Məhkəmə qərarları › İş №2(102)-1704/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1704/2020

02.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1704/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı1 vəkili Şirinov Fuad Paşa oğlunun, Cavabdeh1 və vəkili X14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat kontoruna qarşı “10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı ev bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş mülkiyyət hüqu qunu təsdiq edən sənədlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Şirinov Fuad Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(049)-1933/19) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat kontoruna qarşı “10 mart 2006-cı il tarixli 4Ə24/2006 saylı ev bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Quliyev İlyas Qulu oğlu ilə Cavabdeh1 arasında Lənkəran rayon notariat kontoru nda Lənkəran rayonu, Liman şəhəri M.Rəsulzadə küçəsi 67 saylı evin bağışlanması barədə bağlanmış 10 mart 2006-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına tam mülkiyyət hüququ əsasında 10.03.2006-cı il tarixdə verilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 168A saylı Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev-sədrlik edən və məruzəçi, N.Mirzəyev, Q.Kərimov, iş № 2(106)-3104/19) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qət naməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat kontoruna qarşı “10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı evin bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. İddiaçı1 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Lənkəran rayon 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Qu liyev İlyas Qulu oğlu ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı evin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli evin mərhum anaları və atalarının birgə nikahda olduqları dövrdə analarının şəxsi vəs aiti hesabına tikilməsi faktı heç bir qanuni əsas olmadan nəzərə alınmamışdır. Mübahisəli evdə qeydiyyatda olanlar barəsində Liman şəhər üzrə nümayəndəliyi evlər komitəsi tərəfindən verilmiş 07.06.2006-cı il tarixli 670 saylı arayış qabaqcandan saxtalaşdırılaraq mərhum atalarının adından bağışlama müqaviləsinin bağlanmasına nail olunmuşdur. Apelyasiya məhkəməsi tərəfindən onun atasının sağ olarkən təsir altında məcbur olub mübahisəli evi cavabdehə bağışlaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsini heç bir hüquqi əsas olmadan nəzərə alınmamışdır. Mübahisəli ev valideynlərinin birgə nikah dövründə əldə edildiyindən, ümumi birgə mülkiyyət olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən hazırkı bağışlama müqaviləsi bağlana bilməzdi. Ona görə də bağışla ma müqaviləsi əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticəyə malik deyil. Valideynlərindən miras qalmış əmlak qanun üzrə vərəsələri arasında bərabər paylarla bölünməlidir. İddiaçı1 və vəkili Şirinov Fuad Paşa oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh1 və vəkili X20 isə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iddiaçılar İddiaçı4, İddiaçı5 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apelya siya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı1 İlyas oğlunun və vəkilinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Lənkəran rayonu, Liman (əvvəlki Port-İliç) şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 67 saylı bir mərtəbəli 3 otaqdan ibarət ümumi sahəsi 119,8 kv.metr, yaşayış sahəsi 54,3 kv.metr, torpaq sahəsi 1579,9 kv.metr olan yaşayış evi 1960-cı ildə tikilmiş, həmin evə dair heç bir hüquq müəyyənedici sənəd olmamış, ev Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Port-İliç şəhəri üzrə nümayəndəliyinin 19 may 1999-cu il tarixli 11 saylı sərəncamı ilə Quliyev İlyas Qulu oğlunun şəxsi mülkiyyətinə verilmi ş, sonuncu 20.05.1999-cu il tarixdə evi öz adına qeyd etdirməklə evə dair qeydiyyat vəsiqəsi almışdır. Quliyev İlyas Qulu oğlu əvvəl X21 ilə rəsmi olaraq nikaha daxil olmuş, onların həmin nikahlarından uşaqları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 doğulmuşdur. İlyas Quliyevlə Həyat Quliyevanın nikahları 17 may 1988-ci il tarixdə pozulmuşdur. Bundan sonra İlyas Quliyev 12 may 1992-ci il tarixdə X16 ilə ailə quraraq nikaha daxil olmuş, onların həmin nikahlarından 25 may 1995-ci il tarixdə X9 doğulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli qərarına əsasən Quliyev İlyas Qulu oğlunun, Cavabdeh1 və X4 mülkiyyətinə verilmişdir. 10 mart 2006-cı il tarixli ev bağışlama müqaviləsinə əsasən Quliyev X22 rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi 67 saylı evi Cavabdeh1 bağışlamışdır. Hazırda Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, 22 may 2019-cu il tarixdə vəfat etmiş mərhum Quliyev İlyas Qulu oğlu 10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı ev bağışlama müqaviləsini təsir altında bağlamışdır, onun həmin fərdi yaşayış evini bağışlamaq niyyəti olmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nə ticə ilə razılaşmamışdır. Belə ki, iş materiallarında olan, ölüm haqqında AZ-İ № 991114 saylı şəhadətnamənin surətindən görünür ki, Quliyev İlyas Qulu oğlu 22 may 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan, X10, X19, X15, X29, X3, X11, X30, X12, X17, X5 ərizəsindən görünür ki, ünvan 3 ünvanda tikilmiş fərdi yaşayış evi 1960-cı ildə X18 anasından miras qalmış 0,04 ha torpaq sahəsi üzərində və ondan miras qalmış vəsait hesabına inşa edilmişdir. X7 vəfat etdiyi anadək ünvan 3 ünvanda tikilmiş fərdi yaşayış evində oğlu İddiaçı1 və onun ailə üzvləri ilə birgə yaşamışdır. Əlavə olaraq bildirmişlər ki, Quliyev İlyas Qulu oğlu daim onlara bildirmişdir ki, Cavabdeh1 onu aldadaraq ünvan 3 ünvanda tikilmiş fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. İş materiallarında olan, mülkiyyət hü ququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid posportdan görünür ki, ünvan 3 ev 1960-cı ildə tikilmişdir, 1 mərtəbədən ibarətdir, sahəsi 119,8 kv m. təşkil edir. İş materiallarında olan, X1 07 noyabr 2019-cu il tarixli, 856 saylı və Lənkəran rayon Mərkəzi xəstəxanasının 12 noyabr 2019-cu il tarixli, 1367 saylı məktubundan görünür ki, 05 noyabr 1935-ci il tarixdə Lənkəran rayonu Port-İliç (Lıman) şəhərində anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış Quliyev İlyas Qulu oğlu X2 qeydiyyatda olmamışdır. İş materiallarında olan, Lənkəran Rayon Məhkəməsinin 2-126-2000 saylı, 21 iyun 2000ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Quliyev İlyas Qulu oğlunun cavabdeh İddiaçı1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir. İ ş materiallarında olan, Lənkəran Rayon Məhkəməsinin 2-09-2004 saylı, 19 mart 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Quliyev İlyas Qulu oğlunun cavabdehlər İddiaçı3, İddiaçı1, Lənkəran şəhər 2 saylı Dövlət Kontoru və Lənkəran rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin, aparılmış notariat hərəkətlərinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsi 36-da (keçmiş Port-İliç şəhəri X43 materiallarında olan, küçəsi 112-də) yerləşən, ümumi sahəsi 34,1 kv.metr, yaşayış sahəsi 22,3 kv.metr olan iki otaqlı evin X28 tərəfindən İddiaçı3 satılmasına dair Lənkəran rayon 2 saylı Dövlət Notariat Kontorunun 705 №-li reyestr lə 06 fevral 1986-cı il tarixli alqı-satqı müqaviləsi və eləcə də İddiaçı3 tərəfindən həmin evin İddiaçı1 bağışlanması barədə Lənkəran rayon 2 saylı Dövlət Notariat Kontorunun 12-8248 №-li reyestrlə 28 avqust 1986-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsi 36-da yerləşən evin iddiaçı Quliyev İlyas Qulu oğlunun şəxsi mülkiyyətinə verilməsi qət olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 noyabr 2019-cu il tarixli, **********34 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-c i il tarixli, 11 saylı müvafiq qərarı əsasında JN-632 nömrəli “Şəhadətnamə" ilə mərhum Quliyev İlyas Qulu oğlunun, hazırki iş üzrə cavabdeh şəxs Cavabdeh1 və onların qızı X4 mülkiyyətindədir. Hazırki iş üzrə mübahisələndirilən 67 saylı fərdi yaşayış evi isə əvvəllər Lənkəran şəhər icra Hakimiyyəti Başçısının Port-İliç (hazırki Liman şəhəri) şəhəri üzrə nümayəndəliyin 19.05.1999-cu il tarixli 11 saylı sərəncamından çıxarışla mərhum Quliyev İlyas Qulu oğlunun şəxsi mülkiyyətinə verilmişdir. Sonradan həmin qərar əsasında Lənkəran rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 19 may 1999-cu il tarixli 168 qeydiyyat nömrəli “Qeydiyyat vəsiqə”si verilmişdir. Sonradan mərhum Quliyev İlyas Qulu oğlu sağlığında 10 mart 2006-cı il tarixli, 4Ə-1-24 reyestr nömrəli “bağış lama müqaviləsi” əsasında sözü gedən ünvanda yerləşən 67 saylı fərdi yaşayış evini rəsmi nikahda olduğu həyat yoldaşı X13 bağışlamışdır. Həmin müqavilə əsasında da onun adına Lənkəran rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tam qanunamüvafiq olaraq 10 mart 2006-cı il tarixli 168A qeydiyyat nömrəli müvafiq “Qeydiyyat vəsiqə”si verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsi iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən imzalanmadığından həmin şəxslərin iddiaçı kimi qəbul edilməsi mümkün deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası iddianın yalnız iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş iddia kimi qəbul etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi həmin mövqeyini hər hansı məhkəmə aktı ilə qə rarlaşdırmamışdır. Hazırkı halda məhkəmə Mülki Prosessual Məcəlləsinin 259.0.3–cü maddəsini tətbiq etməklə həmin şəxslərə münasibətdə iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda göstərilən prosessual normanı tətbiq etməmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərə münasibətdə iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır. Bu halda isə istinad olunan prosessual pozuntu məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hə min Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1-668.1.5-ci maddələrinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışl anması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə, bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarm ağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq i cra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Apelyasiya instansiyası məhkəməsi tətbiq etdiyi qanunvericiliyin normalarının şərhi baxımından belə nəticəyə gəlmişdir ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişdikdə və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verd iyi vədin ləğv edilməsi və onun icrasından imtina etdikdə bağışlamaqdan imtina edilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanların mövcud olması ilə bağlı iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir subut təqdim olumamışdır. Məhkəmə kollegiyası iddiaçıların iddia tələbinin bağışlanmış evin iddiaçıların anasına məxsus olması, analarının həmin evdə payının olması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, mərhum Quliyev İlyas Qulu oğlunun əvvəlki arvadı, iddiaçıların anası X21 ilə olmuş nikahları 17 may 1988-ci il tarixdə pozulmuş, mübahisəli ev isə mərhum İlyas Quliyevin mülkiyyətinə Həyat Quliyeva ilə nikahının pozulmasından 11 il sonra 20 may 1999-cu il tarixdə, yəni faktiki olaraq Cavabdeh1 ilə rəsmi nikahda olduğu vaxt keçmişdir. Məhkəmə kollegiyası şahid ifadələrinə də qiymət verərək qeyd etmişdir ki, mübahisəli evin bağışlama müqaviləsini təsir altında bağlaması təsdiq olunmur. Ən əsası isə məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, iddiaçılar bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmadıqlarına görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar bağışlama müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlə dilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi müb ahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq müna sibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçılara aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (hədiyyə verən və ya hədiyyə alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (mənzilə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mənzil ər-arvadın ümumi mülkiyyəti deyil, yaxud iddiaçının mənzildən istifadə hüququ yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafiəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (hədiyyə alanın hədiyyəni qəbul etm ək hüququ) və hüquqi vəzifə (hədiyyə verənin hədiyyəni vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Göründüyü kimi İddiaçının müqaviləni mübahisələndirmək hüququ olmadığı halda birinci instansiya məhkəməsi maddi hüquq normasını pozaraq onun iddiasına əsasən bağışlama müqaviləsini etibarsız hesab etməklə səhvə yol vermişdir. Belə ki, mərhum İlyas Quliyev ünvan 6 ünvanda yerləşən evi Cavabdeh1 10 mart 2006-cı il tarixdə bağışlanmış və İlyas Quliyev 22 may 2019-cu il tarixdə vəfat etmişdir. Mərhum İlyas Quliyev 18 iyun 2018-ci il tarixli ərizəni imzalaması ehtimal edilən tarixə kimi keçən 12 ildən artıq və vəfat etdiyi tarixə kimi keçən 13 ildən artıq müddət ərzində bağışlama müqaviləsini mübahisələndirməmişdir. Həmçinin birinci instansiya məhkəməsi 22 may 2019-cu il tarixdə vəfat etmiş mərhum Quliyev İlyas Qulu oğlunun 10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı ev bağışlama müqaviləsini təsir altında bağlaması, onun həmin fərdi yaşayış evini bağışlamaq niyyətinin olmaması qənaətinə gəlsə də, həmin təsirin nədən ibarət olmasını açıqlamamış, mərhum İlyas Quliyevin həmin fərdi yaşayış evini bağışlamaq niyyətinin olmaması barədə gəldiyi nəticəni əsaslandıra bilməmiş, formal mülahizələr yürütmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə bağlı dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərini n və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 noyabr 2019-cu il tarixli 2(106)-3104/19 saylı qətnaməsi İddiaçı1 və vəkili Şirinov Fuad Paşa oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar