Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): sığortadan irəli gələn mübahisə; sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5122/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, X2 mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta məbləği 47.000 manat müəyyən edilməklə İMİC-2377/21 nömrəli, xx.xx.2021-ci il tarixli «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən tam sığortalanmışdır. 2. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi etibarnamə əsasında İddiaçı tərəfindən idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır (qayaya çırpılmışdır). Hadisə yerin ə DYPŞ-nin əməkdaşları gəlmiş, hadisəni qeydə almış, müvafiq sənədləşmə işləri aparılmış və nəticədə Qusar rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 inzibati tənbeh vermə haqqında TP4634387 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. 3. "xxxx" ASC-nin 23 oktyabr 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 16.951 manat pul vəsaiti tələb olunur. 4. "xxxx" ASC İddiaçı ünvanladığı xx.xx.2021-ci il t arixli, 5343/1 saylı məktubunda bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Mülki Məcəllənin 934.1-ci maddəsinə uyğun olaraq göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 8.680 manat məbləğində qiymətləndirilmişdir. 5. "xxxx" ASC xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişi verilməsindən imtina edilmişdir. 6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli şikayəti əsasında İddiaçı idarə etdiyi “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta dələduzluğu olması ilə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qusar Rayon Prokurorluğunun 01 noyabr 2022-ci il tarixli, 401xid-22 saylı məktubunda qeyd olunur ki, həmin qərar halhazırda ləğv edilməmişdir.
7. Qusar rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən X4 barəsində cinayət işinin başlanması rədd edilmişdir. 8. “X8” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”a əsasən “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə 29.565 manat zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ASC-dən “Audi A6” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 29.565 manat sığorta ödənişinin, cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, hazırki iddia verilən vaxtadək 8.986 manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 man at məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirmişlər ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər 8.680 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh onun istifadəsində olan telefon nömrə sinə SMS göndərərək bildirilmişdir ki, “əmlaka dəymiş zərər 8.680 manat müəyyən edilmişdir. Təmir və ya ödəniş seçimi ilə bağlı qərar 1 gün ərzində bildirilsin”. Qeyd olunan məbləğ düzgün hesablanmadığından, eləcə də avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edildiyindən (hansı ki razılaşmaya və 3 saylı Əlavəyə ziddir) o, buna razı olmamış və öz iradlarını bildirmiş və avtomobilin yeni detallarla təmir edilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla razılaşmamışdır. O, bu barədə müxtəlif orqanlara, eləcə də Mərkəzi Banka müraciət etmişdir. Bundan sonra cavabdeh təşkilatın bu məsələyə münasibəti tamamilə dəyişmiş, ona qarşı qərəz yaranmış və cavabdeh xx.xx.2021-ci il tarixli məktubla Mərkəzi Banka və ona müraciət edərək göstərmişdir ki, “cəlb ed ilmiş müstəqil ekspertin hadisə ilə bağlı verdiyi rəy ilə sığortalının izahatı üzrə təqdim etdiyi məlumatlar arasında bir çox ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Hal-hazırda hadisənin təfərrüatlarının aydınlaşdırılması və baş vermiş qəzanın sığorta hadisəsi olubolmamasının müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılmaqdadır. Sonradan isə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, “tərəflərindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaratmaqdadır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etməkdədir”. Bu sə bəbdən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 23.1.5-ci bəndinə əsasən sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina üçün əsasdır. Hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi və həmin mövqeyə əsasən də sığorta ödənişindən imtina etməsi tam qanunsuz və əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra onun tərəfindən sığorta şirkətinə eləcə də polis orqanına məlumat verilmiş, X10 əməkdaşları, eləcə də cavabdeh təşkilatın əmə kdaşları hadisə yerinə gəlmişlər və baş verənlərin canlı şahidi olmuşlar. Hətta yol nəqliyyat hadisəsi baş verməzdən bir neçə dəqiqə və hadisə baş verəndən dərhal sonra videogörüntülər mövcuddur. xx.xx.2021-ci il tarixli ekspert rəyi tam qanunsuz və əsassız olmaqla yanaşı qərəzlidir və mövcud sübutlarla tam təkzib olunur. Belə ki, ilk növbədə hadisədən bir neçə dəqiqə və hadisədən dərhal sonra çəkilmiş video görüntülərlə sübut olunur ki, avtomobilin qabaq təhlükəsizlik yastıqları hadisədən öncə açılmış vəziyyətdə olmamış, məhz hadisə nəticəsində açılmışdır, hətta bu zaman təhlükəsizlik yastıqlarından çıxan tüstü də video görüntülərdə əks olunur. Bundan başqa, cavabdeh öz imtinasında qeyd olunan halları əsas tutaraq, guya iddiaçının dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi ilə bağ lı iddiaçı barəsində Qusar RPŞ-yə müraciət etmiş, lakin cavabdehin müraciətində qeyd olunan hallar öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərar ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Qusar Rayon Məhkəməsinin 6(029)- 3/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin şikayət ərizəsi təmin edilmiş, həmin qərar ləğv edilmişdir. "xxxx" ASC ilkin araşdırma dövründə sığortalı İddiaçı dəymiş ziyanın əvəzi kimi 8.680 manat təklif etmiş, lakin İddiaçı həmin ziyanın 20.000 manatdan yuxarı olduğunu bildirərək təklifi rədd etmişdir. Bu səbəbdən də sığorta şirkəti müstəntiqin qərarından şikayət vermişdir. Sonradan yenidən araşdırma aparılmış və yenə də Qusar RPŞ-nin İstintaq Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, qanunvericiliyə və sığorta müqaviləsinə əsasən hər gecikdirilən gün üçün sığorta məbləğinin 0,1 % faizi həcmində, hazırki iddia verilən vaxtadək 8.986 manat, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulu ödəməlidir.
11. Cavabdehin təşəbbüsü ilə müstəqil ekspert Bahadur Salmanovun verdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, xx.xx.2021-ci il tarixdə “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı hava yastıqlarının açılması baş verməmişdir. Həmin avtomobilin hava yastıqları toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də “Audi A6” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır.
12. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyib izahatında bildirib ki, iddiaçı sığorta şirkətinə yanlış məlumat vermişdir. Onların bu barədə məhkəməyə əvvəlki məhkəmə iclasında təqdim etdikləri ekspert rəyində hər şey detallı formada (fotoşəkillərlə və analizlərlə) göstərilmişdir. Aparılmış araşdırmanın yekununda müəyyən edilmiş dir ki, iddiaçının təsvir etdiyi hadisə ilə əldə edilən sübutlar birbirini təkzib edir. Yəni nəticə etibarilə iddiaçının təsvir etdiyi hadisə daha öncə baş vermiş hadisəni pərdələmək üçün törədilmişdir. Avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən qeyd edilən sürətlə hərəkət etdiyi zaman qəza törətsəydi avtonəqliyyat vasitəsinə həmin həcmdə ziyan dəyməsi mümkün deyildi. Avtoservisdə avtonəqliyyat vasitəsi yoxlamadan keçmiş və müəyyən edilmişdir ki, hava yastıqları həmin zərbədən açıla bilməzdi. Servisdə bildirmişlər ki, hava yastıqları həmin hadisə zamanı deyil, başqa vaxt baş vermiş hadisə zamanı açılmışdır. Bu barədə avtoservisin rəyi vardır. Bundan əlavə qeyd edir ki, iddiaçı izahatında bildirmişdir ki, hava yastıqları açılandan sonra iddiaçı avtomobili sürərək, həmin yerdən getmişdir. Aud i Servisin təlimat kitabçasına baxılsa görünər ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsi mümkün deyildir. Həmçinin onu da qeyd edir ki, verilmiş ekspert rəyində ekspertin əsaslandığı məqamdan biri də istehsalçının kitabçasıdır. Həmin kitabçada qeyd etdikləri əsaslar öz əksini tapmışdır. Onlar hesab edirlər ki, iddiaçı tərəfindən hadisə ilə bağlı "xxxx" ASC-yə yalnış məlumat verilmişdir
13. Cavadehin təqdim etdiyi Namiq Həsənovun (Audi.az) xx.xx.2021-ci il tarixdə, saat 12:47-də Həsən Şıxlıya (Paşa Sığorta) ünvanladığı elektron məktuba əsasən ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə keçirilmiş elektron diaqnostikası zamanı müəyyən olunmuşdur ki, avtomobilin təhlükəsizlik yastıqları xx.xx.2021-ci il tarixdən nas az olmuşdur. Bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd etmişdir (sürücünün təhlükəsizlik yastığının piropatronu və s.).
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən həmin əziklərin nəqliyyat vasitəsinin hərəkət sürətinin hansı hədlərində maneəyə dəyməsi zamanı yaranmasının müəyyən edilməsinə dair hal-hazırda işlənib hazırlanm ış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığından nəqliyyat vasitələrinin üzərində olan əziklərin hərəkət sürətnin hansı hədlərində yaranmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmənin ekspert qarşısında qoyduğu 2-7-ci suallar üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) e-2(006)211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizə sində qeyd etdikləri ilə işin faktiki halları arasında kəskin ziddiyyət olmasına dair cavabdeh tərəfin istinad etdiyi etirazın dəlilləri əsaslıdır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəf iddiaçı tərəfə sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Çünki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda, təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir.
18. Məhkəmə x x.xx.2021-ci il tarixdə baş vermiş qəza nəticəsində “Audi A6” markalı, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının açılmasından sonra avtomobilin mühərrikinin işə salaraq həmin avtomaşınla hadisə yerindən getməsinə dair işin müəyyən edilmiş halına da qiymət verərək hesab etmişdir ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkün olmamasına dair kifayət qədər sübutların mövcudluğu, iddiaçının avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramasından (qayaya çırpılması), sonra həmin avtomaşını hava yastıqları açılmış vəziyyətdə yenidən mühərriki işə salmaq yolu ilə idarə etməklə hadisə yerindən getməsi kimi iddiaçı tərəfin izahatının nə dərəc ədə səmimi və həqiqətə uyğun olmasını şübhə altına almağa kifayət qədər əsas yaradır. Bir sözlə, iddiaçı tərəfin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının hadisədən öncə açılmış vəziyyətdə olmaması, məhz hadisə nəticəsində açılmasına irəli sürdüyü dəlillər və sübut əhəmiyyətli hesab etdiyi sənədlər kifayət qədər mötəbər və tutarlı sübut növləri kimi qiymətləndirilmir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul etmişdir.
19. Məhkəmə hesab edib ki, Mülki Məcəllənin 935.1.6-cı maddəsinin və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə» sığorta Qaydalarının 23.1.5-ci bəndinin tələblərinə əsasən "xxxx" ASC-nin iddiaçının 02 oktyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar məsuliyyəti yaranmamışdır və buna görə də iddia əsaslı sayıla bilməz.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 14.2, 21.1, 21.2, 390.1, 443.1, 883.1, 884.3, 888.1, 899.1.1, 922.1, 925.1, 925.2, 926, 933, 935.1.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2-ci, 77.1, 88, 107, 119.1, 217, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına əsaslandırmışdır. dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, işin faktiki hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işin bütün faktiki halları nəzərə alınmamışdır. İş materiallarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı bir neçə sübut mövcuddur. Belə ki, zərərin məbləği "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 2 hesabatında müvafiq olaraq 15.591 manat və 16.951 manat, həmçinin xx.xx.2021-ci il tarixli hesabatında 8.680 manat, eləcə də “X8 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli dəymiş zərərin hesablanmasına dair aktında 29. 565 manat müəyyən еdilmişdir. O, avtomobilini məhz “X8 Servis Mərkəzi”nin xx.xx.2022-ci il tariхli zərərin hesablanmasına dair aktında göstərilən qiymətə təmir etdirmişdir. Mülki Məcəllənin müvafiq maddələrinin tələblərində və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə” sığorta Qaydalarının tələblərində sığorta ödənişinin verilməsindən imtina edilən hallar imperativ olaraq müəyyən olunmuşdur. Lakin hazırkı iş üzrə cavabdeh qeyd olunan normalarda nəzərdə tutulmuş imtina üçün əsasların mövcud olmamasına baxmayaraq, qanunsuz və əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmiş, işə baxan məhkəmə də bütün bu halları araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin mübahisəsiz hallarından və qanunvericiliyin tələblərin dən göründüyü kimi, sığorta şirkəti sığorta ödənişindən imtina üçün “sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi”nə istinad etsə də, bunun nədə ifadə olunduğunu və tələblərə əsasən həmin mövcud olmayan halın nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması əsaslarından hansına aid olmasını qeyd etməmiş və sübut edə bilməmişdir. İddiaçının guya sığorta hadisəsi barəsində sığorta şirkətinə hansısa yanlış məlumat verməsi mövcud deyildir, bunun nədə ifadə olunduğu isə anlaşılan deyil. Ümumiyyətlə, baş vermiş hadisə nəticəsində avtomobilin hava yastıqlarının hansı səbəbdən və ya hansı formada açılıb-açılmaması qanunve ricilikdə sığorta ödənişindən imtina üçün nəzərdə tutulmuş əsaslara aid deyildir və sığorta ödənişindən imtina üçün əsas ola bilməz. Məhkəmə göstərmişdir ki, “avtomobilə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil.” Halbu ki, avtomobilə dair istehsalçının məlumatlarında belə bir fikir və ya qayda müəyyən edilməmişdir və məhkəmənin qeyd etdiyi həmin “məlumat” istehsalçının məlumatlarında mövcud deyildir. Əksinə avtomobilə dair istehsalçının məlumatlarında birmənalı və konkret olaraq qeyd olunmuşdur ki, “Hər bir konkret vəziyyətdə təhlükəsizlik yastıqlarının açılması üçün vahid meyar yoxdur! Bu, qəzaların son dərəcə fərqli xüsusiyy ətləri ilə bağlıdır. Məsələn, avtomobillə toqquşma obyektinin xüsusiyyətləri (bərk, yumşaq), toqquşma bucağı, avtomobilin sürəti və sair kimi amillər mühüm rol oynayır”. İşin müəyyən olunan halları ilə təsdiq olunur ki, hadisə baş verən zaman avtomobil orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuş, lakin həmin rəydə avtomobilin 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. Bundan başqa, eyni suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələ lərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir. Həmin ekspert rəyindən görünür ki qeyd olunan rəydə məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciəti qeyd olunmuşdur. Yəni ekspert reallığa və faktlara uyğun deyil, cavabdehin dediklərinə əsasən rəy vermişdir. Bundan əlavə, qeyd olunan rəyin və cavabdehin etirazının digər dəlillərinin əsassız olması ilə bağlı istintaq orqanının qanuni qüvvədə olan qərarı, yəni Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin “cinayət işinin başlanmasının rədd edil məsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarı mövcuddur. Həmin qərarla cavabdehin dəlillərinə qiymət verilmişdir. Cavabdehin dəlilləri əsaslı olsa idi, onun barəsində cinayət işi başlanılardı. Eyni zamanda onun tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərlə də təsdiq olunur ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətindədir. Hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Bundan əlavə necə ola bilər ki, sığorta ödənişindən qanunsuz olaraq imtina edilməsi üçün bəhanə gətirilən ekspert rəyi xx.xx.2021-ci il tarixində verilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti xx. xx.2021-ci il tarixində, yəni imtina üçün əsas tutduqları əsassız rəyin verilməsindən 24 gün sonra iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək əmlaka dəymiş zərərə görə 8.680 manat təklif etsin? Qeyd olunanlardan da aydın olur ki, cavabdehin özünün əldə etdiyi və sığorta ödənişindən imtina üçün əsas tutduğu “ekspert rəyi” tam qanunsuz, əsassız və qərəzlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozmuş və hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5122/2023 nömrəli, 6 noyabr 2023-cü il ta rixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı idarə etdiyi “Audi A6” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının xx.xx.2021-ci il tarixdə Qusar-Laza yolunun 37-ci km-liyində maneəyə dəyməsi nəticəsində açıldığını iddia edir və həmin hadisədən sonra avtomobilin mühərrikini işə salaraq hadisə yerindən uzaqlaşdığını bildirir. Lakin iddiaçının istinad etdiyi məqamlar iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən avtomobilin hava yastıqlarının toqquşma zamanı təsir edən zərbədən açılmadığı, həmin yastıqların açılmasının başqa tarixdə və fərqli şəraitdə baş verdiyi və mövcud hadisədən əvvəl də həmin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edildiyi, bu səbəbdən avtomobilin maneəyə dəyməsi ilə qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqənin olmadığı qeyd edilmişdir. Digər tərəfdən, Audi.az tərəfindən cavabdehə ünvanlanmış elektron məktubda qeyd edilən avtomobilin təhlükəsizlik yastıqlarının xx.xx.2021-ci il tarixdən nasaz olduğu, bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları ilə bağlı xx.xx.2021-ci il tarixdə, saat 12: 31:44-də 90001B (9437211) kodlu hadisə qeyd edildiyi bildirilir. Bundan başqa, “Audi A6” markalı avtomobilin təlimat kitabçasına əsasən təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində müstəqil ekspert Bahadur Salmanovun xx.xx.2022-ci il tarixli ekspert rəyinin mötəbərliyini sual altına alaraq birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə əsaslanmasını qanunsuz hesab etmişdir. İddiaçının apellyasiya şikayətində sərgilədiyi bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən ekspert rə yi digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırki halda iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil etdiyindən məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sayır və apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Hər bir halda, həmin rəydə göstərilənləri təkzib edən hər hansı məlumat iddiaçı tərəfindən məhkəməyə təqdim edilmir. Halbuki, avtomobil məhz iddiaçı üçün əlçatımlı idi və əksini sübut etmək üçün iddiaçı avtomobilə digər mütəxəssislər tərəfindən baxışın keçirilməsini təşkil edə bilərdi. Lakin bunu etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində istinad etdiyi hadisə anından əvvəlki və sonrakı avtomobilin videogörüntülərinin mövcudluğu ilə bağlı arqumentinə münasibətdə bildirmişdir ki, həmin görüntülərin varlığı avtom obilin hava yastıqlarının əvvəldən nasaz olma faktını və ya hadisənin real hadisə olmasını özlüyündə təsdiq edə bilməz. Bu səbəbdən, həmin videogörüntülər, o cümlədən hərəkət etdiyi məkan üzrə mənzərəni qeydə almaq əvəzinə naməlum səbəbdən və davamlı şəkildə avtomobilin məhz sükanının qeydə alındığı videoçəkiliş iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətində göstərilən digər bir dəlil sığorta ödənişindən imtina etməsinə baxmayaraq, sığortaçının avtomobilə dəymiş zərəri qiymətləndirməsi, sığortaçı tərəfindən tərtib olunmuş qüsur aktı ilə iddiaçı tərəfindən servis mərkəzindən əldə olunmuş qüsur aktı arasında avtomobilə dəymiş zərərin müəyyənləşdirilmiş qiymətində kəskin fərq olması, bunun iddiaçıda narazılıq yarat ması və bundan sonra sığorta şirkəti tərəfindən qərəzli olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsidir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sığorta qanunvericiliyinin istinad olunan müddəalarından da göründüyü kimi sığorta şirkətinə sığortalı (sığorta olunan) tərəfindən sığorta tələbi daxil olduqdan sonra yekunda veriləcək qərardan asılı olmayaraq dəymiş zərərlə bağlı qiymətləndirmənin aparılması təşkil olunmalı və dəymiş zərər hesablanmalıdır. Başqa sözlə, sığorta tələbi üzrə imtina veriləcəyi əsası ilə sığortalı əmlaka dəymiş zərərin müəyyənləşdirilməməsi sığorta qanunvericiliyinin müddəalarına ziddir.
28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının idarə etdiyi “Audi A6” markalı ** CB *** döv lət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə Qusar-Ləzə yolunun 37-ci kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsini sığorta hadisəsi hesab etməməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda göstərilən səbəblərdən cavabdeh avtomobilə dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Bu baxımdan qeyd edilən hadisə sığorta hadisəsi hesab oluna bilməz və cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələbləri çərçivəsindədir. Bu da öz növbəsində iddiaçının bu tələbinin, həmçinin bu tələbdən törəyən digər tələblərinin əsassız olduğunu təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazının nəzərə alınması və kassasiya şikayətinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zə rərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
34. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
35. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səla hiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
36. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
37. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
38. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
39. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəx sə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
40. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
41. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;...
42. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
43. Maddə 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübu t olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. “Sığorta faəliyyəti haqqında” Qanun
44. Maddə 1.1.19. sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
45. Maddə 1.1.20. sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etd iyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;
46. Maddə 2.1. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.
47. Maddə 2.3. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar və bu Qanunun 2.6-cı maddəsi istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
48. Maddə 3.3. Bu Qanunun 16.5-ci maddəsini nəzərə al maqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.
49. Maddə 16.1. Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-ü il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”
50. Bənd 1.1. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.
51. Bənd 1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
52. Bənd 2.0.9. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verə n hadisə və ya yaranan hal;
53. Bənd 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
54. Bənd 2.0.20. avtomobilin istifadəsi – avtomobilin yollarda, həmçinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;
55. Bənd 23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, sığortalının avtomobil, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;...
56. Bənd 23.3. Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı t ərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə tam ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
70. İşin hallarından göründüyü kimi iddiaçı tələbini onunla əsaslandırır ki, etibarnamə əsasında idarə etdiyi «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» "xxxx" ASC-də tam sığortalanmış, sığorta məbləği 47.000 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır (qayaya çırpılmışdır). Hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmiş, hadisəni qeydə almış, müvafiq sənədləşmə işləri aparılmış və nəticədə Qusar rayon Yol Patrul Xidmətinin baş inspektoru X5 inzibati tənbeh vermə haqqında TP4634387 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
71. Hadisə yerinə sığortaçının nümayəndəsi gəlmiş və hadisə yerinə baxış keçirilmişdir.
72. Sığortaçının 23 oktyabr 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qi ymətləndirilməsinə dair hesabata görə iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 16.951 manat pul vəsaiti tələb olunur.
73. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 5343/1 saylı məktubunda bildirmişdir ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər sığortaçı tərəfindən 8.680 manat məbləğində qiymətləndirilmişdir.
74. Sığortaçı daha sonra iddiaçıya sığorta ödəməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilmiş məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət təşkil edir. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etmək dədir.
75. Cavabdeh sığorta ödəməkdən imtinanın hüquqi əsası kimi Mülki Məcəllənin 935.1.6-cı maddəsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.5-ci bəndinə istinad etmişdir (Mülki Məcəllənin 935.1.6-cı maddəsində icbari sığorta hadisəsindən bəhs olunur).
76. İşə baxmış məhkəmə cavabdehin etiraz dəlillərini əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda, təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2 021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir.
77. Məhkəmə kollegiyası bu əsaslandırmanı yarımçıq hesab edir. Belə ki, baxılan iş üzrə avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta hadisəsi - təhlükəsizlik yastıqlarının açılmasından ibarət deyil. Baxılan işdə bəhs olunan sığorta hadisəsi, konkret olaraq avtomobilin sıx duman səbəbindən avtomoibilin yolun kənarında olan qayaya dəyməsindən ibarətdir. İddiaçı göstərir ki, qayaya dəymə səbəbindən avtomobilin müəyyən hissələri sıradan çıxmışdır.
78. Təhlükəsizlik yastıqlarının açılması, hadisədən sonra yaranan, hadisənin nəticəsi olaraq meydana gələn faktdır. Bu halda, məhkəmənin yalnız hava yastıqlarının nə vaxt aç ılması ilə bağlı cavabdehin yaratdığı mübahisəni araşdırmaqla işə yekun vurması, MPM-nin 14-cü maddəsində təsbit olunmuş həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması prinsipinə uyğun olmamışdır.
79. Çünki sığortaçının təqdim etdiyi 23 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından da görünür ki, avtomobildə 19 zədələnmiş ehtiyat hissəsindən cəmi 3 ehtiyat hissəsi təhlükəsizlik yastıqları ilə bağlı hissələrdir (şitin ayrabağı, rulun ayrabağı, ayrabaq modul kimi qeyd olunan). Bu üç ehtiyat hissəsinin qiyməti cəmi 2150 manat olduğu halda, qalan hissələrin qiyməti 13441 manat hesablanmışdı.
80. Başqa sözlə, təhlükəsizlik yastıqlarının açılmasından əlavə avtomobildə başqa qüsurların yarandığı da açıq-aşkar idi, həmin qüsurların iddiaçının istinad etdiyi hadisə nəticəsində deyil, başqa yerdə və başqa vaxtda yaranması barədə sübutlar yoxdur, bu barədə gəlinən nəticə ehtimal olaraq qalır. Cavabdehin sığortalı tərəfindən sığorta dələduzluğuna yol verməsini iddia edərək Qusar rayon Prokurorluğuna müraciət etmiş, lakin bu fakt təsdiqini tapmamışdır.
81. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin kompensasiya ödəməkdən imtina etməsinin əsası ondan ibarətdir ki, sığortalı sığortaçıya qəsdən yanlış məlumat vermişdir. Bəhs olunan yanlış məlumat isə təhlükəsizlik yastıqlarının hadisə zamanı deyil, ondan əvvəl açılması ilə bağlıdır.
82. Sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi özlüyündə sığorta ödənişi verməkdən imtina etmək üçün kifayətedici əsas deyildir. Yanlış məlumatın verilməsi o halda sığorta ödənişi verməkdən imt ina etməyə əsas ola bilər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-ü il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olsun (Qaydaların 23.1.5-ci bəndi).
83. Lakin sözügedən qaydaların 23.3-cü bəndinə görə, Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imka nından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.
84. Göründüyü kimi məhkəmələr sığortaçının yanlış məlumat vermə əsası ilə sığorta ödənişindən imtina etmə barədə nəticəyə gələrkən, Qaydaların 23.3-cü bəndinin müddəaları baxımnından iddianın qismən təmin olunmasından imtina etməni də əsaslandırmamışdır.
85. Bundan başqa, iddiaçı apelyasiya şikayətində cavabdehin təqdim etdiyi müstəqil ekspert rəyinin mötəbərliyini şübhə altına almış, bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda rəy verdiyini bildirmiş və dəlilini onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir».
86. Apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilini rədd etərək bildirmişdir ki, hazırki halda iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil etdiyindən məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sayır və apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir.
87. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırmasını kifayət saymır. Çünki bu dəlilin yoxlanılması iki əsas üzrə aparılmalı idi:
1. Müstəqil ekspert bu fəaliyyətlə məşğul olmaq üçün səlahiyyətli idimi?
2. Müstəqil ekspertin verdiyi cavablar elmi metodikaya əsaslanırmı?
88. Birinci məsələ ilə bağlı nəzərə alınmalıdır ki, müstəqil ekspertin rəyinin verilməsinin hüquqi əsasları “Sığorta faəliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1.1.9-2-ci maddəsinə görə müstəqil ekspert – müstəqil ekspert fəaliyyətini həyata keçirən fiziki və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsdir.
89. Adı çəkilən qanunun 10.10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsin də nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
90. Qanunun 95.3-cü maddəsinə görə Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir.
91. Həmçinin Qanunun 94-1.2.1-ci maddəsinə əsasən, fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olduqda, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edildiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilər.
92. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının ekspertin səlahiyyəti ilə bağlı dəlilini rədd edərkən müstəqil ekspertin qeyd olunan tələblərə cavab verməsini müəyyən etməmişdir. İş materiallarına hadisə ilə bağlı rəy vermiş ekspertin reyestrdə qeydiyyata alınması, ekspert sertifikatına malik olması barədə sübut əlavə edilməmişdir.
93. Eyni zamanda məhkəmə işə baxılarkən yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin etmiş, avtomobilin hava yastıqlarının nə vaxt açılması, açılmasının səbəbləri və s. ilə bağlı suallar qoymuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti həmin sualları cavablandımamış, qeyd etmişdir ki, bu suallar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid deyildir.
94. Lakin müstəqil ekspertin verdiyi yol-nəqliyy at hadisələri ekspertizasının rəyində həmin suallar cavablandırılmış, məhkəmə də qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, buna baxmayaraq, müstəqil ekspertin yol-nəqliyyat hadisələri ekspertizasının hava yastıqları ilə bağlı rəyinin mümkünlüyünü əsaslandırmamışdır.
95. Məhkəmələrin iddia tələbini rədd edərkən əsaslandıqları digər dəlil ondan ibarətdir ki, iddiaçının avtomobilinə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil. İddiaçı tərəf isə izahatında hadisədən sonra avtomobilə minərək uzun yol qət edildiyi və Bakı şəhərinə gəlməsi qeyd olunur. Lakin bu yuxarıda qeyd edilənlərə əsasən qeyri-mümkündür.
96. Məhkəm ənin bu əsaslandırması da tam deyildir. Belə ki, işə əlavə olunmuş avtomobilə aid təlimat kitabından çıxarışda (bu təlimatın kim tərəfindən, nə vaxt tərtib olunması və s. kimi zəruri məlumatlar işə əlavə olunmayıb) qeyd olunur ki, «Pirotexniki elektrik açarı sistemində işlər yalnız mütəxəssis şirkət tərəfindən aparıla bilər – qəza təhlükəsi».
97. Göründüyü kimi təlimatda əksini tapmış pirotexniki elektrik açarı sistemində işlərin mütəxəssis tərəfindən aparılmalı olduğu barədə göstəriş qəza təhlükəsinin qarşısını almaq məqsədi ilə tövsiyyə olunan bir qaydadır.
98. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeud olunur ki, avtomobilin hadusədən sonra hərəkətə gətirliməsi bəzi hallarda texniki baxımdan mümkün olmuş, bə zi hallarda isə mümkün olmamışdır.
99. Apelyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmişdir.
100. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin göstərilənləri çəkişmə prinsipinə uyğun olaraq yoxlamadan, yuxarıda göstərilən formal mülahizələrlə iddianı rədd etmələri qanuni və əsaslı olmamışdır.
101. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
102. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilm iş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
103. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılma mış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
104. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir.
105. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
106. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tari xli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
107. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
108. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdı rılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
109. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5122/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.