olunması, ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 oğlunun, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(005)-1277/2018 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh1 oğlunun və Cavabdeh2 iddia tələblərinin təmin olunması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin Cavabdeh1 oğluna və Cavabdeh2, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tik ililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertiza xərci qismində 200 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli 2(102)5860/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli 2(103)-3479/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı X11 Qasım oğlu cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 oğlu, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızına verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat kontorunun, Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlamış göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızının 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bərabər hissələrdə cəmi 15.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun və X1 birgə mülkiyyətində olmuş, sonuncunun 15.06.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar 13 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır və cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızı X1 vərəsələridirlər. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 19.01.2006-cı il tarixli şəhadətnaməsi ilə ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi onun və X1 birgə mülkiyyətinə verilmiş, ******* saylı Çıxarışdan da görünür ki, həmin qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında onların birgə mülkiyyətində olmuşdur. Həmin mülkiyyət sənədlərində payların müəyyən edilməməsinə baxmayaraq 13 saylı notariat tərəfindən əmlak üzərində paylar müəyyən edilməklə miras bölgüsü aparılmış, daha sonra müvafiq məlumatlar daşınmaz əmlakın reyestr xidmətinə ötürülmüşdür. Nəticədə, qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə deyil, paylı mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızının həmin əmlak üzərində 1/4 payı müəyyənləşdirilmişdir. ******* saylı çıxarışla Cavabdeh2 qızının 1/4 payı, ******* saylı çıxarışla Cavabdeh1 oğlunun 1/4 payı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, bu qaydada bölgünün aparılması Mülki Məcəllənin 213.5-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cava bdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızının vəkili və nümayəndəsi Vəkil1 iddiaya etiraz edərək məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmiş, iddia prosessual müddətlər ötürülməklə verildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 20 fevral 2020-ci il tarixli 2(006)-835/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, notariat orqanının ümumi əşyaya tərəflərin paylı mülkiyyətini müəyyənləşdirmək səlahiyyəti olmamış, buna baxmayaraq ümumi əşyaya digər mülkiyyətçinin (İddiaçı) razılığı olmadan payları müəyyən etmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızına verilməsi bar ədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərini və buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlanmış göstəriş məktubları və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, Mülki Məcəlləsinin 213.5-ci maddəsinin tələblərinə əsasən “Birgə mül-kiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.” Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının qeyd edilən paylara uyğun naturada bölgüsü aparıldığından və həmin əmlaka dair cavabdehlər C avabdeh1 oğlu, Cavabdeh2 qızının mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi tələblərinə dair İddiaçı iddiası rədd edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmə bu qətnamə ilə müəyyən edilmiş halların preyudisial olduğu, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və hazırki işdəki cavabdehlərə qarşı mülkiyyət hüququna xitam verilməsi və çıxarışın qanunsuz hesab edilməsi t ələbinə dair iddia ərizəsi ilə 01.03.2018-ci il tarixində Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə hazırlıq iclası 19 mart 2018-ci il tarixində keçirilmişdir. İddiaçının ünvan 3 ünvanında yerləşən 132,8 kv.m ərazisi olan qeyri-yaşayış binasının X4 məxsus 1/2 hissəsi vərəsələr x və Cavabdeh2lərin mülkiyyətinə keçməsindən ən geci 01.03.2018cı il tarixində) məlumatları olmasına baxmayaraq Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə 1 il 7 ay sonra vərəsəlik hüququ haqqında şəhadətnamələri və çıxarışları mübahisələndirmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 354.1, 354.2, 367.1, 368, 372, 374.1, 375, 377, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Qətnamədən narazı qalan iddi açı apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia müddətinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli 2(005)1277/2018 nömrəli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli 2(103)-3479/2019 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019cu il tarixli 2(102)-5860/2019 saylı qərarının preyudisiallığının tətbiqinə görə iddia tələblərinin təmin olunmadığı hissələrdə ləğv edilməsini, qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə notariat kontorunun hərəkətlərinin və buna dair həmin notariat kontoru tərəfindən DƏDRX-ə ünvanlanmış göstəriş məktublarının və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair hərəkətlərin Mülki Məcəllənin 213.5-ci maddəsinin təl əblərinə uyğun olmaması hissəsində dəyişdirilmədən saxlanılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 21 sentyabr 2020-ci il tarixli 2(103)-7126/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-835/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddiaçı X11 Qasım oğlunun cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 oğlu, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haq qında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, hazırki iş üzrə Mülki Məcəllənin 223.3-cü maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 213.5-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Belə ki, mübahisəli əmlak İddiaçı və X1 ümumi birgə mülkiyyətində olmuşdur. Mülki Məcəllənin 223. 3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birgə mülkiyyətdə olan əmlak bölünərkən və ya ondan pay ayrılarkən birgə mülkiyyətin iştirakçıları arasında ayrı qayda nəzərdə tutulmamışdırsa, birgə mülkiyyətdə onların payları bərabər sayılır. Yəni, nə qədər ki bunun əksi sübuta yetirilməyib, birgə iştirakçılıqda birgə mülkiyyətçilərin paylarının bərabər sayılması prezumsiyası qüvvədədir. Bunun əksini sübut etmək yükünü payının artıq olduğunu iddia edən tərəf, yəni hazırki halda iddiaçı daşıyır. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış s ahəsinə münasibətdə İddiaçı və X1 hər birinin payı bərabər olmaqla 1/2 hissə üzrə olmuşdur. Notarius da məhz buna əsaslanaraq, haqlı olaraq, mərhum X1 1/2 payına vərəsəlik iş açaraq, həmin payı vərəsələri (övladları) arasında bərabər hissədə müəyyən edib, hər birinə 1/4 pay barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətin ötürülməsi barədə məhkəmənin gəldiyi nəticə yanlışdır və cavabdeh tərəfin bununla bağlı ərizədə qeyd etdikləri əsassızdır, çünki hazırki işdə söhbət etibarsız (əhəmiyyətsiz) əqddən yox, notariusun hərəkətlərindən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən) gedir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 223.3-cü Azərbaycan Respublikası MPM-nin 386-cı maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı X11 Qasım oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7126/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin və iş üzrə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin hansı hissəsini təmin etməsini öz qətnaməsində göstərməmişdir. Bundan başqa, apelyasiya məhkəməsi iş üzrə cavabdeh olan Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun tər əfləri xüsusən iddiaçını cəlb etmədən əmlakda sonuncunun payını müəyyən etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət Mülki Məcəllənin 213.5-ci maddəsinin tələbinə əsasən tərəflər arasında razılaşma olmadıqda yalnız və yalnız məhkəməyə aiddir. Məhkəmə Mülki Məcəllənin 223.3-cü maddəsinə istinad etmişdir, lakin apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında razılıq varsa və razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa yalnız bu halda mülkiyyətçilərin payları bərabər sayıla bilər. Hazırki halda, tərəflər arasında hər hansı razılaşma yoxdur və onların arasında mübahisə vardır. Həmçinin tərəflərinin payının bərabər sayılması məsələsinin həlli də Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun səlahiyyətinə aid deyildir. Bununla da, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün t ətbiq etməmiş, prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X11 Qasım oğlunun vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7126/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızının vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və X1 ümumi birgə mülkiyyətində olan mübahisəli əmlakda onların hər birinin payı B.Məmmədzadənin sağlığında mübahisələndirilməmişdir. Yuxarıda qeyd edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə isə İddiaçı həmin əmlakın tam olaraq ona məxsus olması, B.Məmmədzadənin həmin əmlaka iddialı olmaması və s. dəlilləri ətraflı araşdırılmış və hüquqi qiymət verilmiş, həmin dəlillər əsassız hesab edilmişdir. Həmçinin məhk əmə kollegiyası nəzərə alır ki, həmin qətnamə ilə tərəflər arasında paylara uyğun olaraq əmlak naturada bölünmüşdür. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, nə qədər ki bunun əksi sübuta yetirilməyib, birgə iştirakçılıqda birgə mülkiyyətçilərin paylarının bərabər sayılması prezumsiyası qüvvədədir. Bunun əksini sübut etmək yükünü payının artıq olduğunu iddia edən tərəf, yəni hazırki halda iddiaçı daşıyır. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X11 Qasım oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(103)7126/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.