Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddia tələbi: «zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi» Açar sözlər: müqaviləyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4793/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, Ləğv prosesində olan Cavabdeh ASC ilə X6 arasında 24 ay müddətinə illik 26% dərəcəsi ilə 12.700 ABŞ dolları kreditin verilməsi barədə 26 yanvar 2015- ci il tarixli,210008160 saylı kredit müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan Cavabdeh ASC ilə X6 və zaminlər İddiaçı və X8 arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsinə əsasən İddiaçı və X8 26 yanvar 2015-ci il tarixli, ********* №-li kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəl iklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərlərinə götürmüşlər. İşdə olan Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, cavabdehlər X6, X11, X9, X12, X14, İddiaçı və X2 müştərək qaydada 11.565,44 ABŞ dolları məbləğində əsas borc, 6.263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, X6, X11, X9, X12, X14, İddiaçı və X2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərcinin cavabdehlərdən alınaraq Dövlət büdcəsinə Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2020-ci il tarixli, 2(107)- 77/2020 saylı qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsinin X3 münasibətdə dəyişdirilmədən saxlanılması, cavabdeh X5 apellyаsiyа şikаyətinin təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsinin qismən yəni, X4 11.565,44 ABŞ dolları məbləğində əs as borc, 6.263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan Cavabdeh ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, 145 manat ekspertiza xərcinin isə Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə yəni, cavabde hlər X6, X11, X12, X14, İddiaçı və X2 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6.263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə, 30 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına, 145 manat ekspertiza xərcinin Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,X7 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, iş üzr ə keçirilmiş 28 mart 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat pulun Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbınа ödənilməsi qət edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan X6 ilə hazırda Ləğv prosesində olan və Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarına əsasən ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmiş Cavabdeh ASC arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli, ********* nömrəli kre dit müqaviləsindən irəli gələn öhdəliyin təmini məqsədilə kreditin qaytarılması üçün müqavilədə müəyyən edilmiş müddətə, yəni 24 ay müddətinə zaminliyin verilməsi barədə onunla Ləğv prosesində olan Cavabdeh ASC arasında imzalanmış 28 oktyabr 2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə 2017-ci ilin yanvar ayının 26-da xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)2016/2020 saylı qətnaməs ilə (hakim S.R.Mustafayeva) iddianın təmin edilməsi, Ləğv prosesində olan Cavabdeh ASC ilə X6 və zaminlər İddiaçı və X8 arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4793/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), A.B.Nuriyeva və V.M.Ağayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)2016/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və nəticədə mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya xitam olunmasının əsası sayılan, Mülki Məcəllə ilə tanınan mövcud hüquqi faktı diqqətdən kənarda qoymaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edil mişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyy ənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ASC iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, bankın iddia ərizəsi 18.10.2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti 26 yanvar 2017-ci ildə bitmiş, bankın iddia ərizəsi isə 18 oktyabr 2017-ci ildə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur (i/v 115). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank ilə iddiaçı arasında 28 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsinin müddəti bitdiyi vaxtdan 9 ay sonra məhkəməyə müraciət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, zaminliyə xitam verilməsi üçün əsaslar iş materialları ilə öz təsdiqini t apmadığından, əksinə bank tərəfindən zaminliyə xitam verilməsinə dair qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmədən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi müəyyən edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxıldığını, tətbiq edilməli olan hüquq normasının tətbiq edilmədiyini və nəticədə mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya xitam olunmasının əsası sayılan, Mülki Məcəllə ilə tanınan mövcud hüquqi faktı diqqətdən kənarda qoymaqla qanunsuz və əsassız qətnamə qəbul edildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4793/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1707/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1707/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver