Məhkəmə qərarları › İş №2(102)-170/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-170/2020

08.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-170/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Kazımof Əfqan Xanlar oğlu, cavabdeh x2 və cavabdehin vəkili Babayev Elxan Camaləddin oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhk əməsinin 23 aprel 2019-cu il tarixli, 2(010)1870/2019 saylı qətnaməsi ilə(sədrlik edən hakim L.Talıbova), iddia ərizəsi qismən təmin edilərək, x1 tərəfindən xx.xx.2007-ci il təvəllüdlü x3 münasibətdə miras payının qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılması üzrlü hesab olunması, qanun üzrə vərəsəlik hüququ haqqında 05.08.2015-ci il tarixli şəhadətnamə və x4 ilə x2 arasında bağlanmış 05.08.2015-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən x2nun adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv olunması, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova(sədrlik edən, məruzəçi), V.Həsən ov və X.Sarıyev, 2(103)9711/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(010)-1870/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. İşin halları İddiaçı x1 cavabdehlər Bakı şəhəri 10 saylı Notariat kontoruna, x2na, x4na və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü x5 ona çatası miras payı qəbul etməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən verilmiş 05 avqust 201 5-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, x4 ilə x2 arasında imzalanmış 05 avqust 2015-ci il tarixli “Vərəsəlik payın bağışlanması müqaviləsi”nin və həmin müqaviləyə əsasən ünvan 1 yaşayış evinin x2nun adına dövlət reyestrində qeydə alınması barədə Çıxarışın ləğv edilməsi, ünvan 1yaşayış evinin 2/3 hissəsinin miras payı kimi x2nun, 1/6 hissəsinin x4nın və 1/6 hissəsinin isə 07 iyul 2007-ci il təvəllüdlü x5 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Kazımof Əfqan Xanlar oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh x2 və cavabdehin vəkili Babayev Elxan Camaləddin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 04.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x6 xx.xx.1978-ci ildə doğulmuş, valideynləri x7 və x8; Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 05.12.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x6 20.02.2015-ci ildə ölmüşdür; Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 14.06.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x6 ilə x9 arasında nikah 14.06.2007-ci il tarixdə bağlanmışdır; Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 26.04.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x5 xx.xx.2007-ci il tarixdə doğulmuşdur; 05.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.01.1987-ci ildə vəfat etmiş x10 əmlakının 1. 1/3 hissəsinə vərəsə ünvan 1- də qeydiyyatda olan həyat yoldaşı –x11. 2. 1/3 hissəsinə vərəsə ünvan 1-də qeydiyyatda olan oğlu –x2dur. 3. 1/3 hissəsinə isə vərəsəsi oğlu x7 idi, lakin onun 13.01.2004-cü ildə vəfat etməsi ilə əlaqədar mirasın ona çatan hissəsi ünvan 1-də qeydiyyatda olan qızı x4na keçir. Şəhadətnamə verilən miras əmlak mərhum x10 məxsus olan ünvan 1-də yerləşən ümumi sahəsi 89kv.m. o cümlədən yaşayış sahəs i 64,8 kv.m. yardımçı sahəsi 24.2kv.m. olan 4 otaqlı 3 saylı fərdi yaşayış evindən ibarətdir; Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 20.10.1976-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x2 xx.xx.1960-cı ildə doğulmuşdur, valideynləri x12 və x11; Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 21.X.1976- cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x13 xx.xx.1976-cı ildə doğulmuşdur, valideynləri x7 və x8; Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 25.04.1998-ci il tarixdə nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x14 ilə x4 arasında nikah 25.04.1998-ci ildə bağlanmışdır; Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 07.07.2015-ci il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, x7 xx.xx.1951-ci ildə doğ ulmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 02.07.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x7 13.01.2004-cü ildə ölmüşdür; Suraxanı rayon İHB-nın Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.07.2015-ci il tarixli arayışın surətindən görünür ki, mərhum x12 həqiqətən 1953-cü ildən vəfatına kimi (07.01.1987-ci il) ünvan 1 saylı evdə qeydiyyatda olub. Onun həyat yoldaşı x11 1956-cı ildən indiyə kimi qeydiyyatdadır. Onların birgə nikahından – 1) oğlu x7 - 13.01.2004-cü il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb. 2) oğlu – x15 - 17.08.1985-ci il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb. 3) oğlu x2 – qeydiyyatdadır. Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur; 954 saylı 10.V.1978-ci il tar ixdə verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 x10 mülküdür; 05.08.2015-ci il tarixli vərəsəlik payın bağışlanma müqavilənin surətindən görünür ki, x11 və x4 Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən 05.08.2015-ci il tarixdə 2V-183 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən vərəsəlik yolu ilə onlara çatan payı x2na bağışlamışdılar; x16 notariat qaydasında təsdiq olunmuş ərizənin surətindən görünür ki, x1 qonşusu x2nun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin gəlməmiş və heç vaxt göstərilən ünvanda yaşamamış və hal-hazırda da yaşamır; x17 notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, x1 on ların qonşusu x2nun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin gəlməmiş və heç vaxt göstərilən ünvanda yaşamamış və hal-hazırda da yaşamır; x18 notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, x1 onların qonşusu x2nun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin gəlməmiş və heç vaxt göstərilən ünvanda yaşamamış və hal-hazırda da yaşamır; RX seriyalı ******* saylı 20.08.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 x2nun adına xüsusi mlkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 306 nömrəli reyestr kitabının 28491 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi ba rədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mi ras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmi ş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Qeyd olunanlara əsasən apellüyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi müddətinin ötürülməsini üzrlü sayarkən iddiaçının xəstə olmasına istinad etsə də, bu hal iş materialları ilə təsdiq olunmamışdır. Qətnamədə (i/v 163 yuxarıdan birinci abzas) qeyd olunmuşdur ki, x1 məhkəmədə izahat ver ərək göstərmişdir ki, uzun müddət xəstə olduğundan vaxtında notariat orqanına ərizə təqdim edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi buraxılmış müddəti üzrlü sayarkən ancaq iddiaçının izahatına istinad etsədə, məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq vəkili bildirmişdir ki, iddiaçı onkoloji xəstəlikdən uzun müddət müalicə olunsa da, nəticəsi olmadığından əməliyyat olunaraq, hazırda sağlamdır, lakin bunula bağlı sənədləri tədqim edə bilməmiş, iş materiallarının 14-45-ci səhifələrində olan tibbi sənədlər isə iddiaçının onkoloji xəstəliklə bağlı müalicə və əməliyyat olunmasını təsdiq etməmişdir. Beləliklə, kollegiya qeyd etmişdir ki, iddiaçı mirasın qəbulu üçün hərəkətləri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində etməmiş, həmçinin həmin müddətin üzr lü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar