Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1712/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və X2 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi, pul tələbi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9587/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında 28.02.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə 28.06.2018-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı Cavabdeh1 100000 ABŞ dolları məbləğində pulu borc almışdır. Müqavilənin şərtlərinə görə (1 və 2-ci bəndləri) iddiaçı aldığı 100000 ABŞ dolları məbləğində borc pulu 28.06.2018-ci il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlə aralarında 28.02.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş i cra qeydinin ləğv olunması barədə ilkin, cavabdeh isə 100000 ABŞ dolları məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsinə əsasən guya o, cavabdehdən 100000 ABŞ dolları məbləğində borc pul almışdır. Əslində isə cavabdehdən pul almamışdır. Cavabdeh onun atasının işçisi olmuşdur. Atası 27.11.2017ci il tarixdə öləndən sonra cavabdeh ona demişdir ki, atası sağlığında ondan 130000 ABŞ dolları məbləğində borc pul almış, 30000 ABŞ dolları məbləində pulu qaytarmış, 100000 ABŞ dolları isə borclu qalmışdır. Cavabdeh həmin pulu ondan tələb etmiş və verməyəcəyi təqdirdə onu və atasını rüsvay edəcəyini bildirmişdir. O, biabırçılığın qarşısını almaq üçün məcbur o lub 6 saylı notariat kontorunda müqavilə bağlamağa məcbur olmuşdur. Məcburiyyət qarşısında müqavilə bağladıqdan sonra qohumlarından pul alaraq cavabdehin borcunu tam qaytarmış və borcu olmadığını bildirdikdə cavabdeh ona demişdir ki, ona əlavə faiz də ödəməlidir, çünki atası pulu faizlə almışdır. O, buna etiraz etdikdə cavabdeh notariusdan icra qeydi alaraq icra məmurları vasitəsilə pulu ondan pulu tələb etmişdir. O, cavabdehdən heç vaxt borc pul almamışdır və həmin kredit müqaviləsi yalançı əqd olmaqla başqa əqdin pərdələmək məqəsədilə bağlanmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçını onun atası vasitəsilə tanımışdır. İddiaçı ondan borc pul istəmiş o, atasının xatirinə və ona inanaraq iddiaçıya 100000 ABŞ dolları məbləğində borc vermiş və borc müqaviləsini 28.0 2.2018-ci il tarixdə 6 saylı notariat kontorunda rəsmləşdirmişlər. İddiaçı müqavilənin birinci səhifəsinin sonunda öz xətti ilə “pulu tam şəkildə aldım” sözlərini yazmışdır. Müqaviləyə görə iddiaçı pulu 28.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Sonradan iddiaçı ona yenidən vaxt verməyi xahiş etmiş, onun mərhum atasına görə yenə də notariat kontorunda 28.02.2018-ci il tarixli kredit müqaviləsinə 09.06.2018-ci il tarixli əlavə saziş bağlamışlar, həmin sazişə görə iddiaçı pulu 09.09.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozaraq borcunu qaytarmamışdır. Borcu ondan istədikdə qaytarmayacağını bildirdiyindən 21.12.2019-cu il tarixdə icra qeydinin verilməsi barədə elektron qaydada notariusa müraciət etmişdir. B irinci instansiya məhkəməsində şahid X6 göstərmişdir ki, Cavabdeh1 tanımır. Lakin İddiaçı ona pul verdiyini bilirdi. İddiaçı Cavabdeh1 verdiyi pulun mərhum atasının borcu olduğunu ona demişdir. İddiaçı deyirdi ki, əsas borcu verib, indi də üstün qaytarır. İddiaçının cavabdehə nə qədər pul qaytardığını bilmir, amma bir dəfə 2800 manat vermsinin şahidi olmuşdur. Cavabdehi ilk dəfədir məhkəmə iclas zalında görür. İddiaçı pulu verəndə cavabdeh qara rəngli maşında gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı iş üzrə qəbul etdiyi 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, 100000 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə ilk iddianın rədd edilməsinə dair hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin etibarsız hesab edilmsi üçün 2 dəlil irəli sürür. Birincisi, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehin deməsinə inanaraq guya atasının ona borcu olduğu üçün müqavilə bağlamış, müqavilədə göstərilən pul vəsaitini almamışdır. İkincisi, iddiaçı qeyd edir ki, müqaviləni hədə-qorxu təsiri altında məcburiyyət qarşısınıda bağlamışdır. Buna görə də borc müqaviləsini yalançı əqd hesab edir. İddiaçının iddia etdiyi hallar, yəni kredit müqaviləsində qeyd edilmiş pul vəsaitinin ona verilməməsi və müqaviləni hədə- qorxunun təsiri altında bağlaması tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd olması üçün əsasları yaratmış olur. Lakin əvvəla, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərini (pulu almamasını və müqaviləni hədə-qorxu təsiri altında bağladığını) sübuta yetirə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi). Həmçinin, iddiaçı 28.02.2018-ci il tarixli müqaviləni yalan əqd hesab etsə də, bu əqdi başqa hansısa əqdin pərdələnməsi məqsədilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya atasının borclu olduğuna görə sözügedən müqaviləni bağlaması əslində vərəsəlik hüquq münasibətlərindən doğan bir haldır ki, bu halda iddiaçının bağladığı 28.02.2018-ci il tarixli müqavilə onun vərəsə kimi miras qoyanın kreditrolarının mənafeyini təmin etmə öhdəliyindən irəli gəlmiş olur ki, bu zaman sözügedən müqavilə yalan əqd ola bilməz. Digər tərəfdən, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 354.2-ci, Mülki Proosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə qarşılıqlı iddianın təmin edilməsi hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı borc (kredit) müqavilələrinin bağlanmış, iddiaçı öhdəliyini icr a edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə bu hissədə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 739.1, 740.2 və 385.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilərək, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsas ı olan kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət qədər əsaslar olsa da, məhkəmə buna hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehdən borc almamışdır və bu fakt borcun alınması üçün tələb olunan bank hesabının açılmamasında, şahid ifadəsi ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 hər hansı məbləğdə borc pul almamış, aralarında müqavilə bağlanması İddiaçı atasının Cavabdeh1 olan borcunu pərdələmək məqsədi daşımışdır. Təqdim edilmiş səs yazılarında da Cavabdeh1 İddiaçı aid olan borcdan deyil, sonuncunun atasına olan borcundan söhbət gedir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, İddiaçı atasının ona 160000 ABŞ dolları məbləğində borcu olmuş, həmin pul tərəfindən Ceyhun İbrahimova verilmiş, lakin, həmin borc anası və xalalarının adına rəsmiləşdirilmişdir. Həmin borcdan cəmi 30000 ABŞ dolları ona qaytarılmışdır, qalan məbləğ isə qaytarılmamışdır. 30000 ABŞ dollar borc qaytarıldıqdan sonra həmin məbləğdə borclu olmasını təsdiq edən sənədi Fuadın atasına qaytarmışdır. Hazırda buna görə məhkəməyə təqdim etdiyi sənədlərin arasında 30000 dolları təsdiq edən sənəd yoxdur. Həmçinin həmin pulun İddiaçıla aralarında olan borc münasibətlərinə aidiyyatı olmamışdır. Belə ki, İddiaçıla araların da müqavilə bağlanmış, müqavilə notarial qaydada təsdiqlənmiş, həmin müqaviləyə əsasən də 100000 ABŞ dollarını İddiaçı notariat binasının həyətində verilmişdir. İddiaçı da müqavilənin sonluğuna pulu alması barədə qeyd yazmışdır. Bundan başqa təqdim edilmiş səs yazılarından da bilindiyi kimi İddiaçı anasına oğlunun borcunun qaytarılmalı olmasını demiş, qarşı tərəf isə İddiaçı atasının borcundan bəhs etmişdir. Həmçinin Fuadın atası tərəfindən ona hələ də 130000 dollar borcun qaytarılmamasına rəğmən Fuada yenidən 100000 dollar borc verməkdə məqsədi köhnə borcu diriltmək olub, yəni Fuada verdiyi borc hesabına sonuncu biznesini artırmaqla həm atasının, həm də özünün borcunu qaytarmalı idi. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının ( hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Vəfaddin İbayev və Rəşad Həsənov) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı iş üzrə qəbul etdiyi 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və X1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X3 arasında 28.02.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı 100000 ABŞ dolları məbləğində pu lun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılmayaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisələndirilən müqavilənin etibarlı olub-olmaması ilə bağlı təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirməmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməmiş, bir sözlə əqdin еtibаrlılığını müəyyən еtməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən müqavilənin tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsinin mübahisə predmeti olmamаsı, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandı ğını, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa qiymət verilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı atasının ona 160000 ABŞ dolları məbləğində borcu olmuş, həmin borc yaxın qohumları Azərə Babayeva, Arizə Babayeva və Arzu Babayevanın adına rəsmiləşdirilmişdir, həmin borcdan cəmi 30000 ABŞ dollar məbləği ona qaytarılmışdır, lakin qalan pul ona qaytarılmamışdır. Həmin pulun İddiaçıla aralarında olan borc münasibətlərinə aidiyyatı olmamışdır. Təqdim edilmiş 01.03.2016-cı il tarixli, 07.03.2016-cı il tarixli və 28 fevral 2017-ci il tarixli razılaşmadan görünür ki, "xxxx" MMC-nin direktoru Ceyhun İbrahimov digər tərəfdən müvafiq olaraq Azərə Babayeva, Arizə Babayeva və Arzu Babayeva 60000 ABŞ dolları, 30000 ABŞ dolları və 40000 ABŞ dolları məbləğində "xxxx" MMC-yə 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla vəsait vermişdir. Lаkin аpеllyаsiyа bахışı zаmаnı Cavabdeh1 mərhum Ceyhun İbrahimovun оnа оlаn bоrcunun ödənilmədiyi təqdirdə yеnidən özünün bildirdiyi kimi, 28.02.2018-ci il tarixdə 6 saylı notariat kontorunun həyətində iddiaçıya оnun хаhişi ilə yеnidən 100000 ABŞ dolları məbləğində borc verməsinin səbəblərini məntiqi оlаrаq izаh еdə bilməmişdir Məhkəmə kоllеgiyаsı dа iddiаçının bu izаhаtınа tənqidi yаnаşаrаq hеsаb еdir ki, mərhum Ceyhun İbrahimovun R.Həsənоvаyа оlаn bоrcu qаytаrılmаdığı təqdirdə, bаşqа sözlə, cаvаbdеhin bоrcunu gеri аlmаmış, 28.02.2018-ci il tarixdə 6 saylı notariat kontorunun həyətində iddiaçıya 100000 ABŞ dolları məbləğində pulu nаğd şəkildə borc vеrməsi, bir sözlə iddiаçının cаvаbdеhdən bоrc pul istəməsi və bu bоrcu həqiqətən оndаn аlmаsı inаndırıcı görünməməklə yanaşı işin аrаşdırılmış digər hаllаrı ilə təsdiqlənmir. İşin həqiqi halları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru qismində X8 Babayeva, Arizə Babayeva və Arzu Babayeva arasında borc münasibətləri olmuş, Cavabdeh1 isə həmin pulun ona aid olmasını, lakin rəsmiləşdirilmənin Azərə Babayeva, Arizə Babayeva və Arzu Babayeva adına olmasını bildirmişdir. Səs danışıqları zamanı isə İddiaçıla bağlanmış müqavilə üzrə borca dair hər hansı danışıq olmamış, cаvаbdеh yаlnız mərhum C.İbrаhimоvun bоrcunun qаytаrılmаsındаn dаnışmışdır. Digər tərəfdən Cavabdeh1 izahatında İddiaçıla aralarında bağl anmış müqaviləyə əsasən verilməli olan 100000 ABŞ dolları məbləğində pul vəsaiti notariusun həyətində sonuncuya verilməsi fаktının mövcudluğunа dаir göstərdikləri də işin аrаşdırılmış hаllаrı ilə uzlаşmır. Məhkəmə kоllеgiyаsı həmçinin iddiaçının müqavilənin birinci səhifəsinin sonunda öz əl yazısı ilə “pulu tam şəkildə aldım” sözlərini yazmаsınа birinci instаnsiyа məhkəməsinin istinаd еtməsinə tənqidi yаnаşаrаq bu hаlın əhəmiyyətsiz оlmаsı qənаtinə gəlməklə yаnаşı hesab etmişdir ki, müqavilə üzrə verilmiş 100000 ABŞ dollar məbləğində olan vəsaitin məhz İddiaçı tərəfindən alınması halı da işin аrаşdırılmış hаllаrı ilə öz təsdiqini tаpmаmışdır. Qeyd olnanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 28.02.2018-ci il tarixli kredit müqaviləsi məhz Cavabdeh1 mərhum Ceyhun İbrahimovla araların da olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlandığından, bеləliklə də əhəmiyyətsiz əqd mahiyyətində olduğundаn etibarsız hesab edilməlidir. Məhkəmə kоllеgiyаsı həmçinin birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətini tətbiq etməsi ilə də rаzılаşmır. İddiаçı əhəmiyyətsiz əqd üzrə iddiа qаldırmış və həmin əqd bаğlаndığı аndаn еtibаrsız sаyıldığındаn hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əhəmiyyətsiz əqd оlаrаq etibarsız hesab edildiyindən Cavabdeh1 100000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə iddiа tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı tələbində icra qeydini n də ləğv edilməsini xahiş etsə də, işdən görünür ki, icra qeydi məhz tərəflər arasında bağlanmış 28.02.2018-ci il tarixli müqaviləyə əsasən verilmişdir ki, həmin müqavilə də artıq etibarsız hesab edilmişdir. Belə olan halda ilk iddia tələbi həmin hissədə və ilkin iddiа tərəflər arasında bağlanmış 28.02.2018-ci il tarixli müqavilənin еtibаrsızlığınа dаir hissədə təmin еdildiyi üçün qаrşılıqlı iddiа dа təmin еdilə bilməzlər. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.1, 324.5, 404 və 337-ci maddələri, Mülki Proosessual Məcəllənin 76.2-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Аzərbаycаn Rеspublikаsının Kоnstit usiyа Məhkəməsi Plеnumunun 12.04.2021-ci il tаriхli qərаrı, «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyа Məhkəməsi Plеnumunun 12.04.2021-ci il tаriхli qərаrı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarı, X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası nın 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin normaları pozulmuşdur. Belə ki, İddiaçı ilə 28 fevral 2018-ci il tarixdə bağlanmış müqavilə hər hansısa bir əqdi pərdələmək üçün bağlanmamışdır. İddiaçı ondan borca pul istəmiş, atasının xatirinə və ona inanaraq İd diaçı 100000 ABŞ dolları borca pul vermişdir. Müqavilə etibarsız sayıla bilməz. Hədə-qorxu altında bağlanmış olsa idi ikinci, hətta üçüncü dəfə notariusa müqavilə müddətinin uzadılması üçün İddiaçı könüllü olaraq getməzdi. Bundan əlavə İddiaçı hədə-qorxu altında müqaviləni bağladığını bildirir və bu səbəbdən də etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin şərtlərini pozaraq müqaviləni etibarsız hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın məzmunu apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu ilə oxşar əsaslandırılmış və göstərilmişdir ki, apelyasiy a instansiyası məhkəməsi dəlillərə düzgün hüquqi qiymət verərək tərəflər arasında bağlanmış borc müqaviləsini etibarsız hesab etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlan ılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2. Bu Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir k i, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 28 fevral 2018-ci ildə təsdiqlənmiş 100000 ABŞ dolları borc verilməsinə dair müqavilə başqa müqaviləni, yəni iddiaçının mərhum atası Ceyhun İbrahimovun cavabdehə olan borcunun pərdələmək məqsədi ilə bağlanmışdır, ona görə həmin müqavilə əhəmiyyətsizdir, cavabdeh bu müqaviləyə istinad etməklə iddiaçıdan 100000 ABŞ dolları məbləğində pulu tələb edə bilməz. Cavabdeh1 İddiaçı borc verməsi sübuta yetirilməmiş, Ruqiyə İbra himovanın iddiaya etirazının və qarşılıqlı iddianın əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı 28.02.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və Rüqiyyə Həsənovanın 100000 ABŞ dolları məbləğində pul tələbi barədə qarşılıqlı iddiasının rədd olunması barədə qənaətini Mülki Məcəllə 340.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir İş materiallarına görə İddiaçı atası Ceyhun İbrahimovun "xxxx" MMC-nin direktoru kimi Cavabdeh1 yaxın qohumları, anası və xala ları ilə 01.03.2016-cı il tarixli, 07.03.2016cı il tarixli və 28 fevral 2017-ci il tarixli yazılı müqavilələrə əsasən cəmi 160000 ABŞ dolları məbləğində pulu 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla borc alması mübahisəsizdir. Ceyhun İbrahimov 27 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə tərəflərdən İddiaçı həmin borcun atası tərəfindən Cavabdeh1 alındığını, Cavabdeh1 ilə 100000 ABŞ dolları borc alması barədə müqaviləni atasının (yaxud "xxxx" MMC-nin) borcuna görə bağladığını, hətta borcun bir hissəsinin qaytardğını göstərir, səs yazısı sübut kimi qəbul edilən iddiaçının anası da bu faktı inkar etmir. Cavabdeh1 da anasının və xalalarının adından bağlanmış borc müqavilələrinə əsasən "xxxx" MMC-nin direktoru Ceyhun İbrahimova 160000 ABŞ dolalrı məbləğində pulun onun tərəfindən verildiyini, həmin pulun 30000 ABŞ dollarının qaytarıldığını göstərir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.02.2018-ci il tarixli borc müqaviləsini başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirsə də, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları diqqətdən qaçırmış, tətbiq etməmişdir. Halbuki apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi yuxarıda göstərilən hallardan görünür ki, İddiaçı 28.02.2018-ci il tarixli borc müqavilə bağlamaqla mərhum atası Ceyhun İbrahimovun ("xxxx" MMC-nin) cavabdeh Ruqiyə Həsənovaya olan borcun qaytarılmasını öhdəsinə götürmüş, müqavilə tərəflərinin əslində nəzərdə tutduqları razılaşma bundan ibarət olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəll ənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9587/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1712/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1712/2022
18.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver