Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1704/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin qanunvericiliyə uyğun olaraq bağlanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil4, Cavabeh Cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər X5, Cavabdeh2, Şərur şəhər 2 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlanma müqa viləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-135/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.1983-cü il tarixli 131 nömrəli orderə əsasən Şərur şəhəri, Sovet küçəsi 37/48 yeləşən ümumi sahəsi 29,1 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh1 X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmişdir. xx.xx.1992-ci il tarixli Şərur Rayon XDM İK-nin komunal mənzillərinin özəlləşdirilməsi komissiysının aktına əsasən Şərur şəhəri, Sovet küçəsi 37/48 yeləşən ümu mi sahəsi 29,1 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evində yaşadığından həmin ev Cavabdeh1 şəxsi mülkiyyətinə verilmişdir. xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 Şərur şəhəri, Ş.İsmayıl küçəsi 37/48 yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 Şərur şəhəri, Ş.İsmayıl küçəsi 37/48 yeləşən fərdi yaşayış evini X3 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X6 arasında 20.12 1996-cı ıl tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydə alınmış qeydiyyatın ləğv edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini 1995-ci ildə ona bağışlamışdır. Lakin aradan bir müddət keçdikdən sonra 1996-cı ildə həmin evi bacısı X3 təkrar bağışalama müqaviləsi əsasında vermişdir. Həmin müqavilədən sonradan, yəni iki il bundan əvvəl xəbəri olmuşdur. Buna görə də iddiaçı qeyd olunan tələblə məhkəməyə müaricət etmişdir. Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin (hakim Mehti Əliyev) 2(110)-106/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həqiqətən də xx.xx.1995-ci il tarixli bağışlanma müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini İdd iaçı bağışlamış, lakin həmin bağışlama müqaviləsi hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmamışdır. Sonradan xx.xx.1996-cı il tarixdə Cavabdeh1 həmin evi yenidən bağışlama müqaviləsi ilə X4 bağışlamış və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyesterində X2 adın qeydə alınmışdır. Hüquq münasibətlərinin yarandığı 1995-ci ildə qüvvədə olan 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən bağışlanma müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Yaşayış evinin bağışlama müqaviləsi həmin məcəllənin 230-cu maddəsi ilə müəyyən edilən formada bağışlanmalıdır. Həmin məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və X10 sovetinin İcrayyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay keçənədək qeydə alınmalıdır. Məhkəmə sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi bağışlama müqaviləsi qanunvericiliyə uyğun olaraq qeydə alınmadığından müqavilə bağlanmış sayılmır. Belə olan halda iddiaçı subyektiv hüququnun pozulduğunu həmin müqaviləyə isrinad edərək əsaslandıra bilməz. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mehman Allahverdiyev - sədrlik edən və məruz əçi, Yusifəli Qurbanov, Əhliman Xıdırov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlləri əsaslandırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil4 Mixayiloviç) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində q anunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil4 Mixayiloviç məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1995-ci ildə qüvvədə olan Maddə
245. Bağışlanma müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Yaşayış evinin bağışlama müqaviləsi həmin məcəllənin 230-cu maddəsi ilə müəyyən edilən formada bağışlanmalıdır. Maddə
230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və X10 sovetinin İcrayyə komitəsində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinın Mülki kollegiyasının 2(108)135/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov