Məhkəmə qərarları › İş №2(102)-1700/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1700/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1700/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1163/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakları müəyyənı etdi: İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu: **********50003) hesablanmış 6019 manat məbləğində borcun silinməsi qət edilmiş, həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6006/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. 2. xx.xx.2024-cü il tarixli NİM № 05576 saylı aktın surətindən (Ağayev Mahir və Əfəndizadə Ramil tərəfindən tərtib edilib ) görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının AZS möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə olunur. Sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri müşahidə olundu. Ölçmə zamanı xətdən axan yük 3,6 kvt. qoyulmuş güc sayğacın nominalına əsasən P=66 kvt təşkil edir. Yeni elektrik sayğacı quraşdırılmalı, çıxarılmış sayğacın bütün parametrlərinə görə rəy verilməlidir.

3. Əhali istehlakçılar qrupuna aid olan abonentlərinin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, sayğacdakı qüsur: baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının “AZS” möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə çıxıntı lı və müdaxilə izləri müşahidə olundu.

4. Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********50003 olan abunəçi İddiaçı 12632,27 manat borcu var.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı ev ona məxsusdur və o uzun müddətdir ki, ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Bütün kommunal ödənişləri, xüsusən də **********50003 nömrəli hesab üzrə "xxxx" AS C-yə olan istifadə edilmiş elektrik enerjisinə görə sərfiyyatı vaxtında ödəyir. "xxxx" ASC-nin əməkdaşları hər ay sayğaca baxış keçirir, borcunun miqdarı barədə bildiriş verir və o, həmin bildiriş əsasında borcunu ödəyir. Cavabdeh qurumun əməkdaşları tərəfindən sayğaca növbəti dəfə xx.xx.2024-cü il tarixində baxış keçirilərkən onun və mənzildə yaşayan digər ailə üzvlərinin məlumatı və iştirakı olmadan gizli şəkildə xx.xx.2024-cü il tarixli, 005576 nömrəli akt tərtib edilib. Daha sonra o, mənzilə gələrkən həmin aktı qapıya qoyulmuş şəkildə aşkar edib. Aktda göstərilib ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirən zaman məlum olmuşdur ki, “fərdi yaşayış evinə məxsus elektrik sayğacının AZS möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə olunur və sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri müşahidə olundu. Ölçmə zamanı xətdən axan yük 3.6 kvt qoyuluş güc sayğacın naminalına əsasən P1 ay=66 kvt təşkil edir. Elektrik sayğacı quraşdırılsın, çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilsin”. Aktdan görünür ki. həmin akt vəzifəsi və kimliyi göstərilməyən Ağayev.M və Əfəndizadə.R tərəfindən imzalanıb, aktın nüsxəsinin abonentə, yəni guya ona təqdim edilməsi qeyd olunub. Əvvəla bildirir ki, o, həmin akt tərtib olunmasından, sayğacın götürülməsindən, bütün həmin əməliyyatlar icra ediləndən xeyli saat sonra təsadüfən evə gələndə aktı görərkən məlumat əldə etmişdir. Belə olan halda isə aktın nüsxəsinin abonentə (ona) təqdim edilməsinin qeyd olunması absurd haldır. Halbuki, ona təqdim olunsaydı aktda onun imzası olardı. Bundan əlavə bildiri lir ki, ümumiyyətlə, "xxxx" ASC-nin quraşdırdığı sayğac ona məxsus evin çölündə-həyətyanı sahədən kənarda (daş hasarın çölündə) yerləşir. O, həmin sayğaca nəzarət etmək iqtidarında deyil və Qaydalara əsasən istehlakçı kimi buna borclu da deyil. Həmçinin, həm qaydalara əsasən, həm də real olaraq hər ay "xxxx" ASC-nin əməkdaşı sayğaca baxış keçirir, borcu yazır və bildiriş təqdim edir. Sonuncu dəfə borc hesablanarkən və sayğaca əməkdaş tərəfindən baxış keçirilərkən hər hansı pozuntu və ya müdaxilə halı aşkar olunmayıb. Göstərilən aktla tanış olandan sonra kiçik bir araşdırma aparıb və ona bəlli olub ki, cavabdeh quruma aid əməkdaşlar onun evdə olmamağından istifadə edərək və onu dəvət etmədən (iştirakı olmadan) tez-tələsik xx.xx.2024-cü il tarixli, 005576 nömrəli akt tərtib etməklə sayğacı ö zləri ilə aparıblar və müvəqqəti sayğacla əvəz ediblər. O, cavabdeh qurumun demək olar bir neçə ildən bir təkrarlanan qanunsuz hərəkət və aktlarından xəbərdar olduğu üçün xx.xx.2024- cü il tarixində ona hesablanmış köhnə 311 manat məbləğində borcu ödəmək üçün elektron sistemə daxil olanda, borcunun 12632,27 manat təşkil etməsini görüb və çox təəccüblənib. Həmin məbləğdə borcun hardan və necə alınması ilə maraqlanmağa çalışsa da, heç bir nəticə əldə etməyib. xx.xx.2024-cü il tarixində səhər saatlarında cavabdeh qurumun əməkdaşı tərəfindən qapısı döyülüb və 12632,27 manat borcu olmasını, həmin məbləğin dərhal ödənilməsini, əks halda işığın verilməsinin dayandırılacağı ona bildirilib. O, bu halın qanunsuz olmasını qurum tərəfindən akt tərtib edilərkən, sayağaca baxış keçirilərkən və dəyişdiri lərkən onun iştirakının və məlumatının olmamasını, heç bir protokol tərtib edilmədən sayğacının qanunsuz olaraq (qaydalara zidd şəkildə) aparılmasını, hesablanan borcla bağlı heç bir bildirişin (xəbərdarlığın) təqdim edilməsini bildirsə də, bunun nəticəsi olmamışdır. Dəfələrlə cavabdehin aktının və hərəkətinin qanunsuz olmasını, əsassız hesablanmış borcun (vəsaitin) ya sübut olunmasını, ya da silinməsini tələb etsə də, heç bir tədbir görülməyib, əksinə enerjinin verilməsinin dayandırılacağı ilə hədələnib. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bir daha bildirir ki, 311 manat məbləğində borcdan başqa (hansı ki, həmin borcu da xx.xx.2024-cü ıl tarixində ödəyib) onun cavabdehə heç bir məbləğdə borcu yoxdur, sayğaca müdaxilə etməyib, cavabdeh qanunsuz və qərəzli akt tərt ib edib və ona əsassız borc hesablayıb, cavabdeh müqavilə və ya qanuni əsas olmadan onun hesabına əsassız varlanmaya cəhd etməkdədir. Ümumiyyətlə, bildirir ki, cavabdeh qurumun ona qarşı etdiyi qanunsuz hərəkət ilk deyil. Belə ki, vaxtilə yenə də həmin mənzilində olan sayğacı məlumatsız və özbaşına şəkildə aparıblar, evə verilən elektrik enerjisi qanunsuz olaraq dayandırılıb, məhkəməyə müraciəti əsasında pozulmuş hüquqları bərpa olunub, qanunsuz akta əsasən hesablanmış borc məhkəmə qaydasında silinib. Belə ki, hazırki iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3486/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, ünvan 2 saylı fərdi yaşayış evinə (abunə kodu: **********50003) verilən elektrik enerjisinin dayandırılması cavabdeh "xxxx" ASC-yə qad ağan edilmiş, Bakı şəhəri. Nizami rayonu, Şərq küçəsi. 125/3 saylı fərdi yaşayış evinə enerjinin verilməsinin cavabdeh tərəfindən bərpa olunması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)923/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən aydın olur ki, iddia ərizəsi təmin edilməklə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 6019 manat məbləğində borcun silinməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6006/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi icra olunması cavabdehin qeydiyyatda olduğu Nəsimi rayon icra şöbəsinə göndərilmiş və tam olaraq icrası təmin olunmuşdur. Lakin bütün bunlara ba xmayaraq, ehtimal ki, cavabdeh qurum ondan əvəz çıxmaq və ya sair şəxsi qərəzli niyyətlərlə yenidən analoji qanunsuz addımı atmışdır. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən ona hesablanmış 12632,27 manat məbləğində əsassız borc məbləğlərinin silinməsi barədə qətnamə qəbul etməklə pozulmuş istehlakçı hüquqlarının bərpa olunmasını xahiş edir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2970/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim - Qumru Əliyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 12632,27 manat məbləğində borcun silinməsi, məhkəmə xərcləri üzrə 127,9 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alın mışdır.

9. Məhkəmə qeyd etmişdir ki, yaşayış evindən kənarda yerləşən elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh "xxxx" ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır və cavabdeh borcun ödənilməsini tələb etməkdə haqlı deyildir.

10. Məhkəmə mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8 və 17-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.11, 8.4, 8.14, 8.26, 9.1 və 9.10cu bəndləri, Mülki Məcəllənin 448.2-ci maddəsinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə olunduğu aşkar olunmuş, müvafiq akt tərtib edilmişdir, bu barədə iddiaçıya məlumat verilsə də, abonent və onun nümayəndəsi aktın tərtib edilməsində iştirak etməmiş, lakin sonradan aktın bir nüsxəsi ona təqdim verilmişdir. Hesab edir ki, həmin akt qanunun tələblərinə uyğun tərtib edilmiş, amma rayon məhkəməsi tərəfindən həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

13. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində sayğacın möhürlərinə va daxili sxeminə müdaxilənin abonent tərəfindən edilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq akta görə hesablanmış borcun əsassız hesab olunması göstərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Müki kollegiyasının (sədrlik edən İ.Şirinov, hakimlər E.Kazımov və N.Cəfərov) 2(103)-1163/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2970/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

16. Qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə vurulmuş zərəri n ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Hazırkı işdən isə müyyən edilir ki, həmin aktın bir nüsxəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

18. Cavabdeh sayğaca müdaxilə olunmasını bildirsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə görünür ki, hazırda mübahisələndirilən borcun cavabdehin əməkdaşlarının ona qarşı qərəzli münasibəti səbəbindən yazılmasına dair iddiaçının bildirdikləri heç də əsassız deyilmiş.

19. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçını n (istehlakçının) elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən rayon məhkəməsi iddia tələbini etməkdə haqlı olmuşdur.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci, xx.xx.2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8 və 17-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 6.1, 6.3, 6.4, 7.6, 7.11, 8.1 və 8.17-2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, 27 avqust 2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı elektrik sayğacının “AZS” möhürü qopardırılaraq təkrar yapışdırılması və sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəflərindən NİM 005576 saylı xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmiş, lakin sonradan aktın nüsxəsi abonentə təqdim edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 12632,75 manat məbləğində müəyyən edilməklə abonentin **********50003 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya məhkəməsi tərəflərindən məhkəməyə təqdim edilmiş sübutların (akt, icra vərəqəsi, abonent haqqında məlumat) qiymətləndirməsini düzgün aparmamış, əsassız olaraq cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

28. Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»

29. Bənd 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.

30. Bənd 6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.

31. Bənd 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.

32. Bənd. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə h esablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

33. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının gi rişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

34. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisin in alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

35. Bənd. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. xx.xx.2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 19.16 qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya o nun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.

41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə ko llegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman iddiya etirazlarda, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən a ydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1163/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar