Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-170/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan və mirasa məcburi paydan məhrum edilmə ilə bağlı mübahisələr, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Güləhməd oğlu Nurməmmədov (məruzəçi), İspəndiyar Əsəd oğlu Şəfiyev və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərər” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli 2(103)-3912/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2025-ci il tarixdə Ali Məh kəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3857/2023 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh), X3, "xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı və s.” tələbinə dair iddiası üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2099/2022 nömrəli qətnaməsi baxılan hissədə - Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinə (bundan sonra mübahisəli mənzil) dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin xx. xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestr xidmətində olan ilkin qeydiyyatın ləğv edillməsi, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)4022/2023 saylı qərarı ilə apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 124000 manat pul vəsaitinin, 12400 manat əldən çıxmış faydanın və 426,4 manat dövlət rüsumunun tutulması barədə qətn amə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh qardaşı Cavabdeh ataları Mahmud İsmayılovdan miras qalmış mübahisəli mənzili iddiaçının iştirakı və məlumatı olmadan əvvəl öz adına rəsmiləşdirilmiş, sonradan isə X2 248000 manata satmışdır. Belə ki, cavabdeh mənzilin satışından əldə etdiyi pul vəsaitini özünə, ailəsinə və digər şəxsi məqsədləri üçün istifadə etməklə, vərəsə kimi ona məxsus olmuş paya dair hissəni də öz şəxsi maraqları üçün istifadə etmişdir. İddiaçı isə bu barədə məlumatı olduqdan sonra məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzilin ikidə bir hissəsinə vərəsəlik hüququ tanınmış və həmin mənzilə köçürülmüşdür. Həmçinin, işin hallarında qeyd olunan qətnamə ilə iddiaçıya iza h edilmişdir ki, o, zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb edə bilər. Ona görə də, cavabdeh miras qalmış əmlakı qanunsuz satdığına görə əldə etdiyi 248000 manat pul vəsaitindən iddiaçının payına düşən 124000 manatı, eyni zamanda 2022-2023-cü illər dövrü üçün 124000 manat pul vəsaitinin illik minimal 5 faiz hesabı üzrə hər ildə 6200 manat olmaqla, iki il dövrü üçün 12400 manat pul vəsaitini ona verməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş edir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2024-cü il 24 aprel tarixli e-2(009)-703/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, 124000 manat məbləğində pul və 12400 manat əldən çıxmış fayda olmaqla, cəmi 136400 manat məbləğində pul vəsaitinin və ödənilmiş 426,4 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mərhum X1 1-ci növbəli vərəsəsi olduğundan, mərhum atasının miras əmlakına daxil olan mübahisəli mənzilinin satışından əldə edilmiş pulun ikidə bir hissəsini tələb etməkdə haqlıdır. Çünki atasının qanun üzrə 2 vərəsəsi var və həmin vərəsələr hazırki iş üzrə tərəf olan iddiaçı və cavabdeh Nadi İsmayılovdur. Cavabdeh atasından miras qalmış və iddiaçının birinci növbəli vərəsə kimi ikidə bir hissədə payı olan həmin əmlakı 248000 manat pul müqabilində üçüncü şəxsə satması və həmin məbləğin hamısın ı özünün əldə etməsi işin hallarında qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənir. Belə olan halda cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən də sözügedən əmlakın satışından əldə etdiyi 248000 manat məbləğində pulun yarı hissəsi olan 124000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Məhkəmə tələb olunan 12400 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022 və 2023-cü illər üçün) 24 aylıq dövr üçün 124000 manat borc məbləğinə illik 5 faiz dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 24 ay üçün 12400 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbayc an Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1, 445.7, 448,1, 449.1, 1091.1, 1091.2, 1133.1 və 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehin vəsaiti hesabına əldə edildiyindən, miras əmlak kimi bölünməməlidir. Həmçinin, onun tərəfindən mənzildə 80000 manat dəy ərində əsaslı təmir işlərinin aparılmış və mübahisəli mənzil orada yerləşən 40000 manat dəyərində əşyalarla birlikdə 248000 manata satılmışdır. Mübahisəli mənzilin satışının etibarsız sayılması haqqında məhkəmə qərarının 2023-cü ilin sonunda qüvvəyə minməsi, iddiaçı tərəfindən 2022-2023-cü illər üçün əldən çıxmış faydanın illik 5 faiz dərəcəsi ilə hesablanması tələbini təkzib etdiyindən, məhkəmə bu tələbi təmin etməməlidir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 20 avqust tarixli 2(103)-3912/2024 nömrəli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətna məsi qismən – cavabdehdən 12400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv olunaraq, həmin hissədə iddianın qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 3100 manat pulun tutulması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı 2022-2023-cü illər üzrə illik 5 faiz hesablanmaqla 12400 manat vəsaitin tutularaq, ona ödənilməsini xahiş etmişdir. Lakin işin hallarına və qüvvədə olan məhkəmə aktlarına əsasən, cavabdehin iddiaçı qarşısında əvvəldən pul öhdəliyi olmamış, iddiaçının hazırki tələbi məhz miras qoyulmuş əmlakı əldə edə bilməməsi nəticəsində yaranmışdır. Ona görə də, cavabdehə artıq həmin vaxt açıq-aş kar bəlli olmuşdur ki, onun iddiaçı qarşısında müvafiq pul öhdəliyi mövcuddur. Çünki apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi digər cavabdehə - X2 (vicdanlı alıcı) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə, məhz son 6 aylıq müddət üzrə cavabdehin 124000 manat pul vəsaiti üzrə iddiaçıya illik 5 faiz ödəmək öhdəliyinin olması müəyyən edilir. Buna görə də, birinci instansiya məhkəməsinin isə 5 faiz məbləği 2022 və 2023-cü illər üzrə bütövlükdə hesablaması qanuni və əsaslı olmamışdır.
13. Məhkəmə öz mövqeyini MM-nin 5.3, 16.1, 21, 385.1, 386.1, 442, 445.7, 1091.1 və 1092-ci və MPM-nin 77.1, 82.3, 106.1, 233.3, 372, 382, 384.0.2, 385.1.1, 393 və 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.
15. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
16. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, MM-nin 21.2, 152-ci və MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, işə baxan məhkəmələr tərəfindən mübahisəli məsələ ətraflı araşdırılmaqla əsaslı qətnamə qəbul edilmişdir. Buna görə də, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
27. Maddə 1091.1. Əsassız varla nan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
29. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
30. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
31. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
32. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna e dilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşı lıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3912/2024nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.