Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” MMC, Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: əmlakın qiymətləndirilməsi haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı il ə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər “xxxx” MMC, Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3nə qarşı üçüncü şəxs Ü1 cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin ***/**** saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan1 ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsində onun adına qeydə alınmış və bu barədə adına həmin qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi ilk dəfə xx.xx.2016-cı il tarix də həmin idarə tərəfindən adına qeydə alınmış, sonradan həmin torpaq sahəsi tərəfindən xx.xx.2016-cı il tarixdə üçüncü şəxs Ü1 satılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ünvan2 ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair onunla Ü1 arasında bağlanılaraq xx xxxx 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən Ü1 adına verilmiş xx xxxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Ü1 ona 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi Ü1 ilə onun arasında xx xxxx 2016-cı il tarixdə onun mülkiyyətində olan Ağdaş şəhəri, ************** yerləşən 0.05 hektar torpaq sahəsinin Ü1 xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyati üzrə icra edilməsi üçün Cavabdeh3nə göndərilmişdir. Üçüncü şəxs Ü1 xeyrinə yüklü edilmiş mülkiyyətində olan həmin 0.05 hektar torpaq sahəsinin qiymətləndirilməsindən şifahi məlumatı olsa da, hərracın keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Bu barədə onun yalnız bir neçə ay bundan əvvəl üçüncü şəxsə olan borcunu ödəməklə bağlı Cavabdeh3 nə dəvət olunan zaman xəbəri olmuşdur və bundan sonra o, ərizə ilə cavabdeh şöbəyə müraciət edərək torpaq sahəsinin qiymətləndirilməsi və hərrac vasitəsi ilə üçüncü şəxsə satılması ilə bağlı görülmüş icra hərəkətləri barədə sənədlərin ona verilməsini xahiş etmiş və bundan sonra Cavabdeh3 icra hərəkətləri barədə bəzi sənədlərin surətlərini ona göndərmişdir. Cavabdeh3 tərəfindən müraciəti əsasında ona göndərilmiş sənədlər arasında icra hərəkətləri barədə aidiyyatı təşkilatlara ünvanlanmış məktubların surətinin onun da ünvanına göndərilməsi göstərilsə də, həmin məlumatların heç biri ona göndərilməmiş və o, həmin məktubları almamışdır. Yalnız əmlakın hərracda satılması barədə cavabdeh “xxxx” MMC-nə ünvanlanmış 2/***** saylı xx.xx.2018-ci il tarixli məktubun surətini almışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, qətnamənin icrası mərhələsində Cavabdeh3 3/**** * saylı, xx.xx.2018-ci il tarixli sifarişi əsasında “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixli əmlakın qiymətini müəyyən etmək üçün hesabat tərtib olunmuş, həmin hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 18000 manat müəyyən edilmiş və həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin aşkar olunduğu, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi qeyd edilmişdir və həmin fərdi yaşayış evinin bir neçə tərəfdən fotoşəkli çəkilərək hesabata əlavə olunmuşdur. Həmin 0.05 hektar həyətyanı torpaq sahsində yerləşən fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir və torpaq sahəsi mülkiyyətində olmuşdur. Göründüyü kimi həmin yaşayış evi ona məxsus olduğuna görə həmin evə onun mülkiyyət hüququ gözlənilən mülkiyyət hüquqdur. Lakin cavabdeh “xxxx” MMC tərəfindən tərtib edilmiş hesabatda qiymətləndirilən torpaq sahəsində yaşayış evinin olmasını qeyd etsə də, yaşayış evi məhz həmin torpaq sahəsi üzərində yerləşdiyindən torpaq sahəsinin yaşayış evi ilə birlikdə də qiymətini müəyyən etməmişdir. Ona görə də “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli hesabat etibarsız hesab edilməlidir. Torpaq sahəsi qiymətləndirildikdən sonra Cavabdeh3 tərəfindən icra hərəkətləri üzrə sifarişçi olmasına baxmayaraq, həmin torpaq sahəsi üzərində yaşayış evinin mövcud olmasına və onun faktiki olaraq həmin evdə yaşamağına münasibət bildirmədən, həmin torpaq sahəsi özgəninkiləşdirildikdə yaşayış evinin müqəddəratının necə həll olacağı, yəni torpaq sahəsi başqasına satılarsa yaşayış evinin necə həll olacağını aydınlaşdırılm adan torpaq sahəsini üçüncü şəxsə təklif etmiş, tələbkar borcun əvəzinə