Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1709/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)7774/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzili üzərində 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə İddiaçı, 3/5 hissədə isə Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən iddiaçı ümumi paylı mülkiyyətlərində olan mənzildən istifadə edə və sahib ola bilmir. Onun tərəfindən cavabdehlərin rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmiş, lakin cavabdehlər təklifi cavabsız qoymuşlar.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 137 saylı evin 24 saylı mənzilin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşa at Norma və Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
5. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin 12 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilin real bazar qiyməti 115000 manat məbləğində müəyyən edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(001)1061/2022 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia təmin edilmiş, İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137, 24 saylı mənzilin satış qiyməti 115000 manat müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun i ddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsinə razılığını bildirsə də, Cavabdeh1 yalnız hissə-hissə kompensasiya ödəyə biləcəyini bildirmiş, iddiaçı isə bu təkliflə razı olmamış, digər cavabdeh ümumiyyətlə iddiaçıya kompensasiyanın ödənilməsinə dair fikrini bildirməmişdir. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan evin və mənzilin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-220.6cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 apre l 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(001)-1061/2022 nömrəli qətnaməsinin ödənilmiş dövlət rüsumunun, habelə keçirilmiş ekspertiza və qiymətləndirmə məsrəflərinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində dəyişdirilərək iddianın qismən təmin edilməklə, həmin məsrəflərin iş üzrə bütün tərəflər arasında müştərək qaydada tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7774/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə tam haqlı olmuşdur.
12. Mənzildə 1/5 hissədə payı olan iddiaçının mənzildə payının cüzi olması barəd ə apellyasiya şikayətinin dəlili formal və əsassızdır.
13. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyinə görə, iddia tələbi də təmin edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə xərclərini cavabdehlərdən müştərək qaydada tutmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7774/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 220.4-cü (kassasiya şikayətində maddi hüquq normasının pozuntusu kimi Məcəllənin 224.4-cü maddəsi göstərilsə də, 220.4-cü maddəsinin dispozisiyasına istinad olunmuşdur) və Mülki Prosessual Məcəllənin 119.1-ci maddələri pozulmuşdur. Belə ki, mənzilin cüzi hissədə payçısı olan iddiaçıdan fərqli olaraq, cavabdehlərin mənzilin əsas payçısı olmasına baxmayaraq məhkəmə tərəfindən Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbinə zidd olaraq iddiaçının xeyrinə paylı mülkiyyətin qalan iştirakçılarının, yəni cavabdehlərin öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyulmayaraq, mənzilin hərracda satılması ilə bağlı qərar verilmişdir ki, bu da nəticə etibarilə cavabdehlərin konstitusion hüquqları olan mülkiyyət hüquqlarının pozulmas ına səbəb olmuşdur. Eyni zamanda, qətnamə ilə bütün məhkəmə xərcləri əsassız olaraq cavabdehlərdən tutulmuşdur.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və h üquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci his səsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfi ndən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyə t hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4- cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kassasiya şikayətinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
26. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220 və 221-ci maddələri təşkil edir və işin faktiki hallarını araşdıran məhkəmələrin qətnamələri həmin maddi hüquq normalarına, habelə onların şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarına uyğundur. Belə ki, iddiaçının tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ardıcıllıqla araşdırma aparılmış, iş üzrə müvafiq ekspertiza keçirilmiş və əmlakın naturada bölünməsinin qeyri-mümkün olması müəyyən olunmuşdur. O cümlədən, tərəflər iddiaçının payının dəyəri ödənilməklə, onun mülkiyyət hüququna xitam verilməsi ilə bağlı qarşılıqlı razılığa gəlməmişlər. Kassator şikayətində formal olaraq Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbinin pozulmasını qeyd etsə də, ayrılan payçının payının dəyərinin ödənilməsinə razı olmasını göstərməmişdir.
27. Həmçinin iddiaçının payının cüzi olması ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, ilk olaraq əmlakda 1/5 hissədə pay cüzi hesab oluna bilməz. Həmçinin həmin pay kassatorun öz payın a bərabərdir. Digər tərəfdən isə iddiaçının payı cüzi hesab olunsa da belə, Mülki Məcəllənin 220.4-cü maddəsinin 3-cü cümləsi cavabdehlərin iddiaçıya kompensasiya ödənilməsini tələb edir. Lakin, qeyd olunduğu kimi cavabdehlər real olaraq belə kompensasiyanın ödənilməsinə razı olduqlarını işin faktiki hallarını araşdıran məhkəmələrə bildirməmişlər.
28. Nəhayət, məhkəmə xərcləri ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iddia tələbi tam olaraq təmin olunduğundan, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin məzmununa uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə alınmış ekspertiza və mütəxəssis rəylərinin dəyərləri cavabdehlərə aid edilməlidir.
29. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7774/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər