Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1712/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh ASC İddia tələbi: “kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi” Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6098/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 21.05.2013-cü il tarixli,112918-1-6735 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq 21.05.2013-cü il tarixli, 112918-1-6735/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən bank kredit alana 127.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh ASC ilə kredit alan İddiaçı arasında bağlanmış “21.05.2013-cü il tarixli, 112918-1-6735/1, 04.06.2013-cü il tarixl i, 112918-1- 6735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 02 saylı, 20.05.2016-cı il tarixli razılaşmaya əsasən kredit alanın banka 20 may 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 81.745 (səksən bir min yeddi yüz qırx beş) ABŞ dolları məbləğdə (bundan sonra “kredit məbləği”) müəyyən edilir. Hazırkı “Razılaşma”nın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 24 (iyirmi dörd) ay müddət ərzində istifadə etməyi və 22 may 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 16 (on altı) faiz ödəməyi öhdəsinə götürür. Kredit alan 20 may 2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 4.949 (dörd min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavələr (ödəniş qrafikləri) imzalandığı tarixdən 21.05.2013-cü il tarixli, 112918-1-6735/1, 04.06.2013-cü il tarixli, 112918-1-6735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma üzrə imzalanmış əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin “Kommersiya krediti müqavilələri”nin mətni üzrə əlavə yeni əlavə ilə əvəz olunmuşdur. 21.05.2013-cü il tarixli, 112918-1-6735/1, 04/06/2013-cü il tarixli, 112918-16735/2 nömrəli “Kommersiya krediti müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma qüvvədən düşmüş hesab edilmişdir. -04.06.2013-cü il tarixli, 112918-1-6735/2 nömrəli müqaviləyə əlavə edilmiş 20.05.2016-cı il tarixli ödəniş cədvə linə əsasən “xxxx” (Azərbaycan) ASC 20.06.2016-cı il tarixdən 22.05.2018-ci il tarixədək İddiaçı faiz borcu 14.303,84 ABŞ dolları, əsas borc 81.745 ABŞ dolları, ödəniş məbləği 96.048,84 ABŞ dolları müəyyən edilmişdir. -04.06.2013-cü il tarixli, 112918-1-6735/2 saylı kredit müqaviləsinə əlavə edilmiş 1 nömrəli ödəniş cədvəlinə əsasən “xxxx” (Azərbaycan) ASC 04.07.2013-cü il tarixdən 04.06.2016-cı il tarixədək İddiaçı faiz borcu 33.359,31 ABŞ dolları, əsas borc 105.000 ABŞ dolları, ödəniş məbləği 138.359,31 ABŞ dolları müəyyən edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(006)484/2018 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqav ilələrinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi və “borcun tutulması və s.” tələbinə dair qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4821/2019 saylı, 04.07.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddi açı və vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4821/2019 saylı, 04.07.2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında 21.05.2013-cü il tarixli, 112918-1-6735/1, 04.06.2013-cü il tarixli, 1129186735/2 saylı “Kommersiya krediti müqavilələri”nin və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişikliklər və əlavələr edilməsi barədə 20.05.2016-cı il tarixli, 02 saylı razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, 10 fevral 2020ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6098/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası bank tərəfindən pulun iddiaçıya Azərbaycan manatı ilə verilməsinə baxmayaraq, dollarla olan müqaviləyə qol çəkdirmələri barədə iddiaçının söylədiklərini nəzərə almamış, gəlirlərin və xərclərin milli valyutada olduğu şəraitdə pul öhdəliklərinin xarici valyutada olması nəticə sində iddiaçının ciddi zərərə məruz qalması faktların mövcudluğunu nəzərə almayaraq yalnız Cavabdeh ASC-nin nümayəndəsinin izahatına əsaslanmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tər əfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Kassasiya baxışının hədləri MPM -nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin və ona əlavələrin aldatma yolu ilə bağlandığını iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbinin əsas mahiyyəti manatın ABŞ dollarına qarşı məzənnəsinin aşağı düşməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında qeyd edilir: “... bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafıq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutas ında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər... manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi); xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri). Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi).... Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavil ələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində istənilən valyutada ola bildiyindən və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən, hazırki müqavilə üzrə borcluya (iddiaçıya) verilmiş pulun ABŞ dolları valyutasında olması bu müqavilənin etibarsızılığına dəlalət etmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı manatın ABŞ dollarına qarşı məzənnəsinin a şağı düşməsini əsas gətirməklə kredit müqaviləsinin ləğv edilməsi (dəyişməsi) tələbi ilə artıq məhkəməyə müraciət etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(006)-484/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən kredit müqaviləsinin və ona əsasən bağlanmış razılaşmanın Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən bank tərəfindən pulun iddiaçıya Azərbayc an manatı ilə verilməsinə baxmayaraq, dollarla olan müqaviləyə qol çəkdirmələri barədə iddiaçının söylədiklərinin nəzərə alınmadığını, gəlirlərin və xərclərin milli valyutada olduğu şəraitdə pul öhdəliklərinin xarici valyutada olması nəticəsində iddiaçının ciddi zərərə məruz qalması faktların mövcudluğunu nəzərə almayaraq yalnız Cavabdeh ASC-nin nümayəndəsinin izahatına əsaslanıldığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6098/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1712/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1712/2021
13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver