Məhkəmə qərarları › İş №2(102)-1693/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1693/2024

06.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1693/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-581/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Deputatlar Soveti İcraiyyə Komitəsinin 16 may 1962-ci il tarixli 27/919 nömrəli qərarına əsasən 26 Bakı Komissarı adına NQÇİ-nə mədən ərazisi ayrılmış və onun sərhədləri müəyyən edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş "xxxx" İB-nin “Bibiheybətneft” NQÇN-nin daimi istifadəsində olan torpaq sahələri barədə topoqrafik plan-xəritəyə əsasən Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin olduğu ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı daimi istifadəsində olan torpaq sahəsində yerləşmişdir.

3. İddiaçı “Bibiheybətneft” NQİ-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş və imzalanmış 7 iyun 2010-cu il tarixli akta əsasən "xxxx" İB-nin “Bibiheybə t neft” NQÇN-nin daimi istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi, ö/t 20B ünvanında Cavabdeh yaşadığı özbaşına tikili müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, cavabdehin və onunla yaşayan ailə üzvləri ilə birlikdə qanunsuz tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Bibiheybətneft” NQÇİ-nin ( 26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər icra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 icraiyyə Komitəsinin) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o, Səbail rayonu ərazisində ən azı 1962-cı ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirmişdir. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Resp ublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaratmışdır. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmuşdur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, mübahisəli evi 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən satın almış, həmin evə dair ona 19 saylı MİS tərəfindən mənzil kirayəçisi haqqında məlumat vərəqi verilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra– birinci instansiya məhkəməsi) 2(009)-3350/2010 nömrəli iş üzrə 16 dekabr 2010-cu il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikili inşa edilmişdir. Həmin tikili barədə cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surəti və 15198 saylı mənzil kirayəçisi haqqında məlumat vərəqinin surəti, daşınmaz əmlak üzərində hüquq müəyyənedici sənədlər olmadığından, cavabdeh tərəfin etirazı əsassız olmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, dövlət müəssisəsi olan “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaqlar sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan və həmin torpaqların təyinatının dəyişdirilməsi, habelə hər hansı bir şəxsin istifadəsinə verilməsi barədə heç bir sənəd olmadığından iddia tələbi ə saslı olmuşdur.

10. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 180-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 22, 46, 111-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barə də yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə sorğusuna cavab olaraq AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 30 mart 2011-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 3 ünvanda yerləşən mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində qalan torpaqlara aid olmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş "xxxx" İB-nin “Bibiheybətneft” NQÇİ-nin istifadəsində olan torpaq sahəsinin topoqrafik planına əsasən Dövlət Neft Şirkətinin ərazisinin daxilində yerləşmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(103)-1332/2011 nömrəli mülki iş üzrə 30 mart 2011-ci il tarixli qətnaməsi ilə (hakimlər İ smayıl Vəliyev (sədrlik edən və məruzəçi), Gündüz Quliyev və Sevda Hüseynova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(009)3350/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hal, yəni mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 674 saylı sərəncamı ilə ARDNŞ-nin nəzdində olan “Bibiheybətneft” NQÇİ-nin istifadəsindən geri alınması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Bu səbəbdən də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessua l hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2452/2011 nömrəli mülki iş üzrə 25 avqust 2011-ci il tarixli qərarı ilə (hakimlər Ənvər Şadiyev (sədrlik edən və məruzəçi), İslam Əliyev və Şahmurad Hidayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 m art 2011-ci il tarixli, 2(103)1332/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin yaşadığı tikilinin ARDNŞnin İddiaçı “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsinin heç bir qanuni icazə olmadan özbaşına zəbt olunmaqla inşa edildiyi mülki iş materiallarında olan sənədlərlə və işin apellyasiya instansiya məhkəməsinin araşdırılmış halları ilə tam təsdiq edilmişdir. ç)Avropa İnsan Hüquqları Məhkəməsindəki icraat

19. Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək onun işinə baxılarkən Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (yəni mülkiyyət hüquqlarının p ozulması) dair pozuntuların müəyyən edilməsini xahiş etmişdir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə yekdilliklə Konvensiyanın 8-ci maddəsinə əsaslanan şikayəti məqbul, ərizənin qalan hissəsini isə qəbul edilməz elan etmiş, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan çıxarılma qərarı icra edilərsə, Konvensiyanın 8-ci maddəsinin pozulacağını, pozuntunun müəyyən edilməsinin özlüyündə ərizəçinin dəymiş olduğu mənəvi zərər üçün kifayət qədər ədalətli kompensasiya təşkil etdiyini qərara almış, ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd etmişdir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi 1 saylı Protokolun 1-ci madd əsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”-lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi mənafe hüququ veribverməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il).

22. Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünmüşdür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmiş, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir və ərizəçi ilə satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsində, həqiqətən, müqavilənin imzalanması üçün tərəflər tərəfindən boş buraxılmış razılaşdırılmalı olan tarixlə bağlı müddəa olmuşdu r. Bundan başqa Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş.

23. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır ki, bu da ərizəçinin həmin müddəalarının sözügedən evə münasibətdə tətbiq edilməyəcəyinə inanmasına səbəb olmuşdur (Öneryıldız, § 128 ilə müqayisə edin).

24. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İs tismar İdarəsi tərəfindən sənəd verilmiş və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə iş materiallarından göründüyü kimi yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmiş və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018 ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, § 105 və § 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007-V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin).

25. Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu özlüyündə evin sökülməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olm aq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonavius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahooa və başqaları, §§ 67-68 ).

26. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir.

27. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci m addənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

28. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. 2

9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o məqbul elan edilməlidir.

30. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev" anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X1rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən e vi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.

31. Məhkəməyə verilən son məlumatın tarixinə qədər ərizəçi hələ də evdən çıxarılmamışdır. Bundan əlavə, vəzifəsi hər hansı müvafiq hadisələr barədə məhkəməni məlumatlandırmaqdan ibarət olan ərizəçi bu günə qədər 2015-ci ildən sonra çıxarılma qərarının icra edildiyini iddia etməmişdir. Buna görə də, məhkəmə sözügedən qərarın təmin edilmədiyi mövqeyi tutaraq işə baxacaq. Buna baxmayaraq, çıxarılma qərarı məhkəmənin yekun qərarı ilə qüvvədə saxlanılmış və icra edilə bilən elan olmuş, ərizəçi ona qarşı əlavə hüquqi müraciətə malik deyil. Müvafiq olaraq, məhkəmənin ərizəçinin evinə hörmət hüququna müdaxilə edildiyinə şübhə etmək üçün heç bir əsası olmamışdır.

32. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-cı maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə...zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin "xxxx"-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Buna görə də, müdaxi lənin qarşıya qoyulan məqsədlə mütənasib olub-olmadığını və beləliklə, “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək qalmışdır.

33. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanun suzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallığa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).

34. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmi ş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və çəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).

35. Bundan əlavə indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə "xxxx" yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı d igər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).

36. Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə onun əldə edə biləcəyi yeganə şey evdən çıxarıl ması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış, (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57).

37. Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxiləni n mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir.

38. Ona görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. d)Ali Məhkəmənin Plenumunda icraat

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-5(a)/2022 nömrəli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2011 nömrəli iş üzrə 30 mart 2011-ci il tarixli qətnaməsi və onunla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2452/2011 nömrəli iş üzrə 25 av qust 2011-ci il tarixli qərarı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansıyası məhkəməsinə göndərilmişdir.

40. Ali Məhkəmənin Plenumu hazırkı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli Qərarında şərh edilənlərlə razılaşaraq hesab etmişdir ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır.

41. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir.

42. O cümlədən mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reaksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.

43. Plenum öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431-1, 431-4, 431.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-842/2023 nömrəli mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(009)-3350/2010 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında şərh edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ev cavabdehin yeganə evi olduğu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə q ızı ilə birlikdə evsiz qalacağı labüddür. Bundan başqa cavabdehin izahatı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənlərə əsaslandırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşlı və təqaüdçüdür, məhkəmə mübahisələri getdiyi bu uzun müddət ərzində maddi və sosial vəziyyətində heç bir irəliləyiş olmamışdır. Mübahisəli evin yerləşdiyi ərazilər isə yeni evlər və qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur. Bunu təsdiq edən fotoşəkilləri də təqdim etmişdir. Yenə də qızı ilə birgə yaşamış və qızı da işləməmişdir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin dəlillərini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilməmişdir.

47. İddiaçının vəkili (nümayənd əsi) məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə bərabər, eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, qətnamənin nəticə hissəsində '‘Qətnamə cavabdeh müvafiq qurum tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra icra edilsin” kimi qeydin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin icrası ilə bağlı məsələ qətnamənin icrası mərhələsinə aiddir.

48. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. ə)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

49. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" İB-nin əsas məqsədi Dövlət Neft Şirkətinə məxsus olan karbohidrogen yataqlarının kəşfiyyatını, hazırlanmasını, tikintisini, işlənməsini, neftin, qazın, qaz kondensatının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsini, eləcə də sahədə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarını və inkişafını təmin etməkdir. Birlik, Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən, quru və dəniz sahəsində onun istifadəsinə verilmiş neft və qaz yataqlarında geoloji kəşfiyyat işlərini həyata keçirmək, neft və qaz quyularının tikintisini və işlənməsini təmin etmək, neft və qaz quyularının effektiv şəkildə istismar edilməsi sahəsində xid mətlər göstərmək, neft və qaz ehtiyatlarının artırılmasını təmin etmək və s. əməliyyatları həyata keçirir. Mübahisəli özbaşına tikilidən 104 və 124 metr məsafədə müvafiq olaraq 3716 və 2959 saylı istismar edilən işlək, 25 və 42 metr məsafələrdə isə müvafiq olaraq 1928 və 1436 saylı ləğv olunmuş neft-qaz quyuları yerləşmişdir. Həmin quyuların yerləşdiyi sahədə məhsuldar neftli-qazlı laylar mövcud olmuşdur. Həmin quyuların istismarı davam etmiş və digər dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılmasına zərurət olmuşdur. Hazırda yuxarıda qeyd edilən quyuların ətrafında özbaşına tikililərin mövcudluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə, yeni quyuların qazılmasına maneçilik törətmiş, bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq dövlətin gəlirlərinin azalmasına səbəb olmuşdur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amil olmuş, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirmişdir.

51. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarına görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünmüşdür ki, mübahisəli özbaşına tikili ilə işlək vəziyyətdə olan 3716 saylı quyu arasındakı məsafə 104 metr, 2959 saylı quyu arasında olan məsafə isə 124 metr təşkil etmişdir. Ləğv olunmuş 1928 saylı quyu ilə tikili arasındakı məsafə 25 metr, 1436 saylı quyu arasındakı məsafə isə 42 metr təşkil etmişdir. Həmin tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin tikilidə yaşayanların həyatı üçün təhlükəli olmuş, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneəçilik törətmişdir. Mübahisəli tikilinin yerləşdiyi ərazidə qazılmış 3716, 2959, 1928, 1436 saylı quyulardan 3716 (gündəlik neft hasilatı 2,0 t), 2959 (gündəlik neft hasilatı 1 t) saylı quyular hazırda işləmiş, 1928 və 1436 saylı quyular isə ləğv edilmiş, həmin sahədə məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılması zəruri olmuşdur.

52. Cavabdehin başqa bir yaşayış sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı kassator qeyd etmişdir ki, həmin məsələ iddiaçının səlahiyyətlərinə aid olmamışdır. Cavabdeh iddiaçının qanuni istifadəsinə verilmiş, yaşayış üçün təhlükəli olan və neft-qaz çıxarılması üçün müvafiq əməliyyatlar keçirilən ərazidə özbaşına tikili alarkən və ya tikərkən mümkün riskləri və onun nəticələrini bilməli idi. Buna görə də iddiaçının cavabdehin hər hansı yaşayış sahəsi ilə təmin e tmək kimi öhdəliyinin olmağından söhbət gedə bilməz.

53. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin özbaşına tikilinin yerləşdiyi torpaq sahəsində məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyuların qazılmasının zəruri olması ilə bağlı sənədlər təqdim edilmiş, məhkəmə tərəfindən həmin sənədlərin nə üçün qəbul edilməməsi əsaslandırılmamışdır. Halbuki, AHİM qərarına əsasən mübahisəli torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər sənaye təyinatlı işlənmə məqsədləri üçün "xxxx" İB-yə lazım olub-olmadığı aydınlaşdırılmalı idi.

54. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2781/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)842/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

55. Məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülm əsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

56. İşə baxan məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq yaşayış yerinin sökülməsi barədə nəticəyə gəlsələr də, qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki iş üzrə qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışd ır. Ona görə də işə yenidən baxan apellyasiya məhkəməsi iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsini dəqiq müəyyən etməlidir. Buraya evin qanunsuz tikilibtikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olubolmaması və sair diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaş ayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin. Belə ki, məsələsini ətraflı araşdırmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.

57. Məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

58. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır. f)Apellyasiya instansiyası məhkəməsin dəki üçüncü icraat

59. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-581/2024 nömrəli mülki iş üzrə 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2010cu il tarixli, 2(009)-3350/2010 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.

60. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarına qiymət verilməmiş, iddiaçının tələbinə münasibətdə cavabdehin hansı hüquq və maraqlara malik olduğu araşdırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir. Kollegiya qe yd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə hüququ dəyərləndirmə həyata keçirilərkən mübahisə predmeti olan tikilinin sökülməsinin və cavabdehin oradan çıxarılmasının vacib olub-olmaması, eyni zamanda tikilinin söküləcəyi təqdirdə cavabdehin sonrakı həyat şəraitinin necə olacağı, yəni yaşamaq üçün başqa yerinin mövcud olubolmaması istiqamətində tədqiqat aparılmamışdır.

61. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, iddianın həllinə dair araşdırma apararkən işin hallarına cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından qiymət verilməlidir. Bu zaman mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar nəzərə alındıqda, iddianın əsaslı olduğu qənaətinə gəlinir.

62. Özbaşına tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, həmin tikilidə yaşayanların həyatı üçün təhlükəli olmaqla yanaşı, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir. Digər tərəfdən müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazımlı ərazidir.

63. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxmayaraq ki, cavabdehin istifadəsində olan tikili özbaşına inşa olunmuş tikilidir və Avropa İnsan Hüquqları Məhkəməsi hazırki iş üzrə qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, onun sökülməsi ilə iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun müəyyən edilmədiyini və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsini və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir, lakin həmin qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiy asının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.

64. Beləliklə, iş üzrə yuxarı məhkəmələrin hüquqi mövqeləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ev neft-qaz yataqlarının işləndiyi ərazinin hüdudları daxilində yerləşdiyindən, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, tikilinin sökülməsi və cavabdehin çıxarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından, eyni zamanda cavabdehin başqa yaşayış yeri müəyyən edilmədiyindən kollegiya hesab etmişdir ki, qətnamə ləğv edilməli, iddia təmin edilməli, lakin qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.

65. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah etmişdir.

66. Məhkəmə kollegiyası öz hüqu qi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

67. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instanasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

68. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, 20 ilə yaxındır ki, mübahisəli tikiliyə, eləcə də tikinin yerləşdiyi torpaq sahəsinə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Cavabdeh həmin hüquqa güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmişdir. Bütün bunlardan sonra iddiaçı həmin tikilinin sökülməsi iddiası verirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini tam və düzgün araşdırmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

69. Kassasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

70. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

71. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq i xtiyarı yoxdur.

72. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

73. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 7

4. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

85. Kassasiya instansiyası məhkəməsi Cavabdeh münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh münasibətdə təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

86. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarına qiymət verilməmiş, iddiaçının tələbinə münasibətdə cavabdehin hansı hüquq və maraqlara malik olduğu araşdırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir.

87. Apell yasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə hüququ dəyərləndirmə həyata keçirilərkən mübahisə predmeti olan tikilinin sökülməsinin və cavabdehin oradan çıxarılmasının vacib olub-olmaması, eyni zamanda tikilinin söküləcəyi təqdirdə cavabdehin sonrakı həyat şəraitinin necə olacağı, yəni yaşamaq üçün başqa yerinin mövcud olub-olmaması istiqamətində tədqiqat aparılmamışdır.

88. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın həllinə dair araşdırma apararkən işin hallarına cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından qiymət verilməlidir. Bu zaman mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazin in müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar nəzərə alındıqda, iddianın əsaslı olduğu qənaətinə gəlinir.

89. Özbaşına tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, həmin tikilidə yaşayan cavabdehin həyatı üçün təhlükəli olmaqla yanaşı, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneəçilik törədir. Digər tərə fdən müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazımlı ərazidir.

90. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdehin istifadəsində olan tikili özbaşına inşa olunmuş tikilidir və Avropa İnsan Hüquqları Məhkəməsi hazırkı iş üzrə qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq onun sökülməsi ilə iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun müəyyən edilmədiyini və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsini və həmin sahələrdə yaşayan şəxslə rin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir, lakin həmin qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.

91. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli ev neft-qaz yataqlarının işləndiyi ərazinin hüdudları daxilində yerləşdiyindən, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, tikilinin sökülməsi və cavabdehin çıxarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından, eyni zamanda cavabdehin başqa yaşayış yeri müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsin in qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, lakin qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.

92. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə kollegiyası ona qətnamə icra edildiyi zaman Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəslində nəzərdə tu tulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah etmişdir.

93. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qətnamə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

94. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbləri yalnız Cavabdeh qarşı yönəlməyib, həm də onunla birlikdə mübahisəli evdə yaşayan “digər şəxslə rə” qarşı yönəlib və onların da həmin evdən çıxarılmasını tələb edir.

95. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

96. Həmin Məcəllənin 149.2-149.2.2, 149.2.3-cü maddələrində göstərilir ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin...soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar...iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb və sair göstərilməlidir.

97. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə...məhkəmə ərizəni baxılmamış saxlayır.

98. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan hallara əhəmiyyət verməyib və iddia ərizəsində “digər şəxslərin” soyadının, adının və ata adının qeyd edilməməsini nəzərə almayıb.

99. Başqa sözlə apellyasiya instansiyası məhkəməsi “digər şəxslərin” şixsiyyətini müəyyən edib onları da cavabdeh statusunda işə cəlb etmədən, iddianı “digər şəxslərə” münasibətdə də təmin etməklə, yuxarıda sadalanan mülki prosessual normaların tələblərini pozub.

100. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını tamamilə, yaxud qismən ləğv edib...iddianı qismən baxılmamış saxlaya bilər.

101. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi hesab edir, cavabdehin k assasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - “digər şəxslərin özbaşına tikilidən çıxarılması” hissəsində ləğv edilməli, həmin hissədə iddia baxılmamış saxlanılmalı, qalan mübahisələndirilən hissədə qətnamə Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.

102. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(103)-581/2024 saylı qətnaməsi qismən - “digər şəxslərin özbaşına tikilidən çıxarılması” hissəsində ləğv edilsin, həmin hi ssədə iddia baxılmamış saxlanılsın. Qalan mübahisələndirilən hissədə qətnamə Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar