Məhkəmə qərarları › İş №2(102)-1699/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1699/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(107)-1012/2023 nömrəli, 05 mart 2024-cü il tarixli qərardadından İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 18 ildən çox faktiki sahibliyində və istifadəsində olan 0,05 ha torpaq sahəsinə münasibətdə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə münasibətdə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(051)-342/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin tamamilə ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-1012/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ələddin Məcidov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.

6. Qətnamədən iddiaçı (Vəkil2) xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəmənin Mülki kollegiyasının 2(107)-1012/2024 nömr əli, 09 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ələddin Məcidov) iddiaçının kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti elektron qaydada imzalanmamış, həmçinin müddəti ötürülməklə verilmiş və müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçının elektron kabinetinə 06 noyabr 2023-cü il tarixdə yerləşdirilmiş, həmçinin qətnamə iddiaçıya 14 noyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada təqdim edilmiş, sonuncunun tərtib etdiyi kassasiya şikayəti isə 29 yanvar 2024-cü ildə poçt şöbəsinə təqdim edilmiş, 02 fevral 2024-cü il tarixdə apelly asiya məhkəməsinə daxil olmuşdur. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.2ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmiş və müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir.

9. İddiaçı (Vəkil2) qətnamədən 11 fevral 2024-cü il tarixdə təkrarən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir.

10. Şəki Apellyasiya Məhkəmənin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi qərardadı onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilsə də, MPM-in 3 saylı Əlavəyə uyğun tərtib edilməmişdir.

12. İddiaçı (Vəkil2) qətnamədən 19 fevral 2024-cü il tarixdə təkrarən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1012/2023 nömrəli, 05 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçının verdiyi kassasiya şikayətinin verilməsi üçün müddətin üzrlü səbəbdən ötürülməsi barədə ərizəsi təmin edilməyərək, kassasiya şikayəti geri qaytarılmışdır.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə xx.xx.2023-cü il tarixdə iddiaçıya və onun vəkili Vəkil1 şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə iddiaçının ünvanına təqdim edilmişdir. İddiaçı isə kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə pro sessual müddəti buraxmışdır. Həmçinin iddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir.

15. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.5, 135.6, 135.8, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

16. Qərardaddan iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 05 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti ilə əla qədar “Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin işə baxan məhkəmə bu hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsində müki işə baxılarkən mülki işə obyektiv, baxılmalı olduğu halda, ötürülmüş müdd ətin üzürlü hesab edilərək müddətin bərpa edilməsi haqda qərardad çıxarmalı olduğu halda, bunlar edilməmişdir. Məhkəmə qətnaməsinin gec alınması üzürlü səbəb hesab edilməli olduğu halda, nəticədə bu əksini tapmamış, prosessual hüquq norması düzgün tətbiq edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

19. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya s istemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

26. Ma ddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

27. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemi ndə qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 29.. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiy alarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməs i tərəfindən qaytarılır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

38. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşd ırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

39. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tər əfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətində göstərilənlər əsassızdır.

44. Qeyd olunmalıdır ki, iddiaçı (Vəkili Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətində, apellyasiya məhkəməsi tərəfindən müddətin bərpa edilməməsi ilə prosessual qanunvericiliyin normalarının pozulmas ını qeyd edərək, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etsə də, müddətin buraxılması ilə bağlı iddiaçının iradəsindən asılı olmayan halın nədən ibarət olmasını qeyd etməmiş, müddətin buraxılması səbəblərinin üzrlü hesab olunması ilə bağlı hər hansı hala istinad etməmiş, kassasiya şikayətini əsaslandırmamışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya instansiya məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq iddiaçının və onun vəkili Vəkil1 şəxsi elektron kabinetinə 06 noyabr 2023-cü il tarixdə yerləşdirilmiş, həmçinin qətnamə iddia çıya 14 noyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada təqdim edilmiş, sonuncunun kağız formatında tərtib etdiyi kassasiya şikayəti isə 29 yanvar 2024- cü ildə poçt şöbəsinə təqdim edilmiş, 02 fevral 2024-cü il tarixdə apellyasiya məhkəməsinə daxil olmuş, sonradan isə elektron qaydada düzgün tərtib edilmiş kassasiya şikayəti 19 fevral 2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq ol araq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

47. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

48. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada an onimləşdirilməklə elektron qaydada yayılır.

49. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 06 noyabr 2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş, yəni onun və nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yüklənmişdir. İddiaçı isə apellyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 06 yanvar 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, düzgün tərtib edilmiş şikayət yalnız xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun iddiaçıya və nümayəndəsi v ə vəkili Vəkil1 elektron sisteminə yüklənməsindən 3 ay 13 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.

50. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsində qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməməsini əsas götürərək kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çal ışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müd dət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 53. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olma sın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

55. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı (Vəkili Vəki l2) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 3 ay 13 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününlərini gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə, yaxud müddət keçdikdən sonra verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.

57. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hans ı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1012/2023 nömrəli, 05 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar