Məhkəmə qərarları › İş №2(102)-1705/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1705/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1705/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-767/ 2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli 038-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 100000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir.

2. Cavabdeh MTK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən və mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093172 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcıipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 119,86 kv metr göstərilmişdir. Müq avilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 134240 manatdır, mənzilin dəyərinin 34240 manat məbləğində olan hissəsi alıcıipoteka qoyanın özü tərəfindən, 100000 manat məbləğində olan hissəsi isə kreditoripoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 038-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

3. Cavabdeh MTK-nın “Mənzil açarının təqdim olunması” barədə xx.xx.2019-cu il tarixli Aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən mənzilin açarı xx.xx.2019-cu il tarixdə İddiaçı təqdim olunmuşdur.

4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən 107,10 kv metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına Daşınmaz əMlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.

5. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə MTK-ya ünvanlanmış dəymiş ziyanın ödənilməsinə dair pretenziya məktubunda faktiki olaraq İddiaçı dəymiş 14290,81 manat pul vəsaitinin 5 gün ərzində qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MTK-ya (bundan sonra – MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzil üçün artıq alınan 14290,81 manat məbləğində pulun, 1000 manat vəkilə ödənilən xidmət haqqının və 136 manat ödənilmiş dövlət rüsumunun cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 107,1 kv metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 saylı mənzilin sahəsi 119,86 kv metr deyil, 107,1 kv metrdir. Yəni mövcud olmayan 12,76 kv metr mənzil sahəsi üçün iddiaçıdan 14290,81 manat pul vəsaitini artıq alınmışdır. Bu nunla da iddiaçıya əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Belə ki, iddiaçının aldığı mənzilin müqavilə üzrə 1 kv metr təxminən 1119,97 manat təşkil edir (134.240,00:119,86=1119,97). Faktiki təhvil verilən mənzil 107.1 kv metr olduğundan cavabdeh iddiaçıdan 12,76 kv metr sahənin dəyərini artıq almaqla ümumilikdə ona (12.76x1119,97=14290,81) 14290,81 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 25 illik kredit vasitəsilə aldığı hesab edilsə, ona dəymiş ziyanın daha da artacağı istisna olunmur. Halbuki, həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 119,86 kv metr olması göstərilmişdir. Cavabdeh müqavilənin 1.2.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahəli mə nzili təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də iddiaçının hüquqlarını pozmuş, olmayan ölçüyə görə artıq pul vəsaiti almış, ona küllü miqdarda maddi ziyan vurmuşdur. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Bundan əlavə iddiaçı hüquqi yardım üçün “Mirzəyev və Partnyorları” Vəkil Bürosu ilə “hüquqi yardımın göstərilməsi haqqında” 909 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlamış və 1000 manat ödəniş etmişdir.

8. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixli mənzil açarının təqdim edilməsi aktından da göründüyü kimi iddia müddəti ötürülmüşdür. Yəni podrat əsasları ilə mənzilə dair 1 illik iddia tələbinin müddəti keçmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində müqavilə və çıxarışda göstərilən mənzil sahəsinin fərqini tələb etmiş, lakin ekspert rəyinə etiraz etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyinə əsasən də müəyyən olunmuşdur ki, mənzilin ümumi sahəsi 119,8 kv metrdir. Müqavilədə də tam sahə qeyd edilmişdir. MTK tərəfindən hər hansı pozuntu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Məhk əmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/988 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv metr, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 119,8 kv metr təşkil etdiyi müəyyən edilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-665/2024 nömrəli iş üzrə 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qi smən təmin edilərək, cavabdeh MTK-dan 9743,74 manat, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,66 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Kərim Xudayev).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən ümumi sahəsi 119,86 kv metr olan 134240 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərini ödəməlidir. Müqavilə üzrə mənzilin hər kv metr-nin qiyməti 1119,97 (134240: 119,86 =1119,97) manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq, öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 119,86 kv metr olduğu göstərilmişdir. Çıxarışda isə mənzilin sahəsi 107,10 kv metr göstərilmişdir. Hazırda iddiaçı mövcud olmayan 12.76 (119,86-107,10=12,76) kv metr mənzil sahəsi üçün iddiaçıdan artıq alınmış 14290,81 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb etmişdir.

14. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləş ən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 316-16/2-10/988 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/988 nömrəli ekspert rəyinə əsasən B akı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv metr təşkil etdiyi öz təsdiqini tapmışdır. İddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir.

16. Müqavilə öhdəlikləri üzrə fərqin 8,7 kv metr (119,86-111,1=8,7 kv metr) olması və hər kv metr üçün 1119,97 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 9743,74 (8,7x1119,97) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutul araq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi üzrə 6 illik (daşınmaz əmlaklarla bağlı müqavilə tələbləri) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İş materiallarında olan MTK-nın “Mənzil açarının təqdim olunması” barədə xx.xx.2019-cu il tarixli Akt ilə müəyyən edilmişdir ki, sözügedən mənzil xx.xx.2019-cu il tarixdə alıcıya təhvil verilmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddia tələbi üzrə 6 illik iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünmüşdür ki, c avabdeh iddiaçı ilə onun arasında bağlanmış müqaviləni podrat müqaviləsi kimi qiymətləndirmiş və Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan sifarişçinin icranın qüsuru ilə bağlı işi qəbul etdiyi gündən 1 il ərzində tələb irəli sürə biləcəyinə istinad etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı gətirdiyi dəlilə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında tikintisi başa çatmış və dövlət reyestrində qeydə alınmış mənzilin alqı-satqısına dair müqavilə (MTK və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqı-satqı müqaviləsi”) bağlanmışdır, həmin müqavilənin podrat müqaviləsi kimi qiymətləndirilməsi yolverilməzdir.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 567, 568, 577 v ə 578-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbinə qarşı verilmiş etirazın və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin dəlillərinə səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-767/2025 nömrəli mülki iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski).

22. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflər arasında işin mübahisə doğuran halı mübahisəli mənzilin ümumi sahəsinin ölçüsü ilə bağlıdır. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndiril məsi ilə bağlı göstərmişdir ki, iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin şərtlərindən görünmüşdür ki, MTK tərəfindən iddiaçıya satılmış mənzilin sahəsinin ölçüsü 119,8 kv metr kimi göstərilmişdir. Müqavilədə mənzilin faktiki ümumi sahəsinə bayır və arakəsmə divarlarının altının daxil olması nəzərə alınmamışdır. Belə olan halda qəbul edilməlidir ki, MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinə dəhliz, eyvan və yardımçı sahələr daxildir, lakin bayır və arakəsmə divarların sahəsi daxil deyil, əks halda bu kimi hal müqavilənin şərtlərinə daxil edilməli idi.

23. Cavabdeh MTK Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-16/210/988 nömrəli rəyi şübhə altına ala biləcək hər hansı ekspert rəyini və ya mütəxəssis r əyini məhkəmələrə təqdim etməmişdir. Ona görə də həmin rəy etibarlı sübut kimi qiymətləndirilməlidir.

24. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, onunla MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə MTK qarşısında özünə götürdüyü öhdəliyi lazımı qaydada icra etmiş, MTK tərəfindən inşa edilib, ona təhvil verilməli olan sahəsi 119,86 kv metr mənzilin tam dəyərini MTK-ya ödəmiş, lakın MTK həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, həmin ölçüdə deyil, ümumi sahəsi 111,1 kv metr olan mənzili təhvil vermişdir.

25. İşin müəyyən edilmiş hallarını və oxşar mülki mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alan məhkəmə hesab etmişdir ki, ekspertiza tərəfindən verilmiş rəyi sübut növü kimi qəbul etmiş birinci insta nsiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divarlar altı sahələr nəzərə alınmadan hesablanır.

26. Ona görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, işin halı kimi qəbul edilməlidir ki, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin sahəsi 8,7 kv metr azdır. Birinci instansiya məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçının aldığı mənzilin 1 kv metr müqavilə üzrə qiyməti 1119,97 manat təşkil edir. Belə olan halda müəyyən edilmişdir ki, cavabdeh MTK çatışmayan 8,7 kv metr görə iddiaçıdan 9743,74 manat almaqda haqlı olmamışdır.

27. Apellyasiya məhkəməsi "xxxx" cavabdeh MTK-nın ərizəsinə münasibətdə qeyd etmi şdir ki, MTK iddiaçı ilə onun arasında xx.xx.2019-cu il tarixli müqaviləni podrat müqaviləsi kimi qiymətləndirmiş və Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan sifarişçinin icranın qüsuru ilə bağlı işi qəbul etdiyi gündən 1 il ərzində tələb irəli sürə biləcəyinə istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflər arasında başlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçıya satılmış mənzil xx.xx.2019-cu il tarixdən MTK-nın mülkiyyətində olan daşınmaz əmlak (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********31-05301-093172) kimi satılmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış həmin müqavilənin predmeti olan mənzil artıq mövcud olmuş, müqavilə özüözlüyündə podrat müqaviləsi deyil, alqı-satqı müqaviləsi olmuşdur. MTK ilə iddiaçının birgə tərtib etdikl əri xx.xx.2019-cu il tarixli aktda görə mübahisəli mənzil MTK tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir. İş materiallarında isə iddiaçı hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü ildə müraciət etmişdir. Belə olan halda müəyyən edilmişdir ki, iddiaçı, 6 illik iddia müddətini ötürməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi "xxxx" cavabdeh MTK-nın ərizəsini əsassız hesab etməkdə haqlı olmuşdur.

28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 385, 442, 448, 567, 568, 577 və 578-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, öhdəliklərin icrası zamanı vicdanlılıq müddəalarına riayət edilməmişdir. İddiaçı ilə müqavilə bağlandığı zaman mənzil faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 119,86 kv metr olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. İddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahis ələndirməklə, kobud pozuntulara yol vermişdir. Mülki Məcəllənin 419-cu maddəsi ilə müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəalar da məhkəmə öz qətnaməsində nəzərə almamışdır.

31. Apellyasiya instansiyası məhkəməsində icraatda olan mülki iş üzrə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilməməyi və elektron məhkəmə sistemində ərizə təqdim etməyinə baxmayaraq, məhkəmə tərəf olaraq cavabdehi qətnamədə “məhkəmə kollegiyasının iclasında iştirak etmir” kimi ifadə etmiş və öz mülahizəsi ilə məhkəmə işinə iştirakı olmadan baxmışdır. Bu isə tərəflərin bərabərliyi prinsipinə zidd olmuşdur.

32. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 419 və 425-ci, Mülki Prosessual Məcəllənin 8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Etiraz işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icr a edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

40. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əş yaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

41. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin

42. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

43. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yar andığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğu n hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-767/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar