Məhkəmə qərarları › İş №2(102)-1714/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1714/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1714/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, Tağıyeva Zəhra Kamran qızının və İddiaçı4 cavabdehlər X5 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X2 və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli 2(103)171/2025 n ömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 16 kv.m. yaşayış, 18,1 kv.m. köməkçi sahədən ibarət 2 otaq paylı mülkiyyət hüququ üzrə İddiaçı2 (yaşayış sahəsi 5 kv.m.), İddiaçı1 (yaşayış sahəsi - 4 kv.m., köməkçi sahə - 6 kv.m.), İddiaçı3 (yaşayış sahəsi - 4 kv.m., köməkçi sahə - 6 kv.m.), İddiaçı4 (yaşayış sahəsi -3 kv.m., köməkçi sahə 6,1 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2000-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında yaşayan X3 həmin ünvanda yaşayan cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiaları təmin edilərək, onların Bakı şəhəri, Şirvanzadə küçəsi 36 ünvanında onlara aid olan iki otaq bir mətbəxdən ibarət tikilidə istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2001-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, İddiaçı4 ünvan 3 saylı evin B tikilisində onun mülkiyyətində olan 2 otağa köçürülməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı4 qarşı “ünvan 3 ünvanına dair X6 və İddiaçı4 verilmiş vərəsəlik şəhadətnamələrinin və bunun əsasında veri lmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin B tikilisində olan 2 otağından çıxarılma qla, istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bak şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində ıstıfacə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal ra yonu, S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) İddiaçı4 mərhum əri X6 məxsus olmuşdur. X9 26 sentyabr 2017-ci il tarixdə vəfat etdikdən sonra 29 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi İddiaçı4 mülkiyyətinə keçmiş və ona 21 oktyabr 2019-cu il tarixli elektron çıxarış verilmişdir. Həmin evin faktiki sahələri - 4,3 kv.m, 18,4 kv.m, 8,1 kv.m, 3,4 kv.m, 15,8 kv.m, 13,0 kv.m olmaqla, ümumi sahəsi 50 kv.m və həyətyanı sahəsi 13 kv.m-dən ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 mübahisəli fərdi yaşayış evinin “B” tikilisində olan 2 otağına köçürülməsi qət edilmişdir. Hazırda həmin fərdi yaşayış evi üzərin də İddiaçı4 başqa digər şəxslərin, yəni İddiaçı2, İddiaçı1 və İddiaçı3 da payı mövcuddur. Cavabdehlər iddiaçılara məxsus “B” tikilisində olan 2 otaq və 1 mətbəxi zəbt edərək, mənzil üzərində onların mənzil hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Q.Qarayev küçəsi, 28-ci məhəllə, ev 29, 104 saylı mənzil 17 may 1995-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, Cavabdeh1 özünün xüsusi mülkiyyətində əmlakı var, onun istifadə hüquqlarına xitam veriləcəyi halda o yaşayış yerindən məhrum olmayacaq, yaşamaq üçün hətta evi də mövcuddur.

7. Cavabdehlər X10 və Cavabdeh2 iddiaya etiraz edərək göstərmişlər ki, qeyd edilən mənzilin bir otağını iddiaçının qayınatası İddiaçı1 Bayraməli oğlu 1956-cı ildə aralarında olan razılaşmaya əsasən Cavabdeh1 nənəsi Asya Məmmədovaya satmışdır. Həmin vaxtdan da cavabdehin nənəsi və valideynləri köçüb həmin ünvanda qeydiyyata alınmaqla yaşamışlar. İddiaçı1 onlara satdığı bir otaqlı mənzili söküb yerində hazırda istifadələrində olan mənzili yenidən tikmişlər. Həmin vaxtdan mənzil İddiaçı4 yaşadığı mənzildən tam təcrid olunmuşdur. Ələsgər Məmmədov özü də həmin ünvanda anadan olmuş, hərbi xidmətə getmiş və qayıtdıqdan sonra yenə qeydiyyata alınmaqla, həmin ünvanda yaşamaqda davam etmişdir. Cavabdeh1 nənəsi X7 20 sentyabr 1995-ci ildə, X8 isə 04 avqust 1997-ci ildə həmin ünvanda vəfat etmişlər. İddiaçı1 sağlığında heç vaxt aralarında mənzil mübahisəsi olmamışdır. Cavabdeh2 da nikaha daxil olduqları vaxtı həmin mənzilə gəlin gəlmiş, bütün qonşular da bilirmiş ki, İddiaçı1 mənzili onlara satm ışdır. İddiaçı1 mənzili valideynlərinə satan zaman bildirmişdir ki, həmin ünvandan başqa şəxslərə də mənzillər satıb, gələcəkdə hamısını özü ayırıb sənədləşdirəcək. O, 1975-ci ildə vəfat etmişdir. Onun ailə üzvləri ilə də aralarında mənzil mübahisəsi olmamışdır. Ancaq, valideynləri vəfat etdikdən sonra 2000-ci ildə iddiaçının əri X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq guya Cavabdeh1 və valideynlərinin həmin mənzildə kirayəşin olduqlarını əsas gətirərək, mənzildən çıxarılmalarını tələb etmişdir. Qarşılıqlı iddia ilə müraciət edərək mənzilin istifadələrində olan hissəsinə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həqiqətən də mənzilin onların istifadəsində olan hissəsi İddiaçı1 tərəfindən nənəsi Asya Məmmədov aya satılmış, valideynləri və nənəsi isə həmin mənzili sökərək yerində hazırda Cavabdeh1 istifadəsində olan mənzili öz vəsaitləri hesabına tikdirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2000-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yaşayan iddiaçı X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Cavabdeh2 və Cavabdeh1 ünvan 6 nömrəli fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Həmin qətnamədə olan şahid ifadələrindən görünür k i, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən mülkiyyətçi kimi istifadə etmiş, həmin evdə kirayə olmamışlar. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 fevral 2001 -ci il tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2000-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini Cavabdeh1 nənəsi Asiya Məmmədova iddiaçı X3 atası İddiaçı1 Bayram oğlundan 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. Cavabdeh1 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Cavabdeh tərəfindən əvvəlki məhkəmə işlərində təqdim edilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin “B” tikilisi 8 otaqdan və köməkçi sahələrdən ibarətdir. Həmçinin, mənzilin “B” tikilisi özü də iki hissədən ibarətdir. Cavabdeh özü də hazırda ailə üzvləri ilə mənzilin “B” tikilisinə aid hissəsində yaşayır. “A” tikilisinə aid sahəni isə Kamran Tağıyev sağlığında satmışdır. Göründüyü kimi, cavabdeh mənzilin “A” tikilisinə aid hissəsini və “B” hissəsinin bir hissəsini satıb, bir hissəsində də özü yaşadığı halda onun istifadəsində və sahibliyində ol an hissəsinə də vərəsəlik yolu ilə mülkiyyət əldə etməsini iddia edir. Həmçinin də DƏDRX-nin 1 saylı Bakı Əİ- nin 26 noyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 nömrəli evin 1956-1990-cı illəri əhatə edən müddətdə şəxsi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Ev 26 iyun 1991-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Buradan da məlum olur ki, Xədicə Tağıyevanın həyat yoldaşı olan İddiaçı1 mənzili cavabdehin valideynlərinə satan zaman mənzil hüquqi qeydiyyata alınmamışdır. Bu səbəbdən də, mənzilə dair alqı-satqı müqaviləsi olmamışdır. Mənzildə qeydiyyatda olmaqla 1956-cı ildən valideynlərinin, hal-hazıradək də onların yaşadıqları və valideynlərinin şəxsi vəsaiti hesabına tikilmiş mənzilə dair qanunsu z yolla xəbərləri olmadan əldə edilmiş mülkiyyət hüququnun əsası yoxdur.

8. Birinci instansiya məhkəməsinə təqdim olunan "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən İddiaçı4 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisində 2 otağın bazar dəyəri 75.000 manat, 1 aylıq kirayə haqqının isə 200 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(004)3354/2023 nömrəli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi ünvanında yerləşən 36 saylı mənzil üzərində istifadə hüququna 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən “B” tikilisindən 2 otaq iddiaçıların adına qeydiyyata alınmışdır. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar və mübahisəli mənzil üzərində istifadə hüquqları vardır. Bu onların yeganə yaşayış yeridir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9.000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiy a məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)-171/2025 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər K.Əkbərov və S.Səlimova) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilmiş, cavabdehlər X10 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən ödənilməli olan kompensasiyanın məbləği 15.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər X10 və Cavabdeh2 15.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onların id diaçıların mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s 16 kv.m, k/s - 18,1 kv.m) istifadə hüquqlarına xitam verilməsi və həmin sahədən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir.

15. Apellyasiya məhkəməsi göstərmişdir ki, kollegiyanın 29 aprel 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsə də, ekspertlər mənzil ətrafı ərazi sökülü vəziyyətdə olduğundan və həmin ərazi üzrə analoji mənzillər haqqında internet saytlarında, eləcə də mərkəzdə məlumat olmadığından tədqiqatın aparılmasından imtina edilmişdir.

16. Bundan sonra, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, MMCnin 09 yanvar 2025-ci il t arixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıların mülkiyyətində olan “B” tikilisindən 2 otağın (yaşayış sahəsi - 16 kv.m, köməkçi sahə - 18,1 kv.m) hazırda bazar qiyməti və orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: Bazar qiyməti: 55.000 manat. Kirayə haqqı: 250 manat. Həmin ərazidə yerləşən yeni inşa edilmiş yaşayış binalarında 2 otaqlı orta təmirli mənzillərin bazar qiyməti və orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: Bazar qiyməti: 135.000- 145.000 manat. Kirayə haqqı: 650-800 manat. 17. "xxxx" MMC-nin 04 fevral 2025-ci il tarixli məlumatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsinin olduğu ərazidə yeni inşa edilmi ş yaşayış binalarında ümumi sahəsi 34,1 kv.metr olan 2 otaqlı təmirli mənzillər müəyyən edilmir. Bu ərazidəki yeni yaşayış binalarında 2 otaqlı mənzillərin ümumi sahələri 42 kv.metr ilə 123 kv.metr aralığında dəyişir. Həmçinin həmin ərazidəki yeni yaşayış binalarında orta təmirli mənzillərin 1 kv.m-inin dəyərinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində nəzəri qaydada orta hesabla təxminən 2.600 manat olduğu müəyyən olunmuşdur. Bu cür sahəli orta təmirli mənzillərin kirayə dəyərinin isə nəzəri hesablama yolu ilə təxminən 600 manat olduğu müəyyən edilir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə oxşar şəraitə malik o lan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır. Ekspert rəyinə əsasən həmin məbləğ 9.000 manat (36 ay x 250 manat) təşkil edir. Bununla belə, iddiaçılar İddiaçı4 və İddiaçı1 kollegiyanın iclasında ərizə təqdim edərək cavabdehlərə 15.000 manat məbləğində kompensasiya ödəməyə razı olduqlarını bildirmişlər. Kollegiya qeyd etmişdir ki, həmin məbləğ cavabdehlərə beş il müddətində oxşar şəraitə malik olan yaşayış sahəsində yaşamağa imkan verir (15.000/ 250 = 60 ay).

19. Apellyasiya kollegiyası iş üzrə alınmış rəyi, iddiaçıların təklif etdikləri kompensasiya məbləğini, habelə cavabdehlərin başqa yaşayış sahəsinə malik olduqlarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hazırda iddiaçılar tərəfindən təklif edilən 15.000 manat kompensasiya məbləği ədalətlidir.

20. Bun unla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensasiya olaraq cavabdehlərə 15.000 manat vəsaitin ödənilməsi ilə onların iddiaçıların mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən “B” tikilisindən 2 otaqdan (y/s 16 kv.m, k/s - 18,1 kv.m) istifadə hüquqlarına xitam verilməsi və həmin sahədən çıxarılmaları eyni vaxtda icra edilməlidir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 152.5, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)-171 /2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddi anın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 139-1.1.4, 178.6-cı, Mülki Prosessual Məcəllənin 82.3, 97.1, 88, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur.

24. Belə ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə müəyyən olunmuşdur ki, mənzilin cavabdehlərin istifadəsində olan hissəsi İddiaçı1 tərəfindən cavabdehin nənəsi Asya Məmmədovaya satılmış, valideynləri və nənəsi isə həmin mənzili sökərək yerində hazırda Cavabdeh1 istifadəsində olan mənzili tikdirmişlər. DƏDRX-nin 1 saylı BƏİ-nin 26 noyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 nömrəli evin 1956-1990-cı illəri əhatə edən müddətdə şəxsi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Ev 26 iyun 1991-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Buradan da məlum olur ki, Xədicə Tağıyevanın həyat yoldaşı olan İddiaçı1 mənzili cavabdehin valideynlərinə satan zaman mənzil hüquqi qeydiyyata alınmamışdır. Bu səbəbdən də mənzilə dair alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh mənzildə qeydiyyatda olmaqla, 1956-cı ildən valideynlərinin, onların yaşadıqları və valideynlərinin şəxsi vəsaiti hesabına tikilmiş mənzilə dair qanunsuz yolla xəbərləri olmadan əldə edilmiş mülkiyyət hüququnun əsası yoxdur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş, həmin ekspert tədqiqatın nəticə hissəsinə əsasən ünvan 7 ünvanda yerləşən İdd iaçı4 yaşadığı mənzilin faktiki olaraq yaşayış və köməkçi sahə kimi istifadə olunan 5 otaqdan və həyətyanı sahədən ibarət olduğu, mənzilin ümumi sahəsi 50,0 kv.metr, həyətyanı sahə 13 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda, həmin ünvan üzrə X4 və Cavabdeh2 istifadələrində olan mənzilin faktiki olaraq yaşayış və köməkçi sahə kimi istifadə olunan 4 otaqdan, eləcə də mənzilin qarşısında yerləşən həyətyanı sahədən ibarət olduğu, mənzilin sahəsi 33,6 kv.metr, həyətyanı sahə 12,0 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışda qeyd olunan “B” tikilisindən 2 otağın İddi açı4 faktiki yaşadığı mənzilə aid olmadığı müəyyən edilmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cü maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair et irazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülki yyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 31. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyər indən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəm ələr tərəfindən qiymətləndirilir. 217.2- ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən cavabdehlərin hazırkı şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və çıxarılmaları qət edilmiş yaşayış sahəsinin iddiaçıların xüsusi mülkiyyətində olması və kassatorların həmin sahəyə yalnız istifadə hüququnun olması işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarıdır. İddiaçılar cavabdehlərə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişlər.

36. Cavabdehlər hazırda kompensasiyanın məbləğini mübahisələndirmirlər. Onların mübahisələndirdikləri məsələ, iddiaçıların cavabehlərin çıxarılmalarını təl əb etdikləri sahəyə mülkiyyət hüquqlarının olmaması, həmin yaşayış sahəsinin hələ 1956-cı ildə cavabdehlərdən Cavabdeh1 nənəsinə satılmasıdır.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçıların mübahisəli sahəyə mülkiyyət hüququ Mülki Məcəllənin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə təsdiq olunur.

38. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 əvvəllər iddia (qarşılıqlı iddia) verərək, mübahisəli tikiliyə X3 adına verilmiş 03 fevral 1996-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş çıxarışın, İddiaçı4 verilmiş 29 mart 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və 23 aprel 2018-ci il tarixli çıxarışın etibarsız hesab olunmasını, həmin e vin sahəsi 20,8 kv.m. olan yaşayış otağına Cavabdeh1 mülkiyyət hüququnun tanınmasını tələb etsələr də, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaları rədd edilmişdir.

39. Belə olan halda, hazırkı iş üzrə iddiaçılar mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri kimi bu tələbi irəli sürməyə subyektiv hüquqa malik olan şəxslər olmaqla, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etmiş və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya * Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçıların təklif etdiyi kompensasiya cavabdehlərin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə mü qayisədə oxşar yaşamaq imkanı verir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)- 171/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar