Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1712/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi, müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X26 ibarət tərkibdə, iddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “reyestrdən çıxarışının hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payın bağışlanması müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi barədə” iddiasına, üçüncü şəxslər X14, X18, X31 və X15 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və reyestrdən çıxarışının ləğv olunması barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)850/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İcarəyə verən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X2 arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 1337 nömrəli 0,25 hektar bağ sahəsi üzərindəki tikililərlə birlikdə Zeynəb Əliyevaya icarəyə verilmişdir. Müqavilənin 10-cu bəndində icarədarın ailə üzvləri kimi Əliyev Nüsrət Gülbala oğlu, X19, X7, X27, İddiaçı3, X31, X32,, X11, X43, Cavabdeh1 və X8 göstərilmişdir.
2. X36 tərəfindən tərtib olunaraq Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdar əsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsinə əsasən icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin yeni müqavilə ilə oğlu X4 icarəsinə verilməsini xahiş edir.
3. İddiaçı3, X9, X19, İddiaçı1, X20 və X31 tərəfindən tərtib olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, tərəfindən tərtib olunaraq Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, İddiaçı1 tərəfindən tərtib ol unaraq Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli razılıq ərizələrindən görünür ki, ərizəçilər anaları X21 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 icarəsinə verilməsinə etiraz etmədiklərini bildirmişdir.
4. İcarəyə verən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X17 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə icarədar X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi icarədar a icarəyə verilmişdir. Müqavilənin 8-ci bəndində icarədarın ailə üzvləri kimi X43, X8 və Cavabdeh1 qeyd olunmuşdur.
5. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X36 xx.xx.2005-ci il tarixdə, X11 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. 6. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəİik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2014-cü il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı X43, qızı X8 və oğlu Cavabdeh1 miras əmlakdan hər biri bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2015-ci il jtarixli, ********** nömrəli elektron arayışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı, **********77 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 554 nömrəli reyestr kitabının, 52469 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, sahəsi 0,25 ha, kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: bağ sahəsi, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, 1337 saylı bağ sahəsindən ibarətdir. Şəhadətnamə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 2V/122 № ilə qeyd edilmişdir. 7. xx.xx.2015-ci il tarixli miras payın bağışlama müqaviləsinin surətindən görünür ki, X43 və X8 h əmin tarixdə verilmiş qanun üzrə vərəsəİik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsində olan miras paylarını Cavabdeh1 bağışlamışdır.
8. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, **********52 saylı cavab məktubundan görünür ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X21 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada tə sdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir.
9. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci i! tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın mışdır, hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış 31 avqust 2005-ci il tarixli 99 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin xx.xx.2015ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarışın hissəvi etibarsız sayılması və həmin bağ sahəsinə dair 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi, miras payı bağışlama müqaviləsinin isə tam ləğv olunaraq göstərilən bağ sahəsinin 12.03 2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olan Çıxarışın ləğv olunması və miras əmlakın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbini onunla əsaslandırmışdırlar ki, mərhum ataları X22 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0,25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv metr yaşayış mənzili və 7,5 kv metr mətbəxi ilə birlikdə icarəyə verilmişdir. Ataları 1976-cı ildə vəfat etmişdir. Bundan sonra bağ sahəsi anaları X36 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsi əsasında 10 il müddətinə ona və müqavilədə göstərilən ailə üzvlərinə icarəyə verilmişdir. X2 xx.xx.2005-ci ildə vəfat etmişdir. Qeyd olunan bağ sahəsinin hazırki hüquqi statusu barədə dəqiq məlumatları olmamışdır. Ona görə də mərhum anaları vəfat etdikdən sonra bağ sahəsinin kimin adına sənədləşdirilməsi və hazırkı hüquqi statusu barədə ətraflı arayış verilməklə bu barədə olan müvafiq sənədlərin surətlərinin təsdiq olunmuş formada göndərilməsi üçün Bakı şəhəri 17 saylı vəkil bürosu vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilmiş, sorğuya verilmiş xx.xx.2021-ci il tarixli **********52 saylı arayışda bildirilmişdir ki,”... İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X21 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır,hazırda mülkiyyətindədir. Sorğunuzla əlaqədar olaraq bildiririk ki,sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər.” Qeyd olunan bağ sahəsi mərhum valideynləri tərəfindən icarəyə götürülmüş, bütün uşaqlıq və gənclik çağlarını bağ mövsümü həmin bağ sahəsində keçmişdir. Düzdür, onlarla yanaşı mərhum qardaşları Əliyev Novruzəlinin özü və ailə üzvləri də həmin bağ sahəsində dincəlmişdir. Bağ sahəsinin abadlaşdırılmasında, ətrafının hasara alınmasında, kolkosdan təmizlənməsində, əkilibbecərilməsində mərhum valideynləri ilə bərabər qeyd olunan müqavilədə adları göstərilən şəxslər birgə iştir ak etmişlər. Zeynəb Əliyevanın vəfatından sonra da həmin bağ sahəsini qanuni vərəsə olaraq miras əmlak kimi faktiki olaraq qəbul etmişlər. Mərhum Novruzəli onlara bildirmişdir ki,bağ sahəsi ilə bağlı yeni icarə müqaviləsi bağlamaq lazımdır. Ona inanıb icarə müqaviləsinin onun adına bağlanmasına razılıq vermişlər. Lakin bağ sahəsinin onun öz adına özəlləşdirməsini və sonra da həmin bağ sahəsini bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamasını və Ziyanın da həmin bağ sahəsini dövlət reyestrində qeydiyyata aldırmaqla mülkiyyətinə keçirməsini bilməmişlər. Cavabdehlərin qanunsuz hərəkətlərindən vəkil sorğusuna verilmiş arayışla tanış olduqdan sonra xəbərdar olmuşlar. Cavabdehlər qeyd olunanlar barədə onlara heç bir məlumat verməmiş, bununla da qanunla qorunan hüquqları pozulmuşdur. Qe yd olunan bağ sahəsinin Novruz Əliyevin adına özəlləşdirilməsinə icazə verməmişlər. Bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı qəbul edildikdən sonra qanuni vərəsələr öz aralarında danışıb razılığa gəlmişdir ki, bağ sahəsi Zeynəb Əliyevanın vərəsələri arasında bərabər olaraq, yəni hər birinə 0.08 hektar ölçüdə olmaqla üç yerə bölünsün. Sonra da həmin hissə qeyd olunan şəxslərin adına sənədləşdirilsin. Bu razılıqdan sonra həmin bağ sahəsinin ətrafına mişar daşından hasar çəkdirmişlər. Cavabdeh1 həmin bağ sahəsinin üçdə bir hissəsini, təxminən 0.08 hektarını bu razılıqdan sonra onların xəbəri olmadan əkdirmişdir. Onlara aid olan qalan hissə isə əvvəlki kimi əkilməmiş qalmışdır. Yasamal rayon VVADQ şöbəsindən xx.xx.2006-cı il tarixdə verilmi ş AZ-1 № 171458 saylı ölüm haqqında şəhadətnamədə göstərilir ki X36 xx.xx.2005-ci ildə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vermiş olduğu xx.xx.2021ci il tarixli **********52 saylı arayışda isə bildirilir ki,”... İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli,99 nömrəli müqavilə əsasında X21 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005- ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir.” Buradan belə aydın olur ki, anaları hələ sağ olarkən həmin bağ sahəsi icarə müqaviləsi ilə Novruzəli Əliyevin adına keçirilmişdir. Bu da Novruzəli Əliyevin adına bağlanmış icarə müqaviləsinin doğruluğuna şübhə yaradır. Eyni zamanda, Bakı şəhəri,Yasamal rayonu,22 saylı Mənzil Kommunal İstismar Sahəsinin Bakı şəhəri, 17 saylı Vəkil bürosunun vəkil sorğusuna əsasən vermiş olduğu xx.xx.2021-ci il tarixli 11 saylı arayışdan aydın olur ki, Cavabdeh1 öz ailə üzvləri ilə ünvan 3 ünvanda yerləşən evdə qeydiyyatda olmaqla orada yaşayır. Bakı şəhəri,Yasamal rayonu,İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli arayışdan aydın olur ki, ünvan 5 ünvanının keçmiş adı ünvan 6ublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə uyğun olaraq valideynləri vəfat etdikdən sonra onlara məxsus olan bütün mirası, o cümlədən d ə qeyd olunan bağ sahəsini qəbul etmişlər. Belə ki, anaları vəfat etdikdən sonra da İddiaçı1 atası Gülbala Əliyevə məxsus olan evdə qeydiyyatda olmaqla orada yaşamışdır. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Buradan aydın olur ki, qanuni vərəsə olaraq anaları tərəfindən icarəyə götürülmüş bağ sahəsini - yəni mirası faktiki olaraq qəbul etmişlər. X41 məxsus olmuş ünvan 7 ünvanında yerləşən evə qanuni vərəsə kimi İddiaçı1 notariat kontorundan vərəsəlik şəhadətnaməsi almış və sonra da İddiaçı1 qeyd olunan evə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. İddiaçı1 hələ analarının sağl ığında bağ sahəsində öz vəsaiti hesabına su quyusu qazdırmışdır. Mərhum analarının vəfatından sonra bağ sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edib ondan istifadə etmələrini, ora gedib-gəlmələrini, bağ sahəsini abadlaşdırmalarını və mühafizə etmələrini qeyd olunan bağ sahəsində qonşuları olan X33 və X23 təsdiq edə bilərlər. Göstərilənlərdən aydın olur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan bağ sahəsi ilə bağlı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən müvafiq orqanlar və maraqlı şəxslər tərəfindən mərhum Zeynəb Əliyevanın qanuni vərəsələri kimi onlara da məlumat verilməli və razılıqları alınmalı idi. Göründüyü kimi, qanuni vərəsə kim qeyd olunan bağ sahəsini miras əmlak kimi qəbul etmələr inə baxmayaraq həmin bağ sahəsindən istifadə edə bilmir, yəni qanuni vərəsə kimi bağ sahəsindən qanunsuz olaraq məhrum edilmişlər. Yaranmış zərurətlə əlaqədar olaraq vəkil sorşusu ilə Bakı şəhəri,3 saylı “ASAN” xidmət mərkəzinə müraciət edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına keçməsinə səbəb olmuş sənədlərin (ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri) və həmin bağ sahəsinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına keçməsinə əsas olmuş müvafiq sənədlərin (ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri) təsdiq edilmiş surətlərini təqdim edilməsi xahiş olunmuş, təqdim olunmuş sənədlərdən aydın olmuşdur ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyət i Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilə əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0,25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv. metr yaşayış mənzili və 7,5 kv. metr mətbəxi ilə birlikdə Novruzəli Əliyevə istifadəyə verilmişdir. İcarə müqaviləsi ilə tanış olduqda məlum olmuşdur ki, istifadəçi ilə birlikdə bağdan istifadə edən ailə üzvlərinin - şəxslərin siyasından qəsdən onların adları çıxarılmış, yalnız öz ailə üzvlərinin- arvadı Sara Əliyevanın, oğlu Cavabdeh1 və qızı Aybəniz Əliyevanın adları daxil edilmişdir. Halbuki xx.xx.1988-ci il tarixli icarə müqaviləsində Zeynəb Əliyevanın ailə üzvləri kimi 12 n əfər: Əliyev Nüsrət Gülbala oğlu, X19, X7, X27, İddiaçı3, X31, X32,, X11, X37, Cavabdeh1 və X8 qeyd olunmuşdur. xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanarkən anaları sağ olmuşdur. Analarının və onların razılığı ilə belə bir müqaviənin bağlanması qeydi mümkün idi. Bu müqavilə onların xəbəri və razılığı olmadan bağlanmışdır. xx.xx.1988ciİdə anaları ilə bağlanmış 99 saylı icarə müqaviləsinin 2-ci maddəsinin “a” bəndinin 2-ci hissəsində qeyd olunur ki, icarəyə verilmiş bağ sahəsi və bu sahədə tikilmiş yaşayış və köməkçi binalar şəxsi mülkiyyət hesab edilmir. Qeyd olunan bağ sahəsi mərhum Novruzəli Əliyevin icarəçi kimi bağ sahəsindən saxta istifadə müqaviləsinə əsasən əsassız və qanunsuz olaraq onun adına sənədləşdirilmişdir. Həmin bağ sahəsindən isə Novruzəli Əliyevlə yanaşı Gülbal a Əliyevin və Zeynəb Əliyevanın digər ailə üzvləri də istifadə etmişlər. Ona görə də Novruz Əliyevin miras əmlakı hesab olunmadığı üçün həmin bağ sahəsinə onun ailə üzvlərinin adına vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Göstərilən bağ sahəsi ilə bağlı Zeynəb Əliyevanın bütün qanuni vərəsələri müəyyən olunduqdan sonra həmin bağ sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin kimlərə verilməsi məsələsi notarius tərəfindən həll oluna bilərdi. Lakin qanunvericiliyin bu tələblərinə əməl olunmamışdır.
13. Məhkəmənin gedişatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən X14, X18, X31 və X32 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar.
14. X14, X18, X31 və X32 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusuna qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatını Abadlaşdırma və Park X17 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005 -ci il tarixli 99 saylı müqavilənin etibarsız sayılması, həmin bağ sahəsinin xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın hissəvi etibarsız sayılması, həmin bağ sahəsinə dair 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi, miras payı bağışlama müqaviləsinin isə tam ləğv olunaraq göstərilən bağ sahəsinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın ləğv olunması və miras əmlakın vərəsələr arasında bölünməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələblərini onunla əsaslandırılmışdır ki, mərhum babaları X10 icarəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında mərhum nənələri X21 icarəsinə verilmişdir. X21 ailə üzvləri kimi onların da adları həmin icarə müqaviləsində qeyd olunmuşdur. Bu yaxınlarda məlum olmuşdur ki, Zeynəb Əliyevanın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar to rpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edənə kimi bu göstərilənlərdən məlumatları olmamışdır. X1 qanuni vərəsələri olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi maraqlarına toxunur və onların qanunla qorunan hüquqlarını pozur. Mərhum babaları X22 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0,25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv. metr yaşayış mənzili və 7,5 kv. metr mətbəxi ilə birlikdə icarəyə verilmişdir. Gülbala Əliyev 1976-cı ildə vəfat etmişdir. Bundan sonra qeyd olunan bağ sahəsi nənələri X36 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsi əsasında 10 il müddətinə ona və müqavilədə göstərilən ailə üzvlərinə icarəyə verilmişdir. X2 xx.xx.2005-ci ildə vəfat etmişdir. Zeynəb Əliyeva vəfat etdikdən sonra bibiləri İddiaçı1, İddiaçı2 və qardaşları Cəbrayıl və İddiaçı4lər iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməs inə müraciət edənə kimi bizim həmin bağ sahəsinin hüquqi statusu barədə dəqiq məlumatları olmamışdır. Qeyd olunan bağ sahəsi mərhum baba və nənələri tərəfindən icarəyə götürülmüş, bütün uşaqlıqları və gəncliklərinin bağ mövsümü həmin bağ sahəsində keçmişdir. Mərhum əmiləri Əliyev Novruzəlinin özü və ailə üzvləri də həmin bağ sahəsində dincəlmişdir. Bağ sahəsinin abadlaşdırılmasında, əkilib-becərilməsində mərhum valideynləri ilə bərabər qeyd olunan müqavilədə adları göstərilən şəxslər birgə iştirak etmişlər. Mərhum nənələri Zeynəb Əliyevanın vəfatından sonra da həmin bağ sahəsini qanuni vərəsə olaraq miras əmlak kimi faktiki olaraq qəbul etmişlər. Mərhum əmiləri Novruzəli Əliyevin, onun oğlu Cavabdeh1 və əmilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş notariusun və Daşınma z Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz hərəkətlərindən bu yaxınlarda xəbərdar olmuşlar. Mərhum əmiləri, onun oğlu Ziya və qeyd olunan notarius və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bu qeyd olunanlar barədə onlara heç bir məlumat verməmiş, bununla da qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatını Abadlaşdırma və Park X17 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında Bakı şəhəri, Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilənin 10-cu bəndində göstərilir ki, bağ istifadəçilərinin və onlar ın yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Həmin müqavilənin 11-ci bəndində isə göstərilir ki, istifadəçi vəfat etdikdə və ya daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və Birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanıla bilər”. Eyni zamanda, nənələrinin icarəsində olmuş bağ sahəsinin icarəsinə verilməsinə dair olan müqavilənin dəyişdirilərək mərhum əmilərinin adına keçirilməsinə heç bir razılıq verməmiş, bununla bağlı notariat kontorunda hər hansı notariusun yanında olmamış və heç bir razılıq ərizəsi verərək ona imza etməmişlər. Belə b ir əməliyyatın aparılmasından bu yaxınlara qədər məlumatları olmamışdır. Bu yaxınlarda məlum olmuşdur ki, onların adından belə bir saxta ərizələr tərtib olunaraq guya razılıq vermələrinə dair saxta imzalar edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan bağ sahəsi ilə bağlı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən müvafiq orqanlar və maraqlı şəxslər tərəfindən mərhum Zeynəb Əliyevanın qanuni vərəsələri kimi onlara da məlumat verilməli və razılıqları alınmalı idi. Göründüyü kimi, qanuni vərəsə kimi qeyd olunan bağ sahəsini miras əmlak kimi qəbul etmələrinə baxmayaraq həmin bağ sahəsindən istifadə edə bilmir, yəni qanuni vərəsə kimi bağ sahəsindən qanunsuz olaraq məhrum edilmişlər.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X24) 2(004)-140/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X17 Departamentinin Bağ lar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli miras payı bağışlama müqaviləsi və bağ sahəsinin Cavab deh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 alınıb müstəqil tələb irəli sürən şəxslərə verilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pulun Cavabdeh1 tutularaq, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş materiallarında olan Bakı şəhəri, Sabunçu ra yonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X5 icarəyə verilməsi barədə razılıq ərizələrində olan imzaların İddiaçı3,, X19, İddiaçı1, X20 və X31 tərəfindən icra olunub-olmamasının araşdırılması üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur.
18. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/165 saylı ekspert rəyinə əsasən: 1.1. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “1.” qrafasında “İddiaçı3” yazılarının qarşısında olan imza - İddiaçı3 tərəfindən icra olunmuşdur. 1.2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “3.” qrafa sında “X45 q.” yazılarının qarşısında olan imza - Səlimova (Əliyeva) Sədaqət Nüsrət qızı tərəfindən icra olunmuşdur. 1.3. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış "Ərizə”nin aşağı hissəsində “4.” qrafasında “X46 q.” yazılarının qarşısında olan imza - X18 tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “İmza: İddiaçı2 q.” yazılarının qarşısında olan imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.5. İddiaçı1 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “3.” qrafasında “İmza: İddiaçı1 q.” yazılarının qarşısın da olan imza - İddiaçı1 tərəfindən icra olunmuşdur.
2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “5.” qrafasında “X51 q.” yazılarının qarşısında olan imza -X31 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
19. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tərəflərin vəsatəti təmin edilərək, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X5 icarəyə verilməsi barədə razılıq ərizələrində olan imzaların İddiaçı3,, X19, İddiaçı1, X20 və X31 tərəfindən icra olunub-olmamasının, X16 adının qarşısında olan imzanın onun əvəzinə İddiaçı3,, X19 və ya X20 tərəfindən icra edilib-edilməməsinin müəyyən olunması üçün təkrar məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur.
20. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/849 saylı ekspert rəyinə əsasən: 1.1. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə ’nin aşağı hissəsində "1." qrafasında İddiaçı3 yazılarının qarşısında olan imza - İddiaçı3 tərəfindən icra olunmuşdur 1.2. İddiaçı2 tərəfindən Bakı şəhəri Bağlar təssərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “İmza: İddiaçı2 q." yazılarının qarşısın¬da olan imza - tərəfindən icra olunmuşdur. 1.3. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə"nin aşağı hissəsində “3." qrafasınd a “X45 q." yazılarının qarşısında olan imza - Səlimova (Əliyeva) Sədaqət Nüsrət qızı tərəfindən icra olunmuşdur 1.4. İddiaçı1 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə nın aşağı hissəsində "İmza: İddiaçı1 q." yazılarının qarşısında olan imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. 1.5. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə'nin aşağı hissəsində “4." qrafasında “X46 q." yazılarının qarşısında olan imza - X18 tərəfindən icra olunmuşdur.
2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə’nin aşağı hissəsində “5." qrafasında “X51 q.“ yazılarının qarşısında olan imza - X31 tərəfindən yox, İddiaçı3 tər əfindən yox, tərəfindən yox, X19 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “5." qrafasında “X56 q.” yazılarının qarşısında olan imzanın X18 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən şəbəblərə görə müəyyən etmək mümkün olmadı.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X21 icarəsinə verilmişdir. İcarədarla birlikdə onun 12 nəfər ailə üzvünün bağdan istifadə hüququ müqavilənin 10-cu bəndində təsbit edi lmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 istisna olmaqla, icarədarın və digər ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilədə icarədarın ailə üzvləri kimi X43, X8 və Cavabdeh1 qeyd olunmuşdur. Daha sonra həmin müqavilə və xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əs asında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə hesab etmişdir ki, icarədarın ailə üzvü X16 bağ sahəsinin X4 adına keçirilməsinə raz ılığı alınmadığına görə, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X17 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 99 saylı müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli miras payı bağışlama müqaviləsi və bağ sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, iddia qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 53 və 85-ci, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 59.1, 59.4, 63, 68.3, 68.4 və 81.2-ci, Mülki Məcəllənin 157.8, 158.1 və 158.1.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 2
5. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinini qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. X16 bağ sahəsinin X4 adına keçirilməsinə razılığı olmuş, bu barədə adından yazılmış ərizə onun tərəfindən imzalanmışdır. Əks halda notarius həmin ərizəni təsdiq etməzdi. Uzun müddət keçidiyinə görə imzada dəyişiklik ola biləcəyəni də məhkəmə nəzərə almamışdır. Həmçinin notariatda olan qeydiyyat kitabındakı imzanın Aynurə Əliyevaya məxsus olması da araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıların və üçüncü şəxslərin hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları da olmamışdır, bağ sahəsinin icarədarı mərhum Zeynəb Əliyeva olmuşdu və yalnız onun adına sənədləşdirilə bilərdi.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-9979/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1,, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin N otariat Ofisinə qarşı “reyestr çıxarışının hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payın bağışlanması müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi barədə” iddiasının rədd edilməsi, üçüncü şəxslər X14, X18, X31 və X15 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasının rədd olunması qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Zeynəb Əliyevanın adına olan icarə müqaviləsinin müddəti xx.xx.1998-ci ildə bitib. Bu tarixdən 7 il sonra – xx.xx.200 5-ci ildə Zeynəb Əliyeva ölüb. Zeynəb Əliyeva icarə müddəti bitdikdən sonra öldüyünə görə icarə hüququnun vərəsəlik qaydasında keçməsi mümkün deyil. Belə ki, “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsinə görə, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar onun hüquqi varislərinə keçir. O cümlədən Torpaq Məcəlləsinin 51-ci maddəsinin 7-ci hissəsinə görə, icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Qanunvericilikdən göründüyü kimi, icarəçinin ölümü icarə müddəti ərzində baş verdiyi təqdirdə onun hüquqları vərəsəlik üzrə keçir. xx.xx.1998-ci ildə icarə müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin müddəti uzadılmayıb.
30. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, keçmiş icarədar Zeynəb Əliyeva və onun ailə üzvlərinin verdiyi, bağ sahəsinin icarə müqaviləsinin Novruzəli Əliyev ilə bağlanmasına dair razılıq ərizələrinin hüquqi əhəmiyyəti yoxdur. X42 adına olan icarə müqaviləsinin müddəti daha əvvəl (1998-ci ildə) bitdiyinə görə, həmin ərizələrin verildiyi zaman (2005-ci ildə) Zeynəb Əliyeva “icarədar”, onun ailə üzvləri isə “icarədarın ailə üzvləri” sayılmırdı. Odur ki, ərizələrin kim tərəfindən yazılması və imzalanmasının, ərizələri yazmış şəxslərdən Aynurə Qulamovanın adının qarşısındakı imzanın onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 719.1-ci maddəsi, Torpaq Məcəlləsinin 32-ci, 51-ci maddəsinin 7-ci hissəsi, 73-cü maddəsi. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsi, “Torpaq icarəsi haqqında” Qanunun 15ci maddəsinin 4-cü hissəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı4 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaları üzrə işə baxarkən icarə hüquq münasibətlərinin bitdiyinin iddia olunduğu dövrdə yəni 1991-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 36-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində icarə hüquq münasibətlərinin bitdiyinin id dia olunduğu dövrdə qüvvədə olmuş əvvəlki Torpaq Məcəlləsinin 32-ci maddəsinə istinad edərək göstərir ki, torpaq üzərində sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilib. Həmin maddənin 1-ci hissəsinin 2-ci bəndinə görə, torpaq sahəsinin verildiyi müddət qurtardıqda torpaq üzərində hüquqlara xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsində də eyni məzmunlu göstəriş qeyd olunub. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin Torpaq Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan torpaqdan istifadə (icarə) hüququna Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 36-cı maddəsinə əsasən rayon, şəhər X25 qərar verdiyi gündən xitam verilir. Eyni qayda 1970-ci ildən qüvvədə olmuş Torpaq Məcəlləsinin 46-cı maddəsində də nəzərdə tutulubdur. Qanunun mə nasına görə, icarə müqaviləsinin müddətinin bitməsi avtomatik olaraq icarə münasibətlərinin bitməsinə səbəb olmur, bunun üçün əlavə olaraq XDS-nin qərarı tələb olunur. Belə bir qərar isə mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə görə Zeynəb Əliyevanın adına olan icarə müqaviləsinin müddəti daha əvvəl (1998-ci ildə) bitdiyinə görə, həmin ərizələrin verildiyi zaman (2005-ci ildə) Zeynəb Əliyeva “icarədar”, onun ailə üzvləri isə “icarədarın ailə üzvləri” sayılmamış və ona görə də ərizələrin kim tərəfindən yazılması və imzalanmasının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Lakin İşin faktiki hallarından isə aydın olur ki, Zeynəb Əliyevanın adına olan icarə müqaviləsinin müddəti 1998-ci ildə bitməmişdir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsinə əsasən qeyd olunan icarə müqaviləsinin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmamış və ona görə də icarə müqaviləsi müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə 10 il müddətinə 2008-ci ilə kimi uzadılmışdır.
34. İddiaçı kassasiya şikayətində daha sonra göstərmişdir X31 istisna olmaqla beş nəfərin ekspert rəyi ilə razı olmadıqları, komisyon ekspertiza keçirilməsini zəruriliyini göstərərək bu barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə əsassız olaraş həmin vəsatəti təmin etməmişdir. Apellyasiya məhkəməsinin ekspert rəyinə münasibəti isə hüquqa və məntiqə əsaslanmayaraq hakimin qanuna zidd subyektiv fikirlərindən ibarətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
36. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Torpaq Məcəlləsi
38. Maddə 51, hissə
7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.
39. Maddə 73, hissə
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir 25 iyun 1999-cu il tarixli tarixə kimi qüvvədə olmuş Torpaq Məcəlləsi
40. Maddə 32, hissə 1, bənd
2. Torpaq sahəsinin verildiyi müddət qurtardıqda torpaq üzərində hüquqlara xitam verilir. “İcarə haqqında” Qanun
41. Maddə 13, hissə
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrıayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. ”Torpaq icarəsi haqqında” Qanun
42. Maddə 15, hissə
4. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyy ən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 noyabr 2013-cü il tarixli qərarı
43. Məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Zeynəb Əliyeva öldüyü zaman torpaq sahəsi üzərində ica rə hüququna malik olmadığından icarə hüququ mirasa daxil olmayıb. Ona görə də Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları baxımından icarə hüququnun vərəsəlik üzrə keçməsi mümkün deyil. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. İddiaçının kassasiya şikayətində qeyd olunan h allar apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman da irəli sürülmüş və apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz apaşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
57. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icarə haqqında ümumi qanunvericilikdən fərqli olaraq torpaq icarəsi haqqında, habelə torpaq icarəsi haqqında müqaviləyə xitam veriliməsi barədə xüsusi normalar müəyyən edilmişdir. Yuxarıda göstərilən həmin normalara görə torpaq icarəsi müqaviləsinin müddəti başa çatandan sonra tərəflərdən biri müqavilə münasibətlərinin davam etdirilməsindən i mtina etmədikdə eyni müddətə və eyni şərtlərlə müqavilə müddətinin uzadılması halı istisna olunur. Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanması ilə həyata keçirilməlidir. Bu baxımdan hazırkı iş üzrə mərhum Zeynəb Əliyeva ilə olan xx.xx.1988-ci il tarixli 10 illik Torpaq icarəsi müqaviləsinin müddətinin xx.xx.1998-ci il tarixdə başa çatması, bununla həm Zeynəb Əliyevanın, həm də müqavilədə onun ailə üzvləri kimi göstərilən hazırkı iş üzrə iddiaçıların və iddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxslərin torpaq sahəsinə münasibətdə hüquqlarına xitam verilmişdir ki, bu baxımdan da onların hazırkı tələblə çıxış etməkdə subyektiv hüququları da mövcud deyildir.
58. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti t əmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-850/2023 nömrəli iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.