həmin torpaq sahəsini almaqdan imtina etmişdir. Üçüncü şəxs torpaq sahəsini almaqdan imtina etdiyinə görə Cavabdeh3 2/***** saylı, 03.07.20.8-ci il tarixli torpaq sahəsinin hərracda satılmasına dair Sifarişi icra olunması üçün cavabdeh Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə göndərmişdir. Həmin sənədlərdə cavabdeh tərəfindən ilk hərracın keçirilməsinin nəticələri barədə ümumiyyətlə heç bir rəsmi məlumat yoxdur və bundan onun xəbəri olmamışdır. Cavabdehin Cavabdeh3nə, surətlərinin isə tərəflərə “ünvanladığı” 01/****** saylı, xx.xx.2019-cu il tarixli məktubunda (ikinci abzas) göstərilir ki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun ola raq bildirilir ki, ipoteka qoyan və ipoteka saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsi ilə məlumat verilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən ondan xahiş olunur ki, ipoteka saxlayana ipoteka haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış edəsiniz. Cavabdeh Ağdaş İcra və Probasiya şöbəsinin ona təqdim etdiyi sənədlərdən belə görünür ki, hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ipoteka qoyan kimi iddiaçını ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Belə ki, cavabdeh Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə X1 Ü1, Cavabdeh3nə və ona ünvanlanmış 01/**** saylı xx.xx.2018-ci il tarixli açıq hərrac keçirilməsinə dair **** saylı bildirişdən məlum olur ki, hərracın keçirilməsi xx xxxxxxxx 2018-ci il tarixə təyin edilmişdir. Hərraca çıxarılan əmlakın ilkin satış qiyməti 18000-15%= 15300 manat olmuşdur. Cavabdeh Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinnin 01/**** saylı, xx.xx.2018-ci il tarixli məktubundan məlum olur ki, ipoteka ilə yüklənmiş ünvan1 ünvanda yerləşən 0.05 hektar torpaq sahəsinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Cavabdeh Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi həmin məktubunda hər racların keçirilməsini xüsusi ilə qeyd etmişdir. Cavabdeh Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinnin Cavabdeh3nə ünvanladığı 01/3841 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, 2/******* saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən ona məxsus Ağdaş şəhəri, *********** yerləşən 0.05 hektar torpaq sahəsini 11475 manata tələbkar Ü1 əldə etmişdir. Onda olan məlumata görə axırıncı keçirilmiş hərracdan sonra üçüncü şəxs Ü1 0.05 hektar həyətyanı torpaq sahəsini DƏDRX-nin 17 saylı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmışdır və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktublardan məlum olur ki, cavabdeh Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ipoteka qoyulmuş 0.05 hektar torpaq sahəsinin satılması ilə bağlı üç dəfə hərrac keçirilmişdir ki, bu da qanunla yolverilməzdir. Bir daha bildirir ki, həmin hərracların keçirilməsindən ipoteka qoyan şəxs kimi onun xəbəri olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli 2(005)-*******/2019 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təs iri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkə mə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddələri, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunma sı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova- sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 2(103)-****/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-*****/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” barədə tələbin rədd edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, “xxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı xx.xx.2018-ci il tarixli protokolunun etiabrsız hesab edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı gəldiyi nəticə üçün maddi hüquq normalarının pozulmasına yol verdiyindən qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, hazırki iş üzrə apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, açıq hərrac qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, açıq hərrac əmlakın ən çox pul verənə verilmək üzrə açıq satışa çıxarılmasıdır. Açıq hərracda istənilən şəxs iştirak edə bilər. Bu məqsədlə hərrac təşkilatı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc et dirməlidir. Özü də belə elan formal xarakter daşımamalı, hamının oxuya biləcəyi, oxucu kütləsi olan mətbu orqanda verilməlidir. Hazırki işdən müvafiq torpaq sahəsinin açıq hərraca çıxarılması ilə bağlı elan verilməsi müəyyən olunmur. Sanki hazırki hərrac torpaq sahəsinin maraqlı şəxsə satılması üçün təşkil olunmuşdur. Kütləvi məlumat verilmədən açıq hərrac keçirilməsi onun mahiyyətinə ziddir. Hərrac ona görə açıq elan olunur ki, istənilən şəxs bu barədə məlumatlı olsun və arzu edən şəxs həmin hərracda iştirak edə bilsin. Bu təkcə yerli mətbu orqanı olmamalıdır. Belə elan heç olmasa respublika daxili kütləvi informasiya orqanlarının birində verilməlidir. Belə elanın verilməsi ona xidmət edir ki, hərrac bunda iştirak etməyi arzu edən şəxslərin iştirakı ilə keçirilsin ki, əmlakın satılması da ha çox vəsait ödəyənə verilməsi yolu ilə baş tutsun. Lakin hazırki işdə hərracın göstərilən qaydaya riayət edilməklə keçirilməsi faktı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan, ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticələnə bilər. Hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırkı işdə isə hərraca Ü1 başqa digər şəxslərin gəlməsi barədə məlumat yoxdur. Əks təqdirdə iştirak etmək arzusunda olan şəxslərin müraciəti və bu barədə beh ödəmələrinə dair məl umat olmalıydı. Lakin hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, elə yuxarıda qeyd olunan pozuntuların özü hərracın nəticələrinin etibarsız hesab olunması üçün müstəqil əsaslardır. Qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməlidir. Bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Lakin hazırki iş üzrə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair **** saylı bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2018-ci i l və xx.xx.2018-ci il tarixli bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunması barədə xx xxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixlərdə Respublika Xammal və X2 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə sorğu göndərilsə də, həmin sorğuya cavab məktubu və tələb olunan sənədlər məhkəməyə təqdim olunmadığından hazırki işlə bağlı hərrac barədə ipoteka qoyana hər hansı bildirişin göndərilməsi, hərracın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elanın verilməsi hallarını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, hərrac təşkilatçısı tərəfindən hərracın təşkili və keçirilmə qaydası pozulmuş və hərracın keçirilməsi ilə bağlı qanunun yuxarıda göstərilən tələblərinə riayət olunmamış dır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Üçüncü şəxs Ü1 apelyasiya məhkəməsinin qətnaməsindən kasasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxx 2020-ci il tarixli, 2(102)*****/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin «xxxx MMC-in «açıq hərracın nəticəl əri haqqında» 63/**** saylı xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddianın qismən təmin olunan hissəsi ilə bağlı gəlmiş olduğu nəticəsi ilə razılaşmır, eyni zamanda Ü1kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə dair dəliləri ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya məhkəməsi bildirişl ərin göndərilməməsi və ya vaxtında göndərilməməsi, mətbu orqanında hərrac hərəkətləri haqqında elanların verilməməsi, bildirişlərin iddiaçı tərəfindən alınmamasına dair iddiaçının göstərdikləri ilə kifayətlənməklə faktiki olaraq həmin dəlillərin araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsindən görünür ki, göstərilən halların aydınlaşdırılması ilə bağlı cavabdeh tərəfə müvafiq sorğular verilmiş, lakin sorğulara cavab verilmədiyi göstərilir (halbuki iş materiallarında belə sorğunun olması müəyyən olunmur) Lakin mülki işin 167-188-ci səhifəsində olan və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, bildirişlər, onların iddiaçıya çadırılmasına dair xəbərnamələr, elanların verilməsini təsdiq edən müvafiq mətbu orqanlarından çıxarış lar və hərracın keçirilməsi ilə bağlı digər sənədlər əlavə olunmuşdur. (həmin sənədlərin işə baxılanadək və ya ondan sonra məhkəməyə daxil olmasını müəyyən etmək mümkün deyil) Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi işin hallarının tam araşdırılmasını təmin edilməsi üçün qətnamədə göstərildiyi kimi müvafiq sorğu vermişdirsə, artıq bu o deməkdir ki, o əlavə araşdırmaya zərurətin olması nəticəsinə gəlmişdir. Belə olan halda isə həmin sorğuya cavab alınmadan müvafiq olaraq işdə olan sübutlara (faktiki olaraq iddiaçı tərəfin təqdim etmiş olduğu sübutlarla kifayətlənərək) əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin hazırda mübahisələndirilən hissədə ləğv edilməsi nəticəsinə gəlməsi düzgün olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyas iya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 2(103)-*****/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-*****/2019 saylı qətnaməsinin mübahisələndirilən- “xxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olmuş Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/******-də yerləşən 0.05 ha torpaq sahəsinə tutmanın yönəldi lməsi məqsədilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlayana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Göründüyü kimi, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən kollegiya iddiaçının iddia tələbini mübahisələndirilən hissədə əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın “xxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında ***/** saylı, xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair hissədə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - “xxxx” MMCnin “açıq hərracın nəticələri haqqında” ****/*** saylı, xx xxxxxxx 2018-ci tarixli protokolunun etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış, qətnamə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyərək və prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. O, iddia tələbində qeyd etmişdir ki, icra işi üzrə bir neçə dəfə hərrac keçirilib, lakin işə baxan məhkəmə kollegiyası iş üçün mühüm əhəmiyyət kəsb edən işin həqiqi hallarını, yəni həmin hərracların hər birində neçə nəfərin iştirak etməsini, eləcə də ən əsası onun iştirakını n təmin edilməsini, üçüncü şəxs əmlakı almaqdan imtina etdikdən sonra əmin əmlakın tərəf kimi onun tərəfindən alınmasının ona təklif olunub-olunmamasını tam ə hərtərəfli araşdırmamışdır. Hərraclar keçirilən zaman cavabdehlər tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə tam sübut olunsa da, məhkəmə kollegiyası yalnız Cavabdeh3 dən, hərraclar keçirildikdən, həmin əmlakın üçüncü şəxs tərəfindən alındıqdan və qətnamə üzrə qalan borcun ödənilməsi ilə əlaqədar həmin şöbəyə dəvət olunandan və həmin vaxt hərracların keçirilməsi barədə məlumatı olduqdan sonra müraciəti əsasında əldə etdiyi sənədləri sübut növü kimi qəbul edərək özünün qanunsuz, əsassız, eləcə də ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etmişdir. Həqiqətən də Cavabdeh3 dən əldə etdiy im sənədlərdə hərracların keçirilməsi ilə əlaqədar guya ona qanunla müəyyən olunmuş qaydada və müddətdə məlumat verilməsi aydın görünür. Amma həqiqətdə isə həmin sənədlərin ona müəyyən edilmiş qaydada göndərilməsi və həmin bildirişlərin onun tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, işə baxan məhkəmə tərəfindən tədqiq edilməmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməsində istinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, iddianın “xxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” ****/*** saylı, xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair hissədə rədd etməsi barədə birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaqla səhv nəticəyə gəlmiş, qətnamə qəb ul edərkən maddi hüquq normalarının tələblərini kobudcasına pozmuşdur b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı X5, cavabdehlər “xxxx” MMC-nin, Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin, Cavabdeh3 səlahiyyətli nümayəndələri və üçüncü şəxs Ü1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 k asasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilmə sinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəməd ikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən “xxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, ipoteka predmeti olmuş Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/***-də yerləşən 0.05 ha torpaq sahəsinə tutmanın yönəldilməsi məqsədilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlay ana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Həmçinin müəyyən olunur ki, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya instansiyası məhkəməsini n göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.