Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1705/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) 11.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu dz Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2n qarşı “mənzilin miras əmlak hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-824/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin miras əmlak hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
2. Müstəqil tələb irəli sürən üçüncü şəxs İlham Kərimov da cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin miras əmlak hesab edilməsi və payın müəyyən edilməsi” barədə iddia qaldırmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(011)6670/2019 saylı qətnaməsi ilə (X1) hər iki iddia tələbi təmin edilməmişdir.
4. Qətnamədən İddiaçı və İlha m Kərimov ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-824/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bu qətnamədən narazı qalan İddiaçı, 27 may 2021-ci il tarixdə kassasiya şikayəti, eyni zamanda həmin şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)824/2020 saylı qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə qaytarılmışdır.
8. İddiaçı həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respubikası Ali Məhkəməsi Mülki Kollegi yasının xx.xx.2022-ci il tarixli, 2(102)-473/2022 saylı qərarı ilə təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Bundan sonra, İddiaçı yenidən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(103)- 824/2020 saylı qərardadı ilə qanunvericliyin tələblərinə uyğun kassasiya şikayəti əlavə edilmədiyindən ərizə mahiyyəti üzrə baxılmadığından geri qaytarılmışdır.
10. İddiaçı yenidən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2(103)-824/2020 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş kassasiya şikayəti qanunla müəyyən olunmuş formada və qaydada verilmədiyindən qaytarılmışdır.
11. İddiaçı yenidən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-824/2020 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
12. Həmin qərardad onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minm iş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki vaxtda da ərizənin təmin olunması üçün prosessual əsaslar mövcud deyildir. İddiaçı əvvəllər istinad etdiyi hallarla bağlı yeni sübut (etibarnamə) əlavə etdiyini göstərsə də, bu hal yenə də vəziyyəti dəyişdirmir və özü-özlüyündə üzrlü səbəb kimi qəbul edilə bilməz. Bununla yanaşı, xüsusi olaraq qeyd edilməlidir ki, hətta əvvəlki əsaslar şərti olaraq üzrlü sayılsa belə, müddətin bərpasından ilk dəfə imtina olunduqdan sonra iddiaçı yenidən bir neçə dəfə prosessual müddətin bərpasına dair ərizələrlə müraciət etmiş, lakin ərizələrə mahiyyəti üzrə baxılması mümkün olmamış (birinci dəfə kassasiya şikayəti əlavə olunmadığından ikinci dəfə isə əlavə olunmuş kassasiya şikayəti qanunvericiliyin tələblrinə uyğun olmadığından), bu səbəbdən də ərizə qaytarılmışdır. Belə olan halda isə, iddiaçının ərizəsində göstərdiyi əvvəlki əsaslar hazırki vəziyyətdə buraxılmış prosessual müddətin üzrlü sayılması üçün yetərli deyildir. Çünki, iddiaçı sonradan da bir neçə dəfə qanunveric iliyin tələblərinə uyğun olmayan şəkildə məhkəməyə müraciət etməklə müddətin bərpasına dair ərizələr vermiş, bununla da müddətin ötürülməsi halı davam etmiş, sonrakı hallarla bağlı isə üzrlü səbəblər göstərilməmişdir. Qeyd olunanlara əsasən qətnamədən kassasiya şikayəti vermə müddəti 2 ildən çox müddətdə ötürüldükdən sonra həmin müddətin formal mülahizələrlə bərpa edilməsi yolverilməzdir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0, 405.0.1 və 133.1-ci, “K.N.Qəribova nın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı və 35-ci (3-cü bənd) maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-824/2020 saylı qərardadının ləğv olunması, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili Vüqar Səfərli onun hüquqi savadsızlığından istifa də edərək bilərəkdən fəaliyyətsizliyi ilə müddətin buraxılmasına səbəb olmuşdur. Vəkil Vüqar Səfərlinin intizam məsuliyyətinə cəlb edib Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edilmişdir. İddiaçıda olan məlumata görə hazırda Vüqar Səfərli CM-in 178-ci maddəsi ilə təqsirləndirilərək həbs edilmişdir. Müddətin bərpa edilməsi barədə işə baxan məhkəmələr öz qərarlarını vəkilə hər hansı bir etibarnamə verilməsi barədə sübut təqdim edilməməsi, daha sonra isə uzun müddət keçməsi ilə əsaslandırmışdır. İddiaçı etibarnamənin əsli vəkildə olduğu və onun ləğvi üçün əsli tələb olunduğundan etibarnaməni təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4.Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
21. Maddə
409. Apellyasiya instansiy ası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
22. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya
25. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadını iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
29. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
30. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
31. Hazırki işin materiallarından müəyyən olunur ki, eyni əsaslarla iddiaçının vermiş olduğu müddətin bərpasına dair ə rizəsinə baxılmış və müddətin bərpasından imtina olunmuşdur. Həmin qərardad qanuni qüvvədədir. Bu baxımından eyni əsaslı vəsatətə yenidən baxılaraq artıq müzakirə olunmuş əsaslarla müddətinin bərpasının mümkün hesab edilməsi yolverilən olmaz.
32. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)824/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.